Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə13/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

 
 
 
 
3.  Makrosəviyyədə  dövlət  büdcəsi  kəsirinin  qiymətləndirilməsi  zamanı  yerli 
büdcələrin  vəziyyəti  (hansılar  ki,  büdcə  artıqlığına  malik  ola  bilər)  nəzərə  alınmır. 
Bəzən  yerli  hakimiyyət  orqanları  məqsədyönlü  olaraq  dövlət  büdcəsinə  vergi 
ayırmalarını  azaltmaq  üçün,  yerli  büdcələrin  vəziyyəti  haqqında  statistik 
informasiyanı təhrif edirlər. 
Bu  qanunvericilik  praktiki  olaraq  bütün  keçid  iqtisadiyyatlı  ölkələr  üçün 
xarakterikdir.  Nəticədə  isə  dövlət  büdcəsi  kəsirinin  qiymətləndirilməsi  zamanı  artım 
baş verir. 
4.  Keçid  iqtisadiyyatında  dövlət  büdcəsi  kəsirinin  müəyyən  edilməsi  ilə  yanaşı, 
onun  Mərkəzi  Bankın,  həmçinin  dövlət  müəssisələrinin  və  kommersiya  banklarının 
qeyri-həqiqi  fiskal  (qeyri-həqiqi  büdcə)  fəaliyyəti  ilə  şərtləndirilmiş  gizli  kəsiri  də 
mövcud olur. 
Qeyri-həqiqi fiskal əməliyyatlara daxildir. 
a)  Dövlət  müəssisələri  tərəfindən  tam  məşğulluğun  maliyyələşdirilməsi 
və əmək haqqı stavkasının ödənilməsi «bazardakından» yüksəkdir. Bu da ilk növbədə 
qarşılıqlı  borclanmaya yığım yolu ilə və ya bank ssudaları hesabınadır. 
b)  Iqtisadi  islahatların  ilkin    mərhələsində  Mərkəzi  Bankdan  ayrılmış 
fəaliyyətsiz ssudaların böyük portfeli kommersiya banklarında toplanır. Bu kreditləri 
əsasən Mərkəzi Bankın güzəştli kreditləri hesabına ödəyirlər. 
v)  Mərkəzi  Bankın  hökumətə  verdiyi  faizsiz  və  güzəştli  kreditlərdən,  valyuta 
kursunun  dəyişməsinin  sabitləşməsi  üzrə  tədbirlərdən  və  kommersiya  banklarına 
fəaliyyətsiz  ssudalara  xidmət  üçün  verilmiş  kreditlərin  maliyyələşdirilməsindən 
dəymiş  zərərin  maliyyələşdirilməsi,  həmçinin  mərkəzi  bankın  sənaye,  kənd 
təsərrüfatı və mənzil proqramlarının güzəştli stavkalar üzrə maliyyələşdirilməsi. 
Gizli büdcə kəsiri faktiki büdcə kəsirinin və dövlət borcunun həcmini azaldır. Bu 
adətən seçkilər qabağı məqsədyönlü şəkildə həyata keçirilir. 
Beləliklə,  büdcə  kəsirinin  mütləq  ölçüləri  etibarlı  markoiqtisadi  göstərici 
kimi çıxış edə bilməz, ona görə ki, Ümumi Mərkəzi Məhsulun artması ilə adətən 
borclanma da artır. 


 
 
 
 
Büdcə  kəsirinin  maliyyələşməyə  bərabər  olduğu  üçün  o,  ümumi  borclanma  və 
likvid  maliyyə  vəsaitlərinin  qalığının  azalmasını  borcun  örtülməsinə  əlavə  edərək, 
onlar arasındakı fərq kimi müəyyən edilə bilər. 
Dayanıqlı büdcə kəsirini doğuran səbəblər aşağıdakılardır: 
•  Müharibə,  iri  təbii  fəlakətlər  və  ya  digər  sosial  konfliktlər  zamanı 
dövlət xərclərinin artırılması; 
•  büdcə      xərclərinin      qeyri-rasional      strukturu.        Bu      iqtisadiyyatın 
inkişafına    dövlətin    iri    həcmli    investisiya    qoyuluşlarının    həyata 
keçirilməsi ilə bağlıdır; 
•  tsiklik enmələr və iqtisadiyyatın «bərpa stabilizatoru»; 
•  iqtisadiyyatın 
stimullaşdırılması 
məqsədilə 
vergilərin 
azaldılması. 
Iqtisadiyyatın        stimullaşdırılması        məqsədilə        «vergi        dairəsi» 
azaldılır,  vergiyə  cəlb  olunma  sistemində  vergi  güzəştləri  tətbiq 
edilir. 
•  «qeyri-effektiv  büdcə  mexanizmi»  dövlətə  onu  sosial  sferanın  və 
iqtisadiyatın  inkişafında  stimullaşdırıcı  vasitə  kimi  istifadə  etməyə 
imkan vermir; 
•  seçkilər ərəfəsində dövlət xərclərinin artırılması; 
•  səhiyyəyə,      təhsilə,      sosial      təminata      və      yeni      iş      yerlərinin 
yaradılmasına dövlətxərclərinin artırılması. 
Qeyd  etdiyimiz  bu  səbəblər  nəticə  etibarilə  iqtisadiyyatda  dövlət  borcunun 
artmasına gətirib çıxarır. 
Büdcə  kəsiri  iqtisadiyyata  çox  aktiv  təsiri  olan  mürəkkəb  bir  anlayışdır.  Adətən 
büdcə kəsiri iqtisadiyyata mənfi təsir göstərir. 
Aşağıdakı  iqtisadi  sxemə  nəzər  salsaq  büdcə  kəsrinin  təsiri  nəticəsində 
iqtisadiyyatın  artım  tempinin,  xüsusilə  də  tədiyyə  balansının  saldosunun  aşağı 
düşməsini görərik. 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxemdən göründüyü kimi, 1-ci və 2-ci blokların təhlili onu izah edir ki, hökumət 
büdcə kəsirinin maliyyələşdirilməsi zamanı kapital bazarına daxil olmalıdır və vəsait 
əldə  etmək  üçün  xüsusi  sektorla  rəqabətə  girməlidir.  Bu  zaman  pula  tələb  artır. 
Mərkəzi Bank isə onun təklifini məhdudlaşdırır. 
Bu  da  faiz  stavkalarının  artmasına  səbəb  olur.  Nəticədə  isə  daxili  investisiyanın 
aşağı düşməsi baş verir. Digər tərəfdən isə daxili bazarda faiz stavkalarının qalxması 
həmin ölkənin qiymətli kağızlarına xarici tələbi artırır ki, bu da xarici kapital axınına 
səbəb  olur  və  dövlətin  xarici  borcunun  məbləğinin  artmasına  gətirib  çıxarır.  6-cı 
blokun  təhlili  onu  göstərir  ki,  əcnəbilər  qiymətli  kağızları  əldə  etmək  üçün,  əvvəlcə 
həmin  ölkənin  Mərkəzi  valyutasını  əldə  etməlidirlər.  Bu  isə  Mərkəzi  valyutanın 
beynəlxalq qiymətinin və ya onun dəyişmə kursunun qalxmasına səbəb olur. 
Nəticədə,  ixracatın  aşağı  düşməsi  və  idxalın  artması  baş  verir.  Bu  iki  prosesi 
birləşdirsək, nəhayət etibarilə xalis ixracatın aşağı düşməsi müşayiət olunur. 
Dünya  təcrübəsində  büdcə  kəsiri  ÜDM-in  3%-i  təşkil  edirsə  bu  normal  hal 
hesab edilir və iqtisadiyyat üçün təhlükəsi yoxdur.  
Büdc  
k siri 
Faiz 
stavkaların 
artması 
Daxili 
İnvestisiyanın 
aşağı düşm si 
(
sıxışdırıb 
çıxarma effekti) 
Qiym tli 
kağızlara 
xarici 
t l bin  
artması
 
Xarici borcun 
artması 
Milli 
Valyutanın 
Beynalxalqq
iym tinin 
qalxması 
İxracın 
aşağı 
düşm si 
İdxalın 
artması 
Xalis 
ixracatın 
aşağı 
düşm si 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə