Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   2   3   4   5   6   7   8   9   ...   34

 
 
 
 
Fəaliyyətdə olan vergi sisteminin yenidən qurulması, əmtəə istehsalçıları üçün 
əlverişli  vergi  şəraitinin  yaradılması,  investisiya  qoyuluşlarının  stimullaşdırılması, 
xarici kapital axını üçün güzəştli vergi rejiminin təmin edilməsi istiqamətində həyata 
keçirilməlidir. Bu istiqamətlər praktiki olaraq bütün dövlət və yerli vergilərlə birbaşa 
əlaqələndirilməlidir. 
Yuxarıda  sadalananlar  büdcənin  gəlirlərinin  formalaşdırılmasında  mühüm  rol 
oynayan əsas istiqamətləri müəyyən etməyə imkan verir: 
 
-  iqtisadiyyatın  öncül  sahələri  üzrə  minimal,  ticarət,  təchizat,  vasitəçilik 
təşkilatları üçün isə maksimal vergi dərəcələrinin tətbiqi; 
-  əlavə dəyər vergisinin dərəcəsinin mütəmadi olaraq azaldılması; 
-  investisiyalar üçün vergi güzəştlərinin müəyyən edilməsi. 
Son  illərdə  əldə  edilmiş  makroiqtisadi  stabillik  və  valyuta  bazarında  sabit  və 
proqnozlaşdırıla bilən  vəziyyəti təmin edilmiş strateji  valyuta ehtiyatları əhəmiyyətli 
dərəcədə artmışdır. Dövlət idarəetmə sistemində struktur islahatları həyata keçirilmiş, 
müəssisələrin böyük qismi öz  fəaliyyətlərini bazar  iqtisadiyyatının tələblərinə  uyğun 
olaraq təşkil edə bilmişdir. 
Sahibkarlıq  fəaliyyətində  mühüm  inkişaf  müşahidə  olunmuş,  təsərrüfat 
subyektlərinin  fəaliyyətinə  nəzarətedici  və  yoxlayıcı  orqanlar  tərəfindən  əsassız 
müdaxilənin  aradan  qaldırılması,  lisenziyalaşdırılan  fəaliyyət  növlərinin  azalması, 
iqtisadiyyatın  liberallaşmasının  dərinləşməsi  istiqamətində  mühüm  nailiyyətlər  əldə 
edilmişdir.  Vergi  və  gömrük  sistemlərində  bir  sıra  əhəmiyyətli  addımlar  atılmışdır. 
Vergi  və  Gömrük  Məcəllələri  qəbul  edilmiş  və  ildən-ilə  onların  təkmilləşdirilməsi 
istiqamətində məqsədyönlü işlər aparılmışdır. 
Azərbaycan  Respublikasının  iqtisadi  inkişafının  səviyyəsi  onun  beynəlxalq 
aləmdə yerini müəyyən edir və ölkənin müstəqil siyasətinin həyata keçirilməsinə təsir 
göstərir.  Keçən  əsrin  sonunda  güclənən  qloballaşma  prosesi  informasiya, 
texnologiya,  işçi  qüvvəsi  və  kapital  hərəkəti  sahəsində  ölkələr  arasında  mövcud 
maneələrin  azaldılmasına  şərait  yaratmışdır.  Belə  bir  şəraitdə  öz  ehtiyatlarının 
artırılması  və  eləcə  də  dünyanın  iqtisadi  ehtiyatlarının  cəlb  olunması  məqsədi  ilə 


 
 
 
 
Mərkəzi  rəqabət  qabiliyyətinin  gücləndirilməsi  respublikamız  üçün  mühüm 
əhəmiyyət kəsb edir. Buna  görə də ölkədə investisiya  mühitinin  yaxşılaşdırılması  və 
yüksək texnologiyaları mənimsəməyə qadir olan iqtisadi sistemin formalaşması daha 
fəal şəkildə davam etdirilməlidir. 
İqtisadiyyatın  strukturunda  tarazlığı  təmin  edən  və  kapitalın  sahələrarası 
axınına  məhdudiyyət  yaratmayan  qiymətli  kağızlar,  maliyyə  bazarları  inkişaf 
etdirilməli,  iqtisadiyyatın  ayrı-ayrı  sahələrində  aparılan  islahatlar  daha  da 
gücləndirilməlidir. 
Xüsusi 
kapitalın 
vacib 
infrastruktur 
layihələrinin 
maliyyələşdirilməsinə 
cəlb 
edilməsi 
mexanizmi 
işlənib 
hazırlanmalı 
və 
təkmilləşdirilməlidir. 
Dövlət  büdcəsi  təkrar  istehsal  prosesində  mühüm  iqtisadi,  sosial  və  siyasi  rol 
oynayır.  Büdcə  vəsaitləri  vasitəsilə  Mərkəzi  gəlirin  sahələr  arasında  yenidən 
bölüşdürülməsi  prosesi  həyata  keçirilir.  Büdcənin  köməkliyi  ilə  maliyyə  resursları 
daha  rentabelli  sahələrdən  aşağı  rentabelli  sahələrə  ötürülür.  Büdcə  qeyri-istehsal 
sferasında  fəaliyyət  göstərən  müəssisə  və  təşkilatların  saxlanılmasında  işçi 
qüvvəsinin  təkrar  istehsalında  böyük  rol  oynayır.  Bundan  əlavə,  gəlirlərin  inzibati 
ərazilər  arasında  yenidən  bölüşdürülməsi  də  büdcə  vasitəsilə  həyata  keçirilir  və 
Mərkəzi  gəlirin  30-40%-i  büdcə  vasitəsilə  bölüşdürülməlidir.  Subvensiyalar, 
transferlər  isə  ÜDM-un  ərazilər  üzrə  yenidən  bölüşdürülməsində  əhəmiyyətli  rol 
oynamaqla  onlar  arasında  iqtisadi  və  sosial  inkişafın  tarazlaşdırılmasına  xidmət 
göstərməlidir. 
Büdcə  xərcləri  hökumət  tərəfındən  həyata  keçirilən  sosial-iqtisadi  siyasətin 
reallaşdırılmasında  mühüm  rol  oynayır.  Dövlət  büdcəsi  vasitəsilə  dövlət  iqtisadi 
inkişaf templərini  və ərazilər arasındakı  münasibətləri tənzimləyir. Büdcə sisteminin 
fəaliyyət  göstərməsi  aşağıdakı:  vahidlik,  büdcə  həlqələrinin  müstəqilliyi,  büdcəsinin 
aşkarlığı,  büdcə  vəsaitlərindən  istifadənin  səmərəliliyi  və  qənaətliliyi,  büdcə 
vəsaitlərinin ünvanlı və məqsədli xarakterli olması prinsiplərinə əsaslanır. 


 
 
 
 
“Büdcə  sistemi  haqqında"  AR  Qanununda  ilk  iki  prinsip  büdcə  sisteminin 
qurulmasının  rəsmi  əsası  kimi  göstərilmişdir.  Digər  prinsiplər  isə  qanunun  ayrı-ayrı 
maddələrinin tərkibində qeyd edilir. 
Dövlət büdcəsi ölkədə  maliyyə sabitliyinin təmin olunmasında birinci dərəcəli 
rola  malikdir.  Buna  görə  də  vəsaitlərin  müdafiəsinin  təminatı  məqsədilə  aşağı 
səviyyəli  büdcə  həlqələrində  vergilərin  və  digər  gəlirlərin  büdcəyə  ödənilməsinin 
qanunvericilikdə müəyyən edilmiş qaydaların pozulduğu, büdcəyə tam həcmdə daxil 
olması  təmin  olunmadığı 
hallarda 
dövlətin  bir  sıra  tədbirlər 
görməsi 
məqsədəuyğundur: 
- ərazilərdə 
həyata 
keçirilən 
proqram 
və 
tədbirlərin 
birbaşa 
maliyyələşdirilməsinin qismən dayandırılması; 
- vəsaitlərin  qarşılıqlı  hesablaşmalar,  transfertlər,  subvensiyalar  və  dotasiyalar 
vasitəsilə  verilməsini  məhdudlaşdıraraq  və  büdcə  ssudalarından  istifadənin 
genişləndirilməsi; 
- müvəqqəti maliyyə köməyi institutunun tətbiq edilməsi və s. 
Dövlət  xərclərinin  büdcə  həlqələri  üzrə  bölgüsü  dövlət  və  yerli  hakimiyyət 
orqanlarının  sosial-iqtisadi  məsələlərin  həllindəki  hüquq  və  məsuliyyətlərinin 
əsasında  həyata  keçirilir.  Məsələn,  müdafiə  xərcləri  tam  həcmdə  mərkəzləşdirilmiş 
xərclər  hesabına  maliyyələşdirilirsə,  təhsil  xərcləri  əsas  etibarı  ilə  rayon  və  şəhər 
büdcələrindən  maliyyələşdirilir.  Lakin  dövlət  büdcəsinin  aşağı  həlqəsi  kimi  çıxış 
edən  rayon  və  şəhər  büdcələrinin  xərclərinin  əsas  hissəsi  mərkəzləşdirilmiş 
xərclərdən  ayrılan  subvensiya  və  dotasiyalar  hesabına  maliyyələşdirilir.  Bu  praktika 
yerli 
icra 
hakimiyyət 
orqanlarının 
büdcə 
gəlirlərinin 
və 
xərclərin 
formalaşdırılmasında  passiv  mövqe  tutmasına  səbəb  olur.  Rayon,  şəhər  büdcələrinin 
xərclərinin  formalaşdırılmasında  rayon,  şəhər  icra  hakimiyyəti  orqanlarının 
səlahiyyətlərinin  artırılması  və  dəqiqləşdirilməsi  tələb  olunur.  Bütün  səviyyələrdən 
olan  büdcələrə  gəlir  və  xərclərin  uzunmüddətli  bağlanması  təmin  olunmalıdır.  Bunu 
həyata  keçirmək  üçün  dövlət  büdcəsinin  səviyyələri  "Büdcə  sistemi  haqqında"  AR 
Qanununda  təsbit  olunmalıdır.  Hər  ilin  dövlət  büdcəsi  üzrə  təsdiq  edilmiş  xərclərin 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə