Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   2   3   4   5   6   7   8   9   ...   34

 
 
 
 
İnflyasiya  Mərkəzi  gəlirin  və  sərvətin  müxtəlif  qruplar  arasında  yenidən 
bölgüsünə səbəb olur. Vəsaitlər xüsusi sektordan dövlətə ötürülür. İnflyasiyanın əsas 
amillərindən biri hesab edilən büdcə kəsiri "inflyasiya vergisi" vasitəsilə örtülür. Onu 
real  pul  vəsaitlərinə  malik  olan  hər  kəs  ödəyir.  Bu  vergi  avtomatik  olaraq  ödənilir. 
Belə ki, inflyasiya zamanı pul kapitalı öz qiymətini itirir. "İnflyasiya vergisi" real pul 
qalıqları  dəyərinin  aşağı  düşməsini  göstərir.  Bu  zaman  indeksasiya  edilmiş  gəlirlərə 
malik  olan  şəxslər  gəlirlərin  indeksasiyası  sisteminin  real  gəlirləri  nə  dərəcədə 
(
qorunmasından  asılı  olaraq  inflyasiyadan  qorunmuş  olurlar.  Bəzən  də  inhisarçı 
vəziyyəti tutan əmtəə və resurs satıcıları öz real gəlirlərini artıra bilərlər; 
Real aktivlərin sahibləri (daşınmaz əmlak, antikvariat,  incəsənət əsərləri, zinət 
əşyaları  və  s.)  inflyasiyadan  daha  etibarlı  müdafiə  olunurlar.  Belə  ki,  bu  əmtəələrin 
qiymətlərinin artımı ölkədə inflyasiyanın ümumi səviyyəsini qabaqlayır. 
Yüksək  inflyasiya  tempi  və  qiymətlərin  dəyişməsi  müəssisə  və  təşkilatlarda 
maliyyə  planlaşdırılmasını  çətinləşdirir.  Nəticədə  qeyri-müəyyənlik  və  biznesin 
təşkili  riski  artır.  İnvestisiyalar  qısamüddətli  xarakter  alır  və  spekulyativ 
əməliyyatlarm  xüsusi  çəkisi  artmağa  başlayır.  Cəmiyyətin  siyasi  stabilliyi  azalır, 
sosial gərginlik artır və iqtisadiyyatın açıq sektorunda qiymətlərin yüksək artım tempi 
Mərkəzi  məhsulların  rəqabət  qabiliyyətinin  enməsinə  gətirib  çıxarır.  Nəticədə  yerli 
istehsalçılar müflisləşir, işsizlik çoxalır, idxalın səviyyəsi artır, ixrac isə azalır. 
Daha  stabil  xarici  valyutaya  tələb  çoxalır,  kapitalın  xaricə  axını  və  valyuta 
bazarında  alveri  artırmaqla  yanaşı  pul  formasında  toplanmış  əmanətlərin  real  dəyəri 
aşağı düşür, real aktivlərə tələb  isə artır. Nəticədə, bu aktivlərin qiyməti qiymətlərin 
ümumi səviyyəsinin dəyişməsinə nisbətən daha sürətlə artır. Müəssisələr və ayrı-ayrı 
şəxslər  dəyərini  itirməkdə  olan  pul  kütləsindən  azad  olub  real  aktivlərin  alınmasına 
can  atırlar,  eyni  zamanda,  dövlət  büdcəsinin  real  gəlirləri  azalır  və  quruluşu  dəyişir. 
Dövlətin öz funksiyalarını həyata keçirmək üçün imkanları da azalır, büdcə kəsiri və 
dövlət borcu artır. 
Məhz  bu  baxımdan  dövlətin  fiskal  siyasətinin  əsas  prioritetlərindən  biri 
inflyasiyasının  sürətinin  minimal  səviyyədə  saxlanması  hesab  edilməlidir.  Növbəti 


 
 
 
 
ilin büdcə layihələri hazırlanarkən inflyasiyanın proqnoz sürətinin aşağı salınması və 
məqbul  səviyyədə  müəyyən  edilməsinə  çalışılmalıdır.  Bu  sosial  iqtisadi  inkişaf 
proqnozunun  keyfiyyətinin  artırılması  ilə  yanaşı,  büdcənin  xərc  hissəsinin 
formalaşdırılması üzrə düzgün qərarların qəbul edilməsini zəruri edir. 
Dövlətin  fiskal siyasəti, əsasən, diskresion və avtomatik  fıskal siyasətə ayrılır. 
Diskresion  fıskal siyasət dedikdə  ümumi daxili  məhsulun real  həcminə,  məşğulluğa, 
inflyasiyaya  və  iqtisadi  təsir  göstərmək  məqsədilə  dövlət  xərclərinin  və 
vergiqoymanın məqsədli tənzimlənməsi başa düşülür.  
Avtomatik  fiskal  siyasət  isə  qurulmuş  stabilləşdiricilər  sisteminə  əsaslanır. 
Avtomatik və ya qurulmuş stabilləşdirici dedikdə, hökumət tərəfindən heç bir addım 
atılmadan  iqtisadi  vəziyyətdə  baş  verən  dəyişikliklərə  avtomatik  reaksiya  verən 
iqtisadi 
mexanizmlər 
başa 
düşülür. 
Qurulmuş 
stabilləşdiricilərə 
vergi 
daxilolmalarının  dəyişməsini  aid  etmək  olar.  Vergilərin  məbləği  gəlirlərin 
səviyyəsindən  asılıdır.  Bu  zaman  proqressiv  vergiyə  cəlbolunmadan  istifadə  edilir. 
Buna  görə  də  ÜDM-un  aktiv  artımı  zamanı  vergi  daxilolmaları  avtomatik  olaraq 
çoxalır.  Bu  isə  öz  növbəsində  iqtisadi  artımın  tənzimlənməsini  və  alıcılıq 
qabiliyyətinin aşağı salınmasını təmin edir. Əksinə,  iqtisadi tənəzzül dövründə  vergi 
daxilolmaları avtomatik olaraq azalmağa başlayır. Büdcə xərcləri sahəsində qurulmuş 
stabilləşdiricilərə  iqtisadi  tənəzzül  dövründə  məcmu  tələbin  qəfıl  azalmasına  mane 
olan işsizliyə görə müavinət və müvafıq sosial ödəmələr sistemi, əhalinin aztəminatlı 
təbəqəsinə yardım proqramları və s. aiddir. 
Dünya  təcrübəsi  göstərir  ki,  vergiyə  cəlbetmə  sistemi  daim  hərəkətdədir  və 
bazara,  elmi-texniki  tərəqqinin  tələblərinə,  təkrar  istehsal  proseslərinə  dinamik 
uyğunlaşaraq  dəyişir.  Məsələn,  80-cı  illərdə  ABŞ-da  diskresion  fiskal  siyasətin 
keçirilməsi ilə əlaqələndirilən iki vergiyə cəlbolunma islahatı keçirilmişdir. 
Avtomatik  fiskal  siyasət  təcrübəsi  1972-1974-cü  illərdə  prezident  Nikson 
administrasiyası  tərəfindən  geniş  tətbiq  edilmişdir.  Bu  dövrdə  vergi  daxilolmalarını 
iqtisadi 
konyunkturanın 
dəyişməsindən 
asılı 
vəziyyətə 
salan 
elastiklik 
mexanizmindən  istifadə  edilirdi.  Lakin  kəskin  büdcə  kəsiri  və  tənəzzül  dövründə 


 
 
 
 
vergi  sisteminin  bu  cür  avtomatik  reaksiyası  öz  mənfi  nəticələrini  qabarıq  şəkildə 
büruzə  verir.  Buna  görə  də,  təsadüfi  deyil  ki,  bu  sistem  hökumətin  qərarı  ilə  həyata 
keçirilən vergi proqramları ilə əvəz edildi.  
Azərbaycanda  aparılan  fiskal  siyasəti  də  diskresion  adlandırmaq  olar. 
Ölkəmizin bazar münasibətlərinə keçidi təcrübəsindən çıxış edərək islahatların həyata 
keçirilməsini ləngidən müsbət və mənfi amilləri aşkara çıxarmağa çalışaq. Məlumdur 
ki,  vergi  sistemi  bir  sıra  funksiyaları  -  fıskal,  stimullaşdırıcı  və  bölüşdürücü 
funksiyaları  yerinə  yetirir.  2000-ci  illərin  əvvəllərinə  qədər  vergi  sisteminin  fiskal 
funksiyası,  demək  olar  ki,  işləmirdi.  Belə  ki,  güclü  vergi  təzyiqinə  baxmayaraq 
maliyyə resursları, hətta ilkin xərcləri təmin edə bilmirdi. 
Eyni zamanda istehsalı stimullaşdırma funksiyası da reallaşdırılmırdı. Təcrübə 
göstərir  ki,  vergi  ödəyicisindən  gəlirin  30%-ə  qədərinin  tutulması  yığım  və 
əmanətlərin azalması prosesinin başlanğıc nöqtəsidir. 
 
Əgər  vergilər  müəssisələri  və  əhalini  gəlirlərin  40-50%-dən  məhrum  edərsə, 
bu,  sahibkarlıq  fəaliyyətinin  stimullaşdırılmasının  praktiki  olaraq  ləğvi,  istehsalın 
azalması  və  vergidən  yayınma  hallarının  artması  ilə  nəticələnəcəkdir.  Qeyd  etmək 
lazımdır  ki,  respublikamızda  vergilərin  ödənilməsindən  yayınmalar  hazırda  da 
mövcuddur.  İndiyə  qədər  vergilərin  bölüşdürücü  funksiyasının  yerinə  yetirilməsi 
problemi  də  öz  müsbət  həllini  tam  tapmamışdır.  Hələ  də  büdcə  sistemi  vergilərin 
müxtəlif  səviyyəli  büdcələr  arasında  möhkəmləndirilməsinin  dəqiq  sisteminə  malik 
deyildir. 
 
Fiskal siyasətin həyata keçirilməsinin mənfi elementlərini göstərməklə yanaşı, 
qeyd etmək lazımdır ki, bu sahədə aparılan diskresion siyasət nəticəsində hal-hazırda 
respublikamızda vergi sistemi bir çox cəhətləri ilə ümumdünya tendensiyalarına və 
bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələrin təcrübəsinə uyğundur. Bımunla belə, onu 
mükəmməl hesab etmək olmaz. Ölkənin maliyyə vəziyyəti, büdcənin tez bir zamanda 
balanslaşdırılması məqsədi ilə praktiki cəhətdən real olmayan cəhdlər vergi sisteminə 
öz mənfi təsirini göstərməyə bilməzdi.  


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə