Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   2   3   4   5   6   7   8   9   ...   34

 
 
 
 
istifadəsi üzərində nəzarət də büdcə vasitəsi ilə həyata keçirilir. Bazar iqtisadiyyatına 
keçid  şəraitində  dövlətin  maliyyə  vəsaitləri,  hər  şeydən  əvvəl,  iqtisadiyyatın 
strukturunun  yenidən  qurulmasına,  sosial  inkişafın  və  əhalinin  aztəminatlı 
təbəqəsinin 
sosial 
müdafiəsinin 
gücləndirilməsinin 
maliyyələşdirilməsinə 
istiqamətləndirilməlidir.  Lakin  hazırki  dövrdə  büdcə  gəlirləri  və  xərcləri  həm  də 
istehsalın  genişləndirilməsi,  iqtisadiyyata  investisiyaların  stimullaşdırılması  və 
tənzimlənməsi  aləti  kimi  çıxış  edir.  Eyni  zamanda  büdcə  vasitəsilə  iqtisadiyyatın 
aparıcı sahələrinə dövlət himayəsi göstərilir. 
Büdcə vəsatinin sosial sahələrə istiqamətləndirilməsi də böyük əhəmiyyət kəsb 
edir.Cəmiyyətin inkişafının əsas tərkib hissələrindən biri əhalinin sosial vəziyyətidir. 
Sosial siyasətə əhalinin aztəminatlı  təbəqələrinin  müdafıəsi  ilə  yanaşı  təhsil, səhiyyə 
və  mədəniyyət  müəssisələrinin  fəaliyyətlərinin  maliyyələşdirilməsi  daxildir.  Büdcə 
xərcləri  maliyyə  planlaşdırılması  prosesində  qeyri-istehsal  sferasının  müəssisələrinə 
əhəmiyyətli  təsir  göstərir.  Dövlətin  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondlarının 
yaradılması  və  istifadəsi  əsas  maliyyə  planı  kimi,  bütün  büdcə  təşkilatları  və 
müəssisələri 
ilə  sıx  əlaqədardır. 
Bu  əlaqə 
yalnız  büdcədən  bilavasitə 
maliyyələşdirilən  müəssisə  və  təşkilatları  deyil,  həm  də  kommersiya  fəaliyyəti  ilə 
məşğul  olan  dövlət  və  özəl  müəssisələri  də  əhatə  edir.  Büdcə  təşkilatlarının 
fəaliyyətini  maliyyələşdirmək  üçün  tələb  olunan  maliyyə  resursları,  əsasən, 
kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələrin ödənişləri hesabına formalaşır. 
Bu  baxımdan,  bazar  iqtisadiyyatına  keçid  şəraitində  maliyyə  resurslarının 
səfərbərliyə  alınması  və  onların  səmərəli  və  təyinatı  üzrə  istifadəsi  üzərində  büdcə 
nəzarətinin rolu daha da artır. 
Fikrimizcə,  müasir  şəraitdə  dövlət  büdcəsinin  sosial-iqtisadi  mahiyyəti  özünü 
onun  aşağıdakı  əsas  fəaliyyət  sahələrində:  iqtisadiyyatı  istehsal  tənəzzülündən 
qorumaq və davamlı iqtisadi artıma nail olmaqda, maliyyə stabilliyini təmin etməkdə, 
investisiya  aktivliyini  stimullaşdırmaqda,  vergiqoymanın  təkmilləşdirilməsi  və 
vergilərin  ödənilməsi  üzərində  nəzarətin  gücləndirilməsinə  nail  olmaqda  əks  etdirir. 
Gəlir  bazasının  möhkəmləndirilməsi,  dövlət  xərclərinin  təyinatı  üzrə  səmərəli  və 


 
 
 
 
məqsədyönlü  istifadəsi,  maliyyə  nəzarəti  sisteminin  təkmilləşdirilməsi  və  dövlət 
borcu  üzərində  nəzarətin  gücləndirilməsi  üzrə  tədbirlərin  ardıcıl  həyata  keçirilməsi 
dövlət  büdcəsi  vasitəsilə  sosial-iqtisadi  problemlərin  həll  edilməsi  məsələsini 
sürətləndirə bilər.  
Məlumdur  ki,  dövlətin  ilkin  yaranma  mərhələsində  onun  əsas  funksiyaları 
sərhədlərin  qorunması  və  torpaqlarm  artırılması  olmuşdur.  XIX  əsrin  sonlarında 
siyasi  həyatın  aktivləşməsi,  dəmir  yolu  tikintisində  irəliləyiş,  sənayeləşmə  və 
urbanizasiya  prosesləri  həyata  keçirilməyə  başlandı.  Dövlətin  iqtisadiyyatda  rolu  və 
ona  müdaxiləsi  artdı.  Xərc  sistemi  də  dəyişikliklərə  uğradı:  dövlətin  sosial  xərcləri 
sürətlə artmağa başladı. 
XX  əsrdə  dövlətin  büdcə  siyasəti  iki  əks  istiqamətli  iqtisadi  təlimə  - 
Keynsçiliyə və monetarizmə əsaslanırdı. Keynsçilik tərəfdarları ziddiyyətlərin aradan 
qaldırılması  üçün  iqtisadiyyata dövlət  müdaxiləsini zəruri  hesab edirdilər.  Bu təlimə 
əsasən  dövlətin  iqtisadi  siyasəti  dövlət  xərclərinin  artırılmasına,  tədavüldə  olan  pul 
kütləsinin  genişləndirilməsinə,  vergilərin  azaldılmasına  istiqamətlənirdi.  Bununla 
bərabər,  belə  bir  siyasət  büdcə  kəsirinin  artması  və  inflyasiyanın  güclənməsi  ilə 
nəticələnə bilərdi. 
Monetaristlər  iqtisadiyyata  dövlət  müdaxiləsini  qəbul  etmir,  onu  azad 
sahibkarlığa  təhlükə  kimi  qiymətləndirirlər.  Monetaristlər  əsasən  pul  kütləsinin 
tənzimlənməsini müdafiə edirlər. Lakin monetarizm təkcə pul nəzəriyyəsi deyil, həm 
də  pulun  təkrar  istehsalda  rolu  haqda  nəzəriyyədir.  Monetaristlərin  fikrinə  görə 
tələbin  dövlət  tərəfindən  tənzimlənməsi  bazar  qüvvələrini  pozur,  uzunmüddətli 
planda isə inflyasiya meyllərinin güclənməsinə aparır. 
 
Geniş təkrar istehsal və iqtisadi artım həm fərdi (müəssisə) səviyyədə, həm də 
cəmiyyət  miqyasında  baş  verir.  Struktur  etibari  ilə,  iqtisadi  nəzəriyyə  özündə 
makroiqtisadiyyatı və mikroiqtisadiyyatı birləşdirir. 
Mikroiqtisadiyyat sahibkarlıq kapitalının və rəqabət mühitinin formalaşmasının 
iqtisadi  qanunauyğunluqlarını  əhatə  edir.  Onun  təhlilinin  mərkəzini  ayrı-ayrı 
əmtəələrin  qiymətləri,  məsrəflər,  firmanın  fəaliyyət  mexanizmi,  qiymətin 


 
 
 
 
əmələgəlməsi  və  əməyin  motivləşdirilməsi  təşkil  edir.  Mikrosəviyyədə  ictimai 
səviyyənin  inkişafını  təyin  edən  ilkin  proporsiyalar  formalaşır.  Makroiqtisadiyyat 
artıq  formalaşmış  mikroproporsiyaların  əsasında  Mərkəzi  iqtisadi  sistemlərin 
fəaliyyətlərinin  tədqiqi  ilə  məşğul  olur.  Onun  tədqiqat  obyektini  Mərkəzi  məhsul, 
qiymətlərin  ümumi  səviyyəsi,  inflyasiya,  məşğulluq  təşkil  edir.  Bu  zaman  hər  bir 
mikroproporsiya müstəqil xarakter alır. 
Real  iqtisadi  mühitdə  mikro  və  makro  iqtisadiyyat  bir-biri  ilə  qarşılıqlı 
fəaliyyətdə  olurlar.  Makroiqtisadi  səviyyədə  iqtisadi  fəaliyyət  bu  və  ya  digər 
dərəcədə  iqtisadi  stabilizator  və  tənzimləyicilər  vasitəsilə  dövlət  tənzimlənməsinə 
məruz  qalır.  Bu  tənzimlənmə  iqtisadi  inkişafm  keçid  dövründə,  bazar 
münasibətlərinin  formalaşdığı  və  bürokratik  rnetodlarm  dağıldığı  bir  şəraitdə  daha 
sərt  xarakter  alır.  İlk  dəfə  olaraq  bu  əlaqələrin  əsası  konkret  şəkildə  C.Keyns 
tərəfindən tədqiq olunmuşdur. C.Keyns istehsalı həcminin artımı ilə istehlakın həcmi, 
investisiya  qoyuluşları  ilə  hazır  məhsul  kütləsinin  həcmləri  arasında  kəmiyyət 
asılılığını müəyyənləşdirmişdir. 
Müxtəlif səviyyələri əhatə etmələrinə baxmayaraq  mikro və  makroiqtisadiyyat 
bir  məqsədə  -  cəmiyyətin  tələbatlarını  ödəmək  məqsədilə  iqtisadi  artıma  təsir 
göstərən amillərin və qanunauyğunluqların tədqiqinə yönəldilmişdir. 
Məhdud resurslarla (əmək, torpaq, kapital, sahibkarlıq) istehsalın artırılmasının 
ümumi  təhlili  vasitəsilə  sosial-iqtisadi  həyatın  tələbatlarının  ödənilməsinin 
məqsədlərini  formalaşdırmaq  olar.  Bunlar:  istehsalın  həcminin  stabil  artımı  (iqtisadi 
artım),  azad  rəqabət  şəraitində  qiymətlərin  sabitliyi,  məşğulluğun  yüksək  səviyyəsi, 
xarici ticarət balansının tarazlığının saxlanılmasından  ibarətdir. Məşğulluğun  yüksək 
səviyyəsinə  və  iqtisadi  stabilliyə  nail  olunması  Keynsçiliyin  əsas  məqsədidir. 
Bunların  təmin  olunmasının  əsas  aləti  kimi  isə  dövlətin  büdcə-vergi  siyasəti  çıxış 
edir. 
Dövlətin  apardığı  fıskal  siyasət  inflyasiyanın  səviyyəsinə  öz  təsirini  göstərir. 
İnflyasiyanın nəticələri müxtəlif və ziddiyyətli ola bilər. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə