www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Bəxtiyar Tuncay
Sakların dili və ədəbiyyatı
23
23
23
23
23
23
23
vəziyyətdə olmuşdur. Mətndən başqa bir ehtimal da doğur:
Burada ya "sak" konkret bir etnik qrupun adıdır, "kimmer"
etnonimindən ümumiləşdirici ad kimi istifadə edilmişdir, ya
da əksinə. Bu, həmin dövrdə hakimiyyətdə kimin-sakların,
yoxsa kimmerlərin olmasndan asılıdır. Çünki tarixi
mənbələrdən anlaşıldığı kimi, çox zaman tabeçilikdə olan soy
və boylar da hakim soy və ya boyun adı ilə yad edilir. Yəni bu
zaman hakim soyun adı bütün digər soy və boyların
ümumiləşdirici adı kimi çıxış edir.
Qeyd edək ki, əgər sakların adına e.ə. Vll əsrin
ortalarından rast gəlinməyə başlayırsa
(1.102)
, kimmerlərin
adı e.ə. Vlll əsrə
(1.103)
, kutilərin adı isə e.ə. lll-ll minilliklərə
aid mənbələrdə
(1.81)
qeyd edilmişdir. Sakların yazılı
mənbələrdə gec peyda olmasını mütəxəssislər onların
Azəbaycan ərazisinə sonradan gəlmələri ilə izah edirlər ki, bu
barədə artıq məlumat vermişik. Lakin
bu fikir gerçəyi o zaman
əks etdirmiş olardı ki, "sak" etnoniminə Aşşur-Babil
qaynaqlarından daha qədim qaynaqlarda rastlanmış olaydı və
həmin qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri
kimi söz açılaydı. Lakin belə mənbələr yoxdur. Saklardan
bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-Babil mixi
kitabələridir və həmin kitabələr saklardan məhz Azərbaycan
və Ön Asiya sakinləri kimi söz açmaqdadırlar. Orta Asiya
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Bəxtiyar Tuncay
Sakların dili və ədəbiyyatı
26
26
dəyişilmiş fonetik (z-d-t) forması olduğunu irəli sürmüş,
Kamal Balkan isə, kuti şəxs adlarını türk dilində izah edərək,
B.Landeberqerin fikrini təsdiqləmişdir
(1.81-82).
Eyni fikrə
Firidun Ağasıoğlu da şərik çıxmışdır. O, kuti hökmdarlarından
Yarlaqın adını qədim türk yazılarındakı Yarlakar Kan Atanın,
İbranın adını "Kitabi-Dədə Qorquddakı İmrənin, Kurumun
adını qədim bulqarların xanı Kurum xanın və Altun Orda
xanı Kurum xanın, Elulameşin adını məlum Elalmış və
İlalmışın adları ilə və s. tutuşduraraq kuti hökmdarlarının türk
adları daşıdıqlarını ortaya qoymuşdur
(7.149).
S.N. Kramer "Tarix Şumerdən başlayır" kitabının XlV
fəslində 450 sətirlik "Enki və Kainat" adlı poema barədə
məlumat verir. Təqribən 5000 il öncə qələmə alınmış bu
poemanı bizim üçün maraqlı edən Mahan toponimidir:
"Ölkələr... Mahan və Dilmun baxaraq mənə,
Dilmun gəmiləri Ģalban daĢıyır.
Mahan gəmiləri göyə qədər yüklənib,
Meluhhidən "mahilum" yelkənli gəmilər
Qızıl və gümüĢ gətirir onlar.
Hamısı daĢıyırlar Nippura."
(104.42-43).
Burada rast gəldiyimiz Mahan toponimini bizim üçün
maraqlı edən əsas cəhət ona türk tarixi mənbələrində və
folklor nümunələrində də rast gəlinməsi, bu yerlərin oğuz