www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
46
möhkəm bünövrəsi qoyulur. Buna paralel olaraq elə həmin dövrdə
Bizans və Hind mədəniyyətlərinin yayılması prosesi də baĢ verir.
Bununla bərabər ―yerli‖ ənənəvi intellektual mədəniyyətin
(islamdan əvvəlki ərəb idrakı dəyərləri, zərdüĢtlük və s.) inkiĢafı
prosesi də müĢahidə olunur.
Nəticədə VIII əsrdən baĢlayaraq müsəlman elmi ənənəsinin intensiv
formalaĢması prosesi baĢlayır. Müsəlman aləmi özgünlüyünü
saxlayaraq tədricən dünya elminin mərkəzinə çevrilir. Bir çox
xəlifələr hədiyyə olaraq ləl-cəvahir deyil, məhz kitab qəbul
edirdilər. Kitab kultu cəmiyyətin yeni idealı, and yeri olur.
Təsadüfi deyildi ki, artıq ilk xəlifələr messenat olur, ―müdriklik
evləri‖, Ģəxsi kitabxanalar yaradır və alimləri öz ətrafına cəlb
edirlər. Ġnsanın ictimai vəziyyəti, Ģəxsiyyətin nüfuz və elitaya
mənsub olması Ģəxsi bilik fondunun nə dərəcədə zəngin olması ilə
müəyyənləĢdirilir. Bilikli insan bir növ mədəni örnəyə, nümunə
götürmək üçün etalona çevrilir. Ġstər ictimai, istərsə də Ģəxsi
kitabxanalar Qərbdə yox, ilk dəfə ġərqdə yaranmıĢdı.
Müsəlman elmi ənənəsində obrazlı (humanitar) və məntiqi
(rasional) idrak formaları arasında həmiĢə dinamik tarazlıq
saxlanılırdı. Rasional və
ya humanitar elmi ənənəyə
səmtləĢməsindən asılı ol-mayaraq, müsəlman alimi bu və ya digər
dərəcədə aralıq hadisəsini də əxz etmiĢdir. Alim həm də Ģair idi və
tərsinə. Alimin elmi maraqlar spektri bəzən onlarla elmi əhatə
edirdi: riyaziyyat, fizika, astronomiya, məntiq, fəlsəfə, təbabət,
poetika, musiqi və Ģeir yazmaq nəzəriyyəsi, qrammatika, teologiya,
əlkimya və s. Ġslam dünyasında elmin və alimin özgürlüyü baza
prinsipi bu idi. Humanitar alimlərin marginallığı bundan ibarət idi
ki, onlar hər bir halda rasional təfəkkürə öz münasibətlərini
müəyyənləĢdirməyə məcbur idilər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
47
Alimliyin və ya elmiliyin Qərb modelində adətən poetiklik ilə
məntiqliyin eyni zamanda bir adama xas olmasını istisna edirdi bu
səbəbdən də ―fiziklər və liriklər‖ bölgüsü mövcud idi.
Qərb universtlərində tələbənin hazırlığı üçün kollektiv məsuliyyət
daĢıyan alimlər korporasiyasına, təkmilləĢmiĢ ierarxiyaya malik
orta əsr Avropa universitet olduğu halda,
müsəlman
universitetlərinə ümumkorporativ cavabdehlik xas deyildi.
Müəllim və alim arxetipi
Müsəlman dünyasında müəllim Ģagird (mürĢüd -mürüd)
münasibətləri nüfuz, təqlid, isnad və baĢqa prinsiplər əsasında
fəaliyyət göstərirdi. Müəllim Ģəxsiyyəti ilə canlı ünsiyyət bu tərbiyə
sistemində əsas amil idi.Bir çox alimlər (V. Sementsov) hesab
edirlər ki, ənənəvi ġərq tərbiyə sistemində Ģagirdlə müəllim
arasındakı canlı ünsiyyət ġərq mədəniyyəti üçün fundamental
əhəmiyyət kəsb edir.
Müsəlman alimliyi kitab mədəniyyəti mühitində formalaĢırdı.
Savad və ensiklopedizm kultu həm də müsəlman elmi ənənəsi
özgünlüyünü səciyyələndirir. Özgür alim Ģəxsiyyət tipi
formalaĢmıĢdı: alimdən, hər Ģeydən əvvəl, qədimdən qalan
sərvətlərə və dinin normalarına bələd olmaq, müstəsna təxəyyül və
hafizə, obrazlı və assosiativ təfəkkür tələb olunurdu.
Öz müəlliminin yaradıcı surətdə hər Ģeydə təqlid edərək onun həyatı
ilə yaĢayan zaman, gələcək alim kimi Ģagirddə tədricən müəlliminin
―örnəyi‖ (arxetipi) formalaĢır. Müəllimi ilə birlikdə Ģagird
yaradıcılığın sirlərinə yiyələnir, lakin bu zaman o, yaradıcılığın
hansısa universal bir modelini deyil, öz müəlliminin özgün, orijinal
yaradıcılıq laboratoriyasını dərk edir. Bəhmənyar maraqlı fikir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
48
söyləmiĢdir: ―Əqli elmləri dərk edərək onların daĢıyıcılarının
keyfiyyətlərini
mənimsəməyənlər
elmlərin
mahiyyətindən
məlumatsız olaraq qalırlar, bağda yazın niĢanələri göründüyü kimi,
alimin hərəkətlərindən də onun müəllimlərinin müdrikliyi özünü
göstərir‖.
Nobel mükafatına layiq görülmüĢ pakistanlı fizik Əbdüs Səlam
―Ġdeallar və gerçəkliklər‖ kitabında yazır: ―Orta əsrlərdə elmin
ağırlıq mərkəzi Ġslam dünyasında idi... Quranın yeddi yüz əlli ayəsi
-təxminən səkkizdə biri inananları təbiəti araĢdırmağa, həqiqət
axtarıĢında ağıllarını ən yaxĢı Ģəkildə istifadə etməyə, bilik əldə
etməni və elmi düĢüncəni ictimai həyatın bir parçası halına
gətirməyə sövq edir‖.
Belə tədris metodunun uğuru ilə bərabər qüsuru da var idi. Ġslam
alimləri bu qüsuru görmüĢ və tənqid etmiĢlər. Misal üçün, Əl-
Məarri korkoranə nüfuz sahibinə inanan tədris metodunu , qədim
örnəkləri qeyri-yaradıcı tərzdə təqlid edən ənənəvi alimliyi kəskin
tənqid etmiĢdi.
Ġslam elm və təhsilin əsaslandığı prinsiplər: nüfuz, təqlid, isnad,
müxtəliflik prinsipi, canlı ünsiyyət, məhsuldar mükalimə (seminar).
Maraqlıdır ki, müsəlman alim hazırlama sistemində də Ģəxsi amil
aparıcıdır. Alimi obyektivləĢdirilmiĢ intellektual mühit deyil
(ĢəxsizləĢdirilmiĢ mətnlər və ya alimlərin korporasiyaları),
tələbənin bilavasitə müəllimlə ünsiyyəti formalaĢdırır. Tələbəyə
təkcə müəllimin ona verdiyi obyektivləĢdirilmiĢ bilik fondu deyil,
həm də müəllimin həyat tərzi, düĢüncə üslubu və xüsusilə onun
Ģəxsiyyəti təsir göstərir.