www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
159
159
159
159
159
159
159
159
159
formalaĢmasında tərbiyə və özünütərbiyənin rolu. Xarakterin
formalaĢmasında mühitin, kollektivin, nümunənin rolu.
V.16.1. Xarakter haqqında anlayıĢ
Xarakterin tərifi. Ġnsanları bir-birlərindən fərqləndirən
Ģəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarak-
terdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən
onların xasiyyətini, xarakterini ön plana çəkirlər. Bu
baxımdan yunanca “xarakter” “möhür”, “naxıĢ” mənasini
bildirir. Xarakter bir növ insanın yalnız özünəməxsus
davranıĢ formasını əks etdirir. Onun ən mühüm cəhəti ondan
ibarətdir ki, xarakter Ģəxsiyyətin hər cür xüsusiyyətlərini
deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmuunu
özündə əks etdirir. Digər tərəfdən xarakteri bir psixi fenomen
kimi fərqləndirən baĢlıca cəhət ondan ibarətdir ki, o həmiĢə
fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən
gerçək aləmə və insanlara münasibətdə təzahür edir. Xarakter
həyatda qazanılmıĢ davranıĢ formasıdır. Heç kim anadan
tənbəl və ya iĢgüzar, gobud və ya mehriban, qəddar və ya
humanist, səliqəli və ya pinti, təvazökar və ya xüdbin
doğulmur. Bu kimi keyfiyətləri həyat prosesində, tipik
Ģəraitin, təlim və tərbiyəsinin təsiri altında əldə edir. Həmin
əlamətlər həmin insanın xarakterini təĢkil edən tipik
əlamətlər kimi formalaĢır və tipik Ģəraitdə dərhal özünü
göstərməyə baĢlayır.
Bütün bunlarla yanaĢı olaraq insan xarakteri onun
dünyagörüĢ və əqidəsilə də sıx bağlıdır. Ġnsanın münasibətlər
sistemini təĢkil edən dünyagörüĢü və əqidəsi istər-istəməz
onun xarakter əlamətlərinin formalaĢmasına zəmin yaradır.
Adətən, xarakter formalaĢdıqdan sonra bu və ya digər
davranıĢ tərzini həyata keçirməyə təhrik edir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
160
160
Yuxarıda qeyd edilənlərə əsasən xarakterə belə tərif
vermək olar:
Konkret şəsiyyət üçün tipik olan fəaliyət və ünsiyyət
prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə
çıxan və şəxsiyyyətin bu şəraitə olan münasibəti ilə
müəyyən
edilən
özünəməxsus
fərdi
psixoloji
xüsusiyyətlərinin məcmusuna xarakter deyilir.
Psixoloqların apardıqları tədqiqatlar belə bir qənaətə gəl-
məyə imkan vermiĢdir ki, Ģəxsiyyətin münasibətləri xarakter
əlamətlərinin fərdi özünə məxsusluğunu iki cəhətdən müəy-
yənləĢdirir. Birinci, insanın düĢdüyü hər bir tipik Ģəraitdə
emosional həyəcanların fərdi özünəməxsusluğu Ģəxsiyyətin
münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir
xüsusiyyətinin məhz bu cür tipik Ģəraitdə özünü büruzə
verdiyini göstərir. Ġkincisi, hər bir tipik Ģəraitdə Ģəxsiyyətin
təzahür edən davranıĢ fomasının özünəməxsus fərdi xüsusiy-
yətləri də onun münasibətindən asılıdır.
V.16.2. Xarakterin quruluĢu
Xarakter əlamətlərinin qarĢılıqlı əlaqəsi. Həyati
faktlardan göründüyü kimi, insan xarakteri çoxcəhətli
xüsusiyyətə
malikdir.
Ġnsan
xarakterində
müxtəlif
özünəməxsus əlamətləri müĢahidə etmək mümkündür. Bu
əlamətlər bir-birindən ayrı, təcrid olunmuĢ Ģəkildə deyil,
vəhdət halında birləĢərək xarakterin vahid strukturunu yaradır.
Xarakterin strukturunda olan əlamətlər bir-biri ilə
qanunauyğun Ģəkildə bağlıdır. Təcrübə göstərir ki, əgər insan
qorxaqdırsa o düĢünməyə belə bir əsas verir ki, həmin adam
təĢəbbüskarlıq, qətiyyətlilik və müstəqillik, əliaçıqlıq
keyfiyyətlərinə malik ola bilməz. Bununla belə xaraktercə
qorxaq olan adamda mütləq sünilik və yaltaqlıq, konformluq,
acgözlük, xəsislik, satqınlığa hazır olmaq, inamsızlıq və s.
əlamətlər özünü göstərəcəkdir. Lakin bu zaman həmin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
161
161
161
161
161
161
161
161
161
əlamətlər arasında qorxaqlıq üstünlük təĢkil edəcəkdir.
Xarakter əlamətləri içərisində bəziləri əsas, aparıcı
əlamət kimi özünü göstərəcək və bütün kompleksin
təzahürünün inkiĢafına istiqamət verəcəkdir. Bunlarla yanaĢı
olaraq xarakterdə ikinci dərəcəli əlamətlər də mövcud olur ki,
onlar bir halda əsas əlamətlərə tabe olur, onlarla Ģərtlənir,
digər halda əsas əlamətlərlə uyğunlaĢa bilmir.
Xarakter əlamətləri və Ģəxsiyyətin münasibətləri.
Xarakter əlamətləri Ģəxsiyyətin müxtəlif münasibətləri ilə
müəyyən edilən xassələr sisteminə malikdir. Bu münasibətlər
eyni zamanda xarakterin mühüm əlamətlərini təsnif etmək
üçün əsas rol oynayır. Bu baxımdan Ģəxsiyyətin münasibətlər
sistemini və xarakter əlamətlərini aĢağıdakı Ģəkildə
qruplaĢdırmaq olar:
1. Ġnsanın baĢqa adamlara: doğma və yaxın adamlara,
təhsil və iĢ yoldaĢlarına, tanıdığı və az tanıdığı adamlara
münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara
sədaqətlilik, prinsipiallıq və prinsipialsızlıq, ünsiyyətlilik və
qapalılıq, doğruçuluq və yalançılıq, mərifətlilik və kobudluq,
qayğıkeĢlik və laqeydlik və s. aid etmək olar.
2. Ġnsanın özünün özünə münasibətini bildirən xarakter
əlamətləri. Bunlara heysiyyət, öz gücünə inam və inamsızlıq,
Ģöhrətpərəstlik, lovğalıq, təvazökarlıq, özü haqqında yüksək
fikirdə olmaq və s. aid etmək olar.
3. Əməyə münasibətdə özünü göstərən xarakter
əlamətləri. Bunlalara vicdanlılıq, əməksevərlik, tənbəllik,
təĢəbbüskarlıq, iĢə məsuliyyətli və məsuliyyətsiz münasibət,
ciddilik və s. aid etmək olar.
4. Ġnsanın əĢyalara münasibətini ifadə edən xarakter
əlamətləri. Bunlara səliqəlilik və ya pintilik, əĢyalara qayğılı
və qayğısız münasibət və s. aid etmək olar.
Dostları ilə paylaş: |