www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
348
348
münasibətləri açmağı bacarmalı; 4) Ģagirdləri fəallaĢdırmaq məqsədilə
müxtəlif kommunikativ vasitələrdən istifadə edə bilməli və s. Bütün bu
keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji fəaliyyətində
yüksək nailiyyətlər əldə edə bilər.
Müəllimin Ģəxsiyyəti onun pedaqoji əməyinə istiqamət,
məna verir. Müəllim Ģəxsiyyətinin strukturuna gəldikdə
buraya onun əməyinin xarakterini müəyyənləĢdirən psixi
keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini
və s. aid etmək olar. Müəllim Ģəxsiyyəti özünün istiqamət və
motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi
üslubi və s. ilə xarakterizə olunur.
Müəllim Ģəxsiyyətinin istiqaməti birinci növbədə
özünün motivləĢmə sferası (aləmi), ideyaları, sərvət meylləri,
əqidə və inamı və s. ilə müəyyən edilir. Burada müəllimin
yüksək ideyalılığı və inamının, öz peĢəsində oynadığı sosial
rolu anlamanın rolunu da xüsusi qeyd etmək lazım gəlir.
Bunlar bir növ müəllim Ģəxsiyyətinin keyfiyyətini təĢkil
edirlər.
Müəllim Ģəxsiyyətində qeyd olunan keyfiyyətlərlə
yanaĢı onun fərdi-psixi xassələri də həlledici yer tutur. Buraya
müəllimin pedaqoji qabiliyyətlərini, maraq və meylini,
xarakterini, emosional iradi və əqli xüsusiyyətlərini daxil
etmək olar. Pedaqoji qabiliyyətlər fərdi psixi xassə kimi müəl-
limi özünün peĢə fəaliyyəti üçün daha çox yararlı edir.
Müəllim Ģəxsiyyəti eyni zamanda özünün yaradıcılıq
mövqeyi səviyyəsi, onu həyata keçirmək üçün yeni məqsəd və
yollar axtarmaq cəhdi ilə xarakterizə olunur. Müəllim
yaradıcılığı pedaqoji fəaliyyətdə yaratdığı yenilikdə, yaradıcı
təfəkküründə, orijinal tapıntılarında ifadə olunur.
Bütün bunlarla yanaĢı olaraq müəllim Ģəxsiyyəti
pedaqoji əməyin həyata keçirilməsinin fərdi xarakteri ilə
müəyyən edilir. Təcrübə göstərir ki, obyektiv tələblə Ģərtlənən
eyni bir məqsəd müxtəlif müəllimlər tərəfindən müxtəlif
əməliyyatlardan istifadə yolu ilə həyata keçirilir. Bu, həmin
müəllimin fərdi üslubu kimi xarakterizə olunur. Müəllim
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
349
349
349
349
349
349
349
349
349
əməyinin fərdi üslubu onun fəaliyyətinin elə davamlı tərzləri
birliyidir ki, o yalnız həmin Ģəxsin yerinə yetirdiyi iĢlərin
müvəffəqiyyətini təmin edir. Müəllimin fərdi üslubunun
səmərəliliyi onun yetirdiyi Ģagirdlərin tərbiyəlilik və yüksək
mənimsəmə səviyyəsi ilə ölçülür. Müəllim hansı üslubla
iĢlədiyini dərk etməlidir. O, həmin üslubun qüsurlarının nədən
ibarət olduğunu və bu qüsurları necə aradan qaldırmaq
mümkün olduğunu bilməlidir. Bir cəhəti də nəzərə almaq
lazımdır ki, müəllimin yiyələndiyi fərdi üslub nisbətən ləng
dəyiĢilə bilir.
Müəllim Ģəxsiyyətinin strukturunda özünü göstərən
psixi halətlərə və proseslərə gəldikdə onlar epizodik, struktiv
xarakter daĢıyır, bir növ Ģəxsiyyətin yaranmasında ehtiyat
rolunu oynayırlar.
Nəhayət, müəllim Ģəxsiyyətinin strukturunda təcrübə,
bilik, bacarıq, vərdiĢ və adətlər də özünəməxsus yer tutur və
onun fəaliyyətinin səmərəliliyində mühüm rol oynayır.
Yeri gəlmiĢkən qeyd etmək lazımdır ki, müəllim
Ģəxsiyyətinin struktur komponentləri içərisində ən az
dəyiĢməyə meyli olan onun istiqamətidir. Bu cəhəti dəyiĢmək,
tərbiyə etmək nisbətən çətindir. Ona görə də hələ əvvəlcədən
müəllim Ģəxsiyyətinin istiqamətinin düzgün formalaĢması
həlledici əhəmiyyətə malikdir.
Müəllim Ģəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu.
Pedaqoji fəaliyyətin müvəffəqiyyətində yüksək keyfiyyətlərə
malik olan müəllim Ģəxsiyyətinin formalaĢması mühüm
əhəmiyyətə malikdir. Həmin keyfiyyətlər fəaliyyət prosesində
tədricən Ģagirdlərin Ģəxsiyyətinin əlamətlərinə çevrilir.
Qabaqcıl müəllimlərin iĢ təcrübəsini nəzərdən keçirdikdə
onlarda yüksək Ģüurluluq, əxlaqi keyfiyyətlər, ümumi
mədəniyyət və s. kimi keyfiyyətlər müĢahidə edirik. Pedaqoji
qabiliyyətlərlə birlikdə bu keyfiyyətlər müəllimə öz
fəaliyyətində müvəffəqiyyət qazanmaq imkanı verir.
Müəllimin öz fəaliyyətində müvəffəqiyyət qazanmasında
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
350
350
onun əxlaqi və iradi keyfiyyətləri də mühüm yer tutur. Bu
keyfiyyətlər möhkəmlənir və müəllimin Ģəxsiyyətinin daimi
əlamətlərinə çevrilir.
Müəllimin iradi qüvvəsinin ən parlaq ifadələrindən biri
onun məqsədyönəliĢliliyi, daima böyük pedaqoji vəzifələri
həll etməyə yönəlməsindən ibarətdir. Ġradəli müəllim təkcə
Ģagirdin qarĢısına tələb qoymaqla kifayətlənmir, eyni zamanda
həmin tələbin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət
edir.
Müəllim təkidli olmalıdır. Təkidlilik təkcə müəllimin
Ģagirdlərə qarĢı tələbkar olması, ona nəzarət etməsi üçün
zəruri deyildir. Bu keyfiyyət eyni zamanda müəllimin öz
pedaqoji fəaliyyətini icra edərkən qarĢıya çıxan ciddi çətinlik
və maneələri aradan qaldırması, fasiləsiz olaraq öz üzərində
iĢləməsi, öz ixtisasını artırması üçün də zəruridir.
Pedaqoji
iĢin
müvəffəqiyyəti
üçün
müəllimdə
dözümlülük, hövsələnin olması da zəruridir. Əgər müəllim
özünü əla ala bilmirsə, o, sinfi də ələ ala bilməyəcəkdir.
Müəllim özünü ələ ala bilməyi, öz hərəkətlərinə nəzarət
etməyi bacarmalıdır.
Müəllim üçün xarakterik olan keyfiyyətlərdən onun
təvazökarlıq və özünə qarşı tələbkarlığını da qeyd etmək
lazımdır. Bunlar həqiqi müəllimə xas olan müsbət
keyfiyyətlərdəndir. Təcrübəli müəllim nə qədər müvəffəqiyyət
qazansa da, hələ çox iĢ görmək lazım gəldiyini baĢa düĢür.
Hələ vaxtilə görkəmli rus pedaqoqu K.D.UĢinski təlim
və tərbiyə iĢində müəllimin mövqeyinə müstəsna əhəmiyyət
verərək onun geniĢ və dərin elmi-pedaqoji biliyə, yüksək
əxlaqi keyfiyyətlərə, möhkəm iradəyə və xarakterə malik
olmasını tələb edirdi. O, hər Ģeydən əvvəl tərbiyəçinin tərbiyə
etdiyi insanı hərtərəfli bilməsinin, onu dəqiq öyrənməsinin
zəruriliyini, həmin biliklər olmadan tərbiyə iĢini düzgün təĢkil
etməyin mümkün olmadığını göstərir. “Tərbiyəçi insanı
həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli
cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları ilə tanıĢ
Dostları ilə paylaş: |