____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
5
baycan ədəbiyyatı şöbəsinə daxil olur. Kamran müəllimin öm-
rünün tədqiqat illəri başlanır. Onun dissertasiya mövzusu “XX
əsr romantiklərinin ədəbi-nəzəri görüşləri”dir. Elmi rəhbər isə
professor Kamal Talınbzadədir. Bəli, Kamran müəllimin həyat
tarixçəsinə yeni bir cümlə əlavə olunur. Onun həyatda açdığı
çığır yavaş-yavaş yola çıxır. Biz də Kamran müəllimə elmin
zirvələrinə qalxan yolda yeni-yeni yaradıcılıq müvəffəqiyyət-
ləri arzulayırıq”.
K.Əliyev ağlı kəsəndən qələmə sarılıb, onu əlindən yerə
qoymayıb. Atalarımız da yaxşı deyib: Quş qanadla uçar, insan
diləklə. Amma hər qanadla da uzağa uçmaq olmur, o baxır
uçmaq üçün qanadı kimdən almısan. Bizə belə gəlir ki,
K.Əliyevə bu qol-qanadı prof. Abbas Zamanov verib. Və bu
dahi insan öz tələbəsini həyat səmasının ənginliklərinə uçur-
dub. K. Əliyev də ustadının haqq-sayını heç vaxt itirməyib.
Abbas Zamanovun adı gələndə ayağa durub, ehtiramla baş əyib
bu böyük şəxsiyyətin pak ruhu önündə.
Prof. A. Zamanovun K.Əliyev haqqında söylədiklərini
zaman özü тясдигляди. Bu mütəfəkkir alim 6 iyul 1974-cü il
tarixində “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş
“Uğur olsun” məqaləsində yazırdı: “Bu il S. M. Kirov adına
ADU-nun filologiya fakültəsini müvəffəqiyyətlə bitirən Kam-
ran Əliyev Dövlət İmtahan Komissiyasında müvəffəqiyyətlə
diplom işi müdafiə edib əla qiymət aldı.
Kamran Əliyev diplom işini 20-ci və 30-cu illərdə qızğın
fəaliyyət göstərən Mustafa Quliyevin ədəbi-tənqidi görüşləri
mövzusuna həsr etmişdir. O, səbr və inadla axtarışlar aparıb M.
Quliyevın bütün əsərlərini mövzularına görə qruplaşdırmış,
tədqiq etmiş, həmçinin ədibin müxtəlif zamanlarda Azərbaycan
və rus mətbuatında çıxan məqalələrinin biblioqrafiyasını dü-
zəldib diplom işinə əlavə kimi vermişdir.
Məlumdur ki, M.Quliyevin tənqidçilik fəaliyyəti haqqın-
da indiyədək ancaq ayrı-ayrı müəlliflərin məqalələrində və
ədəbiyyat tarixi kitablarının xülasələrində çox ötəri bəhs olun-