MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə2/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   2   3   4   5   6   7   8   9   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 

baycan ədəbiyyatı şöbəsinə daxil olur. Kamran müəllimin öm-
rünün tədqiqat illəri başlanır. Onun dissertasiya mövzusu “XX 
əsr  romantiklərinin  ədəbi-nəzəri  görüşləri”dir.  Elmi  rəhbər  isə 
professor Kamal Talınbzadədir. Bəli, Kamran müəllimin həyat 
tarixçəsinə  yeni  bir  cümlə  əlavə  olunur.  Onun  həyatda  açdığı 
çığır  yavaş-yavaş  yola  çıxır.  Biz  də  Kamran  müəllimə  elmin 
zirvələrinə  qalxan  yolda  yeni-yeni  yaradıcılıq  müvəffəqiyyət-
ləri arzulayırıq”. 
K.Əliyev  ağlı  kəsəndən  qələmə  sarılıb,  onu  əlindən  yerə 
qoymayıb. Atalarımız da yaxşı deyib: Quş qanadla uçar, insan 
diləklə.  Amma  hər  qanadla  da  uzağa  uçmaq  olmur,  o  baxır 
uçmaq  üçün  qanadı  kimdən  almısan.  Bizə  belə  gəlir  ki, 
K.Əliyevə  bu  qol-qanadı  prof.  Abbas  Zamanov  verib.  Və  bu 
dahi  insan  öz  tələbəsini  həyat  səmasının  ənginliklərinə  uçur-
dub.  K.  Əliyev  də  ustadının  haqq-sayını  heç  vaxt  itirməyib. 
Abbas Zamanovun adı gələndə ayağa durub, ehtiramla baş əyib 
bu böyük şəxsiyyətin pak ruhu önündə. 
Prof.  A.  Zamanovun  K.Əliyev  haqqında  söylədiklərini 
zaman  özü  тясдигляди.  Bu  mütəfəkkir  alim  6  iyul  1974-cü  il 
tarixində  “Ədəbiyyat  və  incəsənət”  qəzetində  dərc  olunmuş 
“Uğur  olsun”  məqaləsində  yazırdı:  “Bu  il  S.  M.  Kirov  adına 
ADU-nun  filologiya  fakültəsini  müvəffəqiyyətlə  bitirən  Kam-
ran  Əliyev  Dövlət  İmtahan  Komissiyasında  müvəffəqiyyətlə 
diplom işi müdafiə edib əla qiymət aldı. 
Kamran Əliyev diplom işini 20-ci və 30-cu illərdə qızğın 
fəaliyyət  göstərən  Mustafa  Quliyevin  ədəbi-tənqidi  görüşləri 
mövzusuna həsr etmişdir. O, səbr və inadla axtarışlar aparıb M. 
Quliyevın  bütün  əsərlərini  mövzularına  görə  qruplaşdırmış, 
tədqiq etmiş, həmçinin ədibin müxtəlif zamanlarda Azərbaycan 
və  rus  mətbuatında  çıxan  məqalələrinin  biblioqrafiyasını  dü-
zəldib diplom işinə əlavə kimi vermişdir. 
Məlumdur  ki,  M.Quliyevin  tənqidçilik  fəaliyyəti  haqqın-
da  indiyədək  ancaq  ayrı-ayrı  müəlliflərin  məqalələrində  və 
ədəbiyyat tarixi kitablarının xülasələrində çox ötəri bəhs olun-


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 

muşdur.  K.Əliyevin  diplom  işi  tənqidçi  M.Quliyev  haqqında 
ilk müsrtəqil tədqiqatdır. 
Diplom işindən alınan xoş təsir göstərir ki, K.Əliyev uni-
versitetdə  təhsil  aldığı  müddətdə  müəyyən  mövzuda  tədqiqat 
aparmaq,  elmi  və  bədii  əsəri  təhlil  edib  orijinal nəticələrə  gəl-
mək,  öz  elmi  fikirlərinin  arasında  məntiqi  rabitə  yaratmaq 
vərdişi əldə edə bilmişdir. Əlbəttə, bu, fərəhləndirici haldır. 
K.Əliyevin diplom işini oxuyarkən əli qələmli, sinəsi söz-
lü,  elmi-nəzəri  cəhətdən  hazırlıqlı,  çalışqan,  ədəbiyyatımızı 
sonsuz  məhəbbətlə  sevən  gənc  müəlliflə  üz-üzə  gəlir,  onun 
yazılarının  məntiqinə,  mühakimələrinin  dolğunluğuna  şübhə 
etmir, gələcəyinə ümid bəsləyirəm. 
Biz  inanırıq  ki,  K.  Əliyevin  ilk  qələm  təcrübəsi  olan  bu 
diplom  işi  onun  yeganə  əsəri  olmayacaq,  o  öz  qələmini  gələ-
cəkdə də sınayacaq və bizi yenə də sevindirəcəkdir. 
Ali təhsili müvəffəqiyyətlə başa çatdırıb müstəqil ictimai 
həyata qədəm qoyan istedadlı gənc filoloqu təbrik edib ən yax-
şı müvəffəqiyyətlər arzusu ilə deyirik: “Elmin çətin yollarında 
sənə uğurlar olsun”. 
K.Əliyevin  həyat  tarixçəsini  vərəqlədikcə  adamın  ruhu 
təzələnir,  bu  böyük  istedad  sahibinin  əzəmətini  duyurсан. 
Jurnalist Etibar Tarverdiyevin 18 fevral 1982-ci ildə “İşıqlı yol 
“ qəzetində dərc etdirdiyi “Bir qəlbin döyüntüləri” məqaləsində 
də  K.Əliyevin  həyat  tarixçəsi  qısa,  lakin  dolğun  şəkildə  və-
rəqlənir.  O  yazır:  “İmran  kişinin  sevincinin  həddi-hüdudu  yoх 
idi. Axı necə də sevinməsin? El adəti ilə toy vurdurmaq, gəlin 
gətirmək onun çoxdankı arzusu idi. Toy günü Moskvadan alın-
mış daha bir xəbər ailə üçün ikiqat sevincə səbəb oldu. Ali At-
testasiya Komissiyası  onun oğluna filologiya  elmləri namizədi 
adını  təsdiq  etmişdir.  Kişinin  xəyalı  artıq  ömür  üçün  notlara 
çevrilmiş əvvəlki illərə qanadlandı. 
1953-cü  ilin  Novruz  bayramına  yaxın  gecələrin  biri  idi. 
Diyadin  kəndinin  yuxarı  məhəlləsində  kolxozçu  ailəsində  bir-
birinin ardınca doğulmuş qız uşaqlarından sonra sısqa bir oğlan 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 

uşağı dünyaya göz açdı. Adını Kamran qoydular. İllər bir-birini 
əvəz etdikcə o,  yaraşıqlı bir oğlana çevrildi.  Bu oğlan məktəb 
illərində  yaxşı  oxuması  ilə  yoldaşlarına  nümunə  göstərildi. 
1969-cu  ildə  Tumaslı  kənd  orta  məktəbində  son  zəng  günü 
peşə  seçməkdən  söhbət  düşəndə  Kamran  da  ürəyindən  keçən-
ləri gizlətmədi. “Elm ilə məşğul olacağam”,-dedi. 
Universitetin  geniş  auditoriyaları artıq Kamranı  qoynuna 
almışdı.  Qəbul  imtahanlarından  əla  qiymətlərlə  çıxan  Kamran 
filologiya  fakültəsində  oxuyurdu.  Orta  məktəb  illərində  müəl-
limlərindən  aldığı  bilik  universitet  illərində  də  əlindən  tutdu. 
Kamran  professor  Abbas  Zamanovun,  Bəxtiyar  Vahazadənin 
dərin məzmunlu mühazirələrini dinlədikcə onun elmi axtarışlar 
aparmağa marağı daha da artırdı. Respublika mətbuatında tez-
tez  elmi  məqalələrlə  çıxış  etməyə  başladı.  Nəhayət,  aldığı 
biliyin  və  əla  qiymətlərin  mükafatı  olaraq  universiteti  fərqlən-
mə  diplomu  ilə  bitirdi.  Təyinatını  öz  doğma  rayonuna  aldı. 
Xanlıqlar  kənd  orta  məktəbində  ədəbiyyat  müəllimi  işlədi. 
Yüksək biliyi, təvazökarlığı ilə müəllim və şagird kollektivinin 
dərin hörmətini qazandı. 
Müəllim  işləyə-işləyə  yuxusuz  gecələr  keçirtdi,  öz  üzə-
rində  daha  inadla  çalışdı,  biliyini  daha  da  artırdı.  1976-cı  ildə 
sənədlərini  Azərbaycan  Elmlər  Akademiyasının  Nizami  adına 
Ədəbiyyat  İnstitutunun  aspiranturasına  verdi.  Elm  aləmində 
topladığı  zəngin  təcrübə  köməyinə  çatdı.  İmtahanlardan  əla 
qiymətlər  aldı,  aspiranturaya  qəbul  olundu.  Narahat  anlar  ye-
nidən başlandı.  Professor Kamal Talıbzadənin  rəhbərliyi  altın-
da “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” 
mövzusunda  dissertasiya  üzərində  işlədi.  XX  əsr  Azərbaycan 
ədəbiyyatının  bir  sıra  mühüm  məsələlərini  dərindən  öyrəndi. 
Dissertasiyada az tədqiq olunmuş mühüm məsələlərə daha çox 
diqqət  yetirdi.  Özünün orijinal  elmi  fikirlərinə böyük üstünlük 
verdi. Aspiranturada oxuduğu illərdə neçə-neçə elmi məqalənin 
müəllifi oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1979-cu 
ildə  Azərbaycan  Elmlər  Akademiyası  tərəfindən  nəşr  olunan 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə