MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə7/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   2   3   4   5   6   7   8   9   10   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
20 
tərəfindən  mövzunun  işlənməsi  zəruriliyi  diqqət  mərkəzində 
olmasına  baxmayaraq,  indiyədək  yenə  də  bu  haqda  müstəqil 
tədqiqat əsəri yazılmamışdır. 
K.Əliyev doğru olaraq yazır ki, Azərbaycan sovet ədəbiy-
yatşünaslığında ayrı-ayrı yazıçıların ədəbi-tənqidi görüşləri ba-
rəsində namizədlik dissertasiyaları yazılmışsa da, bunu XX əsr 
Azərbaycan  romantiklərinə  şamil  etmək  olmaz.  O  da  inkaro-
lunmaz  faktdır  ki,  eyni  cərəyana  mənsub  bir  qrup  yazıçının 
ədəbi-nəzəri  görüşləri  Azərbaycan  ədəbiyyatşünaslığında  küll 
halında  tədqiq  olunmadığından  bu  iş  sözün  həqiqi  mənasında 
tamamilə yenidir.  
Monoqrafiyada XX əsr Azərbaycan romantiklərinin ədəbi 
görüşlərindəki  mühüm  fakt  göstəriciləri  müqayisə  edilmiş, 
sənətkarların fərdi mülahizələri meydana çıxarılmış və XX əsr 
Azərbaycan  romantizmi  üçün  bunların  səciyyəviliyi  ilk  dəfə 
müəyyənləşdirilmişdir. 
XX  əsr  Azərbaycan  romantizm  nəzəriyyəsində  sənətdə 
həqiqət axtarıcılığı, folklora münasibət, dil və mətbuat haqqın-
da,  sənətkarın  burjua  cəmiyyətində  rolu  və  mövqeyi,  yara-
dıcılıq  azadlığı  konsepsiyası  və  romantik  tənqidiн  janrları  ilk 
dəfədir  ki,  tədqiqat  obyekti  seçilmiş  və  toplu  halında  öyrə-
nilmişdir. 
Alim onu da göstərir ki, tədqiq olunan sənətkarların ədə-
bi-estetik  görüşlərinin  formalaşması,  yeni  ədəbiyyat  uğrunda 
mübarizələri və habelə romantizmin bəzi nəzəri-estetik prinsip-
ləri,  ədəbiyyatın  həyatala  əlaqəsi,  ədəbiyyatın  ideyalılığı,  bur-
jua cəmiyyətində sənətkarın taleyi, sənətkarın vətəndaşlıq bor-
cu  kimi  məsələlər  ədəbiyyatşünaslığımızda  müxtəlif  münasi-
bətlərlə izah olunsa da, geniş və hərtərəfli təhlil olunmağından 
biz  bu  məsələləri  ilk  dəfə  olaraq  problem  səviyyəsində  həll 
etməyə çalışmışıq. 
XX  əsr  Azərbaycan  romantikləri  M.  Hadi,  H.  Cavid,  A. 
Səhhət  və  A. Şaiqin  ədəbi  nəzəri  mülahizələri  həm  bədii  əsər-
lərində,  həm  də  ayrı-ayrı  məqalələrində  əks  olunmuşdur.  On-


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
21 
ların bədii nümunələrdə dedikləri ədəbi fikirlər məqalələrdə de-
yilənlərdən heç də  az əhəmiyyət kəsb etmir. Bəlkə də, XX  əsr 
Azərbaycan romantizm nəzəriyyəsi üçün xarakterik cəhətlərdən 
biri  bədii  problemlərin  bədii  formada  həll  edilməsidir.  K. 
Əliyev  məsələnin  bu  tərəfinə  xüsusi  hal  kimi  baxmış,  araş-
dırmanı bu istiqamətdə aparmağı vacib hesab etmişdir. 
M. Hadinin, H. Cavidin, A. Səhhətin və A. Şaiqin öz ədə-
bi  mülahizələrini  şeir  dili  ilə  verdiyini  göstərən  alim  bu  mü-
lahizələrin təkcə ayrı-ayrı şeirlərdə deyil, bəzən şeirin müəyyən 
bir  misrasında  da  öz  əksini  tapdığını  və  belə  misraların  isə 
təsadüfi olmadığını qeyd edir. 
Tədqiqatçı  XX  əsr  romantiklərindən  olan  M.  Hadinin 
“Qələm”,  “Qələm  nə  söyləyir”,  “Şair,  hücreyi-işтiğalı  və 
düşüncələri”, H. Cavidin “Nəcmi-keysudar “, “İbtilayi-qəram“, 
“Şeir  məftunu”,  A.  Səhhətin  “Şair,  Şeir  pərisi  və  Şəhərli”, 
“Şərarə”,  “Şair”,  “Sabir,  ey  şairi-dühapərvər”,  A.  Şaiqin  “Sa-
bir”, “Bu da bir şeri-faniyi digəran”, “Böyük xadim” və s. şeir-
lərini  bu  qəbildən  sayır  və  romantiklərin  ədəbi  nümunələrini 
tədqiqata  daha  geniş  arenada  cəlb  edir,  onların  açıq,  aydın  və 
sərrast  mülahizələrini  təhlil  edir.  M.  Hadinin  “Məmməd  Səid 
Ordubadi  cənablarına  açıq  məktub”,  “Xurafat  içində  həqiqət”, 
“Qəzetlərimiz,  mühərrirlərimiz”,  “Osmanlı  mətbuatından  par-
laqlıq”, “Seyid Əzim və asarı”, “Abbas Səhhətin üfuli-əbədisi “ 
və.  s;  H.  Cavidin  “Müharibə  və  ədəbiyyat”,  “Bir-iki  söz”, 
“Cavablara  cavab  yaxud  ikinci  və  son  rica”,  “  Mirzə  Abdulla 
Məhəmmədzadə, A. Sur yaxud Abdulla Tofiq” və .i a; A. Səh-
hətin  “Təzə  şeir  necə  olmalıdır”,  “Sabir”,  “Sabirin  tərcümеyi-
halı “ və.s; A. Şaiqin “Dilimiz və ədəbiyyatımız” , “Üdəba və 
şairlərimizin  halı”,  “Abbas  Səhhət”,  “Hacı  Seyid  Əzim 
Şirvani”  ,  “Mirzə  Ələkbər  Sabirin  tərcümeyi-halı  “  və  habelə 
20-ci illərdə yazdığı bir çox məqalələr tədqiqat üçün alimə çox 
zəngin material vermişdir. 
Prof.  Ş.  Qurbanov  monoqrafiyanı  təhlil  edərkən  alimin 
elmi axtarışlarının mühüm cəhətlərinə diqqət yetirərək yazır ki, 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
22 
ictimai-siyasi  mübarizələr,  inqilablar  dövrü  hesab  olunan  XX 
əsrin  oyanma  prosesində  boğucu  mühitdən  xilas  üçün  mütə-
rəqqi  Azərbaycan  romantiklərinin  mövqeyini  aydınlaşdıran 
müəllif  belə  bir  doğru  fikrdədir  ki,  onları  başqa  xalqların  eyni 
yaradıcılıq  üsulundan  fərqləndirən  aşkar  cəhətlər  vardır.  Bir 
çox xalqların ədəbiyyatında, xüsusən fransız, alman, ingilis və 
rus  romantizmi  realizmin  yaranmasına  xidmət  etdiyi  və  bir 
növ,  öz  yerini  yeni  yaradıcılıq  metoduna  verdiyi  halda,  bizdə 
romаntizm  bir cərəyan kimi meydana  gələndə realizm  az qala 
bir əsrlik yaradıcılıq təcrübəsinə malik idi. Odur ki, tədqiq olu-
nan  dövrdə  Azərbaycan  romantizmi  tənqidi  reaılizmlə  müvazi 
inkişaf etmiş, ona xüsusi rəğbət və meyl göstərmişdir. Təsadüfi 
deyildir  ki,  bizim  romantiklərin  bəzilərində  açıq-aşkar  üslub 
ikiliyi mövcud idi. Bununla da romantizm və realizm bir-birinə 
qaynayıb qarışmış, çox vaxt biri digərini əvəz etmişdir. Bu da 
müəllifin  doğru  olaraq  dediyi  kimi,  milli  özünəməxsusluqdan 
və  dövrün  sənətkar  qarşısına  qoyduğu  vətəndaşlıq  vəzifələrini 
dərindən dərk etmək və onun məsuliyyətini daşımaq meylindən 
irəli gəlirdi.  
Monoqrafiyada  əldə  olunan  nəticələr  də  bir  çox  cəhətdən 
həddən  artıq  maraqlı  və  faydalıdır.  Müəllif  göstərir  ki,  XX  əsr 
Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərinin formalaş-
ması  klassik  Azərbaycan  Şərq  fəlsəfəsi  və  ədəbi-bədii  fikri, 
həmçinin  Avropa,  rus  romantizmi  ilə  bağlı  olmuşdur.  Bu  bağ-
lılıq  onu  sübut  edir  ki,  ideyalar  sistemi  çox  zəngin  olan  Azər-
baycan  romantizmi  ilə  birgə  bu  romantizmin  nəzəriyyəsi  də 
ümumdünya romantik nəzəri fikrinin hissələrindən biridir. Həm-
çinin  XX  əsr  Azərbaycan  romantiklərinin  Şərq  və  milli  ədə-
biyyatlarla  əlaqədar  söylədikləri  mülahizələri  onların  ədəbi 
görüşlərindəki  spesifikliyi  meydana  çıxararaq  romantik  nəzəri 
fikiriн, romantik tənqidin milli müəyyənliyini qoruyub saxlayır. 
   Monoqrafiyadakı  digər  elmi  nəticələrdən  biri  də  tam 
dolğundur. Müəllif müəyyənləşdirir ki, XX əsr Azərbaycan ro-
mantiklərinin  ədəbi-nəzəri  görüşləri  əksər  hallarda  romantiz-


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə