MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə8/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
23 
min estetik tələblərinə uyğun gəlmiş və müvafiq şəkildə inkişaf 
etmişdir.  Onlar  elmi  fikirlərini  bədii  təcrübədəki  nailiyyətləri 
əsasında söyləmiş və özlərini bir daha romantik sənətkar kimi 
təsdiq  etmişlər.  Bütün  yaradıcılıqları  boyu  romantik  metodla 
yazan  M.  Hadi  və  H.  Caviddən  fərqli  olaraq  realizmə  gəlib 
çıxan A. Səhhət və A. Şaiq nəzəri görüşlərində də bu istiqaməti 
müdafiə  etmiş,  hətta  öz  məqalələrində  romantizm  və  realizm 
əlaqələrinin öyrənilməsi mərhələsinin başlanğıcını qoymuşlar. 
Nəticələr  bunlarla  bitmir.  Müəllif  oxucunun  diqqətinə 
onu  da  çatdırır  ki,  XX  əsr  Azərbaycan  romantizminin  poetika 
məsələləri  ilk  dəfə  olaraq  bu  monoqrafiyada  tədqiq  olunur. 
Tədqiqat  prosesində  aydınlaşır  ki,  bu  araşdırma  romantiklərin 
ədəbi  müddəalarının  işığında  aparılmışdır.  Əlbəttə,  müəllif 
düzgün  mövqe  tutmuşdur.  Əks  təqdirdə  romantizmin  estetik 
tələbləri unudular və yanlış mülahizələr meydana çıxa bilərdi. 
Monoqrafiyada  romantiklərin  sənətkar  taleyi  və  yaradı-
cılıq  azadlığı  haqqında  olan  mülahizələr  də  oxucuda  geniş  tə-
səvvür yaradır. Müəllif aydınlaşdırır ki, bu məsələlər bilavasitə 
burjua  cəmiyyəti  ilə  sənətkar  arasında  olan  təzadın  qabarıq 
şəkildə  meydana  çıxarılması  üçün  lazım  olan  cəhətlərdəndir. 
XX  əsr  Azərbaycan  romantiklərinin  bu  barədəki  mülahizələri 
onların öz tərcümeyi-halları , öz yaradıcılıqları ilə sıx bağlıdır. 
Kamran  Əliyev  tədqiqat  prosesində  mümkün  olan  çox-
saylı elmi ədəbiyyatı kifayət qədər saf-çürük etmiş, fikirlərinin 
isbatı  üçün  onlardan  lazımi  şəkildə  istifadə  edə  bilmişdir. 
Müəllifin  bu  kitabının  çapının  üstündən  27  ildən  artıq  vaxt 
keçir. Bu zaman ərzində alimin bu əsəri ədəbiyyatşünaslarımız 
üçün faydalı olmuş və faydalı olaraq qalacaqdır. 
 
 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
24 
ALĠM DÜġÜNCƏSĠNĠN ĠTĠLĠYĠ 
 
İstedadlı tənqidçi, ədəbiyyatşünas alim Kamran Əliyevin 
atası İmran Salah oğlunun əziz xatirəsinə ithaf etdiyi “Hüseyn 
Cavidin şəxsiyyəti və poetikası” kitabı 1997-ci ildə işıq çapdan 
çıxıb. Zəngin bədii faktlar və ensiklopedik məlumatlar, araşdır-
malar 
üzərində 
qurulan, 
müəllifin  aydın,  səlis,  elmi 
arqumentləri ilə oxucunu dü-
şündürən bu kitabının da mə-
ziyyətləri  əvəzsizdir.  Mono-
qrafiya 4 bölmədən ibarətdir. 
Bu bölmələrin hər birinin el-
mi  əsasа  малик,  ardıcıl,  ori-
jinal nümunələri oxucuda ge-
niş  və  əhatəli  təsəvvür  ya-
radır. Başqa sözlə, əsər güclü 
ədəbi  faktlar  üzərində  qurul-
duğundan elmi təhlil və şərh-
lərə daha çox üstünlük veril-
diyindən  o,  intellektual  sə-
viyyəyə  malik  bir  alim  qə-
ləminin məhsulu kmi diqqəti çəkir. Alimin qələm dostu Alxan 
Bayramoğlu  da  düzgün  olaraq  göstərir  ki,  “Hüseyn  Cavidin 
şəxsiyyəti  və  poetikası”  kitabı  H.  Cavidin  sənət  xəzinəsindən 
tədqiqatçı  diqqəti  ilə  seçilən  məziyyətlər  toplusunu  xatırladır. 
Bu  məziyyətlərin  biri  Cavid  şəxsiyyətinin  bütövlüyünü,  saf-
lığını  və  müdrikliyini  özündə  əks  etdirən,  digəri  həmin  vəh-
dətdən  yaranan  sənətkar  böyüklüyünün  sirlərini  bizə  göstər-
məyə,  açmağa  çalışır.  K.Əliyev  birinci  növbədə  Cavidin  bir 
sənətkar kimi  əzəmət  və  möhtəşəmliyinin  sirlərini  araşdıraraq, 
belə  qənaətə  gəlir  ki,  onun  şəxsiyyəti  ilə  yaradıcılığı  həmişə 
vəhdətdə olmuşdur. 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
25 
Kitabın ən maraqla oxunan bölmələrindən birincisi “Şəx-
siyyətin  bütövlüyü”  adlanır.  Bu  bölmədə  toplanmış  məqa-
lələrdə  H.  Cavid  şəxsiyyətinin  və  yaradıcılığının  bütövlüyü 
təhlil edilir, dahi şair və dramaturqun  yaradıcılıq təkamülü, bir 
sənətkar kimi hansı mərhələlərdən keçdiyi göstərilir. Şübhəsiz, 
Cavid  haqqında  çox  yazılmışdır  və  yazılanlar  heç  də  bu 
görkəmli söz ustadının bütün xidmətlərini ifadə etmir. Kamran 
Əliyevin Cavid haqqında dediyi ən ümumi və dəyərli fikirlərin 
hər  biri  qiymətlidir.  Bunlardan  birinə  diqqət  yetirək:  “Hüseyn 
Cavidin  Azərbaycan  ədəbiyyatı  tarixində  yerini  və  mövqeyini 
müəyyənləşdirənlər  birinci  növbədə  onun  mənzum  dram 
yaratmaq  fəaliyyətindən  bəhs  edirlər.  Doğrudan  da,  belə  bir 
ədəbi  faktdan  qaçmaq  mümkün  olmadığı  kimi,  başqa  bir  incə 
mətləbi  də  unutmaq  olmaz.  Unutmaq  olmaz  ki,  Hüseyn 
Cavidin  xidməti  onun  adının  sadəcə  olaraq  “mənzum  dram” 
istilahı  ilə  yanaşı  çəkilməsində  deyildir.  Bu  böyük  sənətkarı 
şöhrətləndirən  söz,  əsərlərindəki  mövzu  və  ideya,  mətləb  və 
qayə,  obrazlar  və  bədii  mühit  elə  səviyyəyə  qaldırılmışdır  ki, 
artıq  H.  Cavidin  ayrıca,  xüsusi  dramaturgiya  yolundan  danış-
mağa xeyli dərəcədə imkan yaranmışdır”. 
Monoqrafiyaйа  “Romantik  dramaturgiya”  başlığı  altında 
daxil  edilmiş  “Hüseyn  Cavid  və  xalq  dramı”,  “Hüseyn  Cavid  
dramaturgiyasında  romantik  qəhrəman”,  “Məhəbbətdir  ən 
böyük  din”,  “Ağac,  dəniz  və  insan”,  “Romantik  dramaturgiya 
və  bədii  tərcümə”,  “Romantik  teatrın  addımları”  адлы  mə-
qalələr  də  güclü  məntiqi  xarakter  daşıyır  və  K.  Əliyevin  Ca-
vidşünaslıqdakı əvəzsiz xidmətlərini əks etdirir. 
Elmi  fəaliyyətə  başladığı  vaxtlardan  K.  Əliyevi  demək 
olar  ki,  H.  Cavidlə  bağlı  bütün  məsələlər  düşündürmüşdür. 
Odur ki, kitaba “H. Cavid dramaturgiyasında məkan”, “H. Ca-
vid və bədii zaman” məqalələrinin salınması oxucunu tam razı 
salır. Alim, H. Cavid  yaradıcılığındakı hadisələrin baş verdiyi 
yerləri, məkanları və zamanları müqayisə edir və hər biri üçün 
xas olan ümumi cizgiləri aşkara çıxarır. 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə