MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə4/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   2   3   4   5   6   7   8   9   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
11 
BÖYÜK ALĠMĠN  
ĠLK QƏLƏM TƏCÜRBƏSĠ 
 
 
1973-cü ilin sentyabr ayının sonları idi. ADU-nun filologi-
ya  fakültəsinin  V  kurs  (əyani)  tələbələri  bir  il  ərzində  müstəqil 
tədqiqat  aparmaq  üçün  mövzu  seçimi  edirdilər.  Tələbə  Kamran 
İmran oğlu Əliyev çox götür-qoy etdi, bir neçə gün fikirləşməli 
oldu.  O,  istəyirdi  ki,  elə  mövzu  üzərində  işləsin  ki,  bu  mövzu 
aktual  olsun,  ondan  heç  kəs  bəhs  etməsin.  Belə  də  etdi.  O, 
indiyədək ancaq ayrı-ayrı müəlliflərin məqalələrində və ədəbiy-
yat tarixi kitablarının xülasələrində ötəri bəhs edilmiş “M. Quli-
yevin ədəbi-tənqidi görüşləri” mövzusunu diplom işi seçdi. 
Bu tədqiqat işinə qədər M. Quliyevin həyatı, tənqidçiliyi və 
ictimai xadim kimi fəaliyyəti haqqında demək olar ki, tədqiqat işi 
aparılmamışdır. Lakin bu tənqidçinin və ictimai xadimin maraqlı 
həyatı,  yaradıcılığı barədə  ziddiyyətli fikirlər müxtəlif müəlliflər 
tərəfindən  müxtəlif  mənbələrdə  irəli  sürülmüşdür.  M.Quliyev 
barəsində ciddi tədqiqat aparmaq, onun həyatında baş vermiş bir 
sıra mühüm hadisələrin qaranlıqda qalmaması üçün tələbə Kam-
ran Əliyev bu mövzunun üzərində dayandı. Ona görə dayandı ki, 
mövzu xam idi, həm də M. Quliyev barəsində yazan əksər müəl-
liflər  faktları,  hadisələri  sadəcə  olaraq  sadalamış,  nəql  etmiş, 
ümumiləşdirici nəticələrə gələ bilməmiş, tədqiqat obyektinə mü-
nasibətlərini  aydın  şəkildə  meydana  çıxarmağa  müvəffəq  olma-
mışdılar. Onu da qeyd edək ki, mənbələrdə M. Quliyevin həyatı 
və fəaliyyəti haqqındakı materiallar olduqca dağınıq və yeknəsəq 
şəkildə idi, hətta kitab və məqalələrinin siyahısı belə ortada yox 
idi. Şübhəsiz ki, onun haqqında bütün materialı toplamaq, siste-
mə salmaq, şərh etmək, dövrün mürəkkəb ədəbi prosesindən do-
ğan  yanlış  hökmlərini  elmi  dəlillərlə  təhlil  edib  inandırıcı  nəti-
cələr  əldə  etmək  tədqiqatçıdan,  özü  də  tələbə  tədqiqatçıdan  bö-
yük  zəhmət  və  məharət  tələb  edirdi.  Tələbə  Kamran  Əliyev  ay-
larla müxtəlif arxiv və  kitabxanalarda  axtarışlar apardı. Əvvəlcə 
M.  Quliyevin  çapdan  çıxan  kitab  və  məqalələrinin  biblioqrafi-


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
12 
yasını  tərtib  etdi,  sonra  isə  onları  diqqətlə  nəzərdən  keçirdi.  Bu 
materialları dəfələrlə oxudu, saf-çürük etdi. Mövzunun içərisinə 
tam  girəndən  sonra  plan  tutdu,  diplom  işini  yazmağa  başladı. 
Elmi rəhbər, professor Abbas Zamanov yazırdı ki, tələbə diplom 
işində  M.  Quliyevin  məqalələrini  mövzularına  görə  aşağıdakı 
şəkildə qruplaşdırıb təhlil edir: “Klassik irsə münasibət”, “ Müa-
sir  nəsr  və  poeziya  haqqında”,  “Dövrün  dramaturgiya  və  teatr 
məsələləri”.  Şəksiz  ki,  bu  cür  qruplaşdırma  mövzunu  tədqiq  et-
mək üçün daha münasib şərait yaratmışdır. 
Diplom işindən alınan xoş təsir göstərir ki, tələbə Kамран 
Əliyev  universitetdə  təhsil  aldığı  illərdə  müəyyən  mövzuda 
tədqiqat aparmaq, elmi və bədii əsəri təhlil etmək, onlardan ori-
jinal  nəticə  çıxarmaq,  öz  fikirlərinin  arasında  rabitə  yaratmaq 
vərdişi əldə edə bilmişdir. Əlbəttə, bu, fərəhləndirici haldır.  
Tələbə Kamran Əliyev diplom işinin “Ön söz”ündə ilk də-
fə  olaraq  M.  Quliyevin  həyat  tarixçəsini  arxiv  materialları  əsa-
sında vərəqləyir. Aydın olur ki, o, 1893-cü ildı Nuxada (Şəkidə) 
anadan olmuş, uşaqlıq və gənclik illərini orada keçirmişdir. Tif-
lis gimnaziyasının məhsuldar dövründə M. Quliyev gimnaziyaya 
daxil  olur,  1919-cu  ildə  isə  oranı  müvəffəqiyyətlə  bitirir.  O, 
gimnaziya  illərində  fizika-riyaziyyat  elmlərinə  dərin  maraq 
göstərmiş,  ümumiyyətlə,  təbiət  elmlərini  və  onlarla  bərabər  hu-
manitar fənləri sevmiş, gimnaziyanı bitirdikdən sonra isə Kiyev 
Universitetinin fizika-riyaziyyat fakültəsində oxumuşdur. 
Diplomçunun M. Quliyevin inqilabi fəaliyyəti barədə ver-
diyi məlumatlar da xüsusi əhəmiyyət kəsb edir. Tələbə Kamran 
Əliyev yazır ki, adətən, çox adamlar öz inqilabi fəaliyyətinə uni-
versitet illərindən başlayır. Çünki bu dövr həyat hadisələrindən, 
ictimai  mürəkkəblikdən  baş  çıxarmaq,  onları  mühakimə  etmək 
dövrüdür.  M.Quliyevin  də  inqilabi  mübarizə  cəbhəsindəki  ilk 
addımları Kiyev unversitetində oxuduğu illərə təsadüf edir. 
Kiyevin qaynar həyatı, çar mütləqiyyətinə, istismara qarşı 
edilən  nümayişlər,  çıxışlar  onu  get-gedə  inqilabçı  kimi  yetiş-
dirir.  1917-ci  il  hadisələri  baş  verərkən  M.  Quliyev  Kiyevdə 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
13 
idi. Elə həmin günlərdə, daha doğrusu, 1918-ci ilin yanvarında 
o, bolşeviklər partiyasının sıralarına daxil olur. Çox keçmir ki, 
təşkilatçılıq  bacarığı  ilə  diqqəti  cəlb  edən  Mustafa  Quliyev 
PK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri seçilir. 
1919-cu  ildə  M.Quliyev  Bakıya  gəlir.  Bu  illər  Azərbay-
canda  sovet  hakimiyyəti  uğrunda  gedən  mübarizələrin  əsl 
gərgin  həlledici  dövrü  olduğu  üçün  belə  kadrlara  çox  ehtiyac 
var idi. Buna  görə  də o, Bakıda çox qalmır. M. Quliyev parti-
yanın  tapşırığı  ilə  1919-cu  ilin  payızında  Lənkəran  qəzasına 
gizli partiya işinə göndərilir. Qəza partiya işinin yenidən qurul-
masında,  xarici  imperialistlərin  özbaşınalığına,  soyğunçuluğu-
na, təhqirlərinə qarşı mübarizəyə səfərbər edilməsində Mustafa 
Quliyev sadiq partiya işçisi kimi geniş fəaliyyət göstərir. 
Bütün  bunlarla  bərabər,  tələbə  Kamran  Əliyev  Azərbay-
canda  xalq  maarifinin,  elmin  və  mədəniyyətin,  ədəbiyyat  və 
incəsənətin  inkişafı  üçün  həyata  keçirilən  mühüm  tədbirlərin 
M.Quliyevin adı ilə sıx bağlı olduğunu qeyd edir və onun əsər-
lərindən çoxlu sayda misallar gətirir. Onun maarif sahəsindəki 
fəaliyyətinin  araşdırılmadığını  nəzərə  alan  tələbə  Kamran 
Əliyev diplom işində bu problemə də geniş aspektdən yanaşır, 
bu maarifpərvər ziyalının respublika mətbuatında dərc olunmuş 
maarif  işlərinə  dair  məqalələrini  təhlilə  cəlb  edir,  bu  sahədə 
tədqiqi vacib məsələlərə aydınlıq gətirir.  
Diplom işinin “Ön söz”ündə M.Quliyevin tənqidçilik fəaliy-
yəti də qısa şəkildə xülasə edilir. Tələbə K. Əliyev müxtəlif mən-
bələrə söykənərək sübut  edir  ki, Azərbaycan  ədəbiyyatında mar-
ksist tənqid sovet hakimiyyətinin ilk illərində öz təşəkkül, müəy-
yən mənada isə inkişaf dövrünü keçirirdi. Buna görə də Mustafa 
Quliyevi  Azərbaycanda  marksist  ədəi-tənqidin  yaradıcılarından 
biri hesab etsək, heç də yanılmarıq. Bu mənada o, məqalələrində 
özü  haqqında  müəyyən  təsəvvür  yaradır:  “Marksist,  milli  hərə-
katın tarixi cəhətdən qanun olduğunu təsdiq edir; lakin bu təsdiq 
proletar şüurunu pərdələməməli və millətçiliyə bənzəməməlidir”.  
Diplom işinin “Ön söz”ündən belə qənaət hasil edilir ki, M. 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə