MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə6/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   2   3   4   5   6   7   8   9   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
17 
dayanmağı  məqsədəuyğun  hesab  etmiş,  M.Quliyevin  bu  dra-
maturqların  əsərlərinə  münasibətini  əhatəli  şəkildə,  elmi  ümu-
miləşdirmələrlə təqdim etmişdir. 
M. Quliyev öz zəmanəsinin teatrı haqqında da dəyərli fi-
kirlər  söyləmişdir.  Onun  bir  teatr  tənqıdçisi  kimi  teatr  tənqidi 
qarşısında qoyduğu vəzifələr bu gün də aktual səslənir: 
1.  Kütlənin  teatroya  qarşı  oyanmış  marağından  istifadə 
edərək  biz  geniş  əhali  təbəqələrinin  teatroya  cəlbi  ilə  onların 
taetroya gəlişini çoxaltmalıyıq. 
2.  Səhnədə  qoyulan  tərcümə  və  klassik  pyeslər  geniş  və 
populyar təfsirə möhtacdırlar. 
3.  Orijinal  pyeslər  yoxluğu  üzündən  bəzən  məfkurəcə 
naqis  olan  pyesləri  qoymağa  məcbur  oluruq.  Bu  göstərilən 
pyeslərin mənfi cəhətlərini açmaq və aydınlaşdırmaq lazımdır. 
4. Nəhayət, teatro işini bütünlüklə mütəşəkkil idarə etməli 
və  onun  müsbət  bir  şəkildə  dəyişilməsinə  və  təkamülünə  yar-
dım eдилməlidir. 
Kamran  Əliyev  bütün  bunlara  əsaslanaraq  göstərir  ki, 
Mustafa Quliyev dövrünün istər dramaturgiyası, istərsə də teat-
rı  barədə  danışarkən,  gələcək  həyatı  nəzərdə  tutmuş,  öz  fi-
kirlərinin  nə  qədər  ömür edəcəyi  qayğısına qalmışdır. O çalış-
mışdır  ki,  bütün  yazılarında  ədəbiyyatın  və  bu  fonda  cəmiy-
yətin inkişafına xidmət etsin.  
Beləliklə, cəsarətlə deyə bilərik ki, 38 il bundan əvvəl tə-
ləbə Kamran Əliyev Azərbaycan tənqidi fikir tarixində öz yeri, 
öz  səsi  və  nəfəsi  olan  Mustafa  Quliyev  haqqında  qiymətli  bir 
mənbə  yarada  bilmişdir.  Bu  mənbə  elmi  dəyərinə  görə  tarixin 
bütün dövrlərində öz əhəmiyyətini qoruyub saxlayacaqdır. 
Nəhayət, onu da qeyd etməyi vacib bilirik ki, diplom işin-
də məntiqi ardıcıllığa ciddi fikir verildiyinə görə, Kamran Əli-
yev  irəli  sürdüyü  orijinal  mülahizələri  ilə  oxucunu  öz  ardınca 
aparmağı bacarmışdır. Elə buna görə də tədqiqatçının ilk qələm 
məhsulu  olan  bu  tədqiqatını  onun  elmi  yaradıcılığının  başlan-
ğıc mərhələsi də hesab etmək olar.  


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
18 
ƏDƏBĠ MÜDDƏALARIN ĠġIĞINDA 
APARILAN TƏDQĠQAT 
 
Azərbaycan  ədəbiyyatı  tarixində  XX  əsr  yeni  bir  dövrün 
başlanğıcı  hesab  olunur.  Bu  dövrdə  həyatın  bütün  sahələrində 
olduğu  kimi,  ədəbiyyatşünaslığımızda  da  böyük  bir  dəyişiklik 
əmələ  gəlmiş,  bu  sahənin  mühüm  problemləri  M.  Hadi,  H. 
Cavid, A. Səhhət, A. Şaiq və 
başqaları tərəfindən həll edil-
məyə  çalışılmışdır.  Bu  ro-
mantiklərin bədii yaradıcılıq-
larının  öyrənilməsi  ilə  yana-
şı, onların ədəbi-nəzəri müla-
hizələrini  təhlil  və  şərh  et-
mək  də  müasir  ədəbiyyatşü-
naslığımızın  qarşısında  du-
ran  ən  mühüm  vəzifələrdən 
biri  idi.  Bunu  nəzərə  alan 
Kamran  Əliyev  1985-ci  ildə 
“XX əsr Azərbaycan roman-
tiklərinin ədəbi-nəzəri görüş-
ləri”  adlı  monoqrafiyasını 
çap etdirir. 
Bu 
monoqrafiyada 
Azərbaycan  yazıçı-romantik-
lərindən  M.  Hadinin,  H.  Cavidin,  A.  Səhhətin  və  A.  Şaiqin 
ədəbi  fikirləri,  elmi  mülahizələri  və  ədəbiyyatşünaslıqla  bağlı 
nəzəri  müddəaları  tədqiqat  obyekti  seçilmişdir.  Əsərdə  K. 
Əliyev bu problemə iki cəhətdən yenilik gətirmişdir. Akademik 
Məmməd  Cəfər  Cəfərovun  təbirincə  desək,  müəllif  “  temanı 
faktik material, tədqiqat obyekti predmeti cəhətindən xeyli zən-
ginləşdirmişdir.  O  mənada  ki,  tədqiqata  romantiklərin  əvvəlki 
tədqiqlərdə əhatə edilməyən bir çox yazılarını da cəlb etmişdir. 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
19 
İkinci  və  daha  mühüm  bir  yenilik  ondan  ibarətdir  ki, 
Kamran  Əliyev  romantiklərin  ədəbi-nəzəri  fikirlərini  onların 
bədii  yaradıcılığı  ilə,  ədəbi  təcrübə  ilə  əlaqədar  bir  şəkildə 
tədqiq  edib,  onların  nəzəri  görüşləri  və  əsərləri  arasındakı 
uyğunluğu müəyyən etməyə xüsusi fikir vermişdir”. 
K.Əliyev  gərgin  zəhmət  sərf  edərək  monoqrafiyada  qar-
şısına  qoyduğu  məqsədə  uğurla  nail  ola  bilmişdir.  Belə  ki,  o, 
əsas  məqsəd  kimi  bu  romantiklərin  ədəbi  görüşlərinin  ideya-
estetik şərhini vermiş və bu görüşlərin qabaqcıl, mütərəqqi ma-
hiyyətini  doğru-düzgün  izah  etmişdir.  Araşdırıcı  bunun  üçün 
aşağıdakı vəzifələri müəyyənləşdirmişdir: 
–  XX  əsr  Azərbaycan  romantiklərinin  ədəbi-estetik  gö-
rüşlərinin səciyyəsini, romantik tənqidin mənbələrini və ümumi 
xarakterini vermək. 
–  Onların  mülahizələrinin  ictimai-siyasi,  fəlsəfi  baxışları 
və  mənsub  olduqları  ədəbi  cərəyanın  estetikası  ilə  nisbətini 
aşkara çıxarmaq. 
– XX əsr Azərbaycan romantiklərinin realist ədəbiyyata, 
realist tənqidə meyllərini, onunla əlaqəsini öyrənmək. 
–  Romantik  tənqidin  məşğul  olduğu  əsas  problemləri, 
malik olduğu ideya xüsusiyyətləri, sənətkarlıq tələbləri, mürtə-
ce fikirlərə qarşı mübarizələrini izah etmək. 
Bu vaxta qədər XX  əsr  Azərbaycan romantiklərinin  ədə-
bi-nəzəri  görüşləri  haqqında  akad.  M.  Cəfər,  prof.  K.  Talıbza-
də, prof. Ə. Mirəhmədov, ədəbiyyatşünas alimlərdən İ. Orucə-
liyev  və  S.  Musayev  bəhs  etmişlər.  Kамран  Əliyev  monoqra-
fiyada  bu  alimlərin  romantiklər  barədəki  mülahizələrini  hər-
tərəfli  şəkildə  təhlilə  cəlb  edir  və  onların  elmi  dəyərini  üzə 
çıxarır.  Yeri  gəldikcə  mövzu  ilə  bağlı  unudulmuş,  diqqətdən 
kənarda  qalmış  məsələlərə  də  münasibətini  bildirir,  tənqid 
etməyi də unutmur. Tədqiqatdan aydın olur ki, heç bir alim XX 
əsr  Azərbaycan  romantiklərinin  ədəbi-nəzəri  görüşləri  barə-
sində  ayrıca  elmi  əsər  yazmağı  öz  qarşısına  məqsəd  qoyma-
mışdır. Yuxarıda adlarını sadaladığımız ədəbiyyatşünaslarımız 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə