MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə5/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   2   3   4   5   6   7   8   9   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
14 
Quliyev  zəngin  yaradıcılığa  malik  ziyalılardan  olmuşdur.  O,  öz 
ədəbi-tənqidi məqalələrində, məruzələrində, çıxışlarında Azərbay-
can sovet ədəbiyyatı və teatrının ideya saflığı, bədii keyfiyyətləri, 
sənətkarlıq  müvəffəqiyyətləri  uğrunda  dönmədən  çalışmışdır. 
Mustafa Quliyev var qüvvəsini, istedadını, bacarığını Azərbaycan 
sovet  ədəbiyyatının  inkişafına  və  yüksəlişinə,  onun  çoxmillətli 
sovet ədəbiyyatı ailəsində layiqli yer tutmasına sərf etmişdir. 
Tələbə Kamran Əliyev tədqiqat işində əsas diqqəti M. Qu-
liyevin  yaradıcılığının  önəmli  tərəflərinə  yönəldir.  Klassik  irsə 
münasibət  problemi,  müasir  nəsr  və  poeziya,  dövrün  dramatur-
giya və teatr məsələləri M. Quliyevi daim düşündürmüş və onları 
özünəməxsus  bir  yol  ilə  həll  etməyə  çalışmışdır.  Diplomçu 
“Klassik irsə münasibət” adlanan hissədə haqlı olaraq göstərir ki, 
M.  Quliyevin  yaşadığı  dövrdə  klassik  irsə  münasibət  problemi 
ədəbiyyatşünaslıq  qarşısında  duran  əsas  problemlərdən  biri  idi. 
M.  Quliyev  elə  bir  dövrdə  fəaliyyət  göstərirdi  ki, bu  dövrdə  M. 
Füzulinin, M. P. Vaqifin, Q Zakirin, M. F. Axundovun, N. Vəzi-
rovun, Ə. Haqverdiyevin, S. Ə. Şirvaninin, M. Hadinin, H. Cavi-
din  yaradıcılığı  yanlış  qiymətləndirilirdi.  M.  Quliyevin  tənqidi 
qeydlərində  doğru  cəhətlər  şübhəsiz  ki,  çox  idi, lakin  yanlış  cə-
hətləri  də  danmaq  olmaz.  Diplomçu  bu  ədəbiyyatşünas-tənqid-
çinin  M.  Füzuli,  İ.  Nəsimi,  M.  V.  Vidadi,  M.  P.  Vaqif,  M.  F. 
Axundov, M. Ə. Sabir, C. Məmmədquluzadə, Ə Haqverdiyev, N. 
Vəzirov və başqaları haqqında söylədiyi müddəalara ayrı-ayrılıq-
da  münasibətini  bildirir.  O,  bu  münasibətlərində  quru  təriflər 
söyləmək  yolu  ilə  getmir,  əksinə  M.  Quliyevin  klassiklərin 
əsərləri  haqqında  söylədiklərini  ədəbi  əsərlərə  tətbiq  edir  və  bu 
meyarla  həm  tənqidçinin  nə  dərəcədə  doğru-dürüst  olduğunu, 
həm də klassiklərin qiymətinin dərəcəsini müəyyənləşdirir. 
M.Quliyevin  ədəbiyyatdakı  istiqamətlər  haqqındakı  müla-
hizələrinə  də  toxunmağı  diplomçu  məqsədəuyğun  hesab  et-
mişdir.  M.  Quliyevin  bir  məqaləsində  deyilir  ki,  “...həyatın 
bütün  bu  deyilən  formalarına  türk  ədəbiyyatı  dörd  mühüm 
axınla,  istiqamətlə  cavab  verir:  liberal,  ziyalı-millətçi,  inqilabi-


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
15 
demokratik  və  başlanğıc  halında  olan  yeni  sovet  ədəbiyyatı”. 
Kамран  Əliyev  bu  cür  səciyyəni  doğru  hesab  etsə  də,  “Ə. 
Haqverdiyev,  C.Məmmədquluzadə,  N.Vəzirov,  A.Şaiq  –  bu 
qrup yazıçılar burjua cəmiyyətinə xidmət edir”-deyən tənqidçiyə 
etirazыны  билдирир  və  tənqidçinin  N.  Vəzirovun  “Müsibəti-
Fəxrəddin”,  C.  Məmmədquluzadənin  “Ölülər”  pyeslərini  dərin-
dən təhlil etmədiyinə görə tənqid edir, əsl həqiqəti üzə çıxarır. 
Diplomçu  bu  tənqidçinin  klassik  irsə  münasibətini  çox 
ardıcıl şəkildə izləmişdir. O, M. Quliyevin klassik irsə münasi-
bətini yalnız Azərbaycan ədəbiyyatı ilə məhdudlaşdırmır, onun 
fransız  materialistləri,  rus  klassikləri  haqqındakı  yazılarındakı 
müəyyən  məqamları  da  təhlilə  cəlb  eтмиш  və  fransız  mate-
rialistləri Didro, Helbetsi, rus klassikləri Belinski, Çernişevski, 
Dobrolyubov,  L.Tolstoy,  Piсarev  haqqında  yazdıqlarının 
ümumi ideya istiqamətlərini meydana çıxarмышдыр.  
Klassik  irs  deyəndə  yalnız  ədəbiyyat  deyil,  incəsənətin 
müxtəlif sahələrinə də nəzər yetirməyi vacib hesab edən diplom-
çu haqlı olaraq göstərir ki, əsrlərdən bəri Şərq xalqlarının, eləcə 
də  azərbaycanlıların qanına, iliyinə işləmiş muğamat bu gün də 
belə öz təsirini itirməmişdir. “Şur”un, “Çahargah”ın, “Rast”ın və 
s.  muğamların  insan  mənəviyyatına  cahanşümul  təsiri,  onların 
geniş  musiqi  diapozonu  yaradan  tar  alətində  çalınması  həm  də 
Avropa xalqlarının nümayəndələrini həyəcana gətirir. 
Kamran  Əliyev  tənqidçinin  incəsənətin  müxtəlif  sahələ-
rinə həsr etdiyi yazılarına da ehtiramla yanaşır, hörmətlə tənqid 
süzgəcindən  keçirir.  O,  M.  Quliyevin  muğamata,  tara  müna-
sibətinin həm müsbət cəhətlərini, həm də yanlış mövqeyini cə-
sarətlə açıb göstərir. 
Ədəbiyyatşünaslıq  fəaliyyətində  M.Quliyev  şeir  vəznlə-
rindən  də  söhbət  açmışdır.  Diplomçunun  araşdırmalarından 
məlum  olur  ki,  M.Quliyev  bu  məsələyə  birtərəfli  yanaşmış, 
“heca” və “əruz” vəznlərini inkar etmək dərəcəsinə qədər gəlib 
çıxmışdır: “Heca qocalmışdır, o, poeziyaya kiçiklik, yekrənglik 
gətirir. O, musiqi və ritmik cəhətdən kasıbdır. Bu ibtidai, sufist 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
16 
mövqedə  biz  dayanmamalıyıq.  Yeni  mübarizə,  yüksəliş,  inqi-
labi  fırtınalar  poeziyasını  qədim  “əruz”  və  “heca”  çərçivəsinə 
yerləşdirmək  mümkün  deyildir...  Sufist  “əruz”  və  ibtidai  “he-
ca”nı biz rədd etməliyik”. 
Kamran Əliyev tənqidçinin belə nəticəyə gəlməsini “yeni 
mübarizə,  yüksəliş,  inqilabi  fırtınalar”ın  onun  gözünü  tutması 
ilə  əlaqələndirir  və  bunun  düzgün  olmadığını  təkzibedilməz 
faktlarla sübut edir. Bir tədqiqatçı olmaq etibarilə M. Quliyevin 
klassik  irsə  münasibətində  çox  zaman  marksisit  mövqedən 
çıxış etdiyini qeyd edən K. Əliyev onun klassik irsə olan müna-
sibətindəki  bir  sıra  ciddi  yanlışlıqların  səbəblərini  aşağıdakı 
amillərlə bağlayır: “Bu yanlış mülahizələri şəxsən, ancaq onun 
özünə  aid  olduğunu  iddia  etmək  birtərəflilik  və  ədalətsizlik 
olardı. Burada gərək ədəbi mühit, ictimai ziddiyyətlər nəzərdən 
qaçırılmasın.  Çünki  ədəbi  şəxsiyyətlər  dövrün  çərçivəsi  və 
tələbləri daxilində fəaliyyət  göstəririr, bu və  ya digər cəhətdən 
ədəbi hadisələrə təkan verir. Məhz buna görə də M. Quliyevin 
klassik irsə münasibətindəki bəzi yanlış nəticələr, heç şübhəsiz, 
o  zamankı  ədəbi  həyatda  hökm  sürən  vulqar  sosiologiya, 
RPYC və APYC-nın fəaliyyətindəki qüsurlardan irəli gəlirdi”. 
M.Quliyev  müasirlərinin  nəsri  və  poeziyası  haqqında 
ədəbi-tənqidi məqalələr yazır, ədəbi irsə böyük qayğı göstərir, 
onun  faydalı  cəhətlərini  özünəməxsus  tərzdə  təbliğ  edirdi. 
Kамран Əliyev tənqidçinin Süleyman Sani Axundovun, Seyid 
Hüseynin, Cəfər Cabbarlının, Əbülhəsənin, S. Rüstəmin, Mika-
yıl Müşfiqin, Nazim Hikmətin yaradıcılığından bəhs edən mə-
qalələrini  diqqətlə  nəzərdən  keçirir,  tənqidçinin  təhlil  zamanı 
daha  çox  hansı  məziyyətlərə,  hansı  xüsusiyyətlərə  üstünlük 
verdiyini doğru-düzgün müəyyənləşdirir. 
XX əsrin 20-ci və 30-cu illərində mövcud olan dramatur-
giya və teatrın bir çox dolaşıq və mübahisəli məsələlərinin ay-
dınlaşdırılmasında  M.Quliyevin  məqalələrinin  böyük  əhəmiy-
yəti vardır. Bunu nəzərə alan Kamran Əliyev tənqidçinin Cəfər 
Cabbarlı, Hüseyn Cavid  haqqındakı məqalələri üzərində geniş 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə