MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə3/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   2   3   4   5   6   7   8   9   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 

“XX  əsr  Azərbaycan  ədəbiyyatı  məsələləri”  kitabında  nüfuzlu 
ədəbi  tənqidçilərlə  yanaşı  Kamranın  da  elmi  məqaləsi  dərc 
olunmuşdur. 
1980-ci  ilin  may  ayında  Kamran  Əliyev  Akademiyanın 
akt  zalında  üç  ildən  artıq  yuxusuz  gecələrin,  gərgin  əməyin 
bəhrəsi olan işlədiyi mövzu üzərində dissertasiya müdafiə edir. 
Müdafiə  Kamran  müəllim  üçün  uğurlu  olur,  ona  filologiya 
elmləri namizədi adı verilir. İndi o, Azərbaycan Elmlər Akade-
miyasında çalışır. Elmi axtarışlarını davam etdirir.  
Bəli, ömrünün 59-cu baharını yaşayan Kamran müəllimin 
ürək  döyüntülərini  dinlədikcə  hiss  edir  ki,  bu  döyüntülər  elm 
aləminin ənginliklərində qanad çalmaq üçün çırpınır. Və bir də 
hiss edirsən ki, bu döyüntülər gələcəkdə neçə-neçə elmi əsərin 
nəbzi olacaqdır”. 
Kim  nə  deyir-desin,  nəsillərə  nümunə  sayıla  bilməyən, 
inamı və inadı qırıq insanları zədəli quşa bənzədirəm. Belələri 
zirvəyə  qıy  vura  bilməzlər.  Hər  hansı  bir  insanın  inamında  və 
inadında qətiyyət varsa, o, şübhəsiz ki, qarşısına çıxan ən çətin 
maneləri  belə  asanlıqla  dəf  edəcək,  zirvələrə  ucalacaq.  Bu 
mənada da Kamran Əliyevin elm yollarında qarşısına maneələr 
çıxıb. Bu maneələrdən biri, bəlkə də, onun həyatında unudulası 
deyil.  Filologiya  elmləri  namizədi  Əbülfəz  Əzimli  “Alimin 
inamı”  adlı  məqaləsində  yazır:  “Azərbaycan  EA-nın  Nizami 
adına  Ədəbiyyat  İnstitutunun  elmi  işçisi  Kamran  Əliyev  filo-
logiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün müdafiə şu-
rasına  təqdim  etdiyi  dissertasiyasının  avtoreferatını  xoş  arzu-
larla  mənə  verdi.  Onda  hələ  müdafiə  gününə  üç  həftə  var  idi. 
Müdafiə 26 yanvar 1990-cı il tarixdə olacaqdı... 
Lakin  həmin  gün  müdafiə  olmadı  və  ola  da  bilməzdi. 
Çünki 19-20 yanvarda Bakıda qanlı hadisələr baş vermişdi. 
Kamranın “XX əsrin əvvəlləri Azərbaycan romantizminin 
obrazlar sistemi” mövzusunda doktorluq dissertasiyasının mü-
dafiəsi  fevral  ayının  16-da  oldu.  Müdafiə  müvəffəqiyyətlə  ke-
çirildi  və  Kamran  Əliyevə  filologiya  elmləri  doktoru  adı  ve-


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 

rildi. Lakin iş bununla bitmədi. Moskvadan Ali Attestasiya Ko-
missiyası  ondan  yeni  sənədlər  və  suallara  cavablar  tələb  etdi. 
Kamran  onların  tələblərini  yerinə  yetirdi.  Lakin  komissiya 
onunla da kifayətlənmədi. Görünür, Kamranın müdafiəsi, elmi 
uğurları hansı bədxahınsa ürəyinə yatmırdı və müdafiənin rədd 
edilməsini  istəyirdi.  Özünə  də  Ali  Attestasiya  Komissiyasında 
havadar tapmışdı. Bunu ilk baxışda ağıla sığışdırmaq çətin idi. 
Axı,  Akademik  Məmməd  Cəfərin,  Akademik  Kamal  Talıb-
zadənin,  filologiya  elmləri  doktoru,  professor  Arif  Hacıyevin, 
filologiya elmləri doktoru, professor Yaşar Qarayevin, Xeyrul-
la  Məmmədovun,  Abbas  Zamanovun  yüksək  qiymətləndirdiyi 
bir dissertasiyanı  rədd etmək, eyni  zamanda onların fikirlərini 
rədd  etmək  deməkdir.  Hər  halda  Ali  Attestasiya  Komissiya-
sının  üzvlərindən  bəziləri  göndərilən  materiallar  və  cavablarla 
kifayətlənmədilər. Kamranın özünü Moskvaya çağırdılar. Onun 
üçün  ən həyəcanlı günlər başladı.  Axı,  indiyədək Azərbaycan-
dan cəmi iki nəfər müdafiə ilə bağlı çağırılmış və müdafiə geri 
qaytarılmışdı.  Nəhayət,  Kamran  Moskvaya  yola  düşdü  və 
1990-cı il oktyabr ayının 24-də dissertasiyanı yenidən müdafiə 
etdi.  Elə  oradaca  onu  təbrik  edib  doktorluq  dissertasiyasının 
təsdiq  olunduğunu  elan  etdilər.  Bu,  ədəbiyyatşünaslığımızda 
yeganə  hal  idi. Hələ  indiyə qədər belə  hal  olmayıb ki,  Ali  At-
testasiya  Komissiyası  hər  hansı  bir  dissertantın  elmi  dərəcə-
sinin  təsdiqini  onun  özünə,  elə  o  kommissiyanın  iclasındaca 
elan etsin. Bu şərəf Kamranın taleyində var imiş. 
Kamran  Əliyev  inamlı  alimdir.  O,  elmi  axtarışlarının, 
kəşflərinin inamında yaşayır. Bu inam onu ən yüksək zirvələrə 
qaldırdı. Bu zirvədən baxanda onun mötəbər və  möhtəşəm zi-
yalılığını  görürük.  Bu  ziyalılığı  səciyyələndirən  əsas  stimul 
yazmaqdır,  özü  də  dərindən  yazmaqdır.  Kamran  müəllim  ona 
Allah tərəfindən verilən ömür payını yazılara həsr edə-edə gəlir 
və  yaza-yaza  gedir.  Bu  alim  üçün  mövcudluq  forması  onun 
əsərləridir.  “XX  əsr  Azərbaycan  romantiklərinin  ədəbi-nəzəri 
görüşləri”  (1985),  “Hüseyn  Cavidin  şəxsiyyəti  və  poetikası” 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
10 
(1997),  “Mirzə  Fətəlidən  Hüseyn  Cavidə  qədər”  (1998),  “Ca-
vid  möcüzəsi”  (2002),  “Azərbaycan  romantizminin  poetikası“ 
(2002), “Azərbaycan romantizminin nəzəriyyəsi” (2006), “Ro-
mantizm və folklor” ( 2006), “Tеория Азербайджанского ро-
мантизма”  (2006),  “Hüseyn  Cavid:  həyatı  və  yaradılığı 
“(2008),  “Abbas  Zamanov  olmasaydı”  (2011),  “Eposun  poe-
tikası: “Dədə Qorqud” və “Koroğlu”  (2011), “Tənqidin poeti-
kası”  (2012)  monoqrafiyalarında,  “Ədəbiyyat”  (2010),  “Azər-
baycan  dili”  (2011)  dərs  vəsaitlərində,  “Sədərək  döyüşləri” 
(1992)  kitabında  ifadə  olunan  fikirlərin  mübaliğəsiz  deyə 
bilərik ki, 99 faizi prof. K.Əliyevin özünə məxsusdur və həmin 
fikirlərin  ədəbiyyatşünaslığımız  üçün  nə  qədər  faydası  olduğu 
da göz önündədir. 
Ədəbiyyatşünaslığa  xidmət  əzmilə  yazıb-yaradan  prof. 
K.Əliyev eyni zamanda Naxçıvan Dövlət Universiteti nəzdində 
fəaliyyət  göstərən  Dissertasiya  Şurasının,  Folklor  İnstitutunun 
Elmi Şurasının , Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 
Hal-hazırda  Azərbaycan  MEA  Folklor  İnstitutunda 
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiridir.    
 
 
 
 
 
 
 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə