MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə10/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
30 
məqaləsində  şagird  və  seminarist,  müəllim  və  bəstəkar,  yazıçı 
və  deputat  Ü.  Hacıbəyovun  vaxtilə  çəkdirdiyi  fotoların  məna 
və məzmunundan bəhs edir. 
 “Romantik nəsrin hüdudları” məqaləsində prof. K.Əliyev 
Abdulla  bəy  Divanbəyoğlunun  XX  əsrin  əvvəllərində  qələmə 
aldığı  bir  sıra  nəsr  əsərlərinin  poetikasını  tədqiqata  cəlb  edir. 
Müəllifin təqdimindən öyrənirik ki, Divanbəyoğlu bizim yüzil-
liyin  ilk  onilliklərində  təşəkkül  tapıb  formalaşmış  romantizm 
yaradıcılıq  metoduna  mənsub  olan  sənətkarlardandır  və  onun 
nəsr  əsərlərində  Azərbaycan  romantizmi  üçün  səciyyəvi  olan 
bir çox cəhətlər özünü göstərməkdədir. Tədqiqatçı bu səciyyəvi 
cəhətləri  izah  edərkən  yazıçının  “Əbdül  və  Şahzadə”,  “Can 
yanğısı” əsərlərini müqayisə edir, onun romantik nəsrinin ağrı 
və acılarını üzə çıxarır. 
“Romantik şairin arzuları” məqaləsində alim Səid Məşədi 
Xəlil oğlu Səlmasinin “Təzə həyat”, “İrşad”, “Füyüzat”, “Yeni 
füyüzat”  və  sair  mətbu  orqanlarında  çap  olunan  publisistik 
məqalə  və  şeirlərini  təhlilə  cəlb  edir və  onun həyata  və  sənətə 
baxışı barədə oxucuda aydın təsəvvür yarada bilir. 
“Hadi  kədəri”  məqaləsində  prof.  K.  Əliyev  “Kədər  yan-
ğıdır”,  iztirabdır,  durumdur”-deyən  romantik  şair  Məhəmməd 
Hadi  kədərinin  köklərini,  rişələrini  axtarır.  O,  bu  kədərin  hər 
şeydən qabaq şairin romantik arzu və istəklərinin, xəyallarının 
mühitin  darlığına  sığa  bilməməsində  görür.  Alim  haqlı  olaraq 
yazır ki, Hadinin kədəri özünün çətin şəraitdə, çətin güzəranda 
yaşamasında, yaxud bir tanışının, bir yaşıdının dilənçi kökündə 
olmasında  deyil,  Hadinin  kədəri  istədiyi  bir  qıza  qovuşa  bil-
məsində, yaxud bir quşa yas saxlamsında da deyil. Hadinin kə-
dəri  həm  də  bunların  hamısında,  bunların  şahidliyindədir  və 
bunlardan qida ala-ala , şəxsi çərçivələri aşa-aşa yaranan dünya 
kədəridir. 
Abdulla  Surun  ədəbiyyatşünaslıq  və  bədii  yaradıcılığını 
tədqiqat obyektinə çevirən alim “Ədəbiyyatşünas, şair və pub-
lisist”  məqaləsində  onun  bu  sahələrdəki  fəaliyyətini  işıqlandı-


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
31 
rır, Abdulla Surun 1898-ci ildən 1912-ci ilə qədər “Şərqi-rus”, 
“Həyat”,  “İrşad”,  “Həqiqət”,  “Tərəqqi”,  “Günəş”,  “Məktəb”, 
“Yeni  irşad”  və  başqa  qəzetlərdə,  jurnallarda  “Abdulla 
Məhəmmədzadə”,  “Abdulla  Sur”,  “Abdulla  Tofiq”  və  digər 
imzalarla  çıxış  etdiyini  və  bu  vətənpərvər  insanın  dövrünün 
qabaqcıl ziyalılarından olduğunu diqqətə çatdırır. 
Prof. K. Əliyev Abdulla Sura həsr etdiyi digər məqalələ-
rində  də  (“Azərbaycan  romantiklərinin  həmkarı”  və  “Abdulla 
Surun  bədii  yaradıcılığı”)  bu  dəyərli  qələm  sahibinin  yara-
dıcılığını bu və ya digər dərəcədə öyrənir. 
Araşdırıcı “Şaiq inamı” məqaləsində Abdulla Şaiqin şeir 
yaradıcılığının özünəməxsusluqlarını aşkarlayır. 
Prof. K. Əliyev A. Şaiqin ədəbi-nəzəri məqalələrini də el-
mi  baxımdan  təhlil  obyektinə  çevirir.  Tədqiqatçı  haqlı  olaraq 
yazır  ki,  Azərbaycan  ədədbiyyatının  görkəmli  nümayəndələ-
rindən  biri  olan  Abdulla  Şaiqin  ədəbi-nəzəri  məqalələri  sübut 
edir  ki,  o,  bədii  yaradıcılıqla  yanaşı,  tədqiqatla  da  məşğul 
olmuş, dövrün, zamanın mütərəqqi ruhunu tuta bilmişdir. Alim 
A. Şaiqin Yunis İmrə, Nəsimi, Xətai, Füzuli, Nəfi, Seyid Əzim, 
Vaqif,  Vidadi,  Zakir,  Axundov,  Ə.  Haqverdiyev  yaradıcılığı 
barədə söylədiklərini bu gün də çox aktual sayır. 
Prof.  K.  Əliyev  “Səhhət  sızıltıları”  məqaləsində  A.  Səh-
hətin  sızıltılarının  mənbəyini  çözələyir  və  düzgün  olaraq 
göstərir  ki,  Səhhət  sızlıtıları  ürəkdən  və  candan  bağlandığı 
Vətənin taleyindən sıxılıb gəlmişdi. Bu sızıltılar bircə anın ahı 
və  fəryadı  deyildi.  Axı  “Şəni-vətənü  milləti  biganəyə  çatdı” 
həqiqəti  arxasında  heç  bir  vətəndaş  dözümü  tab gətirə  bilməz. 
O da ki, “Ey Vətən, getmə ki, əldən gedəriz” üsyanını qaldıran 
Səhhət olaydı. 
Prof.  K.  Əliyev  “C.  Cabbarlının  romantik  qəhrəmanları” 
məqaləsində  Azərbaycan  bədii  fikir  tarixində  realizmin  gör-
kəmli  nümayəndəsi  və  bir  çox  romantik  əsərlərin  yaradıcısı 
olan  Cəfər  Cabbarlının  “Solğun  çiçəklər”,  “Aydın”,  “Oqtay 
Eloğlu”,  “Od  gəlini”  pyeslərinin  romantizm  baxımından  əsas 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
32 
səciyyəvi  xüsusiyyətlərini  və  bu  əsərlərin  qəhrəmanlarının 
hansı bədii prosesdən keçdiklərini bütün istiqamətlərdə izləyir. 
Prof. K. Əliyevin yaradıcılığının ən əsas hissəsini Hüseyn 
Cavidlə  bağlı  araşdırmaları  tutur.  Onun  bu  dahi  şəxsiyyətlə 
bağlı təhlil istiqamətlərindən, nəzəri yanaşma və araşdırma for-
mullarından  indiki  nəsillər  bəhrələndiyi  kimi,  gələcək  nəsillər 
də  bol-bol  faydalanacaqlar.  Bu  mənada  “Mirzə  Fətəlidən 
Hüseyn Cavidə qədər” kitabına daxil edilmiş “Cavid həqiqəti” 
və  “H.Cavid  dramaturgiyasında  romantik  qəhrəman”  məqalə-
ləri də istinad olunmalı dəyərli mənbələrdir. 
Bəli,  cəsarətlə  deyə  bilərik  ki,  prof. Kamran Əliyevin  bu 
kitabı  da  yeni  çalarda,  yeni  üslubda  yazılmış  elmi  tapıntılarla 
zəngin qiymətli tədqiqat əsəridir.  
 
 
 
 
 
 
 
 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
33 
UZUNÖMÜRLÜ ƏSƏR 
 
Azərbaycan romantizminin poetikası ilə bağlı bir sıra təd-
qiqatlarda  ara-sıra  bəhs  edilməsinə  baxmayaraq,  bu  problemlə 
bağlı sistemli araşdırma olmadığından prof. Kamran Əliyev bu 
zəruri ehtiyacı nəzərə alaraq 2002-ci ildə “Azərbaycan roman-
tizminin  poetikası”  kitabını 
çap etdirir. Bununla da müəl-
lif 
ədəbiyyatşünaslığımızda 
həmin boşluğu aradan qaldır-
mağa nail olur. Doğrudan da, 
bu tədqiqatda qaldırılan prob-
lem ətraflı şərhini tapmış, ay-
rı-ayrı fəsillər üzrə gərgin ax-
tarışlar aparılmışdır. 
Alim  əsərin  “Giriş” 
hissəsində  başlayacağı  möv-
zuya  aydınlıq  gətirərək  qal-
dırdığı  problemin  qoyuluşu 
məsələlərini  ətraflı  şərh  et-
miş,  oxucularda  əsərin  ümu-
mi  istiqamətləri  barədə  dol-
ğun  təsəvvür  yarada  bilmişdir.  Buradaн  aydın  olur  ki,  mono-
qrafiyada  XX  əsr  Azərbaycan  romantizminin  obrazlar  şəbə-
kəsinin tədqiqi əsas diqqət mərkəzinə çəkilib. 
Digər  tərəfdən  alim  bu  tədqiqat  əsərində  romantiklərin 
yaradıcılığının inkişaf xüsusiyyətlərini, onların bir sənətkar kimi 
həm  fərdi,  həm  də  ümumi  keyfiyyətləriни,  ayrı-ayrı  yazıçıların 
bədii yaradıcılıq sirlərini, bütövlükdə Azərbaycan romantizminin 
özünəməxsusluqlarını aşkara çıxarmış, romantik inikas üsulunun 
spesifikasını,  ayrı-ayrı  çalarlarını,  tələblərini  və  prinsiplərini 
aydınlaşdırmış, Azərbaycan romantizminin ədəbiyyat tariximiz-
dəki yerini və mövqeyini müəyyənləşdirmişdir. 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə