MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
55 
dən  çəkinməmişlər.  Lakin  o  vaxt  da,  indi  də  romantizmin  hə-
qiqi  tədqiqatçılarına,  təəsübkeşlərinə  aydın  idi  ki,  XX  əsr 
Azərbaycan romantizmi, bu romantizmin klassiklərinin-H. Ca-
vidin, M.  Hadinin, A. Səhhətin, A. Şaiqin  yaradıcılığı  mühüm 
ədəbi  hadisə  olmuşdur.  Bu  sənətkarların  müxtəlif  janrlarda 
yazıb xalq üçün zəruri ideyaları əks etdirməklə ortaya qoyduq-
ları  bədii  əsərlər  öz  vətəndaşlıq  gücünü  həmişə  saxlamış  və 
bundan sonra da saxlayacaqdır. 
Beləliklə, prof. K.Əliyevin “Romnatizm və folklor” mono-
qrafiyası Azərbaycan ədəbiyyatşünaslığında romantizm və folk-
lor problemini tamamilə yeni bir istiqamətdə öyrənən əsərdir.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
56 
ZƏRURĠ PROBLEMLƏRĠN TƏDQĠQĠ 
 
M.Hadinin, H.Cavidin, A.Səhhətin, A.Şaiqin əsərləri “mil-
li  sərvət“  kimi  artıq  çoxdan  mədəniyyət  tariximizə  daxil  ol-
muşdur.  Müasir  dövrümüzdə  həmin  romantiklərin  yaradıcılıq-
larını,  onların  ədəbi-nəzəri  mülahizələrini  təhlil  və  şərh  etmək 
ədəbiyyatşünaslığımız  qarşı-
sında  duran  zəruri  problem-
lərdən  biri  idi.  Bunu  nəzərə 
alan  prof.  Kamran  Əliyev 
2006-cı  ildə  “Azərbaycan  ro-
mantizminin 
nəzəriyyəsi” 
monoqrafiyasını çap etdirir. 
Öncə  onu  qeyd  etmə-
liyik  ki,  con dövrlərdə sürət-
lə  inkişaf  edən  Azərbaycan 
ədəbiyyatşünaslığı 
müasir 
ədəbi-nəzəri  fikrin  təhlili  ilə 
məşğul olmuş, dövri mətbua-
tın  məhsulları,  yeni  mono-
qrafiyaların  səviyyəsi  və  də-
yəri  şərh  edilmiş,  lakin  klas-
sik sənətkarların ədəbi mülahizələrinə dair geniş tədqiqatlar ya-
radılmamışdır. Bu baxımdan prof. Kамран Əliyevin sözügedən 
monoqrafiyası ədəbiyyatşünaslığımızda bu boşluğu doldurmaq 
üçün irəli atılan ilk addımlardandır. 
Monoqrafiyada XX əsr Azərbaycan yazıçı-romantiklərin-
dən Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abbas  Səhhətin  və 
Abdulla  Şaiqin  ədəbi  fikirləri,  elmi  mülahizələri,  elmi  məqa-
lələri  və  bədii  əsərləri  tədqiqat  obyekti  seçilmişdir.  Müəllif 
müəyyən  məsələlərin  geniş  elmi  izahını  verməkdən  ötrü  20-ci 
illərdə çap olunan məqalələrə də istinad etmişdir. 
Monoqrafiya  4  fəsildən  ibarətdir.  “Romantik  dünyagö-
rüş”  adlı  илк  fəslin  əsas  məziyyətlərindən  biri  və  ya  birincisi 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
57 
ictimai-tarixi şərait və mətbuat, romantizmin təşəkkülü, klassik 
poeziya  ənənələri,  Şərq  ədəbiyyatına  münasibət,  Qərb  düşün-
cəsinə  rəğbət,  rus  romantizminin  təsiri,  maarifçilik  və  roman-
tizm, inqilabi-demokratik fikir və romantizm kimi mühüm mə-
sələlərin  tədqiqatçı  tərəfindən  aşkarlanmasıdır.  Bu  məsələlər 
barədə olduqca dəyərli və orijinal fikirlər irəli sürən alim yazır 
ki, XX əsr Azərbaycan romantiklərindən M. Hadi, H. Cavid, A. 
Səhhət  və  A.  Şaiqin  1905-1920-ci  illərdəki  ədəbi-nəzəri  fəa-
liyyətləri ictimai-sosial görüşləri ilə vəhdətdə olmuşdur. K.Əli-
yev  qəti  şəkildə  sübut  edir  ki,  onların  bədii  yaradıcılıq  və  bu 
yaradıcılığın  prinsipləri  haqqında,  ayrı-ayrı  sənətkarlar  və  hə-
min  sənətkarların  mübarizələri  barədə  mülahizələrinə  yalnız 
sırf  ədəbi  hadisə  kimi  baxmaq  olmaz.  Romantiklərin  ədəbiy-
yata  baxışlarındakı  müddəalar  onların  həm  də  siyasi-fəlsəfi 
görüşlərinin milli  və xəlqi, maarifçi və demokratik cəhətlərini 
təyin edir. 
Monoqrafiyada  XX  əsr  Azərbaycan  romantiklərinin  ədə-
bi-estetik  görüşlərinin  formalaşması  məsələsi  də  ətraflı  əks 
olunmuşdur.  Alim  düzgün  olaraq  bu  formalaşmanı  klassik 
Azərbaycan və  Şərq fəlsəfəsi,  ədəbi-bədii  fikri,  həmiçinin Av-
ropa, rus romantizmi ilə bağlayır. Bu bağlılığı tədqiqatçı onun-
la  sübut  edir  ki,  ideyalar  sistemi  çox  zəngin  olan  Azərbaycan 
romantizmi  ilə  birgə  bu  romantizmin  nəzəriyyəsi  də  ümum-
dünya  romantizminin,  ümumdünya  romantik  nəzəri  fikrinin 
tərkib  hissələrindən  biridir.  Həmçinin  XX  əsr  Azərbaycan 
romantiklərinin Şərq və milli ədəbiyyatlarla əlaqədar söylədik-
ləri mülahizələri onların ədəbi görüşlərindəki spesifikliyi mey-
dana  çıxararaq  romantik  nəzəri  fikrin,  romantik  tənqidin  milli 
mənliyini qoruyub saxlayır. 
“Romantik ədəbiyyat” adlı 2-ci fəsildə ədəbiyyat və həyat 
problemi,  romantik  tənqid  və  Sabir,  romantizm  və  realizm, 
yeni  ədəbiyyat  uğrunda  mübarizə,  romantizmin  müdafiəsi, 
bədii dil kimi məsələlərə geniş meydan verilir. Bu hissənin əsas 
dəyəri ondadır ki, K. Əliyev ədəbiyyatşünaslıq elmimizin inki-


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
58 
şafını yeni-yeni fikirləri ilə zənginləşdirir, həm də eyni zaman-
da gələcək tədqiqatlara istiqamət verir. 
“Romantik  sənətkar”  adlı  3-cü  fəsildə  romantiklərin  sə-
nətkar taleyi və yaradıcılıq azadlığı haqqında olan mülahizələri 
tədqiq  edilmişdir.  Monoqrafiyada  sənətkar  və  cəmiyyət,  sub-
yektə  marağın  səbəbi,  romantiklərin  vətəndaşlıq  mövqeyi,  ya-
radıcılıq sərbəstliyi, sənətkar və istedad, sənətkar və şəxsiyyət, 
bədii  əsər  və  oxucu  kmi  mühüm  məsələlərin  əsas  mahiyyətini 
açan  müəllif  belə  nətəicəyə  gəlir  ki,  bu  məsələlər  bilavasitə 
mövcud  cəmiyyətlə  sənətkar  arasında  olan  təzadın  qabarıq 
şəkildə  meydana  çıxarılması  üçün  lazım  olan  cəhətlərdəndir. 
XX  əsr  Azərbaycan  romantiklərinin  bu  barədəki  mülahizələri 
onların öz tərcümüyi-halları, öz yaradıcılıqları ilə sıx bağlıdır. 
Monoqrafiyada XX əsr Azərbaycan romantiklərinin folk-
lorşünaslıq  görüşləri  “Folklora  romantik  münasibət”  fəslində 
qabardılır.  Bu  fəsildə  folklora  münasibətin  mahiyyəti,  folklor 
və  ədəbi  dil,  folklor  və  ideallaşdırma,  xalqın  lirik  yaradıcılığı, 
yazılı  və  şifahi  ədəbiyyat  problemləri  Azərbaycan  romantiz-
minin nəzəriyyəsi çərçivəsində düzgün və geniş təhlil edilir. 
Prof.  K.  Əliyevin  “Azərbaycan  romantizminin  nəzəriy-
yəsi” kitabı  yüksək səviyyədə  yazılmış uğurlu bir əsərdir. Biz-
cə,  əsər  müəllif  tərəfindən  qoyulan  problemlərin  həllini  bütün 
cəhətləri  ilə  özündə  ehtiva  etdirir.  Elə  buna  görə  də  alimin  bu 
kitabı  da  sanballı  ədəbiyyatşünaslıq  əsərləri  arasında  bərq  vu-
rur, şəfəq saçır.  
 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə