MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
65 
“H.  Cavidin  ideyaları”  fəsli  də  həddən  artıq  faktlarla 
zəngindir.  Bu  fəslin  “H.  Cavid  və  tarix”  hissəsində  Kamran 
müəllim  şair-dramaturqun  “Peyğəmbər”,  “Topal  Teymur”, 
“Xəyyam”  kimi  əsərlərində  tarixi  baxış  və  münasibət  konsep-
siyasını ortaya qoyur. Fikir və mülahizələrini onlarla dəlil üzə-
rində quran müəllif yazır ki, Hüseyn Cavidin tarixə  yanaşması 
bir  çox  sənətkarlarda  olduğu  kimi,  tarixi  hadisədən  və  tarixi 
faktdan istifadə və yararlanmaq vasitəsi deyil. Hüseyn Cavidin 
tarixə  baxışı  fövqəladə  istedada  malik  sənətkar  şəxsiyyətinin 
qeyri-adi  fəhmindən  doğulan  və  istər  Azərbaycan,  istərsə  də 
dünya  ədəbiyyatı  klassiklərindən  heç  kəsi  təkrar  etməyən 
fəlsəfi bir sistemdir. 
H.  Cavid  və  H  Cavid  sənətinin  türk  həqiqəti,  türk  idealı 
və  türk  simvolundan  kənarda  təsəvvürə  gətirmək  qeyri-müm-
kündür.  Çünki  H.  Cavid  mənəviyyatı  türk  sözü,  türk  qüruru, 
türk  keçmişi  və  türk  gələcəyi  ilə  daha  çox  bağlıdır.  Bu  ba-
xımdan da prof. K. Əliyev monoqrafiyanın “H. Cavid və türk-
lük idealı” hissəsində şairin dramaturgiyasında türklüyün bədii 
marşrуtunu  bütün  istiqamətlər  üzrə  dərindən  izləyir,  onun  yö-
nünü  və  istiqamətlərini  düzgün  müəyyənləşdirir:  “H.Cavid 
yaradıcılığı türklüyün mənəviyyat kitabıdır. Bu kitabda hər bir 
türk  öz  keçmişindən  qürur  duymaq  və  gələcəyə  aydın  nəzər-
lərlə baxmaq üçün axtardıqlarını asanca tapa bilər.” 
Monoqrafiyanın  “H.Cavid  yaradıcılığının  poetikası”  fəs-
lində də yeni-yeni alim fikirləri ön plandadır. Tədqiqatçı bura-
da da oxucuları  Cavidşünaslıqda  bu vaxta qədər  məlum olma-
yan  yeniliklərlə  tanış  edir.  Bu  fəslin  “Romantik  qəhrəmanın 
hərəkəti” hissəsində alim H. Cavidin romantik qəhrəmanlarının 
öz  hərəkət  və  davranışlarında  romantizm  poetikasının  əsas 
prinsiplərini  doğrultduğunu  və  bu  mənada  spesifik  əlamətlərlə 
qaynayıb-qarışdıqlarını,  həmin  əlamətlərin  bir  çox  hallarda 
obrazın  özünün  simvolik  örtüyündə  və  məzmununda,  bir  çox 
hallarda isə obrazların rəmzi detallarla əlaqəsində reallaşdığını 
göstərir. Əlbəttə, bu, çox düzgün müşahidədir, heç bir tədqiqat-


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
66 
çının, heç bir alimin müşahidə edə bilmədiyi müşühidədir. 
Əsərin “Zaman və məkan” hissəsində ədəbiyyatşünaslıq-
da  bədii  zaman  və  məkanın  tədqiqini,  öyrənilməsini  prof.  K. 
Əliyev  son  illərin  ən  aktual  hadisələri  kimi  qeyd  edir  və  H. 
Cavid  yaradıcılığında da zaman və məkan probleminin араш-
дырылмасыны təbii və  qanunauyğun hal kimi qiymətləndirir. 
Əlbəttə,  oxucu  üçün  də  H.  Cavidin  yaradıcılığında  zaman  və 
məkanın necə inikas etdirilməsi olduqca maraqlıdır. Araşdırıcı 
H. Cavidin yaradıcılığında məkan adlarından və ünvanlarından, 
zaman  faktlarından  və  vahidlərindən,  sadəcə  olaraq,  danışmır, 
o, başlıca vəzifə olaraq onları dərindən araşdırır, onları Cavidin 
əsərlərində  nə  dərəcədə  əhəmiyyət  kəsb  etməsini,  şair  ideyası 
ilə  bağlılığını  meydana  çıxarır.  Həmçinin  alim  hesab  edir  ki, 
belə  bir  tədqiqat  istiqaməti  Cavid  yaradıcılığının  deyil, 
bütövlükdə  XX  əsr  Azərbaycan  romantizminin  özünəməxsus 
cəhətlərini,  onun  realist  yaradıcılıq  metodundan  fərqlənən 
xüsusiyyətlərini də öyrənməyə əsas verir. 
Monoqrafiyanın  “H.  Cavid  və  folklor”  fəslində  folklor 
nümunələrinin  yaranması  və  yaşaması,  eyni  zamanda  onların 
müəlliflik məsələsi barədə H. Cavidin A. Şaiqlə birgə söylədiyi 
fikirlərin  alim  tərəfindən  təhlil  edilməsinin  nə  qədər  vacib  və 
aktual əhəmiyyət daşıdığının şahidi oluruq. Bu fəslin “Folklora 
elmi  münasibət”  hissəsində  H.  Cavidin  folklor  nümunələrinin 
yaranması  və  formalaşması  məsələləri  ilə  bağlı  mövqeyi 
işıqlandırlır.  “Şeyx  Sənan”  faciəsi  və  “Əsli-Kərəm”  dastanı” 
adlı  hissədə  isə  dahi  şairin  “Şeyx  Sənan”  faciəsi  ilə  “Əsli-
Kərəm“ dastanı müqayisə edilir və onlar arasındakı tam yaxın-
lıq  meydana  çıxarılır.  Alim  bu  iki  nümunənin  bir-birinə  ox-
şarlığınıн ilk növbədə bədii təsvirlərdə özünü göstərdiyini qeyd 
edir. Tədqiqatçı Kərəmlə Şeyx Sənanın - bu iki qeyri-adi aşiqin 
bir-birinə  yaxınlığını  və  doğmalığını  təsdiq  edən  faktları  üzə 
çıxarır. “Şeyx Sənan” faciəsi ilə “Əsli-Kərəm“ dastanı arasında 
müəyyən müqayisələr aparan alim belə qənaətə gəlir ki, bu iki 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
67 
klassik nümunəni ortaq mövqeyə gətirən ən əlamətdar cəhət elə 
məhz  inikas  etdirilən  məsələlərdən  doğan  ideya  yaxınlığı  və 
ideya qohumluğudur. 
   Məlumdur ki, H. Cavidin şeir və dramlarında çoxəsrlik 
Azərbaycan  ədəbiyyatının  bir  sıra  əlamətdar  cəhətləri  ilə 
yanaşı,  xalq  ədəbiyyatından  qaynaqlanan,  xalq  təfəkkür  tərzi 
ilə  bağlı  olan,  xalq  adət-ənənələri  və  məişəti  ilə  səsləşən 
xüsusiyyətlər  də  özünü  göstərir.  Prof.  K.  Əliyev  bu  fəslin  “H. 
Cavid  və  xalq  dramları”  hissəsində  xalq  dramlarının  yazılı 
ədəbiyyatın, peşəkar teatrın inkişafında böyük əhəmiyyət kəsb 
etdiyini  xüsusilə  vurğulayır  və  dahi  mütəfəkkirin  “Topal  Tey-
mur”  və  “Səyavuş”  pyeslərində  xalq  dramlarından  istifadənin 
klassik nümunələri ilə oxucunu tanış edir. 
Bu  fəslin  digər  hissəsi  “H.  Cavid  və  mifoloji  obrazlar” 
adlanır. Alim burada H. Cavid yaradıcılığının mifoloji başlan-
ğıcının  öz  məkanını  mifik  obrazlardan  -  Mələkdən,  İblisdən, 
Dərvişdən  götürdüyünü  və  atom  zərrəcikləri  kimi  bütün  əsərə 
yayıldığını  göstərir  və  şair-dramaturqun  əsərləri  ilə  ümumtürk 
mifoloji  düşüncəsi  arasında  gözəgörünməz  telləri  öz  dərin 
məntiqi ilə aşkarlayıb meydana çıxarır. 
Belə danılmaz həqiqət mövcuddur ki, həm ideya, həm də 
sənət  baxımından  folklor  qəhrəmanları  ilə  romantizmin  qəhrə-
manaları bir-birinə daha çox oxşayırlar. Prof. K. Əliyev düzgün 
olaraq  aydınlaşdırır  ki,  hətta  Hüseyn  Cavid  dramaturgiyasının 
qəhrəmanalrı  ilə  Azərbaycan  dastan  və  nağıllarının  qəhrə-
manları arasında kifayət qədər yaxınlaşmalar vardır. Alim 7-ci 
fəslin “Romantik qəhrəman və dastan qəhrəmanları” hissəsində 
bu  yaxınlaşmaları  müqayisəli  şəkildə  təhlil  edir,  romantik 
qəhrəman  və  dastan  qəhrəmanları  arasında  paralellər  aparır, 
buradakı  məna  və  mətləb  yaxınlığı,  poetika  baxımından  mey-
dana çıxan oxşarlıqları əyani şəkildə sübut edir. 
Nəticə  olaraq  deyə  bilərik  ki,  prof.  K.  Əliyev  bu  mono-
qrafiyasında Hüseyn Cavidin həyat və yaradıcılığını bütün isti-
qamətlərdə  dərindən  izləmiş,  şair,  dramaturq,  publisist,  müəl-


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə