MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə23/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
72 
müəllimi  tanıyanlarla  müqayisədə  onu  tanımayanların  siyahı-
sını adbaad tərtib etmək asandır. Ona görə ki, Abbas Zamano-
vu  tanımayanların,  onun  adını  bir  dəfə  olsun  belə  eşitməyən-
lərin sayı o qədər də çox deyil “. 
Məqalədə  Abbas  Zamanovun  ötən  əsrin  60-cı  illərində 
namizədlik  dissertasiyası  kimi  yazdığı  “M.Ə.Sabir  və  müasir-
ləri”  elmi  işinin  birbaşa  doktorluq  dissertasiyası  səviyyəsində 
qəbul edildiyini, onun elmi yaradıcılıq  yolunun Mirzə Ələkbər 
Sabir  və  Cəlil  Məmmədquluzadədən  ayrı  təsəvvür  etməyin 
mümkünsüzlüyünü  göstərən  alimə  görə,  Mirzə  Cəlil  və  Sabir 
yaradıcılığının bugünkü tədqiqatçıya və oxucuya bu qədər ay-
dın  və  anlaşıqlı  formada  çatması  üçün  müasir  ədəbiyyatşü-
naslıq məhz Abbas Zamanova borcludur. 
Tədqiqatçı alim “əməl dostları” anlayışının Abbas Zama-
nov  qələmindən  çıxandan  sonra  nə  qədər  aktuallaşdığını  və 
vətəndaşlıq  mövqeyi  qazandığını  göstərir  və  Abbas  müəllimin 
özünün əməl dostlarını xatırladır: “ Bakıda Qulam Məmmədli, 
Naxçıvanda Yavuz Axundlu, Moskvada Əziz Şərif , Almaniya-
da Əhməd Şmide, Londonda Əli Səbri Təbrizi, Türkiyədə Ya-
vuz  Akpunar,  İranda  Cavad  Heyət  və  Fərzanə,  İraqda  Əbdül-
lətif  Bəndəroğlu...  Bu  siyahını  genişləndirmədən  də,  demək 
olar  ki,  Abbas  müəllimin  dostlarının  coğrafiyası  böyük  bir 
ərazini əhatə edir və şərqdən qərbə, şimaldan cənuba uzanırdı”. 
Abbas  Zamanov  ömrü  boyu  müxtəlif  vəzifələrdə  çalışıb. 
Istər  Universitetdə  kafedra  müdiri  kimi,  istərsə  də  Azərbaycan 
Dövlət  Filarmoniyasının,  M.F.  Axundov  adına  Opera  və  Balet 
teatrının və Nizami  adına Ədəbiyyat muzeyinin  direktoru vəzi-
fələrində  çalışdığı  illərdə  özünün  rəhbər  fəhmi,  zəkası  ilə  ədə-
biyyatımızın,  mədəniyyətimizin,  incəsənətimizin,  maarifimizin 
inkişafında  misilsiz  xidmətlər  göstərib.  Kamran  müəllimin  bu 
tarixi  şəxsiyyət  haqqındakı  təfərrüatları  oxucuda  belə  bir  fikir 
yaradır ki, Abbas Zamanov ürəyin başında gəzdirilməli adamdır. 
Ustadının  müqəddəs  ruhu  qarşısındakı  mənəvi  borcunun 
müəyyən  hissəsini  (hamısını  yerinə  yetirmək  üçün  insana  üç 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
73 
ömür  də  bəs  eləmir)  yerinə  yetirmək  üçün  Kamran  müəllim 
sevginin  dili  ilə  danışır,  bu  dil  isə  ustadın  həyat  və  fəaliyyət 
sаlnaməsini hərtərəfli şəkildə oxucuya diqtə edir.  
Kamran  müəllim  “Əvəzsiz  sabirşünas”  məqaləsində  pro-
fessor  Abbas  Zamanovu  görkəmli  sabirşünas  alim  kimi  səciy-
yələndirir, onun 1955-ci  ildən 1983-cü ilə qədər qələmə aldığı 
Sabir  haqqındakı  əsərlərinin  əsas  və  zəruri  cəhətlərini  təhlil 
edir, ustadının bu sahədəki xidmətlərini üzə çıxarır. 
Kamran  müəllim  professor  Abbas  Zamanovu  tanınmış 
sabirşünas olmaqla yanaşı, həm də XX Azərbaycan ədədbiyya-
tının da mötəbər tədqiqatçısı hesab edir. O, “XX əsr Azərbay-
can  ədəbiyyatı  klassikləri”  adlı  məqaləsində  professor  Abbas 
Zamanovun  “Molla  Nəsrəddin”  jurnalının  yaradıcısı  və  Azər-
baycan nəsrinin inkişafında xüsusi xidmətləri olan Cəlil Məm-
mədquluzadəyə,  Azərbaycan  kitab  mədəniyyətinin  inkişafına 
təkrarolunmaz  müsbət  təsir  göstərən  öncüllərdən  biri  olan 
Ömər  Faiq  Nemanzadəyə,  demokratik  ideyalar  carçısı  “Molla 
Nəsrəddin”  jurnalına,  mollanəsrəddinçi  şairlərdən  Əli  Nəzmi-
yə,  Əliqulu  Qəmküsara,  Azərbaycan  mədəniyyəti  tarixində 
müəllim,  yazıçı,  dərslik  və  lüğətlərin  müəllifi  Sultan  Məcid 
Qənizadəyə,  Mirzə  Cəlilin  əməl  dostu  Eynəlibəy  Sultanova, 
XX  əsr  Azərbaycan  romantizminin  görkəmli  nümayəndələri 
olan H.Cavidə, M. Hadiyə, A. Səhhətə və A. Şaiqə həsr etdiyi 
məqalələri  haqqında  sözün  həqiqi  mənasında  yüksək  fikirlər 
söyləyir,  tarixin  bütün  dövrlərində  bu  yazıların  öz  aktuallığını 
qoruyacağını, öz əhəmiyyətini itirməyəcəyini vurğulayır. 
“Abbas  Zamanov  olmasaydı”  kitabına  müəllifin  33  il 
bundan əvvəl “İşıqlı yol” qəzetində dərc etdirdiyi “Mirzə Cəlil 
tək  deyil”  məqaləsi  də  daxil  edilmişdir.  Məqalədə  professor 
Abbas  Zamanovun  “Əməl  dostları”  kitabının elmi  məziyyətlə-
rindən  söhbət  açılır, nüfuzlu  alimin bu  əsəri ədəbiyyatşünaslıq 
elmində hadisə kimi dəyərləndirilir. 
Kamran Əliyev “Sabir gülür” resenziyasını professor Ab-
bas  Zamanovun  eyniadlı  əsərinə  həsr  edib.  “Əsl  ədəbi-elmi 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
74 
təhlil  faktdan  başlayır”-deyən  müəllif  kitabdakı  elmi  faktları 
dərindən  təhlilə  cəlb  edir  və  ustadının  bu  əsərini  klassik  irsi 
araşdırmağın,  klassik  irs  barədəki  axtarışlara  münasibətin 
layiqli nümunəsi olduğunu göstərir. 
Kamran  Əliyev  orijinal  dəsti-xəttə,  bənzərsiz  üsluba  ma-
lik  alimlərimizdəndir.  Müşahidələrimiz  göstərir  ki,  o,  əsər-
lərində  tez-tez  məntiqi  suallar  qoyur  və  məntiqi  baxımdan  da 
bu sualları cavablandırır. Bizcə, bu, alimin üslubunu təyinləyən 
cəhətlərdən  biridir.  Budur,  alimin  “Əməl  dostluğu”  məqalə-
sində 2 sualla üzləşirik: birincisi, əməl dostluğu ideyası Abbas 
Zamanovun dünyagörüşünə haradan sızıb gəlmişdir ? 
Cavab: “Öncə, həmin ideyaya Abbas müəllimin əsl həyat 
təcrübəsinin  nəticəsi  kimi  baxmaq  lazımdır.  Məsələ  burasın-
dadır ki, 1960-cı ildə Azərbaycan MEA-nın Rəyasət Heyətinin 
yerləşdiyi  binanın  geniş  iclas  salonundakı  bir  tədbirdə  Abbas 
Zamanov  tarixi  çıxışı  ilə  qədim  Azərbaycan  torpağı  olan 
Naxçıvanı  bədnam  qonşulara  vermək  istəyənlərə  qarşı  üsyan 
səsini  ucaldır.  Gözlənilmədən  atılan  bu  qeyri-adi  addım  öz 
lazımi müsbət təsirini göstərir, amma həmin çıxış Abbas müəl-
lim kimi vətənpərvər insana o qədər də asan başa gəlmir. Ona 
qarşı təqib və təzyiq maşını işə düşür və Abbas müəllimə sovet 
sisteminin  ən  ağır  bir  cəzası  verilir;  onu  partiya  sıralarından 
xaric  edirlər.  Totalitar  rejimdə  hər  hansı  insanın  bu  vəziyyətə 
düşməsi  37-ci  illərin  təkrarına  bənzəyirdi  və  fürsət  gözləyən 
bədxah insanlar tərəfindən Abbas  Zamanov üçün arzuolunmaz 
ölümlə çarpışma meydanı açılır. Bütün bunlara qarşı bir addım 
belə geri çəkilməyən Abbas müəllim bu qeyri-bərabər döyüşdə 
orta əsr cəngavərlərini və xalq dastan qəhrəmanlarını xatırladır. 
Bəli, o əzablı və keşməkeşli günləri heç vaxt unutmaq mümkün 
olmasa  da  ,  Abbas  Zamanov  dastan  qəhrəmanı  kimi  bu  qeyri-
bərabər döyüşdə qalib gəlir və unudulmaz şəxsiyyətə çevrilir”. 
İkincisi,  bəs  ötən  əsrin  60-cı  illərinin  başlanğıcında  Ab-
bas Zamanovun fövqalədə hadisəyə çevrilən bu tarixi çıxışının 
energetik mənbəyi nə idi? 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə