MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə19/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
59 
DƏQĠQLĠKĠLƏ SƏCĠYYƏLƏNDĠRĠLƏN 
MƏSƏLƏLƏR 
 
   Prof. Kamran Əliyevin elmi  yaradıcılıq  yolunu Hüseyn 
Caviddən ayrı təsəvvür etmək mümkün deyil. Bu gün cəsarətlə 
deyə bilərik ki, Cavid yaradıcılığının bütün istiqamətlərini dol-
ğun və hərtərəfli şəkildə, aydın və anlaşıqlı formada oxuculara 
çatdıran  prof.  Kamran  Əli-
yevdir. Bəlkə də yaşadığımız 
həyatda 
Hüseyn 
Cavidi 
Kamran  müəllim  qədər  se-
vən və  ona sonsuz məhəbbət 
bəsləyən  iknci  bir  insan  da 
tapmaq  çətindir.  Arif  Əmra-
hoğlu  yazır  ki,  prof.  K.Əli-
yev  filoloji  araşdırmalara 
başladığı  ilk  vaxtlardan  bu 
günə  qədər  özünün  özü  ilə 
söhbətinə  əsaslı  zəmini  ilk 
növbədə  Azərbaycan  roman-
tizmində,  xüsusən  də  dahi 
Cavidin  zərif  və  zərif  oldu-
ğundan  da  artıq  dərəcədə 
mətin  Cavid  şəxsiyyətində 
və irsində tapıbdır. Onun tədqiqat predmetinin sabitliyi mövzu 
məhdudlağuna  dəlalət  etmir,  əksinə,  araşdırıcı  alim  şəxsiyyə-
tinin  bütövlüyünün  və  özünün  özü  ilə  söhbətinin  ən  optimal 
ifadəsinə  inamı  sədaqətinin  göstəricisinə  çevrilir.  Kamran 
müəllimin  böyük  Cavidşünas  alim  olmasını  2008-ci  ildə  çap 
etdirdiyi “Hüseyn Cavid: həyatı və yaradıcılığı “ monoqrafiyası 
da təsdiqləyir. 
Kamran  Əliyevin  Hüseyn  Cavid  yaradıcılığını  öyrənmək 
istəyinin  yaşı  35  ildən  çoxdur.  Yəni  25  yaşından  başlayaraq 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
60 
elmi  yaradıcılığının  bir  istiqaməti  romantizm,  o  cümlədən 
H.Cavidə  həsr  olunmuşdur.  Beləliklə,  o,  bir-birinin  ardınca 
xeyli məqalələr çap etdirdi. “XX əsr Azərbaycan romantik tən-
qidinin  mənbələri”,  “XX  əsr  Azərbaycan  romantikləri  “Ədə-
biyyat və həyat problemi haqqında”, “XX əsr romantikləri Sa-
bir haqqında”, “XX əsr Azərbaycan romantizm nəzəriyyəsində 
sənətkar  taleyi  məsələsi”,  “XX  əsr  Azərbaycan  romantizm 
nəzəriyyəsində  yaradıcılıq  azadlığı  problemi”,  “XX  əsr  Azər-
baycan  romantizm  nəzəriyyəsində  vətəndaşlıq  və  ideyalılıq”, 
“Müasirliklə  tarixi  qovuşduran  sənətkar”,  “H.  Cavidin  drama-
turgiya  yolu”  ,  “Cavid  həqiqəti”,  “Böyük  sənətkar”,  “Məhəb-
bətdir  ən  böyük  din”,  “XX  əsr  Azərbaycan  romantizmi  və 
“uzaqlıq” konsepsiyası”, “H.Cavid dramaturgiyasında romantik 
qəhrəman”, “Humanist sənətkar”, “Cavid sənətinin müasirliyi”, 
“Ağac, dəniz və insan”, “Hüseyn Cavidin publisistikası”, “Mü-
təfəkkir  sənətkar”,  ”Hüseyn  Cavid  və  xalq  dramı”,  “Hüseyn 
Cavid  və  bədii  zaman”,  “Şəxsiyyət  və  yaradıcılıq  bütövlüyü”, 
“Xeyir və Şərin əbədi  mübarizəsi”, “Cavidin ədəbiyyata baxı-
şı”, “Böyük mütəfəkkir”, “Cavid sənətinin qüdrəti”, “Romantik 
teatrın addımları”, “Romantik poeziyada simvolika”, “Roman-
tik  əsərdə  məkanın  xarakteri”,  “Romantizm  və  romantik  qəh-
rəmanın təbiəti”, “Şeyx Sənanın ömür yolu”, “Romantik şeirdə 
müəllif və qəhrəman problemi”, “Romantik qəhrəmanın səciy-
yəsi  (tənhalıq  problemi)”,  “Azərbaycan  romantizminin  folklor 
qaynaqları”,  “Azərbaycan  romantizminin  həyat  konsepsiyası”, 
“O  illərin  ağrısı”,  “H.  Cavid  dramaturgiyasında  məkan”, 
“Romantik  dramaturgiya  və  bədii  tərcümənin  problemləri”, 
“Ölüm  var  ki,  həyat  qədər  dəyərli”,  “Hüseyn  Cavid 
yaradıcılığında  şəxsiyyət  planı”,  “H.  Cavidin  yaradıcılığında 
məkanın  tərtib  prinsipi”,  “H.  Cavid  yaradıcılığında  türklüyün 
bədii  təqdimatı”,  “H.  Cavid  və  tarix”,  “H.  Cavid  və 
Azərbaycan  romantizmi”  və.  s  məqalələri  müxtəlif  mətbu 
orqanlarda  dərc  olunmuşdur.  Müəyyən  dövrlərdə  isə  həmin 
məqalələri  kitablar  əvəz  etdi:  “Hüseyn  Cavidin  şəxsiyyəti  və 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
61 
poetikası”,  “Mirzə  Fətəlidən  Hüseyn  Cavidə  qədər”,  “Cavid 
möcüzəsi”  kitabları  məhz  bu  qəbildəndir.  Həmin  məqalə  və 
əsərlər  prof.  Kamran  Əliyevə  imkan  vermişdir  ki,  Hüseyn 
Cavid  kimi  möhtəşəm  bir  sənətkarın  həyat  və  yaradıcılığını 
sözügedən  bu  irihəcmli  kitabında  (“Hüseyn  Cavid:  həyatı  və 
yaradıcılığı“) ümumiləşdirə bilsin. 
Alim  “Ön  söz  yerinə:  H.  Cavid  və  Azərbaycan  roman-
tizmi”  hissəsində  oxucunun  diqqətini  Cavid  və  Azərbaycan 
romantizmi  ilə  bağlı  ciddi  bir  istiqamətə  yönəldir.  O  yazır  ki, 
bu gün bütün şəxsiyyətləri və bütün bədii nümunələri ilə birgə 
tanıdığımız XX əsr Azərbaycan romantizmini Hüseyn Cavidsiz 
təsəvvür  etsəydik,  bu  romantizm  ya  yarımçıq,  ya  ona  doğru 
meyl  və  təşəbbüslər,  ya  da  ən  yaxşı  halda  ədəbi  cərəyandan 
kənarda  yeni  və  orijinal  xətt  səviyyəsində  dəyər  qazanmış 
olardı. 
Kamran  Əliyevin  tədqiqatı  onu  da  göstərir  ki,  Hüseyn 
Cavid  antik  dövrün  kəşfi  və  intibah  dövrünün  sığınacaq  yeri 
olan  faciəni  Azərbaycan  klassikasının  romantik  metod  layına 
malik  poeziya  ilə  birləşdirdi.  Daha  geniş  mənada  isə  yalnız 
Cavid,  bütövlükdə  XX  əsr  Azərbaycan  romantizmi  öz  janr 
əsasını  ayrıca  götürülmüş  poeziyada  deyil,  onların  birliyi  və 
vəhdətində-mənzum  faciədə  tapdı. Azərbaycan  romantizmi isə 
öz  növbəsində  bir  ədəbi  cərəyan  kimi  yaşamaq  və  vətəndaşlıq 
hüququ qazanmaq üçün vacib bir özül üzərində inkişaf etməyə 
başladı. 
Müəllif  faciənin  janr  kimi  dövrdən-dövrə,  ədəbiyyatdan-
ədəbiyyata  keçməsini  başa  düşülən  hesab  edir,  amma  klassik 
poeziyadakı  romantik  metod  əsasının  mənimsənilməsinin  və 
yeni ifadə planı qazanmasını təhlil edərək göstərir ki, bu məqa-
mın  ilk  reallığı  Nizami  və  Füzuli  poemalarının  rəsmi-ənənəvi 
hissəsidir.  Çünki  həmin  ənənəvi  hissələr  Tanrı  ilə  başlayır, 
Peyğəmbərdən  keçir,  Hökmdara  ünvanlanır  və  Şairlə  qurtarır. 
Əhəmiyyətli cəhət ondadır ki, həmin rəsmiyyət, sadəcə olaraq, 
orta əsr romantik poemalarının yalnız “müqəddimə”si səviyyə-


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə