MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə16/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
49 
üçün  olanda  yalnız  həmin  şəxsin  fəlakətinə  səbəb  olur  və  o 
qədər  də  dəhşət  deyildir.  Kor  idrak  cəmiyyətə  yol  göstərəndə 
isə cəmiyyətin və millətin faciəsi başlayır”. 
Prof.  K.  Əliyev  H.  Cavidin  bütün  obrazlarını  müqayisə 
edir,  ədibin  idrak  kateqariyasına  münasibətini  bu  yolla  dərin-
dən açır.  
Professor  K.  Əliyevin  kitabına  daxil  edilmiş  “Tanrı  eşqi 
yaxud  əksin:  “Tanrı  quрutsun  əlini”  hissəsi  də  həm  qiymətli 
araşdırma  kimi,  həm  zəhmətli  axtarışın  bəhrəsi  kimi,  həm 
böyük  ədib  Cavidi  oxucuya  doğmalaşdırır,  həm  də  Cavid 
möcüzələrindən  birini  də  üzə  çıxaran  alimi  oxucuya  dərindən 
sevdirir.  Tədqiqatçının  “Tanrı  eşqi”  məfhumuna  münasibəti  o 
qədər  dərin,  o  qədər  məntiqi  əlaqə  ilə  qırılmaz  surətdə  təhlil 
edilir  ki,  oxucu  heyrət  etməyə  bilmir.  Budur,  müəllif  Cavid 
möcüzəsindən birini də belə açıqlayır: 
“Özününkü deyil, yalnız başqa birisinin sözlə yaratdığını 
ürəyinə yaxın bilib özgənin sözündən uca olanı görməsən, dərk 
etməsən  ömrünün  axırına  qədər  xələf  olaraq  qalacaqsan.  Ək-
sinə  bədii  sözü  Tanrının  əmri  kimi  qəbul  etsən  və  bədii  sözü 
Tanrının  yaratdığı  nizamı  duymağa  yönəlsən  Dahiyə  çevrilə-
cəksən, Allahla sənin aranda bir kimsə olmayacaq. 
H.Cavidin ürəyində Tanrı eşqi var. 
M.F.Axundov,  M.Cəlil,  Sabir  də  Allahı-Tanrısı  olanlar-
dır.  Bəs  onda  necə  oldu  ki,  Allahı-Tanrısı  ola-ola  Axundovu 
dinsiz-Allahsız  hesab etdilər  və  mollalar onun cənazəsi  üstünə 
gəlməkdən boyun qaçırdılar? Bəs necə oldu ki, gözünü açanda 
“Allahu Əkbər” səsini eşidə-eşidə böyüyən “Allahsız” jurnalını 
çıxarmaqdan imtina edən Mirzə Cəlil müsəlman fanatiklərinin 
məngənəsində  sıxıldı  ?  Necə  oldu  ki,  “İlahi”  çağırışı  ilə  “daş 
qəlbli  insanlarda”  mərhəmət  oyatmaq,  onların  qəlbinə  rəhm 
salmaq istəyən M.Ə.Sabir mövhumat əhlinin gözündən düşdü? 
Elə isə bəs niyə “məhəbbətdir ən böyük din”, “mənim Tanrım 
gözəllikdir,  sevgidir”  -  söyləyən  Hüseyn  Cavidə  qarşı  hücum 
etmək  üçün  özlərində  cəsarət  tapanlar  olmadı  və  olsa  da  niyə 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
50 
üzə çıxmaqdan çəkindilər? Çünki  müsəlman fanatikinin, möv-
humat  əhlinin  ona  tən  etməyə  cürəti  yetmədi.  Bəlkə  də,  öz-
lərinə yalançı Tanrı düzəldənlər Cavidin Tanrı eşqindən - daha 
geniş  mənada  Şeyx  Sənandan,  Peyğəmbərdən  və  Tanrıdan 
qorxub üzə çıxmadılar. 
Cavid yaradıcılığında Tanrı eşqi ideyasına prof. K.Əliye-
vin təhlil istiqamətləri, nəzəri yanaşma və araşdırma formulları 
cəlbedicidir,  elmi-nəzəri  baxımdan  ədəbiyyatşünaslığımızda 
tam yenidir. 
Ruhun  ölməzliyi  ideyası  Cavid  yaradıcılığında  necə  əks 
olunub?  Bu  suala  cavabı  əsərin  “Ruhun  ölməzliyi  yaxud  ək-
sinə: “Qozbeli qəbir düzəldər” hissəsində tapırıq. Tədqiqatçı bu 
hissəni  də  çox  məharətlə  işləmişdir.  Filoloq  alimlərimizdən 
olan  M.  Cəfərli  və  H.  Həşımli  doğru  olaraq  yazırlar  ki,  “Gö-
zəllərdə gözəl ruh aşılayan” şairin əsərlərində gözəllik anlayışı 
da  çox  vaxt  ruhla  bağlı  təqdim  olunur.  Əsl  gözəlliyin  ruhu 
oxşaması, zahiri və batini gözəl  olanlara “ruhum,  ey qönçeyi-
bahar”  xitabı,  belələrinin  bir  sıra  məqamlarda  mələk  səviy-
yəsində  təqdimi  müqəddəslik  və  gözləllik  dünyasının  məhz 
ruhu paklar tərəfindən yaradılması barədə deyilənlər elmi-ədəbi 
məntiqə  əsaslanır.  Sənətkarın  ülvi  qayəsi  də  məhz  ruhun  saf-
lığınдaн və ölməzliyi ideyasından pərvəriş tapmışdır. 
Beləliklə, prof. K. Əliyevin “Cavid möcüzəsi” kitabı dahi 
Cavidin sənət dünyasının rəngarəng, çoxcəhətli çalarlarına tam 
aydınlıq gətirmək məramına xidmət edir.  
 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
51 
YENĠ BĠR ĠSTĠQAMƏTDƏ 
 
Romantiklərin folklorla əlaqəsi ədəbiyyatşünaslıqda kifa-
yət qədər öyrənilməmiş məsələlərdən biri idi. Bunu nəzərə alan 
prof. Kamran Əliyev 2006-cı ildə “Romantizm və folklor” mo-
noqrafiyasını çap etdirir. Bu əsərin çapına qədər demək olar ki, 
müəllif romantizm və folklor 
problemi  ilə  bağlı  bir  sıra 
məqalələr  yazmış  və  bəzi 
tədqiqatlarında 
da 
həmin 
problemə  toxunmuşdur. Yeri 
gəlmişkən  qeyd  etmək  la-
zımdır  ki,  Azərbaycan  ədə-
biyyatşünaslığında  və  folk-
lorşünaslığında  ayrı-ayrı  sə-
nətkarların folklorla əlaqələri 
barədə  xeyli  sayda  tədqiqat-
lar vardır. Bu tədqiqatlar Ni-
zami  Gəncəvi  yaradıcılığın-
dan  başlayaraq  keçən  əsrin 
son dövrlərinə qədərki sənət-
karları  əhatə  edir.  Nizami 
Gəncəviyə,  Məhəmməd  Fü-
zuliyə, Qazi Bürhanəddinə, M.Ə. Sabirə, Y. V. Çəmənzəminli-
yə, Ə. Haqverdiyevə, C. Cabbarlıya, S. Vurğuna, O. Sarıvəlliyə 
və başqalarına həsr edilmiş bu araşdırmalar müxtəlif istiqamət-
lərdə aparılmışdır. 
Alim  monoqrafiyada  qarşısına  qoyduğu  məqsəd  barədə 
belə  yazır:  “...biz  bu  tədqiqatda  bir  yaradıcılıq  metodu  və  bir 
ədəbi  cərəyan  kimi  romantizmin  folklorla  əlaqələrini  araşdır-
mağı  qarşıya  məqsəd  qoymuşuq.  Şübhəsiz,  bu  məqsəd  də  hər 
hansı  romantik  sənətkarın  folklorla  əlaqələrini  təcrid  etmir, 
çünki  ayrıca  götürülmüş  bir  romantik  sənətkar  da  folklordan 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə