MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə15/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
46 
HÜSEYN CAVĠDĠN  
YARADICILIQ SĠRLƏRĠ 
 
Professor  Kamran  Əliyevin  “Cavid  möcüzəsi”  (Bakı, 
Nurlan,  2002)  kitabında  mütəfəkkir  Cavidin  yaradıcılıq  sirləri 
açıqlanır.  Əsər  maraqlı  bir  xətt  üzrə  yazılıb.  Kitabın  “  Baş-
lanğıc”  hissəsində  Zahir  və  Batin  məfhumlarına  aydınlıq  gə-
tirilir.  Məlum  olur  ki,  Zahir 
və  Batin  ədəbiyyata  və  bü-
tövlükdə  sənətə  birdən-birə, 
qəflətən  gəlməmiş,  bundan 
öncə müxtəlif adlarla məişət-
də  və  cəmiyyətdə  özünə  ki-
fayət  qədər  yer  tapmışdır. 
Məişətdəki  Üz  və  Astar, 
dövlətdəki  İç  və  Dış  məf-
humlarını  bədii  yaradıcılıq-
dakı Zahir və Batinin ana yu-
vası  hesab  etmək  olar.  Bu 
məfhumların Cavidin yaradı-
cılığında  təsadüfi  olmadığı 
qənaətinə  gələn  tədqiqatçı 
yazır  ki,  şübhəsiz,  həyata  və 
dünyaya  müstəqil  baxışı  olan  və  bu  baxışı  ilə  öz  müasirlə-
rindən,  həm  də  sələflərindən  ciddi  şəkildə  fərqlənən  Cavid-bu 
azman  sənətkar  (tarix  göstərir  ki,  Azərbaycan  ədəbiyyatında 
Caviddən sonra Cavid səviyyəsinə yüksələn olmadı!). Zahir və 
Batin  məsələsində  seyrçi  mövqe  tuta  bilməzdi.  Həyatda  heç 
nəyə  təsadüfi  kimi  baxmayan,  heç  bir  mövzunu  təsadüfən  qə-
ləmə  almayan  H.  Caviddə  insanın  fiziki-cismani  əlamətlərinin 
və mənəvi-ruhi keyfiyyətlərinin inikası da təsadüfi və epizodik 
məzmun  daşımır,  ardıcıllıq  qazanır  və  sistem  təşkil  edir. 
“Müəllifi  tədqiqat  boyu  düşündürən  Zahir  və  Batin  kateqo-


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
47 
riyaları  və  bu  kateqoriyaların  təzahür  formalarıdır.  Fiziki 
gözəlliklə  əxlaqi  dəyərləri  obrazlar  vasitəsi  ilə  harmoniya  və 
disharmoniya  rakursundan  təhlil  edən  Kamran Əliyev  gözəllik 
və eybəcərlik, cism və ruh, iç və dış kimi anlayışların üzərində 
dayanır,  bu  anlayışların  Cavid  ədəbi-fəlsəfi  fikrində  tuduğu 
yeri müəyyənləşdirir”. (Nigar Cərulla qızı) 
Əsərin  ayrı-ayrı  hissələrinə  verilmiş  başlıqlar  olduqca 
cəlbedicidir: “Qəlbin işığı,  yaxud  əksinə:  “Lənət kor şeytana”, 
“İdrakın  gücü  yaxud əksinə: “Əqli topuğunda olanlar”, “Tanrı 
eşqi  yaxud  əksinə:  “Tanrı  qurutsun  əlini”,  “Ruhun  ölməzliyi 
yaxud  əksinə:  “Qozbeli  qəbir  düzəldər”.  Bu  başlıqlar  öz-özlü-
yündə  oxucuya  çox  şeyi  diqtə  edir,  həm  də  kitabı  sətir-sətir 
oxumağa  sövq  edir.  Kitabı  oxuyub  buradakı  dərin  fəlsəfi  qat-
ların  aşkarlanmasını  gördükcə,  düşünürsən  ki,  prof.  K.  Əliye-
vin bu tədqiqatı Cavid yaradıcılığını şəffaf güzgüdə göstərmək 
tendensiyası ilə bağlıdır.  
Cavidşünaslığa  baş  vuranlar  çox  olub,  lakin  işin  çətinli-
yini görərək bu barədə elmi axtarış aparmaqdan əl çəkənlər də 
вар, əl çəkməyənlər də. Uzun illər Cavid irsinin tədqiqi dolaşıq 
yollardan  keçib.  Hamı  tərəfindən  qəbul  edilən  inandırıcı 
araşdırma  aparanlar  Cavidşünaslıqda  birmənalı  şəkildə  qəbul 
edilib. Professor Kамран Əliyev belə Cavidşünaslardan biri və 
birincisidir.  Cavidşünaslıqda  elə  bir  məsələ,  təfərrüat  tapmaq 
çətindir  ki,  Kamran  müəllim  ona  öz  münasibətini  bildirməmiş 
olsun. Budur, “Cavid möcüzəsi” kitabının “Qəlbin işığı  yaxud 
əksinə:  “Lənət  kor  şeytana”  hissəsində  tədqiqatçı  korluq  məf-
humunun Caviddə daşıdığı məna yükünü necə də məntiqi şəkil-
də açıqlayır: “H.Cavid korluq anlayışını insanın cisminə yaraş-
dırmır, onu fikrə, duyğuya, qəlbə və ruha yaxınlaşdırır. 
H.Cavid  yaradıcılığında  işıq  axtarışı,  işıq  həsrəti  müqəd-
dəs  idealın,  arzu  və  ümidin  həqiqi  varlıq  meyarına  çevrilir. 
“Knyaz”  əsərində  “qarışıq  təcrübələrədn  çıxış  edən  Solomon 
tərəfindən Knyaza verilən ən müdrik məsləhətin ünvanı işıqdır: 
“Hər  qaranlıqda  gülümsər  bir  işıq”,  “Xəyyam”  pyesində  də 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
48 
Sevda  “başı  çox  qarışıq”  olan  Xəyyamın  narahatlığının  səbə-
bini onun “qaranlıqda işıq axtarmasında” görür. 
İşığın  kainatdakı  mənbəyi  Günəş,  cisimdəki-bədəndəki 
dayaq  nöqtəsi  isə  gözdür.  İşıq  insanın  heç  bir  bədən  üzvünə 
gözə  yaraşdığı  qədər  yaraşmır.  Bəlkə  elə  bu  sirrin  nəticəsidir 
ki,  qəlbə,  könlə  gedən  yol  da  məhz  gözdən  başlayır.  Səyavuş 
Firəngiz haqqında belə söyləyir: 
Bilmədim ki, bir gün bənd olur könül. 
O şahin gözlərin ehtişamına. 
Xəyyam da göz yaşı axıdan Saqiyə deyir: 
    
Gözlərindən saçılan incilərin
    
Qalacaq izləri qəlbimdə dərin. 
Caviddə gözün işığı bir az da məcaziləşib qəlbin işığı ilə 
əvəzləndiyi  kimi,  gözün  də  korluğu  məcazi  mənada  qəlbin 
korluğu ilə əvəz olunur. Beləliklə, işıq da, korluq da Zahirdə-
üzdə qalmır, Batinə-qəlbə, könlə keçir. 
   H.Cavidin  poetik  qanadlarında  təfəkkürün  idrak  nəzə-
riyyəsini,  idrak  kateqoriyasını  K.  Əliyev  ən  ali  möcüzə  sayır. 
Əsərin “İdrakın gücü,  yaxud əksinə: “Əгli topuğunda olanlar” 
hissəsində alim H. Caviddə ağıla sığınmanı və ağıla söykənmə-
ni  baş  aparıcı  qəhrəmanların  əksəriyyətinə  xas  keyfiyyət  kimi 
səciyyələndirir:  “Şeyx  Sənanın  göylərə  yüksəlmək  eşqi,  həm 
həyat  adamı,  həm  də  bədii  qəhrəman  kimi  Peyğəmbərin  “ulu 
dahi” olması, Teymurun hökmü, Səyavuşun şücaəti, İblisin mə-
nəmlik  iddiası  idrakdan  süzüülb  gəlir.  Hətta  “İblis”  əsərində 
Rəna da ağlına və düşüncəsinə şübhə edilən Arifi “Məncə sər-
səm deyil, o çox huşyar” fikri ilə tanıdır. 
Cavid  yaradıcılığında  idrakın  bir  qütbündə  əqlin  gücü, 
qüdrəti dayanırsa, digər bir qütbündə ağlın zəifliyi durur. Prof. 
K. Əliyev Cavid obrazlarındakı idrakın gücünü,  gücsüzlüyünü 
bütün  əhatəliliyi,  dərinliyi  ilə  açıqlayır  və  göstərir  ki,  idrakın 
korluğu idrakın gücsüzlüyüdür. “Uçurum” pyesində öz səhvlə-
rinin  təəssüfünü  və  iztirabını  çəkən  Edmon  deyir:  “Mənim 
idrakımı kor etdi Tanrı”. Bununla belə kor idrak bir şəxsin özü 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə