MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə11/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
34 
Prof. K. Əliyev monoqrafiyada XX əsr Azərbaycan yazı-
çı-romantiklərindən  M.Hadi,  H.Cavid,  A.  Səhhət,  A.  Şaiq,  A. 
Divanbəyoğlu, A. Sur və S. Səlmasinin əsərlərinə istinad etmiş, 
bu  romantiklərin  yaradıcılığı  ilə  təmsil  olunan  Azərbaycan 
romantizminin  obrazlar  sistemini  tədqiq  etməyi,  onun  ideya 
axtarışlarının qabaqcıl, mütərəqqi mahiyyətini açıb göstərməyi 
və bu romantizmin poetika problemlərini araşdırmağı qarşısına 
məqsəd qoymuşdur. 
Alim qarşısına qoyduğu vəzifələri də aşağıdakı kimi elan 
edir: 
–  Romantik  qəhrəman  konsepsiyasının  məzmununu  şərh 
etmək. 
–  Nəsrin,  lirikanın  və  dramaturgiyanın  qəhrəmanlarının 
mövqe və xarakterlərinin izahını vermək. 
–  Təbiət  obrazlarını  və  mifoloji  obrazları  səciyyələndir-
mək. 
– Bədii qarşıdurma təşkil edən obrazları müəyyənləşdirmək. 
– XX əsr Azərbaycan romantizminin özünəməxsus cəhət-
lərini,  romantiklərin  bədii  yaradıcılıqları  ilə  onların  ədəbi-
nəzəri görüşlərinin vəhdətini meydana çıxarmaq. 
Monoqrafiya iki böyük hissədən ibarətdir. Kitabda müəl-
lif  hissələri  fəsillərə  ayırmış  və  hər  fəsli  isə  paraqraflara  böl-
müşdür. “Romantik qəhrəman” hissəsinin “Nəsrdə və poeziya-
da  romantik  qəhrəman”  fəslinin  “Romantik  nəsrin  qəhrəman-
ları“  paraqrafında  romantik  qəhrəman  probleminin  ayrı-ayrı 
ədəbi  növlər,  yaxud  janrlar  ətrafında  öyrənilməsini  tamamilə 
təbii  və  qanunauyğun  hesab  edən  prof.  K.  Əliyev  göstərir  ki, 
qəhrəmanların  təsviri  və  təqdiminin  özü  bunu  tələb  edir.  Yəni 
psixoloji  duyğu  və  düşüncələri  ilə  görünən  nəsr  qəhrəmanları, 
dramatik hərəkətləri ilə seçilən və fərqlənən dramaturgiya qəh-
rəmanları,  eyni  zamanda  şeirin  misraları  içərisində  boy  atıb 
ucalan  lirik  qəhrəmanlar  sənətkarlıq  mövqelərinin  də  müxtə-
lifliyni şərtləndirmiş olurlar. 
Monoqrafiyada əvvəlcə nəsrin, sonra lirikanın, daha son-


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
35 
ra  dramaturgiyanın  romantik  qəhrəmanları  öyrənilir.  Bu  isə 
müəllifin  özünün  qeyd  etdiyi  kimi,  romantizm  səciyyəli  ayrı-
ayrı  ədəbi  növlərin  tarixən  yaranma  ardıcıllığından  irəli 
gəlmişdir. Belə ki, XX əsrin lap başlanğıcında (1902-1909 ) A. 
Divanbəyoğlunun  nəsr  əsərləri  meydana  çıxmış,  bir  müddət 
sonra  M.  Hadinin,  H.  Cavidin,  A.  Səhhətin,  A.  Şaiqin,  S.Səl-
masinin  şeirləri,  həmçinin  A.  Surun  həm  şeirləri,  həm  də  he-
kayələri, mənsur şeirləri  və  A. Şaiqin də nəsr  əsərləri mətbuat 
səhifələrində  görünmüş,  H.  Cavid  dramaturgiyası  isə  onların 
yeni formada davamı olmuşdur. 
Azərbaycan romantizminin ilk nümunələri olan nəsr əsər-
lərində  romantik  qəhrəmanların  mövqeyinin  necəliyini  ətraflı 
və  düzgün  şərh  edən  alim  sonda  belə  nəticəyə  gəlir  ki,  ro-
mantik nəsrin qəhrəmanları XX əsr Azərbaycan romantizminin 
səciyyəvi  xüsusiyyətlərini  yaşadan  ilk  nümayəndələrdir.  Onla-
rın  daşıdığı  keyfiyyətlər  lirikanın  və  dramaturgiyanın  qəhrə-
manları tərəfindən davam və inkişaf etdirilmişdir. 
Monoqrafiyanın  “Lirik  qəhrəman“  adlı  ikinci  paraqra-
fında alim romantik şeir nümunələrinin romantik nəsrdən sonra 
meydana çıxdığını, geniş vüsətlə inkişaf etdiyini göstərir və bir 
faktı da qeyd edir ki, bütün romantiklər nəsr əsərləri yazdıqları 
halda  A.  Divanbəyoğludan  başqa  onların  hamısı,  əsasən,  şair 
olmuşdur.  Tədqiqatçı  burada  eyni  zamanda  romantik  şeirdə 
qəhrəmanla  müəllif  və  müəllif  obrazı  arasında  tam  yaxınlığı, 
hətta eyniləşmə hallarını da düzgün olaraq üzə çıxarır. Bir söz-
lə,  alim  bu  paraqrafda  romantik  şeirdə  lirik  qəhrəmanın  bədii 
strukturunu  aydınlaşdırır  və  eyni  zamanda,  həmin  qəhrəmanın 
realist lirikanın qəhrəmanından fərqli cəhətlərini aşkar edir. 
Birinci  hissənin  ikinci  fəsli  “Dramaturgiyada  romantik 
qəhrəman”  adlanır.  Alim  Azərbaycan  romantik  dramaturgiya-
sının  problemlərinin,  spesifik  xüsusiyyətlərinin,  ayrı-ayrı  poe-
tika  əlamətlərinin  Hüseyn  Cavid  yaradıcılığında  daha  bariz 
şəkildə meydana çıxdığını, faciə janrının yaranmasından sonra 
H. Cavidin dramaturgiya tarixində yeni mərhələlərin qapılarını 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
36 
açdığını göstərir və bunu romantik dramaturgiya adlandırır. 
Alim  burada  diqqətimizi  mühüm  bir  cəhətə  də  yönəldir. 
O  da  bundan  ibarətdir  ki,  H.  Cavid  öz  poetik  istedadının  gü-
cünə arxalanaraq mənzum dram yaratmaq sahəsində müqəddəs 
bir  ənənənin  başlanğıcını  qoydu.  Beləliklə,  sənətkarın  şeir  ya-
radıcılığından dramaturgiyaya keçməsinin səbəblərindən birini 
məhz  yüksək  ehtiraslara  malik  romantik  qəhrəman  axtarıcılı-
ğında aramaq lazımdır. 
Monoqrafiyanın  bu  fəslinin  elmi  cəhətləri  həddən  artıq 
çoxdur. Bunlardan biri də H. Cavid dramaturgiyasında roman-
tik qəhrəmanın süjet və kompozisiya daxilindəki hərəkətinin bu 
qəhrəmanın  bədii  zaman  və  məkan  çərçivəsindəki  mövqeyinin 
mahiyyətinin təhlilidir. 
Monoqrafiyanın “Simvolik - poetik obrazlar” adlı II his-
sənin  I  fəsli  “Simvolik  obrazlar”  adlanır.  Alim  burada  XX  əsr 
Azərbaycan  romantizminin  bədii  xüsusiyyətlərinin  meydana 
çıxarılmasında  simvolik-poetik  obrazların  əhəmiyyətini  qeyd 
edir  və  romantizmi  simvollarsız  təsəvvür  etməyin  mümkün-
süzlüyünü göstərir və simvolik obrazları iki qrupa ayırır: təbiət 
obrazları və mifoloji obrazlar. 
Prof.  K.  Əliyev  istər  təbiət,  istərsə  də  mifoloji  obrazlar 
üzərində  ayrıca  dayanıb,  bunların  hər  birinin  simvolik  çalar-
larını və örtüklərini açıqlayır və belə nəticəyə gəlir ki, ayrı-ayrı 
təbiət  vahidləri,  o  cümlədən  gül,  çiçək  və  bir  sıra  peyzaj 
əlamətləri  romantiklərin  əsərlərində  öz  simvolik  örtükləri  ilə 
səciyyəvidirlər.  Elə  simvolik  çalarlar  və  obrazlar  da  vardır  ki, 
onlar  romantiklərin  yaradıcılığında  müəyyən  vasitələrlə  öz 
açılışını tapır. Bunun məhz romantizm üçün xas olması mühüm 
amillərdəndir. 
Azərbaycan romantizminin  folklor və mifologiya  ilə  əla-
qəsindən  danışan  alim  yazır  ki,  folklora  aid  obrazlar,  süjetlər 
romantiklərin  əsərlərində  davamlı  xətt  kimi  görünür.  “Şeyx 
Sənan”  faciəsinin  “Əsli-Kərəm”  dastanı  ilə  müqayisəsindən 
bəlli  olur  ki,  H  .Cavid  sözün  həqiqi  mənasında  əfsanəyə  əsas-


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə