MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə20/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
62 
sində qalmır, eyni zamanda həmin poemalardakı romantik me-
todun başlanğıcı olur. 
Kamran  müəllimin  araşdırmalarından  bəlli  olur  ki,  Hü-
seyn  Caviddə  isə  bu  rəsmiyyət  yeni  forma  ilə  əvəz  olunur. 
Mütəfəkkir  sənətkar  hər  hansı  əsərini  minacat,  nət,  mədhiyyə, 
fəxriyyə  ilə  başlamasa  da,  ayrı-ayrı  əsərlərini  Tanrıya,  Pey-
ğəmbərə,  Hökmdara  və  Şairə  həsr  edir.  Beləliklə,  məsafəcə 
uzun  əsrlərin  ayırdığı  bədii  fakt  və  nümunə  bədii  düşüncədə 
birləşir və yaxınlaşır. 
Bir sözlə, tədqiqatçı bu hissədə Hüseyn Cavidin yeni janr, 
yeni  mövzu,  yeni  qəhrəman  və  bütövlükdə  yeni  poetika 
müəllifi  və  XX  əsr  Azərbaycan  romantizminin  tarixi  taleyi 
olduğunu elmi faktlarla əsaslandırır. 
Monoqrafiyanın  “H.Cavidin həyatı və şəxsiyyəti” fəslin-
də  mütəfəkkir  sənətkarın  qısa  tərcümeyi-halı  xronoloji  ardı-
cıllıqla verilir. 
Prof. K. Əliyev bu fəslin “Şəxsiyyət və yaradıcılıq bütöv-
lüyü” hissəsində şair, dramaturq, publisisit, müəllim, ən başlı-
cası ziyalı kimi tanınan H. Cavidin həmişə öz məsləkinə sadiq 
olduğundan,  bədii  əsərləri  ilə  öz  əqidəsinin  daşıyıcısına  çev-
rildiyindən  geniş  bəhs  edir  və  haqlı  olaraq  H.  Cavidin  drama-
turgiya yolunun harаdan başlandığı sualını meydana çıxarır. Bu 
sualı ən incə tərəflərinə qədər cavablandıran müəllif göstərir ki, 
H.  Cavidin  sənətə  və  sənətkar  şəxsiyyətinə  məhəbbəti  “Xəy-
yam”  əsəri  ilə  ən  yüksək  zirvəyə  çatır.  Belə  bir  zirvədə  isə 
Xəyyamı  özü  kimi-necə  varsa,  o  cür  göstərmək,  onun  yara-
dıclığını və şəxsiyyətini vəhdətdə təqdim etmək  nəinki vəzifə, 
eyni zamanda borc idi. 
Ötən əsrin iyirminci və otuzuncu illərində yazdığı əsərlər 
bütövlükdə  H. Cavidi  yenidən “olduqca  böyük bir  sənətkar  və 
söz ustası” kimi  məhşurlaşdırdı. Hətta 1936-cı ildə Moskvada 
Yazıçılar İttifaqının üçüncü plenumunda Əli Nazim H. Cavidi 
görkəmli yazıçılarla bir sırada təqdim etdi və “böyük dramatik 
əsərlər  yaratmış”  sənətkar  kimi  səciyyələndirdi.  Artıq  bütün 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
63 
bunlar  təsdiq  edirdi  ki,  H.  Cavid  həmişə  vəhdətdə  olan  şəx-
siyyət  və  yaradıcılığı  ilə  dünyanın  böyük  sənətkarlarından biri 
səviyyəsinə ucalmışdır. 
Monoqrafiyanın  “Ölüm  var  ki,  həyat  qədər  dəyərli” 
hissəsində  alim  Hüseyn  Cavidə  edilən  qəsdi  tarixi  sənədlərin 
dili ilə oxuculara çatdırır. 
Alim əsərin “Bədii yaradıcılıqda şəxsiyyət” hissəsində H. 
Cavid düşüncəsinin xəritəsini cızır. Bu xəritədə dahi sənətkarın 
düşüncəsinin  coğrafi  sərhədlərinin  hüdudsuzluğunu  görürük. 
Prof. K. Əliyev bu xəritəni özünün kamil düşüncəsi ilə orijinal 
bir tərzdə təhlil edir: “Azərbaycan ədəbiyyatı tarixinin 1000 ilə 
yaxın  bir  mərhələsində  hakim  olan  şəxsiyyət  ətrafındakı 
hərəkət  ənənəsini  Hüseyn  Cavid  dəyişdirdi  və  yeniləşdirdi, 
şəxsiyyət və şəxsiyyətə olan qlobal marağın yaddaşla bədii əsər 
arasındakı  qabarıq  əlaqəsini  ilk  dəfə  önə-açıq  müstəviyə 
çıxardı. Bu, böyük kəşf idi.” 
Mütəfəkkir  Cavid  yaradıcılığının  şəxsiyyət  planını  daha 
da  dərindən  qabardan  alim  belə  nəticəyə  gəlir  ki,  H.  Cavid 
yaradıcılığının şəxsiyyət planı Azərbaycan ədəbiyyatı tarixində 
heç kəsi  təkrar etməyən  və  gələcəkdə  də  təkrar olunmayan bir 
plandır.  O,  zamanı  keçmiş  və  gələcəklə  birgə,  məkanı  yer  və 
göylə vəhdətdə, şəxsiyyəti Tanrı və ruhla qovuşuqda götürür və 
bədii  sənəti,  bədii  yaradıcılığı  usə  onlardan  kənarda  təsəvvür 
etmir. 
Prof.  K.  Əliyev  monoqrafiyanın  “H.  Cavidin  ədəbiyyata 
baxışı”  fəslinin  “Ədəbi-nəzəri  mənbələr”  hissəsində  dahı 
mütəfəkkir  H.  Cavidin  ədəbi-bədii  fəaliyyətlərində,  həmçinin 
Türkiyədəki ictimai-siyasi həyat şəraiti, onun irticaçı xarakteri, 
türk  ədəbiyyatının  nailiyyətləri,  onun  yeni  istiqamətləri,  Av-
ropa ədəbiyyatı, Avropa sənətkarlarının, filosoflarının, rus ədə-
biyyatının klassiklərinin əsərlərindən bəhs etdiyini, onları iste-
dadın  yaratdığı  möcüzələrlə  təhlil  etdiyini  gözlərimiz  önündə 
canlandırır.  
Monoqrafiyanın  “Romantizm  uğrunda  mübarizə”  hissə-


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
64 
sində müəllif H. Cavidin mənsub olduğu romantizmin bir ədəbi 
cərəyan  kimi  mürəkkəb  xarakterə  malik  olduğunu  və  bunun 
nəticəsində müxtəlif və mübahisəli fikirlərin meydana çıxdığını 
göstərir,  dahi  Cavidin  romantizm  uğrunda  mübarizəsini  ön 
plana  çəkən  alim  romantizm  estetikasında  mövcud  olan  xeyli 
məsələlərə  aydınlıq  gətirir.  Bu  araşdırma  zamanı  tədqiqatçı 
şairin romantik lirikasına daha çox diqqət yetirir. 
Prof. K. Əliyev “H. Cavidin poeziyası” adlı fəsildə şairin 
“Hübuti-Adəm”, “Bakıda”, Yadi-mazi”, “Otuz yaşımda”, “Ge-
cəydi”,  “Bir  rəsm  qarşısında”,  “Elmi-bəşər  “,  “Qadın”,  “Kiçik 
sərsəri”,  “Öksüz  Ənvər”,  “İlk  bahar”,  “Qız  məktəbində”, 
“Çiçək  sevgisi”,  “Verdim  o  gün  ki,  zülfi-pərişanə  könlümü”, 
“Novruz bayramı” , “Mənim Tanrım”, “Şərq qadını”, “Solğun 
bənövşələr”,  “Qaçqın”,  “Bir  zamanlar”,  “Çəlik  qolları”,  “Türk 
əsirləri”,  “Hərb  və  fəlakət”,  “Dəniz  tamaşası”,  “Şeyx  Sənan”, 
“Rəqs”, “Hər yer səfalı, nəşəli”, “Sevinmə, gül!...”, “Sevinmə, 
gülmə,  quzum!...”,  “Pənbə  çarşaf”,  “Xuraman-xuraman  “, 
“Uyuyur”,  “Görmədim”,  “Mən  istərim  ki...”,  “Vərəmli  qız”, 
“Məzlumlar  üçün”,  “Çoban  türküsü”,  “Dün  və  bu  gün”, 
“Qüruba qarşı”, “Hərb ilahi qarşısında”, “İstə bir divanədən bir 
xatirə”, “Ey ruhi-pürsцkun”, “Kiçik bir lövhə”, “İki həmşireyi-
lətafətü an”, “Bir qızın son fəryadı, yaxud zindan guşəsində bir 
səs”,  “Qonşu  çiçəyi”,  “Nəcmi-geysudar  “,  “İbtilayi-qəram”  , 
“Şeir  məftunu”,  “Dəniz  pərisi”,  “Bilməm  kimə?”,  “Bu  gecə”, 
“Ah... yalnız sən!”, “Qəmər”, “Neçin ? ”, “Get!”, “ Məyus bir 
qəlbin fəryadı”, “Son baharda” şeirlərini eyni zamanda “Azər“ 
poemasının  ideya-məzmun  xüsusiyyətlərindən  bəhs  edir  və 
həmin  şeirlərin  yeri  gəldikcə  yaranma  tarixini,  janrlarını 
müəyyənləşdirir. 
Monoqrafiyanın “H.Cavidin dramaturgiyası” adlı fəslində 
görkəmli  dramaturqun  “Ana”,  “Maral”,  “Şeyx  Sənan”,  “Şey-
da”,  “Uçurum”,  “İblis”,  “Afət”,  “Peyğəmbər”,  “Topal  Tey-
mur”,  “Knyaz”,  “Səyavuş”,  “Xəyyam  “kimi  dramlarının  qısa 
məzmununu verir. 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə