MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə28/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
87 
H.  Cavidin  müxtəlif  əsərləri  haqqında  ayrı-ayrı  tənqidçilərin 
bir-birinə zidd  mülahizələri olmuşdur. Elmi ümumiləşdirmələr 
və  əsaslandırmalar  aparmağıı  bacarmayanlar  H.  Cavid  yaradı-
cılığınada qüsur xatirinə qüsur axtarmağa çalışmışlar. Bu da H. 
Cavid  haqqında  mənfi  cəhətlərin  meydana  çıxmasının  bazisi 
olmuşdur.  Kamran  müəllim  1920-ci  ildən  1982-ci  ilə  qədər 
(alim bu məqaləsini 1982-ci ildə yazmışdır) H. Cavid haqqında 
yazılanları  saf-çürük  etmiş,  maraqlı  və  cəsarətli  fikirlər  irəli 
sürmüş, bu böyük şair və dramaturqun Azərbaycan ədəbiyyatı 
tarixindəki yüksək mövqeyini tam şəkildə təsdiqləmişdir. 
Keçən əsrin 20-30-cu illərinin  yetirdiyi Əli Nazimin tən-
qidçilik  sənətinə  həsr  edilən  məqalədə  də  alim  öz  dəyərli  sö-
zünü  deyə  bilmişdir.  Bu  məqalədə  Əli  Nazim  tənqidinin  sə-
ciyyəvi keyfiyyətləri, tənqidçinin özünün tənqidçilik taktikaları, 
priyomları üzə çıxarılır.  
Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının görkəmli 
simalarından olan Mir Cəlal Paşayevin tənqidçilik və nəzəriy-
yəçilik  fəaliyyətini  izləmək  baxımından  Kamran  müəllimin 
“Mir Cəlal Paşayev – tənqdçi və nəzəriyyəçi alim” məqaləsi də 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Müəllif  məqalədə  düzgün  olaraq 
göstərir ki, Azərbaycan nəsrinin inkişafında misilsiz xidmətləri 
olan  Mir  Cəlalı  yüksək  qiymətləndirdiyimiz  kimi,  onun  Azər-
baycan  sovet  ədəbiyyatşünaslığının  inkişafında,  Azərbaycan 
tənqidinin  yeniləşməsindəki  xüsusi  xidmətlərini  də  dəyərlən-
dirməli və dərindən öyrənməliyik. Alim belə düşünür ki, sovet 
dövründə  elə  bir  yaradıcılıq  prosesi  getmişdir  ki,  az  qala  bir 
şəxsiyyətin  simasında  tənqidçini  və  yazıçını  ayırmaq  çətin  ol-
muşdur.  Əvvələn,  həmin  adamların  özləri  bədii  yaradıcılıqla 
ədəbi-tənqidi yaradıcılıq arasında elə bir fərq qoymamışlar. Di-
gər tərəfdən də  yaradıcılığın  iki müxtəlif sahəsi  ilə  məşğul  ol-
mağı  da  qanunauyğun  hesab  etmişlər.  Prof.  K.  Əliyev  bu  iri-
həcmli məqaləsində  Mir Cəlalın elmi  yaradıcılığının mahiyyə-
tini düzgün şərh etmiş və belə nəticəyə gəlmişdir ki, Mir Cəlal 
yaradıcılığında  sənətkarlıq  məsələlərinə  dair  onlarla  fakt  və 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
88 
mülahizələrə  rast  gəlmək  çətin  deyildir.  Bu  isə  onun  sənəti 
duymaq  və  təhlil  etmək  bacarığını  nümayiş  etdirir.  Hərgah 
“Füzuli  sənətkarlığı”  kitabını  da  nəzərə  alsaq,  belə  demək 
mümkündür  ki,  Mir  Cəlal  Azərbaycan  ədəbiyyatşünaslığı  tari-
xində tənqidçi və ədəbiyyatşünasların diqqətini sənətkarlıq mə-
sələlərinin təhlilinə yönəltməkdə mühüm xidmətləri olan böyük 
simadır. 
Kitabdakı məqalələrin hər birində oxucunu maraqlandıran, 
düşündürən  problemlərin  istiqamətləri  alim  tərəfindən  profes-
sionallıqla  müəyyənləşdirilmişdir.  Müəllifin  tənqidi  məqalələ-
rinin hər biri obrazlıdır, hər birində emosionallıqla akademizm, 
daxili  sərbəstliklə  fikrin  tutumlu  şərhi  sıx  birləşib.  Elə  buna 
görə  də  biz  belə  hesab  edirik  ki,  ixtisasından  asılı  olmayaraq 
hər bir kəs prof. K. Əliyevin bu problemlərlə bağlı maraqlı və 
cəlbedici  təhlillərini  asanlıqla  başa  düşə  bilər.  Ümumiyyətlə, 
Kamran  müəllim  klassik  tənqidçilərimizdən  çox  yazır  və 
onların  parlaq,  yaddaqalan  portretlərini  yaradır.  O,  görkəmli 
ədəbiyyatşünas  və  pedaqoq  Feyzulla  Qasımzadə  haqqında 
yazarkən  onun  gördüyü  işləri  tam  və  hərtərəfli  təhlil  edib 
qiymətləndirmək  üçün  hansı  məsələləri  birinci  plana  çəkmək 
barədə düşünür və bir kitaba sığmayan  F. Qasımzadənin həyat 
və elmi fəaliyyətini hərtərəfli və dolğun şəkildə yeddi səhifəlik 
məqaləyə  sığışdırır  və  bu  məqalənin  səhifələri  bir  yana,  hər 
abzasında yeni-yeni fikirlər ortaya çıxarır. 
Ədəbiyyatımızın inqilabi ənənələri, romantizm və realiz-
min  qarşılıqlı  münasibətləri,  satira  və  onun  tərbiyəvi  əhəmiy-
yəti, sənətkar və ideyalılıq, bədii yaradıcılıq və tənqidin poeti-
kası, qarşılıqlı ədəbi əlaqə kimi ciddi problemlər görkəmli ədə-
biyyatşünas  alim  Kamal  Talıbzadənin  yaradıcılıq  boyu  diqqət 
mərkəzində  durmuşdur.  Prof.  K.  Əliyevin  “Kamal  Talıbzadə-
təmkinli  elmi  yaradıcılıq”  məqaləsində  alimə  məxsus  bu  key-
fiyyətlər  təbii  heyrət  və  vətəndaşlıq  iftixarı  ilə  qələmə  alın-
mışdır. Kamran müəllim Azərbaycan tənqid tarixi kimi mühüm 
problemin  bizim  ədəbiyyatşünaslıqda  yalnız  ilk  dəfə  sistem-


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
89 
ləşdirmək deyil, həmin məsələyə sistemli və davamlı yanaşmaq 
səlahiyyətinin də Kamal Talıbzadənin payına düşdüyünü göstə-
rir.  Ümumiyyətlə,  tədqiqatçının  bu  məqaləsində  Kamal  Talıb-
zadənin  ədəbi  irsinin  ən  qabarıq  cəhətləri  yüksək  qiymətlən-
dirilmiş,  bu  görkəmli  alimin  monoqrafiya  və  məqalələri  haq-
qında maraqlı mülahizələr irəli sürülmüşdür. 
Müəllifin  “Azərbaycan”  jurnalının  1980-ci  il materialları 
əsasında  qələmə  aldığı  “Ədəbi-tənqidin  fikir  imkanları”  mə-
qaləsində bir il  ərzində  bu jurnalda  çap olunmuş ədəbi-tənqidi 
məqalələrin,  ədəbiyyatşünaslıq  tədqiqlərinin  keyfiyyətləri 
aşkarlanır və “Azərbaycan” jurnalında tənqidin öyrənilməsinin 
üç  istiqaməti  meydana  çıxarılır:  Tənqidin  nəzəriyyəsi,  tənqid 
monoqrafiyaları  və  tənqidçi  şəxsiyyətlər  haqqında  məqalələr. 
Alimin  bu  məqaləsində  eyni zamanda 1980-ci ildə çap olunan 
tənqidçilərin yazıları barədə də nisbətən ətraflı məlumat almaq 
mümkündür.  
Son olaraq onu deyə bilərik ki, prof. K. Əliyevin bu əsəri 
zəngin  elmi  faktlarla  doludur.  Poetika  ilə  məşğul  olanlar  bu 
elmi faktlardan istənilən qədər bəhrələnə bilərlər. 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə