MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə30/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
93 
can  Demokratik  Respublikasının  təhlili  vasitəsilə  bütün  Azər-
baycan  tarixini  təhlil  etmək  mümkündür.  Məhz  buna  görə  də 
tarixşünaslıqda  və  ədəbiyyatşünaslıqda  bu  dövrə  qayıdış  son 
dərəcə  zəruridir  və  bizim  üçün  tarixlə  tərbiyənin  ən  mühüm 
həlqəsidir. Prof. K.Əliyev o dövrü araşdırmanın sovet dönəmin-
də yasaq, qadağan edilməsinin də əsas səbəbini burada axtarır və 
fikirlərini Mirzə Cəlilin, M.Hadinin, A.Şaiqin, Ə.Haqverdiyevin, 
H.Cavidin əsərləri əsasında tam və dolğun şəkildə əsaslandırır. 
Monoqrafiyanın  “Cümhuriyyət  dövründən  sonra”  hissə-
sində  toplanmış  “O  illərin  ağrısı”,  “Hüseyn  Cavid  kimdir?”, 
“Böyük  sənətkar”,  “Mütəfəkkir  sənətkar”,  “Hümanist  sənət-
kar”,  “Cavid  həqiqəti”,  “Cavid  sənətinin  müasirliyi”,  “H.Ca-
vidin dramaturgiya yolu”, “Məhəbbətdir ən böyük din”, “Ağac, 
dəniz və insan”, “C.Cabbarlının romantik qəhrəmanları”, “Mü-
hüm  axtarışlar”,  “R.Rzanın  yaradıcılıq  yolu”,  “Mübarizliyin 
tərcüməsi”,  “Xalq  hünərinin  salnaməsi”,  “Zirvələrdən  zirvələ-
rə”,  “Şəxsiyyət  və  ideal  vəhdətinin  yeni  mahiyyəti”,  “Ədə-
biyyatımızın  tənha  narı”,  “Yazıçı  ömrünün  işığı”,  “Tarazlıq 
anı”,  “Gələcəyə  məktub”,  “Sürgünlüyün  anatomiyası”,  “Öz 
mahnısı  olan  şair”,  “Yol  çəkən  gözlərin  işığı”  məqalələrində 
H.Cavidin,  C.Cabbarlının,  Y.V.Çəmənzəminlinin,  R.Rzanın, 
rus  şairi  M.Mayakovskinin,  S.Rəhimovun,  Nəbi  Xəzrinin, 
F.Kərimzadənin, Elçinin, İ.Hüseynovun, S.Əhmədovun, Ə.Əy-
lislinin, Anarın, K.Dadaşoğlunun, C.Cavadlının, S.Rüstəmxan-
lının,  Musa  Ələkbərlinin,  K.Ağayevanın,  R.Sultanın,  M.Qası-
movun, E.Eloğlunun, H.Günün, B.Pərişanın, V.Məmmədovun, 
V.Kərimovun həyat və sənət yollarına güzgü tutulur. 
Müəllifin  müxtəlif  illərdə  qələmə  aldığı  bu  məqalələrin 
bəzilərinin  yazılma  tarixindən  bizi  20-30  illik  zaman  məsafəsi 
ayırır. Lakin qaldırılan problemlər öz aktuallığını bu gün qoru-
yub  saxlayır  və  şübhəsiz  ki,  sabah  da  qoruyub  saxlayacaqdır. 
Bəli,  prof.  K.Əliyevin  özünün  dediyi  kimi,  insan  həyatda  az, 
yazıda isə daha çox yaşayır. Bu yazı istər dəri üzərində olsun, 
istərsə  də  daş  kitabə  kimi  heykəlləşsin,  fərqi  yoxdur,  yazının 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
94 
ömrü  insanın  ömründən  çoxdur.  Ona  görə  də  bizim  yaşadığı-
mız dünyada yazıya olan maraq pula, var-dövlətə tuşlanan ma-
raqdan həm güclüdür, həm də gizlidir. 
Əsərin “Cənubi Azərbaycan ədəbiyyatı” hissəsinə alimin 
2 məqaləsi daxil edilmişdir: “Romantik şairin arzuları” və “Gü-
nəşlə  doğulanlar”.  Birinci  məqalədə  tədqiqatçı  Cənubi  Azər-
baycan  şairi  Səid  Məşədi  Xəlil  oğlu  Səlmasinin  həyatı  və 
sənətə  gəlişi  barədə  aydın  təsəvvür  yaradır.  Müəllif  məqalədə 
Səid Səlmasinin yaradıcılıq yolunu ardıcıl şəkildə izləyir. Onun 
yaradıcılığının  səciyyəvi  cəhətləri,  dünyagörüşündəki  istiqa-
mətləri üzə çıxaran alim haqqlı olaraq yazır ki, üsyana çağırışla 
rəhbərlərin gücünə inanmaq əqidəsinin növbələşməsi S.Səlmasi 
yaradıcılığının  ilk  mərhələsi  üçün  çox  səciyyəvi  idi.  Sonralar 
isə  onun  dünyagörüşündə  yeganə  istiqamət  –  inqlaba  çağırış, 
inqilab işinə qoşulmaq amalı formalaşdı. 
S.Səlmasinin  məqalələrində  “hürriyyət”,  “müsavat”  (bə-
rabərlik),  “ədalət”  sözlərinin  xüsusi  yer  tutduğunu  vurğulayan 
tədqiqatçı  qeyd  edir  ki,  bütün  bunlar  isə  həyatda  görünənlər 
deyil,  məhz  arzu  olunanlardır.  Şairin  bu  istəklərində  milyon-
larla  adamın  muradı,  həmin  milyonları  ayağa  qaldırmaq,  dö-
yüşə səsləmək və mübarizəyə qoşmaq çağırışı vardır. 
S.Səlmasinin  şeir  yaradıcılığı  üzərində  bir  qədər  geniş 
dayanan prof.K.Əliyev göstərir ki, S.Səlmasi yaşadığı mühitin 
hadisələrini  düzgün  qavradığına  görə  onun  şeirləri  mövcud 
şəraitin  inikası  ilə  məhdudlaşmırdı.  Şairin  poetik  düşüncəsi 
dünyanı,  bəşər  həyatını  təhlil  etməkdə  mahir  idi.  Cəmiyyətin 
özündəki  və  təfəkküründəki  ikiliyin  –  Xeyir  və  Şərin  yanaşı 
yaşadığının dərki də buna sübutdur. 
S.Səlmasinin  “Etmə  israr”,  “Xəyali-mənfur”,  “İgbirar”, 
“Müstəbidlərə”, “Farsca bir sönet”, “Liyaliye-iztirar” kimi şeir-
lərinin ictimai-sosial yükünü, məzmununu dərindən təhlil edən 
alim  belə  nəticəyə  gəlir  ki,  Səid  Səlmasinin  ədəbi  irsi  XX  əsr 
Azərbaycan  romantizminin  ayrılmaz  tərkib  hissələrindən  biri-
dir. Onun yüksək ideyalı, mübariz ruhlu əsərləri indi də öz əhə-


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
95 
miyyətini itirməmiş, Cənubi Azərbaycan xalqını səadətə, azad, 
xoşbəxt həyata səsləyir. 
“Günəş”lə doğulanlar” adlı məqaləsində müəllif Arazın o ta-
yında Azərbaycan dilində qəzet, jurnal və kitabların nəşr olunma-
sını  ürəkdən  alqışlayır  və  “Günəş”  məcmuəsinin  ilk  sayında  işıq 
üzü görən Cənubi Azərbaycan yazıçılarının şeir, hekayə və məqa-
lələrini təhlil edir. Bu yazıların hamısında ağrı-acı, istirab və nara-
hatlıq,  sevinc  və  ümidin  olduğunu  vurğulayan  alim  prof.  Abbas 
Zamanovun  ona  verdiyi  “Günəş”  məcmuəsini  oxuyarkən  düşün-
düklərini belə ifadə edir: “Məcmuəni oxuduqca üz-üzə dayanan iki 
həyat  görürsən:  biri  arxada  qalan  və  “tarixin  zibilliyinə  tullanan” 
şah idarə üsulu, digəri isə odlar və alovlar içində doğulan yeni cə-
miyyət,  biri  hələlik  tam  məhv  olmayan,  xarici  imperializmin  kö-
məyini  hər  an  gözləyən  irtica,  digəri  isə  inqilabın  nailiyyətlərini 
qorumağı özünə şərəf və borc bilən insanlar dünyası. Bütün bun-
lara  baxmayaraq,  bu  ziqzaqlar  içərisində  Günəş  hərarəti,  Günəş 
işığı  vardır”.  Alimə  görə,  “Günəş”  məcmuəsinin  işığını  gurlan-
dıran məhz burada özlərinə  yer almış Arazın, H.Tərlanın, R.Fər-
hadın, Ağdaşlının, H.Savalanın, Müzəffərin, S.Sərdarinin, Ə.Məh-
sətinin, B.Çayoğlunun, G.Səbahinin şeir, hekayə və məqalələridir. 
Monoqrafiyanın  “Tarix  deyil,  ədəbiyyatdır”  hissəsində  yer 
almış “Qafqaz davası” və “Parisin süqutu” məqalələri də orijinal 
üslubda  yazıldığına  görə  həddən  artıq  maraqla  oxunur.  Alim 
“Qafqaz davası” məqaləsində XIX əsrin əvvəllərində Azərbaycan 
varlığına  və  Azərbaycan  mədəniyyətinə  “Gülüstan”  və  “Türk-
mənçay”dan  dəyən  zərbələri  xatırladır,  Qafqaz  uğrunda  gedən 
davada  M.F.Axundovun,  Q.  Zakirin,  H.Zərdabinin,  Hadinin  öz 
qələmləri ilə heç də az iş görmədiklərini diqqətimizə çatdırır. Ali-
min “Parisin süqutu” məqaləsi də ibrətlidir, həssas oxucu buradan 
özünə  çox  şeyləri  əxz  edə  bilər.  Nəticə  etibarilə  deyə  bilərik  ki, 
prof. K. Əliyev “Ədəbiyyat tarixinə bir baxış” monoqrafiyasında 
tədqiqata  cəlb  etdiyi  böyük  sənətkarların  cəmiyyətdaxili  mövqe-
yini, zamanla, dövrlə bağlı mübarizə  güclərini və onların şəxsiy-
yət bütövlüyünü böyük ustalıqla xarakterizə edə bilmişdir.  


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə