MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə31/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
96 
SƏDƏRƏK DÖYÜġLƏRĠ 
KAMRAN ĠMRANOĞLUNUN 
TƏQDĠMATINDA 
 
  Professor Kamran Əliyev təkcə ədəbiyyatşünaslıq prob-
lemləri  ilə  məşğul  olmur,  onun  eyni  zamanda  Sədərək  döyüş-
ləri  haqqında  publisistik səpgidə  dəyərli  yazıları  da  vardır.  Bu 
yazılar  müəllifin  1992-ci  ildə  işıq  üzü  görmüş  “Sədərək  dö-
yüşləri”  kitabında  əks  olun-
muşdur.  Müharibənin  qızğın 
çağında qədim Naxçıvan tor-
pağının  ayrı-ayrı  bölgələrini, 
uzaq-yaxın  kəndlərini  gəzən, 
müxtəlif nəsillərin nümayən-
dələri  və  ayrı-ayrı  peşə  sa-
hibləri  ilə  görüşüb  söhbət 
edən K. Əliyev bu adamların 
içindəki  narahatlığı  və  gər-
ginliyi  vətəndaş  yanğısı  ilə 
duymuş, bunları ürəkləri fəth 
edəcək  səviyyədə  qələmə  al-
mışdır. 
Əslinə 
qalanda, 
müəllifin  “Sədərək  döyüşlə-
ri”ndə bir sıra mühüm həyati 
həqiqətlərə  geniş  yer  ayrılıb: 
müharibə fəlakətdir, müharibə ana-bacılarımızın göz yaşlarıdır, 
müharibə körpələrin çəkdiyi əzab-əziyyətlərdir, müharibə səfa-
lətdir.  Müharibə  həm  də  igidlərimiz,  ərənlərimiz  üçün  sınaq 
meydanıdır. Bu sınaqdan hərə bir cür çıxır. Müharibələrin öz-
lərinin  də  xarakterləri  var.  Kамран  İmranoğlu  bunları  belə 
xarakterizə edir: “Yəqin ki, yaxın və uzaq müharibələr haqqın-
da az və  ya çox dərəcədə məlumatı olanlar var.  Həmin müha-
ribələrdə müxtəlif döyüşlər olub: Çay döyüşü, buz döyüşü, dağ 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
97 
döyüşü, kənd döyüşü, şəhər döyüşü! Bunların hər biri aparılan 
müharibələrin  xarakterindən,  zamanından,  hazırlıq  səviyyəsin-
dən asılı olaraq salnamələrə düşüb. Sədərək döyüşləri isə sözün 
əsl  mənasında  təpə  döyüşləridir.  Qoy  bunlar  da  tarixə  düş-
sünlər: Qaraburun, Miltəpə, Ucubiz, Qırmızılar...”   
Kitab  1992-ci  ilin  may  ayının  1-dən  iyunun  əvvəllərinə 
kimi  Sədərəkdə  erməni  təcavüzkarlarına  qarşı  qəhrəmanlıq 
döyüşlərindən,  bu  döyüşlərdə  cəsur  oğullarımızın  şücaəti  və 
igidliklərindən  bəhs  edir.  Əsərin  qiymətli  cəhətlərindən  biri 
budur ki, onun amansız, mənfur yağıya-ermənilərə qarşı nifrət 
hissi  oyadan, xalqımızın  ər, igid  oğullarından olan Sədi  Cabir 
oğlu Əsgərova, Asəf Bayram oğlu Rəhimova, Eldar Paşa oğlu 
Əhmədova,  Rüstəm  Rəşid  oğlu  Tağıyevə,  Muxtar  İsa  oğlu 
Məmmədova, Bahadur Bayram oğlu Abbasova, Nüsrət Hüseyn 
oğlu  Məmmədova,  Faiq  Yaqub  oğlu  Məmmədova,  Şamil 
Telman oğlu Hüseynova, Fərhad Səyyad oğlu Mirzəyevə, Şakir 
Səttar oğlu Cəfərova, Fazil İmran oğlu Zamanova, Hamlet Əli 
oğlu Qədimova və başqalarına böyük rəğbət və məhəbbət hissi 
aşılayan  yazıların  orada  yer  almasıdır.  Kamran  İmranoğlu  bu 
vətən oğullarının misilsiz qəhrəmanlıqlarını idrakımızı, düşün-
cəmizi fəth edən bir səviyyədə bizə təqdim edir. 
Klassik  Şərq  ədəbiyyatının  incilərindən  sayılan  “Qabus-
namə”də deyilir ki, döyüşdə bir addım irəli getmək mümkünsə, 
bir qədəm geri qoyma. Düşmən tərəfindən mühasirəyə alınsan, 
vuruşu  dayandırma.  Çünki  yalnız  vuruşla  düşməni  ram  etmək 
olar.  Onlar  sənin  igidliyini  gördükdə  qorxuya  düşərlər.  Belə 
yerdə  ölümü  özün  üçün  xoşbəxtlik  hesab  et.  Sədərəklilər  bu 
xoşbəxtliyə  büründülər,  qeyrətlərini  snayper  eləyib  düşmənin 
alnından vurdular. 
Deyirlər  ki,  hər  kəsin  öz  rəngi  var.  Bu  rənglərin  qəlbi-
mizdə,  mənəviyyatımızda  oyatdığı  duyğular  da  sonsuzdur. 
Kamran  İmranoğlu  Sədərək  şəhidlərini  müxtəlif  rənglərlə  təq-
dim  edərək  onları  mənəviyyatımıza  hopdurur,  yaddaşımıza 
yazdırır: “Nüsrət ermənilərlə vuruşda sonuncu gülləsinə qədər 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
98 
döyüşmüşdü.  Görənlər  söyləyirlər  ki,  həlak  olan  yoldaşlarının 
güllələrini  də  götürüb  onların  intiqamını  alıb.  Amma  onun 
qəhrəmanlığının  ən  etibarlı  şahidi  göy  üzüdür.  İndiyə  qədər 
torpaq  yaşadırdı,  bundan  sonra  göy  üzü  yaşadacaq  Nüsrəti”. 
Bu, müəllifin “Göy rəngin ağısı” yazısındandır. 
Müəllif Sədərək şəhidi Məmmədov Faiq Yaqub oğlu haq-
qında  yazının  sərlövhəsinə  də  çox  mənalı  ad  çıxarıb:  “Qırmı-
zının fəryadı”. Orada deyilir ki, Faiq qırmızı rəngi çox sevirdi. 
Novruz bayramında qırmızı boyanmış yumurta ona verilmiş ən 
böyük,  ən qiymətli  hədiyyə  olardı. Toylarda qırmızı xonçalara 
həsrətlə  baxardı.  Qırmızı  rəngin  sevinciylə  yaşayardı.  Lakin 
üzərinə  qırmızı  parça  salınmış  cənazə  çox  tez  qucaqladı  onu. 
Bu dəfə qırmızının fəryadı yola saldı Faiqi. 
Kamran  İmranoğlunun  şəhid  Hüseynov  Şamil  Telman 
oğluna  həsr  etdiyi  “Yaşıl  rəngin  naləsi”  yazısı  da  oxucu 
yaddaşına asanlıqla hörülür: “ Şamil hərbi xidmətdə olarkən də 
namaz  qılar,  ibadət  edərdi.  Onun  qəlbində  əbədi  bir  ilahi  eşq 
məskən  salmışdı.  Tanrı  sevgisi  ona  ölümündə  də  gərək  oldu. 
Meyidlərin şəxsiyyətini  təyin  edən zaman cibdən çıxan möhür 
və  təsbeh  tərəddüdsüz  olaraq  Şamili  nişan  verdi.  Yaşıl  rəngin 
naləsindən tanındı Şamil!” 
Kamran  İmranoğlunun  36  səhifəlik  “Sədərək  döyüşləri” 
kitabı  sədərəklilərə  dərin  hörmət  və  məhəbbətin  ifadəsi  kimi 
birnəfəsə  oxunur,  su  kimi  içilir.  Çünki  əsər  maraqlı  ədəbi 
üsulla-yaddaqalan  epizodlarla,  döyüş  xronikaları  ilə  oxuculara 
təqdim olunmuşdur.   
 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə