MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə39/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   35   36   37   38   39   40   41   42   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
120 
II mərhələ bütövlükdə XIX əsri əhatə edir. Bu dövr Azər-
baycan  xalqının  həyatına  ziddiyyətli  bir  dövr  kimi  daxil  olur. 
Əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycan  torpaqları  Rusiya 
ilə İran arasında müharibə meydanına çevrilir, digər tərəfdən də 
ölkədə milli müstəqillik, ictimai azadlıq ideyaları yayılır. 
XIX  əsrdə  həmin  əsrin  20-ci  illərindən  təşəkkül  tapan 
maarifçilik  geniş  miqyas  alır  və  əməli  hərəkata  çevrilir.  Mək-
təbə, teаtra, mətbuata,  ədəbiyyata xüsusi diqqət yetirilir. Dərs-
likdə  prof.  K.Əliyev  eyni  zamanda  bu  dövrdə  yetişən  A.  Ba-
kıxanov, M.Ş.Vazeh, İ. Qutqaşınlı, X. Natəvan, N. Vəzirov, Q. 
Zakir, M. F. Axundzadə, S. Ə. Şirvani, Aşıq Ələsgər kimi yazı-
çı və şairlərin həyat və yaradıcılıqlarının mühüm məqamlarını 
testologiyanın tələblərinə uyğun olaraq kodlaşdırır. 
III mərhələ Azərbaycan ədəbiyyatında, əsasən, realizm və 
romantizm  ədəbi  cərəyanlarının  meydana  çıxdığı  dövr  hesab 
olunur.  Prof.  K.Əliyev  bu  ədəbi  cərəyanların  əsas  xüsusiyyət-
lərini, həmçinin bu cərəyanlara məxsus olan yazıçı və şairlərin 
yaradıcılıq  xüsusiyyətlərini  qısa  və  dolğun  şəkildə,  müəyyən 
bəlgülər əsasında şərh edir. 
Prof. K.Əliyev ən yeni dövr Azərbaycan ədəbiyyatını isə 
2 mərhələnin işığında səciyyələndirir: 
I  mərhələ  –  XX  əsrin  10-cu  illərini  sonlarından  (Xalq 
Cümhuriyyətinin yarsanmasından) 50-ci illərə qədər. 
II mərhələ – XX əsrin 50-ci illərindən bu günə qədər. 
Müəllif XX əsrin 10-cu illərin sonlarından 50-ci illərə qə-
dər baş vermiş əsas ictimai-siyasi hadisələri maksimal səviyyə-
də xarakterizə edir. Azərbaycan milli varlığı uğrunda mübarizə 
aparan  F.  Köçərli,  H.  Cavid,  C.  Cabbarlı,  Ə.  Cavad,  Ü.  Hacı-
bəyli, S. Hüseyn, A. Şaiq, Y. V. Çəmənzəminli, M.Ə. Rəsulza-
də  kimi  sənətkarların  həyat  və  yaradıcılığı  müvafiq  formada, 
abituriyentlərin  anlaq  səviyyəsinə  uyğun  şəkildə  təhlil  edilir. 
Bu  dövrdə  Azərbaycan  ədəbiyyatının  mövcud  ideoloji  prob-
lemlərə,  təzyiqlərə  baxmayaraq,  sürətlə  inkişaf  etdiyi,  S.  Vur-
ğun,  M.Şəhriyar,  M.Cəlal,  R.  Rza  kimi  böyük  söz  sənətkar-


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
121 
larının ədəbiyyatımıza yeni mövzular, ideyalar, formalar gətir-
dikləri,  başlıcası  isə  azərbaycançılıq  məfkurəsinin  formalaşdı-
rıdığı diqqətə çatdırılır. 
Vəsaitdə II mərhələnin XX əsrin ortalarından – 50-ci illə-
rin  sonu  60-cı  illərin  əvvəllərindən  başladığı  göstərilir.  Bu 
mərhələdə  siyasi-ideoloji  ab-havanın  yumşaldığı,  sosialist  rea-
lizm  metodunun  zəiflədiyi,  yazıçının  müstəqilliyinin  artdığı 
dövr  kimi  səciyyələndirilir.  B.Vahabzadənin,  N.Həsənzadənin, 
X.Rzanın,  M.Arazın  yaradıcılığı  əsasında  bütün  bu  məsələlər 
işıqlandırılır. 
Beləliklə, prof. K.Əliyev kitabı hazırlayarkən elmi-meto-
diki  materialların  hər  birini  nəzərə  almış,  abituriyentlər  üçün 
asan bir öyrənmə mənbəyi yarada bilmişdir. 
Prof.  K.Əliyevin  2011-
ci  ildə  “Elm“  nəşriyyatında 
çap  etdirdiyi  “Azərbaycan 
dili”  adlı  dərs  vəsaiti  də 
(Elmi  redaktoru:  filologiya 
elmləri  namizədi 
İsmayıl 
Əhmədzadə,  filologiya  elm-
ləri  doktoru  Muxtar  Kazı-
moğlu;  Rəyçilər:  filologiya 
elmləri  namizədi  Telman 
Həsənov,  filologiya  elmləri 
namizədi  Ataəmi  Mirzəyev) 
ümumtəhsil  məktəbləri  şa-
girdlərinin, xüsusilə ali mək-
təblərə  hazırlaşanların  və 
Azərbaycan  dili  təlimi  ilə 
məşğul  olan  müəllimlərin 
işini xeyli asanlaşdırır, onlara test tapşırıqlarının üzərində əməli 
işləmələrinə  kömək  edir.  Vəsait  Azərbaycan  Respublikası  Tə-
ləbə  Qəbulu  üzrə  Dövlət  Komissiyasının  tərtib  etdiyi  ali 
məktəblərə  qəbul  proqramına  uyğun  olaraq  orta  məktəblər 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
122 
üçün Azərbaycan dili dərslikləri əsasında yazılmışdır. 
Azərbaycan  dilinin  tədrisi  prosesində  müəllim  şagirdlərə 
proqramın  tələb  etdiyi  biliklərin  tam  mənimsənilməsini,  yəni 
qavranılmasını, başa düşülməsini və möhkəmləndirilməsini tə-
min  etməlidir.  Sistematiklik  prinsipi  əsasında  yazılmış  prof. 
K.Əliyevin  “Azərbaycan  dili“  adlı  köməkçi  vəsaiti  də  bu  ba-
xımdan çox əhəmiyyətlidir. Vəsait elə yazılmışdır ki, onu oxu-
yanda Azərbaycan dilinin bütün bölmələrinin həqiqi mənzərəsi 
göz qarşısında canlanır.  Vəsaitin  “Fonetika” bölməsində danı-
şıq  səsləri,  əlifba,  sait  və  samit  səslərin  növləri,  sait  və  samit 
səslərin  tələffüzü,  ahəng  qanunu,  heca,  vurğu  haqqında  zəruri 
elmi  məlumatlar  verilir  və  sonda  fonetik  təhlil  qaydası  gös-
tərilir. 
Vəsaitin  “Leksika”  bölməsi  də  xüsusi  maraq  doğurur. 
Burada  da  şagirdlərə  mənimsədiləcək  məsələlər  ardıcıllıqla  əks 
olunur.  Müəllif  “Leksika”  bəhsinə  daxil  olan  “Sözün  leksik  və 
qrammatik  mənası”,  “Sözün  həqiqi  və  məcazi  mənası”, 
“Omonimlər”,  “  Sinonimlər”  ,  “Antonimlər”,  “Ümumişlək  və 
ümumişlək  olmayan  sözlər”,  “Frazeoloji  birləşmələr”,  “Əsl 
Azərbaycan  sözləri  və  alınma  sözlər”  mövzularını  elə  izah  edir 
ki,  bu  da  abituriyentlərin  həmin  məsələləri  tam  dərk  etməsinə 
şərait yaradır. 
Vəsaitin  “Sözün  tərkibi.  Söz  yaradıcılığı”  bölməsində 
“Kök  və  şəkilçi”,  “Sadə  və  düzəltmə  sözlər”,  “Söz  yaradıcılı-
ğının  ünsürləri”,  “Eyniköklü  sözlər”,  “Mürəkkəb  adların  yazı-
lışı” kimi məsələlər son dərəcə əhatəli və dolğun izah olunur. 
Prof. K.Əliyev vəsaitin “Morfologiya “bölməsində qram-
matika  və  nitq  hissələri  haqqında  ümumi  məlumat  verir.  Bun-
ların ardınca əsas nitq hissələrini ardıcıl olaraq şərh edir. İsim, 
onun  quruluşca  növləri,  ümumi  və  xüsusi  isimlər,  tək  və  cəm 
isimlər, mənsubiyyətə görə dəyişmə, şəxsə görə dəyişmə, isim-
lərin hallanması kimi məsələlər müəllifin şərhi ilə abituriyent-
lərin müstəqil işləməsini düzgün uzlaşdırır. Say, onun quruluş-
ca  növləri,  mənaca  növləri,  isimləşməsi,  əvəzlik  və  onun 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə