MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə41/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
127 
qafiyə sisteminin mənzərəsini də təsvvürümüzdə canlandırır. 
Azərbaycan  və  ümumtürk  şeirinin  yaranma  və  formalaş-
ma  tarixini  və  onun  strukturunu  dərindən  araşdıran  tədqiqatçı 
maraqlı  bir  sual  meydana  çıxarır:  atın  hansı  cəhəti  türk  şeiri 
üçün  əsas  olmuşdur?  Alim  sualı  belə  cavablandırır  :…  atın 
qulaqları düşməni sezmək üçündür, atın yalı boynu qəhrəmanın 
sarılması üçündür, atın beli qəhrəmanın minməsi üçündür, atın 
quyruğunun  tükü  yay  hazırlamaq  üçündür,  atın  südü  içilmək, 
əti  isə  yeyilmək  üçündür  və  s.  Yəni  bir  az  çılpaq  desək,  atın 
bütün  əzalarının  türk  cəmiyyətindəki  funksiyası  aydın  və 
bəllidir. Bu halda türk şeiri üçün atda olan ehtiyatlardan yalnız 
ayaqlar  və  atın  yerişi  qalır.  Bizcə,  elə  məhz  türk  şeirinin 
formalaşması  atın  ayaqlarına  və  yerişinə  borcludur”.  Prof.  K. 
Əliyev  atın  ayaqlarının  və  yerişinin  türk  şeir  formalarının 
yaranması üçün  əsas olduğunu,  yorğa  yerişdən qoşa misranın, 
dördnala çapışdan dördlüyün, yortmadan doğan ritmdən çarpaz 
qafiyənin yarandığını incəliyinə qədər izah edir. Əlbəttə, alimin 
bu fikri də ədəbiyyatşünaslığımızda yenidir və respublika elmi 
ictimaiyyəti bu məsələni diqqət mərkəzində saxlamalıdır.  
Prof. K. Əliyevin “Dədə Qorqud kitabı”nın ayrı-ayrı boy-
larının  etnopoetik  cəhətdən  təhlili  də  xüsusi  maraq  doğurur. 
“Dəli Domrul” boyunun etnopoetik təhlilini verən alim göstərir 
ki,  bu  boyuн  eposun  strukturundakı  mövqeyinin  zahirən 
dayanıqlı  görünməməsi  она  bir  növ  qəribəlik  gətirir.  Başqa 
sözlə, “Dəli Domrul “ boyu digər boyların arasında son dərəcə 
tək-tənhadır. Onda belə bir sual meydana çıxır: “Dəli Domrul” 
boyunun  tənhalığı  nədən  törəyir?  Alim  bu  tənhalığı,  başqa 
sözlə, boyun eposla fərqlilik göstəricilərini diqqətimizə çatdırır 
və  buna  görə  “Dəli  Domrul”  boyunun  “Dədə  Qorqud”  eposu-
nun  strukturundan  çıxarıb  atmağı,  onu  “oyundan  kənar”  duru-
ma salmağı, bir sözlə, dastanı bu boysuz təsəvvür etməyi ağla-
sığmaz  hesab  edir.  Bunun  ardınca  alim  “Dəli  Domrul”  boyu-
nun epos strukturunda zərurət olmasını sübut edən əsas dəlilləri 
ortaya çıxarır və fikirlərini elmi arqumentlərlə əsaslandırır.  


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
128 
Monoqrafiyanı oxuduqca hiss edirsən ki, “Dədə Qorqud” 
eposunun daha qabarıq görünən bütün məsələləri barədə xeyli 
məqalə  və  kitablar  çap  edilməsinə  baxmayaraq,  bu  sahədə  bir 
çox  aktual  problemlərin  təhlili  və  izahı  hələ  də  öz  tədqiqatını 
gözləyir. “Xalq təfəkkürünün və xalq istəyinin təcəssümü olan 
“Dədə  Qorqud”  eposunu  həm  qəhrəmanlıq  abidəsi,  həm  də 
tədqiqat obyekti kimi bütün dövrlərin eposu” hesab edən prof. 
K. Əliyev eposun poetikasında səciyyəviliyi və qeyri-adiliyi ilə 
seçilən  Təpəgözün  sirriniн  hələ  də  qorqudşünaslıqda  kifayət 
qədər açılmadığını göstərir və bunu nəzərə alaraq o, Təpəgözün 
dastana  gəlişini  və  gedişini  əks  etdirən  və  “Basatın  Təpəgözü 
öldürdüyü boy” kimi tanınan bu boydan həm Qalın Oğuz elinin 
özünə,  həm  mifik  dünyaya,  həm  də  eposun  sturkturuna  və 
poetik  sisteminə  nəzər  yetirir,  bir  çox  elmi  mülahizələri  hey-
rətamiz  dərəcədə  dəqiqləşdirir  və  konkretləşdirir.  Tədqiqatçı 
haqlı  olaraq  Təpəgözün  əsl  mahiyyətinin  üzə  çıxarılmasını 
onun mənşəyinin və poetikasının, yəni hər iki məqamın düzgün 
təyin  edilməsində  görür.  O,  bu  yolla  gedərək  Təpəgözüн  epo-
sun  poetikasında  tutduğu  yer  və  mövqeyi,  daşıdığı  funksiyanı 
çox  dürüst  şəkildə  izləmiş,  elmi  ümumiləşdirmələrini  həqiqət 
donunda oxucuya təqdim etmişdir. 
“Dədə  Qorqud”  eposunun  əbədiyaşarlığı,  möhtəşəmliyi, 
zənginliyi,  dolğunluğu,  keyfiyyət  genişliyi  barədə  danışılası, 
tədqiq  ediləsi  məsələlər  çoxdur.  Bunlardan  biri  də  eposda  öz 
geniş bədii ifadəsini tapan qəhrəmanlıq motivləridir. Eposdakı 
bu motivlər barədə mötəbər elmi mülahizələr söylənilmiş, bun-
lar  uzun  illər  boyu  müxtəlif  aspektlərdən  öyrənilmişdir.  Lakin 
indiyəcən eposun gənc qəhrəmanı Uruzla bağlı müəyyən məsə-
lələrə lazımi diqqət göstərilməmişdir. Eposda üç boyun iştirak-
çısı  olan  Uruz  müxtəlif  döyüşlərdə  qələbə  çalmaq  əvəzinə, 
dəfələrlə  məğlub  olur,  hətta  əsir  də  düşür.  Bəs  konkret  olaraq 
bu gözlənilməzlik həm eposun strukturu, həm də Oğuz eli üçün 
hansı  mahiyyət  kəsb  edir?  Bəs  igidlik  göstərən  Oğuz  bəyinə 
Dədə  Qorqudun  gəlib  ad  vermək  ənənəsi  baxımından  Uruzun 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
129 
payına nə düşür? Şübhəsiz ki, bəlli bir faktdır ki, Dədə Qorqud 
başqa  boylarda  gördüyümüzün  tamam  əksinə  olaraq  Uruza 
gəlib ad vermir. Bəs nə üçün? Bu məntiqi ortaya çıxaran prof. 
K. Əliyev özü də bunları müxtəlif aspektlərdən elmi baxımdan 
dolğun  şəkildə  cavablandırır.  Bizcə,  alimin  aşağıdakı  ümumi-
ləşdirilmiş  fikrinə  nəzər  salmaqla  məsələnin  mahiyyətini  tam 
dərk etmiş olarıq...” eposla bağlı epik ənənə daha çox hakimiy-
yət şəcərəsinin təsiri ilə yaranan ənənədir. Uruz isə hər şeydən 
qabaq,  eposda  epik  ənənənin  qoruyucusudur.  Həyatda  sayılıb 
seçilən  nəsil  ənənəsi,  yəni  şəcərəsi  olan  və  həyatda  şəcərəsini 
qorumağı bacaran eposda da epik ənənəni qorumağa daha çox 
səlahiyyətlidir. Belə bir səlahiyyət sahibi məhz Uruzdur, çünki 
Uruz Qazan xanın oğlu, Bayandır xanın nəvəsidir!” 
Qorqudşünaslıqda  ən  aktual  problemlərdən  biri  də  bəzi 
obrazların  digər  qəhrəmanlarla  müqayisədə  az  öyrənilməsidir. 
Prof.  K.Əliyev  belə  hesab  edir  ki,  dastanda  qəhrəmanla  bağlı 
hadisələri  düzgün  oxumaq,  qəhrəmanı  olduğu  kimi  dəyərlən-
dirmək, qəhrəmanın  şəxsiyyətində  və  fəaliyyətində ehtiva olu-
nan  xalq  fikrini  və  düşüncəsini  tam  dəqiqliyi  ilə  tapmaq  və 
aşkara çıxarmaq folklorşünaslıqda ana vəzifədir.  
Eposda Dirsə xan oğlu Buğac obrazının mövqeyinə digər 
eposşünaslara  nisbətən  daha  geniş  müstəvidə  aydınlıq  gətirən 
alimin fikirləri yenidir və bizcə, digər obrazlar da elmi uğurlar 
işığında eposşünaslıqda bu qaydada öyrənilməlidir. 
“Dədə  Qorqud“  eposunun  poetikasını  öyrənərkən  epos-
dakı  qəhrəman  Oğuz  igidləri  ilə  yanaşı  daha  qabarıq  formada 
görünən və bəzi  mətləblərin ideya daşıyıcısı  olan Burla xatun, 
Banuçıçək, Selcan xatun obrazlarından da yan keçmək olmaz . 
Prof. K. Əliyev müxtəlif boylarda nəql edilən hadisə və əhva-
latlarla  bağlı  olan  bu  xanımların  eposun  mətnində  öz  funk-
siyaları müqabilində necə təsvir və təqdim olunmasını dəqiqlik 
və obyektivlik meyarı ilə saf-çürük edir. 
“Dədə Qorqud” eposundakı boyların istər süjet strukturu, 
istərsə  də  onların  bir-biri  ilə  sıx  əlaqəli  formalarının  öyrənil-


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə