MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə49/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   45   46   47   48   49   50   51   52   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
151 
karlara həsr olunmuş ən sanballı əsərlər içərisində bu tədqiqatın 
xüsusi yeri, xüsusi çəkisi olduğunu diqqətimizə çatdırır. 
Prof.  ġamil  Vəliyev  “Yeni  monoqrafiya“  adlı  məqalə-
sində tədqiqatçının “XX əsr Azərbaycan romantiklərinin ədəbi-
nəzəri görüşləri” əsərində qaldırdığı problemlərin əhəmiyyətinə 
xüsusi  olaraq  diqqət  yetirir  və  alimin  bu  əsərinin  yüksək 
səviyyədə qələmə alındığını qeyd edir. 
YaĢar  Qasımzadə  “Ölüm  və  olum  əsrinin  vicdanı”  adlı 
məqaləsində  K.Əliyevin  “Hüseyn  Cavidin  şəxsiyyəti  və  poeti-
kası” kitabını oxuyarkən özünün qəlbində təsvirə sığmaz duy-
ğuların oyandığını yazır. 
Alim-jurnalist Bəhram Məmmədli “Mirzə Fətəlidən Hü-
seyn Cavidə  qədər”  məqaləsinin başlığına K.Əliyevin  eyniadlı 
kitabının adını çıxarır. Müəllif  məqaləsində alimin bu kitabını 
ədəbiyyat  xəzinəmizə  dəyərli  töhfə  hesab  edir  və  bu  əsər 
vasitəsilə ədəbiyyatımıza yeni nəfəsin gətirildiyini söyləyir. 
Məhərrəm Cəfərli və Hüseyn HəĢimlinin birgə yazdıq-
ları  “Cavid  dünyasına  səyahət”  məqaləsində  K.  Əliyev  ədə-
biyyatşünaslığımızın  öyrənilməmiş  problemlərinə  üz  tutan 
ciddi  və  məhsuldar  bir  tədqiqatçı  kimi  təqdim  olunur.  Alimin 
“Cavid möcüzəsi” kitabını əyani faktlarla təhlil edən müəlliflər 
yazırlar  ki,  Kamran  Əliyevin  elmi  tədqiqatlarında  ustad  ro-
mantik şair və dramaturq Hüseyn Cavidin ədəbi irsinin çağdaş 
elmi-nəzəri  təfəkkür  işığında  öyrənilməsi  aparıcı  xətlərdən 
biridir.  Alimin  Hüseyn  Cavidə  dair  araşdırmalarının  xüsusi 
çəki daşıdığını nəzərə alsaq, Kamran Əliyevin həm də istedadlı 
bir cavidşünas kimi tanındığını deyə bilərik.  
Fəlsəfə elmləri namizədi  Nigar Cərulla qızı “Seçılmiş-
lər”  adlı  məqaləsində  Kamran  Əliyevi  ana  dilimizin  bütün 
çalarlarından,  zəngin  söz  xəzinəsindən  bacarıqla  istifadə  edən 
filoloq – alim kimi səciyyələndirir. 
Kamran Əliyev eyni zamanda iki oxunaqlı povestin müəl-
lifidir. “Yalquzaq” və  “Vağzal”.  Təfəkkürünün improvizasiyası 
elmi əsərlərində zəngin olduğu kimi, onun bədii təhkiyəsi də heç 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
152 
kimə  bənzəmir,  zənginliyi  ilə  seçilir.  Şövqlə,  ehtirasla  qələmə 
alınmış  bu  bədii  əsərlərdə  ədəbi  hadisələr  dəqiq  və  sərrast 
şəkildə təcəssümünü tapır. Müəllifin bu bədii əsərləri barədə də 
Kamran  Əliyevin  müasirləri  tutarlı  fikirlər  söyləmişlər.  Prof. 
Muxtar  Kazımoğlu  “  Hər  kəsin  öz  işi”,  ədəbiyyatşünas  alim 
Vaqif  Yusifli  “Bir  povest  haqqında”,  jurnalist  BöyükkiĢi 
Heydərli  “İlanların  naləsi”,  filologiya  elmləri  namizədi  Hacı 
Eyvaz  Eminalıyev  “Yalquzaq  bəlası”,  filologiya  elmləri 
namizədi  Süleyman  Hüseynov  “Yalquzaq  insanların  arasında-
dır”  məqalələrində  və  T.  Mustafayevin  Kamran  İmranoğluna 
ünvanladığı  açıq  oxucu  məktubunda  onda  həyati  müşahidə 
qabiliyyətinin yüksək səviyyədə olduğu göz önünə gətilir. 
Filologiya  üzrə  fəlsəfə  doktoru  Mahirə  Hüseynova  və 
tədqiqatçı-publisist Çapar Kazımlının birgə yazdıqları “Tən-
qidin  poetikasının  dərin  qatlarının  tədqiqi”  adlı  məqalə  alimin 
2012-ci  ildə  çap  etdirdiyi  “Tənqidin  poetikası”  kitabının  təh-
lilinə həsr olunub. Məqalədə deyilir ki, prof. Kamran Əliyevin 
bu kitabında da tənqidin poetikasının dərin qatlarına  yetərincə 
nüfuz  etməni,  həmin  tədqiqat  predmetində  çoxlarının  görə 
bilmədiyi  incəlikləri,  sirləri  tapıb  üzə  çıxarma  qabiliyyətini 
görürük.  Alim  öz  yaradıcılıq  tendensiyasına  sadiq  qalaraq  bu 
əsərində  də  ədəbi  tənqidin  ən  əsas,  ən  dəyərli  məsələlərini 
müasir elmi tələblər səviyyəsində araşdırmışdır. 
Filologiya  üzrə  fəlsəfə  doktoru  Mahirə  Hüseynova  və 
araşdırıcı Çapar Kazımlının “Elm, təhsil və həyat” qəzetinin 23 
noyabr  2012-ci  il  sayında  dərc  etdirdikləri  “Parlaq  ömür  səhi-
fəsi” məqaləsində prof. Kamran Əliyev istedadlı alim, pedaqoq, 
geniş dünyagörüşlü, fenomen şəxsiyyət kimi səciyyələndirilir. 
Prof. K. Əliyev haqqında dərc olunmuş məqalələrin əksə-
riyyəti tədqiqat xarakterlidir. Belə xarakterə malik məqalələrdən 
biri  də  prof.  ġ.Vəliyevin  Azərbaycan  SSR  Elmlər  Akademi-
yasının xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), 1986, № 
4 jurnalında dərc etdirdiyi “Azərbaycan romantizminə dair yeni 
tədqiqat”  məqaləsidir.  Məqalə  müəllifinin  fikrincə,  K.Əliyevin 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
153 
“XX  əsr  Azərbaycan  romantiklərinin  ədəbi-nəzəri  görüşləri” 
monoqrafiyasında  ilk  dəfə  olaraq  romantik  ədəbi  tənqidin  janrı 
məsələsinə toxunulur. Romantik tənqidin problematik janr (yəni 
ədəbi problemlər qoyulan məqalə), sənətkar portreti, məktub və 
cavab,  elegiya  kimi  janr  formalarının  müəyyənləşdirilməsi, 
şübhəsiz ki, gələcəkdə Azərbaycan ədəbi tənqidinin janr nəzəriy-
yəsinə dair yeni tədqiqlərə təkan verəcəkdir. 
Prof. Yavuz Axundov və ədəbiyyatĢünas alim Hüseyn 
HəĢimov  özlərinin  “Demokrattik  ideyaları  yayanlar”  adlı  mə-
qalələrində  Kamran  Əliyevin  onun  ustadı  prof.  Abbas  Zama-
novla birgə tərtib etdikləri “Molla nəsrəddinçi şairlər” kitabının 
elmi  əhəmiyyətindən  söz  açır,  kitabın  maraqla  qarşılandığını 
söyləyirlər.  
İstedadlı publisist, tanınmış qələm sahibi Flora Xəlilzadə 
“Azərbaycan”  qəzetində  dərc  etdirdiyi  “Gələcəyə  üz  tutan  ro-
mantizm”  məqaləsində  K.Əliyevin  “Azərbaycan  romantizmi-
nin poetikası” kitabını Azərbaycan ədəbiyyatında romantizmin 
bədii  təsirini  öyrənmək  istəyənlərə,  o  cvümlədən  bütün  ədə-
biyyatşünaslar üçün qiymətli töhfə olacağını diqqətə çatdırır. 
Filologiya  elmləri  doktoru  Kamil  Hüseynoğlu  “Ro-
mantizmin romantikası“ adlı məqaləsində K.Əliyevin “Hüseyn 
Cavid:  həyatı  və  yaradıcılığı”  kitabının  zəngin  elmi  faktlarla 
dolu  olduğunu  qeyd  edir  və  məqalənin  sonunda  belə  qənaətə 
gəlir  ki,  alimin  bu  kitabı  çoxillik  araşdırmaların  nəticəsi  kimi 
ortaya çıxmış bir tədqiqatdır. 
Seyfəddin  Rzasoy “Dədə Qorqud” jurnalında dərc etdir-
diyi  “Etnoqrafik  düşüncənin  romantizm  və  folklor  kodları” 
məqaləsində  prof.  K.Əliyevin  “Romantizm  və  folklor”  mono-
qrafiyasının orijinal elmi mülahizələr, dəyərli fikirlər və maraq-
lı  yanaşmalarla  zəngin  olduğunu  söyləyir.  Məqalə  müəllifi 
yazır:  “Bu  maraqlı  tədqiqat  ciddi  elmi-nəzəri  əhəmiyyətə  ma-
likdir. Onun elmi dəyərini ilkin müşahidələr olmaqla aşağıdakı 
kimi ümumiləşdirmək mümkündür: 
1.  “Romantizm  və  folklor”  monoqrafiyası  Azərbaycan 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə