MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə51/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   47   48   49   50   51   52   53   54   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
157 
tizminin  obrazlar  aləmi  maraq  doğurur,  araşdırma  obyektinə 
çevrilir.  Müəllif  özünəqədərki  tədqiqatçılardan  fərqli  olaraq  ic-
timai-siyasi prinsiplərə və sosioloji təhlilə yox, bədii-estetik dü-
şüncəyə, analitik mövqeyə əsaslanır, romantizmi sovet meyarları 
ilə  araşdırmaya  yox,  ideya-estetik  dəyərləri  ilə  qiymətlən-
dirməyə üstünlük verir. Ən vacib məqam isə bundan ibarətdir ki
Azərbaycan  sovet  ədəbiyyatşünaslığının  marksist-leninçi  meto-
dologiyası  ənənələrini  təkzib  edən  tədqiqatçı  idealist  esteti-
kasının prinsiplərindən faydalanır, idealizmi “təfəkkür ağacında 
barsız  çiçəyə”  bənzətmir,  əksinə  onun  milli  mühitdəki  nümu-
nələri üzərində çoxsaylı elmi müşahidələri ilə diqqəti cəlb edir. 
PaĢa  Əlioğlu  “Hüseyn  Cavid  dünyasına  səyahət”  məqa-
ləsində  prof.  K.Əliyevin  “Hüseyn  Cavid:  həyatı  və  yaradıcı-
lığı” monoqrafiyasına çox böyük dəyər verir. Məqalə müəllifi 
kitabda hər bir məsələnin dəqiq ifadə edildiyini çatdırır. 
Tədqiqatçı  Alxan  Bayramoğlu  “Ədəbiyyat  qəzeti”ndə 
dərc  etdirdiyi  “Romantizmin  realist  tədqiqatçısı”  məqaləsində 
prof. K.Əliyevin tədqiqatçılıq obyektini, istiqamətini və üsulunu 
belə  təyin  edir:  “  Professor  Kamran  Əliyev  XX  əsrin  əvvəlləri 
Azərbaycan  ədəbi-ictimai  fikir  tarixinin  mühüm  sahəsini  – 
romantizm  ədəbi  məktəbini  özünə  əsas  tədqiqat  obyekti  seç-
mişdir. Özündən əvvəl bu sahədə akademiklərdən M.C. Cəfərov, 
Ə.Mirəhmədov,  K.Talıbzadə,  professor  M.Əlioğlu,  Ə.İbadoğlu, 
Z.Əkbərov  və  başqa  nüfuzlu  alimlər  geniş  araşdırmalar  aparıb, 
fundamental elmi tədqiqat əsərləri  yazmış olsalar da, K. Əliyev 
Azərbaycan romantizminin problemlərini araşdırmaqdan, burada 
yeni  söz  deyə  bilib-bilməyəcəyindən  qorxmadığı  kimi  milli 
ədəbiyyatşünaslığımızda  orijinal  tədqiqatları  yeni  izlər  saldı. 
Bunu  K.Əliyevin  istedad,  qabiliyyət,  işgüzarlığı  ilə  yanaşı 
seçdiyi tədqiqatçılıq istiqaməti və üsulu da təmin etdi”. 
Fəlsəfə  doktoru  Firuz  Mustafa  “Romantizmin tədqiqinə 
həsr olunmuş dəyərli kitab və kitabın müəllifi haqqında bir neçə 
söz” məqaləsində prof. Kamran Əliyevin “Azərbaycan romantiz-
minin  poetikası”  kitabının  bir  sıra  məziyyətlərindən  danışır  və 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
158 
qeyd edir ki, iki hissədən ibarət olan yeni kitabda nəsr, poeziya 
və  dramaturgiyada  romantik  qəhrəmanın  səciyyəvi  xüsusiyyət-
ləri geniş təhlilə cəlb olunmuş, ümumiləşdirmələr aparılmışdır. 
Cəlal  Qasımov  və  Məhərrəm  Cəfərov  K.  Əliyev  haq-
qında  şərikli  yazdıqları  məqalənin  sərlövhəsində  onu  “Elmin 
və insanlığın doktoru” adlandırırlar. Kamran müəllimin 50 il-
lik  ömür  və  yaradıcılıq  yolunu  qısaca  xülasə  edən  qələm  sa-
hibləri  yazırlar  ki,  Orxan  və  Aytəkin  Əliyevlərin  birgə  tərtib 
etdiyi  “Kamran  Əliyev:  Mənim  ədəbi  həyatım”  kitabında  ali-
min müasir Azərbaycan ədəbiyyatşünaslığında yeri və mövqeyi 
geniş  verilib.  Bu  kitab  bir  tərəfdən  övladların  ata  qarşısında 
mənəvi borcunu ödəmək haqqı və 50 yaşlı alimə ən böyük hə-
diyyədirsə, eyni zamanda həm də Kamran müəllimin övladları 
və xalqı qarşısında 50 ildə gördüyü işlərin hesabatıdır. Kitabda 
alimin  şəxsən  tanıdığı  və  tanımadığı  adamlar  tərəfindən  onun 
elmi,  bədii-publisist  yaradıcılığı  bir  çox  cəhətlərdən  işıqlan-
dırılır. Bu yaradıcılıq işığında alimin şəxsiyyəti  də bütün tərəf 
və  cəhətləri  ilə  aydın  görünür.  Onun  yaradıcılığı  və  şəxsiyyəti 
inteлlekt  “mən”in  qanadlarında  zirvəyə  yüksəlir,  elə  həmin 
məkanda da öz bütövlüyünü və təsdiqini tapır. 
Filologiya  elmləri  namizədi  Eyvaz  Eminalıyev  “Cavid-
şünaslıqda  yeni  addım”  məqaləsində  prof.  Kamran  Əliyevin 
“Hüseyn Cavid: həyatı və yaradıcılığı” monoqrafiyasını cavidşü-
naslıqda  uğurlu  bir  addım  hesab  edir,  kitabın  mühüm  məqam-
larını saf-çürük edir və belə qənaətə gəlir ki, bu gün milli ədə-
biyyatımızda  romantizmin  ən  aktual  problemlərini  uğurla  öyrə-
nən prof. K.Əliyevin elmi ictimaiyyətə və geniş oxucu auditori-
yasına təqdim etdiyi “Hüseyn Cavid: həyatı və yaradıcılığı“ mo-
noqrafiyası çox böyük marağa səbəb olmuşdur. Monoqrafiya bu 
sahədə təzə addım və orijinal uğurlu hadisə kimi dəyələndirilir. 
Bəli,  həyat  davam  edir  və  həyat  davam  etdikcə  prof. 
Kamran Əliyev yazıb yaradır. O, yazdıqca biz də onun yaradı-
cılığından bəhrələnə-bəhrələnə zənginləşirik. Yaradıcılıq yolla-
rında hörmətli professorumuza tükənməz enerji arzulayırıq! 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
159 
QAYNAQLAR 
 
ĠLK MƏQALƏLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 “Şərq qapısı” qəzeti, 26 fevral 1966-cı il, № 48. 
 
             “İşıqlı yol” qəzeti, 7 aprel 1966-cı il, № 19. 
 “İşıqlı yol” qəzeti, 26 aprel 1966-cı il, 
№ 25. 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
160 
 “Şərq qapısı”. 4 iyun 1966-cı il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“İşıqlı yol” qəzeti, 10 avqust 1966-cı il, № 56. 
 
 “İşıqlı yol” qəzeti, 28 avqust 1966-cı il, № 61. 
 
“İşıqlı yol” qəzeti, 11 iyul  
1966-cı il , № 47. 
 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə