MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə50/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   46   47   48   49   50   51   52   53   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
154 
folklorşünaslığı  və  ümumifiloloji  düşüncənin  aktual  proble-
minə həsr olunmuş dəyərli tədqiqatdır. 
2. Tədqiqatın elmi nəticələrinin mükəmməlliyinin arxasında 
müəllifin  nəzəri  bilikləri  və  araşdırıcılıq  qabiliyyətindən  başqa, 
uzun  illəri  əhatə  edən  elmi-nəzəri  (baqaj)  durur.  K.Əliyev 
romantizm və folklor düşüncə sistemlərinin müqayisəli təhlil kon-
tekstinə zəngin yaradıcılıq təcrübəsi nəticəsində gəlib çıxmışdır. 
3. Monoqrafiyanın “Romantizm və folklor” probleminə həsr 
olunması  folklorşünaslığımız  üçün  əlamətdar  hadisədir.  Çünki 
“bədii  düşüncənin  folklor  qaynaqları”  Azərbaycan  ədəbiyyatşü-
naslığında  tez-tez  hallandırılan  mövzu  olsa  da,  bunun  əksi  “ro-
mantizmin  folklor  kontekstində  öyrənilməsi”  elmimiz  üçün  ta-
mamilə yenidir. Ona görə də əsər ümumi halda filoloji uğurdursa, 
konkret olaraq Azərbaycan folklorşünaslığının nailiyyətidir”. 
Aydın  Kərimov  öz  məqaləsinin  adını  “Özünü  tapmış 
insan“ qoymuşdu. Məqalədə Kamran Əliyev şəxsiyyətinin bü-
tün  tərəfləri  aydın  əks  olunur.  Məqalə  müəllifi  yazır:  ”  Kam-
ranın  şəxsiyyətinə  bələd  olanlar  bilir  və  mən  də  bildim  ki,  o, 
həyatı  Cavid  qəhrəmanları,  romantiklər  qədər  sevir.  Ona  görə 
ki,  bu  qəhrəmanlar  kimi  o  da  həyatı,  yaşamağı  idealının  ger-
çəkləşməsi  vasitəsi,  arzularınıın  reallaşması  forması  kimi  başa 
düşür. Böyük ideyalarla yaşamayan, böyük olaylara həsr olun-
mayan  həyat  məzmunlu  ola  bilməz.  Böyük  adamlar  böyük-
böyük danışanlar deyil, böyük idealın daşıyıcıları olanlardır, – 
deyir. O, köhnəliyi ona görə tənqid etmir ki, o, köhnədir. Yeni-
liyi də ona görə təqdir etmir ki,  yenidir. Yeninin də, köhnənin 
də məzmununda özünü, öz arzularını axtarır. 
Kamranı  sevənlər  bilir  və  mən  də  qəti  bilirəm  ki,  o,  bö-
yük  arzularla  yaşayıb  adi  insani  sevincə  sevinməyi,  uğurlu  bir 
sözə,  qonşunun  şad  gününə,  dostun  xoş  üzünə  baxıb  xoşbəxt 
olmağı  bacarır.  Biz  hamımız  mübaliğəsiz  və  mübahisəsiz  bi-
lirik ki, Kamran müəllim dostlar arasında təkcə boy-buxununa 
və yaşına görə böyük deyil”. 
Filologiya  elmləri  namizədi  Nəzakət  Əzizova  “Ayağı 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
155 
torpaqda,  fikri  Tanrıda  olan  alim”  adlı  məqaləsində  Kamran 
İmranoğlunun  “Cavid  möcüzəsi”  əsərini  tam  bir  inamla  yaz-
dığını vurğulayır və nəzərimizə çatdırır ki, bu da onun öz daxili 
aləmi  ilə  zahiri  dünyasının  təmiz,  saf,  uyğun  vəhdətindədir. 
Kamran müəllimin yazdıqları həmişə elmidir, həyatidir, diridir. 
Filologiya elmləri doktoru Məhərrəm Cəfərli və yazıçı 
Rafiq Babayevin birgə qələmə aldıqları “Cavid taleyində ilahi 
sevgi”  məqalələrində  prof.  K.Əliyevin  “Hüseyn  Cavid:  həyatı 
və  yaradıcılığı”  monoqrafiyası  ilahi  sevgi  barədə  bütün  za-
manların  yaddaşlara  yazılacaq  solmaz  həqiqətləri  kimi  səciy-
yələndirilir. 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşı Əli Əliye-
vin  “  Hüseyn  Cavid  XX  əsr  Azərbaycan  romantizminin  tarixi 
taleyidir” məqaləsində Kamran Əliyevin “Hüseyn Cavid: həyat 
və  yaradıcılığı”  monoqrafiyasının  yeni  təfəkkür,  yeni  düşüncə 
prizmasından işıqlandırıldığını diqqətimizə çatdırılır.  
Ağsaqqal  jurnalistimiz  Cavad  Cavadlı  “Elmi  axtarışlara 
həsr olunmuş ömür” məqaləsində K.Əliyevin “Mənim ədəbi hə-
yatım”  kitabında  toplanmış  yazılara  münasibətini  bildirir  və 
haqlı olaraq göstərir ki, bu yazıları oxuyandan, öyrənəndən sonra 
filologiya  elmləri  doktoru,  professor  Kamran  Əliyevin  hey-
rətamiz  yaradıcılığı  oxucuda  məmnunluq  hissi  yaradır.  Onun 
insani  keyfiyyətləri  də  ünsiyyətdə  olduğu  adamlarda  qibtə  do-
ğurub. Sadəlik, mehribanlıq, səmimiyyət onun canına hopub. 
Cəfər Əliyevin “Onun amalı elmə xidmətdir” adlı məqalə-
sində  Kamran  müəllimin  portret  cizgiləri  bütün  tərəfləri  ilə 
çızılır:  “Alim  ömrü  daim  axtarışda  keçən,  elmi  kəşflərlə  dolu 
olan  bir  ömürdür.  İti  fəhm  duyğusu,  fərdilik  axtarışları,  elmi 
prosesə  göstərilən  fəal,  ayıq,  təravətli  münasibət  elm  adamının 
xarakterlərini səciyyələndirən ilkin xüsusiyyətlərdəndir. Əsl alim 
ədalət və əxlaq həqiqətlərinə, insan səadəti və azadlıq, işıqlı bir 
fikir  naminə  fədakarlığa,  mənəvi  məsuliyyət  hissinə  sədaqəti 
özündə  qoruyub  saxlamalıdır.  Elmin  zirvələrinə  doğru  addım-
layan  bir  şəxs  bütün  məqamlarda  xalqının,  millətinin  xoş  gə-


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
156 
ləcəyi  naminə  çalışmalı,  əsas  məqsədi  isə  qüvvət,  gözəllik, 
həqiqət, biliyə sahiblik haqqı və səlahiyyəti ilə bağlı olmalıdır». 
Söylənilən bütün bu fikirləri prof. K. Əliyevə şamil edən 
məqalə  müəllifi  davam  edərək  yazır  ki,  şəxsiyyəti,  xidmətləri 
və  imzası  ilə  elmi  ictimaiyyətə  yaxşı  məlum  olan  ziyalı, 
filologiya elmləri doktoru, professor, Azərbaycan MEA Folklor 
İnstitutunun aparıcı elmi işçisi, müdafiə və elmi şurasının üzvü, 
Naxçıvan  Dövlət  Universiteti  nəzdində  fəaliyyət  göstərən 
ixtisaslaşdırılmış  müdafiə  şurasının,  Nizami  adına  Ədəbiyyat 
Muzeyi elmi şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü 
Kamran Əliyevin xarakterində bariz şəkildə öz əksini tapır.  
Fasiləsiz  işləmək,  yeniliyə  qovuşmaq,  elmi  fikrin  ən 
narahat  axtarışları,  ziddiyyətləri,  ən  nəhayət,  uğurları  barədə 
bitkin  söz  demək  ,  haqqın  müdafiəsində  durmaq,  miqyaslı  və 
predmetli  təhlil  aparmaq  alimin  üslub  fəaliyyətini  təşkil  edən 
əsas amillərdəndir.  Bu insanın elmi,  yaradıcı fəaliyyəti ilə  ya-
xından tanış olduqca bir daha bəlli olur ki, alimin öz tədqiqat-
ları sahəsində fəal mövqeyi, bütöv konsepsiyası görkəmli alim-
lər  tərəfindən  böyük  maraqla  qarşılanır  və  yüksək  qiymətlən-
dirilir, açılmamış neçə-neçə yeniliklər üçün mənbə olur. 
Filologiya  elmləri  namizədi  Hacı  Eyvaz  Eminalıyev 
“Heyrətamiz  özünəməxsusluqlarla  dolu  ömür”  məqaləsində 
prof. K.Əliyevi xalqımızın maddi- mənəvi sərvəti kimi təqdim 
edir  və  yazır  ki,  «istedad  kimi  sadəlik,  səmimilik  də  Tanrı 
tərəfindən  bəxş  olunmuş  əvəzsiz  nemət,  xoşbəxtlikdir.  Bütün 
ömrünün  mənasını  insanlara  təmənnasız  xidmətdə  görən  belə 
insanlar əslində xalqın maddi-mənəvi sərvətidir. Kamran müəl-
lim belə şəxsiyyətlərdəndir”. 
Ədəbiyyatşünas alim ġamil  Vəliyev “Azərbaycan roman-
tizminin  poetikası”  adlı  məqaləsində  prof.  Kamran  Əliyevin  “ 
Azərbaycan romantizminin poetikası” monoqrafiyasını  geniş və 
hərtərəfli  təhlilə  cəlb  edir.  Müəllif  məqalədə  K.  Əliyevin  araş-
dırma  tendensiyasına  xüsusi  diqqət  yetirərək  yazır  ki,  ilk  dəfə 
olaraq  bu  fundamental  monoqrafiyada  Azərbaycan  roman-


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə