MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə45/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
139 
başqa  istiqamətdi.  Məsələnin  mahiyyətinə  vardıqda  da  bu 
görünür. Etiraf edək ki, “Kitabi-Dədə Qorqud” dastanları özün-
də  çox  gizlinləri  qoruyub  saxladığı  kimi,  poeziya  məsələlərini 
də  bir  ədəbiyyat  hadisəsi  kimi  günümüzə  çatdırıb.  Səmavi 
kitablardakı bədii nümunələrin məziyyətlərindən danışan Mah-
mud müəllim prof. K.Əliyevin “Etnopoetika məsələləri” məqa-
ləsində  alimin  dastandakı  şeir  nümunələrini  ortaya  qoyulma-
sını, aydınlaşdırılmasını və onun bu məqaləsinin mahiyyətində 
məhz onların da dayanmasını xüsusi qeyd edir. M. Allahmanlı 
diqqətimizi  tədqiqatçı-alimin  aşağıdakı  fikrinə  yönəldir:  “Ay-
dın  məsələdir  ki,  bədii  düşüncə  birdən-  birə  doğulmur  və 
reallığa çevrilən bədii fakt və nümunələr də birdən-birə yaran-
mır. Onun təkamülü və formalaşması xeyli vaxt və zaman tələb 
edir. Bununla bərabər bədii düşüncənin məzmun və ifadə planı 
aid  olduğu  etnosun  təbiətindən  kənarda  deyil.  Əslində,  etno-
poetika  bədii  düşüncə  ilə  etnosun  təbiəti  arasındakı  əlaqə  və 
təması öyrənən, bu əlaqə və təmasın xüsusiyyət və əlamətlərini 
meydana  çıxaran  bir  elm  sahəsi  kimi  qavranılır”.  Müəllif 
bunun  ardınca  alimin  mülahizələrini  belə  şərh  edir:  “Burada 
bədii  düşüncənin  birdən-birə  doğulmaması  və  bədii  nümunə-
lərin  birdən-birə  yaranmaması  məsələsi  xüsusi  olaraq  vurğu-
lanır. Türk düşüncə tərzində bədii düşüncənin formalaşması və 
inkişaf  tarixi  həmişə  öyrənilmə  zərurətindədir.  “Kitabi-Dədə 
Qorqud”  dastanları  poeziya  müstəvisində  bu  tarixin  daha  qə-
dimdəki  qatlarına  nəzər  yetirmək  anlamında  əvəzsizdi.  Müəl-
lifin  də  şeir  nümunələrinin  mövcudluğunu  mətndən  çıxış  et-
məklə  konkret  faktlar  əsasında  göstərməsi  bu  istiqamətin 
müəyyənləşməsi sahəsində çox gərəkli görünür. 
Monoqrafiyanı geniş şəkildə təhlil süzgəcindən keçirən M. 
Allahmanlı alimin bu kitabındakı “Dəli Domrul” boyu: təsadüf, 
yoxsa zərurət?” adında bölməyə də münasibətini bildirir. Məqalə 
müəllifi  alimin  bu  sualı  necə  cavablandırmasını  xüsusi  olaraq 
vurğulayır, onun dərin mündəricəli elmi fikirlərini verir: “Dədə 
Qorqud kitabı” süjet və kompozisiyası, struktur əlamətləri, bədii 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
140 
dil  xüsusiyyətləri  və  nəhayət,  ideya  siqləti  ilə  bitkin  bir  mədə-
niyyət hadisəsidir”. Mahmud Allahmanlının nəzərincə də dastan 
bütün  müstəvilərdə  bitkin  mədəniyyət  hadisəsidir.  Ozanların 
dilindən  yazıya  alan  şəxs  özü  də  dastandan  görünür  ki,  ozanlar 
qədər vergili, əvəzsiz istedada malikmiş. Və tədqiqatçı alimimi-
zin dediyi kimi abidənin “yüz dəfə ölçülüb, bir dəfə biçilməsinə 
şübhə  yeri  qalmır”.  Bunu  tam  aydınlığı  ilə  görmək  üçün 
Mahmud müəllim dastandakı müqəddimə ilə bütün dastan boyu 
səpələnən  hadisələri,  hadisələrin  gedişini  və  rəngarəngliyini, 
cümlə,  söz  və  ifadələrin  alt  qatında  gizlənənləri,  bütünlükdə  alt 
və  üst  qatdakı  mahiyyəti  izləməyi  vacib  hesab  edir  və  prof.  K. 
Əliyevin  bu  yolla  gedərək  dastandan  və  boyun  özündən  gələn 
gizlinləri doğru-dürüst üzə çıxardığını yüzə yüz təsdiqləyir. 
Məlumdur ki, Azərbaycan ədəbiyyatşünaslığında, folklor-
şünaslığında  Təpəgözlə  bağlı  çoxlu  təhlillər  aparılıb,  müxtəlif 
fikirlər  söylənilib.  M  Allahmanlı  Ф.Ditsdən  prof.  K.  Əliyevə 
qədər dastanla bağlı yazılanlara diqqət  yetirməyimizi məsləhət 
bilir.  Və  bu  zaman  biz  asanlıqla  bir  məsələnin  –  “Basatın 
Təpəgözü  öldürdüyü”  boyun  uzun  illər  araşdırmaların  əsas 
mövzuzsuna çevrildiyini görə bilirik. Bu problemin həllinin də 
Kamran  müəllim  tərəfindən  kifayət  qədər  mükəmməlliklə  və 
nəzəri baxımdan  yüksək səviyyədə aparıldığı Mahmud müəlli-
min məqaləsində öz əksini tapır. 
Məqalədə eyni zamanda “Kitabi-Dədə Qorqud” dastanları 
ilə  bağlı  daha  üç  problem  ətrafında  da  ədəbiyyatşünas  alimi-
mizin  mülahizələri,  maraqlı  qənaətləri  təhlil  edilir  və  prof. 
K.Əliyev  hərtərəfli  düşünən  bir  qorqudşünas  alim  kimi  oxu-
cuya  təqdim  olunur.  Mahmud  Allahmanlının  fikrincə,  “Dirsə 
xan  oğlu  Buğac”  boyu  özünün  informasiya  yükü,  təsvirin 
özünəməxsusluğu,  xarakterlərin  və  həyat  hadisələrinin  ifadəsi, 
məişət  faktlarının  zənginliyi  baxımından  daha  çox  araşdır-
maların problem faktıdı və yəqin ki, hələ çox zamanlar bu belə 
də  olacaq.  Burada  Oğuz  cəmiyyətində  övladsızlıq  məsələsi, 
qadın  sevgisi,  qadına  sevgi,  cəmiyyətin  özündəki  nizamın 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
141 
fərdlərin  kimliyindən,  hansı  səviyyədə  dayanmasından  asılı 
olmayaraq sabitqədəmliyi məsələsi qoyulur və əksini tapır. M. 
Allahmanlının  bu  məqaləsində  prof.  K.Əliyevin  bu  sahədəki 
bütün  xidmətləri  qabardılır  və  qorqudşünaslıqda  indiyə  qədər 
həllini  tapmayan  problemlərin  bu  alim  tərəfindən  xüsusi  bir 
məhəbbətlə  araşdırıldığı,  elmi  təfsirinin  verildiyi  diqqətimizə 
çatdırılır.  Məqalə  müəllifi  “Dirsə  xan  oğlu  Buğac”  boyu  ilə 
bağlı  prof.  K.Əliyevin  düşüncələrindən  bir  məqamı  da  diqqə-
timizə  çatdırmağı  vacib  sayır:  “...Dədə  Qorqud  “  eposu  vahid 
mexanizm  halında  götürüldükdə  boyların  ayrı-ayrı  təhlili  ilə 
müqayisədə  nəhəng  və  möhtəşəm  görünür  və  əzəmətli  ideya-
ların  daşıyıcısına  çevrilir”.  Prof.  K.Əliyevin  bu  qiymətli  fik-
rinin  ardınca  Mahmud  müəllim  yazır:  “Bu  möhtəşəmlik  das-
tanın  elm  aləminə  məlum  olduğu  vaxtdan  araşdırılmasında, 
sirləri  ilə  ortaya  qoyulma  məqsədindədi.  Elə  “Dirsə  xan  oğlu 
Buğac“  boyu  ilə  bağlı  kitabdakı  təhlil  də  buna  xidmət  edir. 
Maraqlı  məsələdir  ki,  hansı  səbəbdən  ozan-yazıçı  bu  boyu  ilk 
yerə  çıxarmışdı.  Bu  bir  başqa  araşdırmanın  problem  mövzu-
sudu. Bizim diqqətimizdə Bayandır xanın təşkil etdiyi məclisdə 
Dirsə  xanın  yerinin  yaratdığı  problemdi.  Bu  isə  Oğuz  elində 
övladı  olmayana  münasibətin  ifadəsidi.  Dirsə  xanın  “bəri  gəl-
gil, başım baxtı, evim taxtı” münasibəti ilə Xan qızının (həyat 
yoldaşının) “xan babamın göygüsü, qadın anamın sevgisi, göz 
açıban  gördüyüm,  könül verib sevdiyim  Dirsə xan” düşüncəsi 
arasında böyük mətləblər, Oğuz elinin  ailə nizamı, davamlılıq 
dərəcəsi aşağıdan yuxarıya qədər aydınlıqla cızılır. 
M.Allahmanlı  məqaləsinin  ikinci  hissəsini  kitabda  “Ko-
roğlu” dastanı ilə bağlı prof. K. Əliyevin apardığı araşdırmalara 
həsr edib. Məqalədə deyilir ki, kitab müəllifinin qənaətləri dörd 
problem yazıda (“Koroğlu – dəlilərinin dəlisi”, “Koroğlu” epo-
sunda  dəli  aşıq”,  “Bədii  məkanın  xarakteri”,  “Fiziki  gücün 
semantikası”) ümumiləşdirilir. Məqalə müəllifi bu məsələlərdə 
də prof. K.Əliyevin hərtərəfli düşünən, problemləri çox əhatəli 
şəkildə dərk edən tədqiqatçı kimi oxucuya təqdim оlunur. 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə