MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə35/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
108 
qədər  uşaqdan  yana  elə  narahat  olmuşam  ki,  bir  çimir  də 
eləməmişəm”. (1.s.43); “Bir bitik də yazıb göndərmir ki, öldü-
qaldılarından xəbər biləm” (1.s. 45). 
   Povestin  dilindəki  bir  sıra  üslubi  xüsusiyyətlərə  malik 
olan onomastik vahidlər də maraq doğurur. Bu xüsusi adlar hər 
şeydən  əvvəl  güclü  informasiya  vericiliyə  malikdir.  Belə  ki, 
müəllif  “Düyərli”  və  “Sulutəpə”  toponimlərindən  istifadə  edə-
rək povestdə cərəyan edən hadisələrin  yerini və məkanını gös-
tərmək  məqsədini  güdür:  “  Dəllək  Rəhim  Düyərlinin  birinci 
evindən başlayıb axırıncı evinədək baş çəkər, öz müştərilərinin 
qulluğunda  canla-başla  durardı”  (1.s.15);  “Sulutəpənin  uşaq-
larının şəklini çəkmisən? Çəkmişəm”( 1.s.29); 
Povestdə Rusiya, Çin kimi xarici toponimlər  yerli şivəyə 
uyğun  şəkildə  verilir:  “Oğlanlar  da  Urusetə  gediblər”(1.s.45); 
“TU-154 göydə-zadda ilişib qalmayıb. Odu eyy... gah Dubaya 
uçur, gah Kitaya”(1.s.40). 
Gerçəkliyi  olduğu  kimi  oxucuya  çatdırmaq,  mənalı  gülüş 
yaratmaq,  povestin  dilini  obrazlı  etmək  üçün  K.  İmranoğlu 
ləqəblərdən  də  bol-bol  istifadə  edir.  Müəllifin  təsvir  etdiyi  bu 
bölgədə  yaranan ləqəblərin bəziləri insanın xarici görkəmindəki 
qüsurla  əlaqədardırsa,  digərləri  onların  peşə  və  sənəti,  xasiyyət 
və  xarakteri  ilə  əlaqədardır:  Əngiəyri  Şəmil,  Bic  Törə,  fotoqraf 
Qadir, Aptek Rəsul, Dazbaş Xruşşov, Çəkməçi Mazan, Inkevedi 
Həsən, Qəssab Əli, Dəllək Rəhim, Barama Nəcəf və s. 
“Dəllək Rəhim qonşu kənddə yaşayırdı” (1.s 44); “Bara-
ma  Nəcəf  də  cavab  vermişdi  ki,  bəs  Hacı  Murad  sizin  kimi 
dinsiz-imansız deyil” (1.s.20); “Bic Törənin bic qızına bax, iki 
il ara verib bir uşaq doğub...” (1.s.25); “Aptek Rəsul da ürəyin-
dəkiləri  gizlədib  ayrı  cavab  verdi...”  (  1.s.33);  “-  Dazbaşı  yıx-
dıq! Xruşşov da belə getdi” (1.s. 35); “ Amma Əngiəyri Şəmil-
lə  Çəkməçi  Mazan  da,  Aptekar  Rəsul  da  heç  nə  verməmişdi. 
Hətta əlini uzadıb Fotoqraf Qadirə öz şəklini neçə dəfə göstərsə 
də,  fotoqraf  Qadirin  də  yanında  Əngiəyri  Şəmilin  əli  boş 
qalmışdı “(1.s. 38). 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
109 
Povestdə qoşa sözlərdən də nitq prosesində ustalıqla isti-
fadə edilir. Personajların, o cümlədən müəllifin təhkiyə dilində 
qoşa  sözlər  sanki  bərq  vurur.  Povestin  dili  ümumxalq  dilinə 
məxsus  qoşa  sözlərlə  zəngindir:  qazan-qazan:  ...  qazan-qazan 
su qızdır, bu qurumuşu çimizdir”(1.s. 3); İşdi-şayət: ”İşdi-şayət 
qapı bağlı olsa, uşaqlar açarı oradan götürüb qapını açsınlar və 
bayırda qalmasınlar” (1.s. 5); günümüz-dirriyimiz: “Bəlkə, elə 
həyət  qapımız  da  başı  daşlıdı,  ona  görə  günümüz-dirriyimiz 
yoxdu”  (1.s.  9);  öldü-qaldı:  ”Səhnə  də  cavab  verdi  ki,  öldü-
qaldılarından  xəbər  yoxdu”  (1.s.  10);  xəstəxana-məstəxana: 
“Kərəm hələ anasının qarnında olanda dədəsi anasına kəsəmət 
kəsmişdi  ki,  xəstəxana-məstəxana  görməyəcəksən”  (1.s.  12); 
qonaq-qara:  “Bu  gün  qonaq-qara  çox  olacaq”(1.s.  31);  iş-güc: 
“- Ay Səhnə, sənin də işin-gücün qurtarıb, kürəkən budkasının 
qabağından  əl  çəkmirsən!”  (1.s.31);  uşaq-muşaq:  “Evdə  uşaq-
muşaq da yoxdu ki, əlini atıb pencəyin cibindən onu çıxartsın. 
Uşaq-muşaq  olsaydı,  açarı  heç  pencəyin  cibinə  qoymazdım, 
quyruğuna bir ip bağlayıb boynundan asardım” (1.s. 8). 
Bədii dilin  leksikasını  öyrənərkən  əsərin bəhs  etdiyi  mü-
hiti, ictimai şəraiti  nəzərə  alaraq,  yazıçının əcnəbi  sözlərə  mü-
nasibətini müəyyənləşdirmək, ədəbi-ictimai mühitin qohum və 
qonşu  dillərə  təmasının  dərəcə  və  istiqamətini  aydınlaşdırmaq 
lazım  gəlir.(  6.s.  59).  Bu  baxımdan  povestdə  rast  gəldiyimiz: 
sort, prorab, pekarnı, kanduktor, pol, fotoqraf, doxdur, medins-
titut,  vayenkom,  zanit,  qinişqa,  novqod,  inkevedi  kimi  dırnaq 
içərisində  müəllif  tərəfindən  verilən  rusizmlər,  əsasən,  canlı 
danışıq  dilində  işlənən  sözlərdir:  “Dəmir  yolunun  alt  tərəfin-
dəki  kəndlərdə  heç  kəsin  belə  “sort”  eşşəyi  yox  idi  “(1.s.  14); 
”...bütün  rayonda  sayılıb-seçilən  prorab  oldu...”  (1.s.16);  “İki-
üç ay sonra Dəllək Rəhim rayon mərkəzində böyrü üstə yıxılan 
pekarnını ayaq üstə qaldırmışdı “(1.s.17); “... arvadı Xədicə də 
doğranmış ətin hamısını yağda qızardıb qovurma hazırlayar və 
vedrəyə  doldurub  tanış  “kandukturla”  Bakıya  uşaqlara  göndə-
rərdi” (1.s. 25); “...başına əski keçirilmiş “pol ağacını”, süpür-


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
110 
gəni,  zibil  boşaltdığı salafanı  və  vedrəni  götürüb  hər tərəfi şü-
şəbənd olan vağzalın içinə tərəf yollandı” ( 1.s.24); “– Yoldaş 
fotoqraf,  qonaq  istəmirsən?“  (1.s.29);  “Rəsul  elə  uşaq  vaxtın-
dan deyirdi ki,  doxdur olacam” (1.s. 34); “Rəsul orta məktəbi 
qurtarıb  Bakıya  getdi  və  gedən  ili  də  “medinstitutun”  aptek-
çiliyinə  qəbul  oldu”  (1.s.  35);  “Qaldı  vayenkomla  alış-verişə” 
(1.s.37);  “Ona  görə  də  kimin  Bakıda  vacib  işi  yoxdursa,  bileti 
zanit  eləməsin”  (1.s.  40);  “Arvad  cavab  gözləmədən  əlindəki 
bükülü  yaylığı  açdı  və  pasportla  birgə  veteran  qnişqasını  da 
Daydaya  tərəf  uzatdı”  (1.s.44);  “Novqod”  vaxtı  Ağoşun 
Urusetdən  gətirdiyi  qırmızı  güllü  donu  da  sandıqda  gizlədib 
Novruz bayramına saxlamışdı” (1.s.49).  
Povestin  dilində  söz  sırası  ilə  əlaqədar  bir  sıra  xarakter 
əlamətlər  özünü  göstərməkdədir.  Kamran  İmranoğlu  canlı  da-
nışıq  dili  sintaksisinə  istinad  etdiyindən  əsərin  sintaksisində 
dilimiz üçün normal hesab etdiyimiz inversiya hadisəsinə təsa-
düf  edirik.  Bu,  bədiilik  prinsipləri  ilə  bağlı  olub,  surət  dilinin 
fərdiləşdirilməsi,  təbii və  canlı  nitq çalarlığı  yaratmaq  meylin-
dən  irəli  gəlmişdir.  Povestdə  ədəbi  dil  qanunlarından  fərqli 
olaraq,  nəqli  cümlələrdə  cümlə  üzvləri  sırasının  pozulması: 
tamamlıq, zərflik bəzən də mübtədanın xəbərdən, təyinin təyin-
lənəndən sonra işlənməsi halları ilə də rastlaşırıq: “Səhnə əilini 
saldı pencəyinin sol cibinə“ (1.s. 18); “Bu pulu da veriblər Dəl-
lək  Rəhimin  ixtiyarına.  Deyirlər  ki,  otur  məsləhətləş,  keçidi 
başla  tikməyə”  (  1.s.  17);  “Hərə  gedib  öz  işinin  dalınca” 
(1.s.17); “Ağoşla Səhnə üz qoymuşdular Hacı Muradın tayala-
rının yanına!” (1.s.21); “Səhnə bunları fikirləşə-fikirləşə bir də 
baxıb gördü ki, çayçının hər tərəfini süpürüb qurtarıb və gəlib 
çatıb  şəkilçəkən  Qadirin  butkasının  düz  qabağına”  (1.s.  28); 
“Ağoşdan  yastı-yastı  deyilən  söz  bu  olub,  onu  da  yas  yerində 
qatdayıb qoymuşuq yastığı altına “( 1.s. 31); “Qonşu kənddəki 
məktəbdən  çıxıb  Düyərliyə  gələndə  yolda  uşaqlardan  hamısı 
başladı  Rəsulla  zarafat  eləməyə”  (1.s.  34);  “Yarıyola  çatanda 
Rəsul hirslənib çantanı atdı ağappaq qarın üstünə”( 1.s. 34) və s. 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə