MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə22/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
68 
lim Cavidin xidmətlərini layiqincə üzə çıxara bilmişdir.  


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
69 
USTADINA HÖRMƏT VƏ  
MƏHƏBBƏTLƏ 
 
İnsan  dünyaya  gələndən  sonra  vəzifələrini  –  xalq  qarşı-
sında  eləməli  olduqlarını  dərk  etməzdən,  insan  qarşısında  bor-
cunu anlayır. Körpə bilir ki, ona süd verən ana ona əziz adamdır. 
Ona  səmimiyyət  göstərənə  də  biganə  qalmır.  Dili  söz  tutmasa 
da,  məsum  çöhrəsində  təbəs-
süm yaranır. Söhbət sənə edi-
lən  əhəmiyyəti  tərəziyə  qo-
yub,  qiymətini  dəqiq  ödə-
məkdən  getmir,  hər  halda 
borc ödəmək insanın hərəkət-
verici  qüvvəsidir  və  bununla 
o,  yavaş-yavaş  valideynləri, 
ailəsi,  qohum-əqrabası,  dost-
tanışları və xalqı, ümumilikdə 
övladı  olduğu  bəşəri  düşünə-
rək, ona yaranışı, yaşaması və 
olumu 
üçün 
minnətdarlıq 
borclarını  ödəməklə  izhar  et-
məyə çalışır. 
Müdrik  adamlar  öz  us-
tadlarına  ömürləri  boyu  hör-
mət  və  məhəbbətlə  yanaşıblar,  öz  müəllimlərinə  olan  borcla-
rının  mahiyyətini  dərindən  dərk  etməyə  çalışıblar.  Təsadüfi 
deyil  ki,  müdrik  adamlar  ölərkən  etdikləri  vəsiyyətlərdə  də 
ustadlarını,  müəllimlərini  əbədiləşdirmək  istəyiblər:  Teymur-
ləng, Hacı Zeynalabdin ölümlərindən qabaq müəllimlərinin, us-
tadlarının ayaqları səmtində dəfn olunmalarını vəsiyyət ediblər. 
Varlığın  dərk  edilməsində,  bəlkə  də,  bu,  ilahi  bir  tapıntı  –
vergidir.      
Ustad  əqidəsi  filosof  əqidəsindən  də  saf  və  dönməzdir. 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
70 
Ustad  əxlaqı  təmiz  ana  südü  iqtidarındadır.  Ustad,  müəllim 
sevgisi  ədalət  tərəzisidir.  Bax  müəllimlər  müəllimi,  ustadlar 
ustadı, yüksək mənəvi sifətləri: cəsarəti, əqidə ideallığını, gənc-
liyə  məhəbbəti  və  uzağı  görmək  qabiliyyətini  özündə  ehtiva 
etmiş  Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  müx-
bir  üzvü,  əməkdar  elm  xadimi,  filologiya  elmləri  doktoru, 
professor  Abbas  Zamanovu  ziyarət  etmək,  ustadına  mənəvi 
borcunu  onun  timsalında  ödəmək  barədə  fikirlərini  Kamran 
Əliyev  “Elm”  nəşriyyatında  2011-ci  ildə  çapdan  çıxan  kita-
bında qismən də olsa cəmləşdirib. Ilk öncə onu qeyd etməliyik 
ki, müəllifin “Abbas Zamanov olmasaydı” adlandırdığı əsəri bu 
nadir  insanın  şəxsiyyəti,  yaradıcılığı,  fenomenliyi  barədə 
oxucuda güclü təsəvvür yaradır. 
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əli-
yevin Abbas Zamanovun 100 illik yubileyi haqqında 5 oktyabr 
2011-ci  ildə  imzaladığı  sərəncamla  açılan  bu  kitaba  Kamran 
Əliyevin 9 məqaləsi daxil edilmişdir. Müəllifin dahi şəxsiyyət, 
görkəmli  alim  Abbas  Zamanova  həsr  etdiyi  bu  məqalələri 
vaxtilə  müxtəlif  kitab,  qəzet  və  jurnallarda  dərc  olunub.  Alim 
“Sözə  sahiblik  zirvəsi”  məqaləsində  yazır  ki,  hər  bir  xalqın 
tarixi  keçmişi  və  gələcəyi  onun  yaratdığı  söz  xəzinəsinin  zən-
ginliyinə və  gücünə borcludur. Tanıtma və tanınma  yazılan və 
deyilən  sözdən,  ona  yiyəlikdən  və  sahiblikdən  daha  çox  ası-
lıdır.  Bu  söz  yalnız  siyasətçinin,  filosofun  və  yazıçının  deyil, 
tənqidçi  və  ədəbiyyatşünasın  da  sözü  ola  bilər.  Necə  ki, 
professor  Abbas  Zamanov  tənqidçi  və ədəbiyyatşünaslar  içəri-
sində öz sözünə sahiblik edən və bu sözə yiyə duran nəhəng bir 
şəxsiyyət  idi.  Kamran  müəllimin  professor  Abbas  Zamanov 
haqqındakı  məhəbbətdən  yoğrulan  fikirlərini  xırdalasaq,  bəlkə 
də  cild-cild  kitablara  sığışmaz:  “Abbas  Zamanov  bizim  üçün 
bir  VƏTƏN  CƏMİYYƏTİ  idi.  Bu  cəmiyyətin  fəaliyyət  məz-
munu  və  məqsədini  dünya  azərbaycanlılarını  bir  araya  gətir-
mək arzusundan doğan fədakarlıq təşkil edirdi. Sədri də, müa-
vini  də,  əməkdaşı  da,  hətta  poçt  işçisi  də  Abbas  Zamanovun 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
71 
özü  olan  bu  cəmiyyət  yalnız  çox-çox  sonralar  rəsmi  “Vətən” 
cəmiyyətinə çevrildi”. 
“Professor  Abbas  Zamanovun  uşaqlığı,  gəncliyi  və  bü-
tövlükdə  ömür  yolu  öz  ağrı-acıları,  çətinlikləri,  eyni  zamanda 
nikbinliyi canlı bir məktəb nümunəsidir”. 
“Professor  Abbas  Zamanovun  yaradıcılıq  fəaliyyəti  bö-
yük bir elmi-tədqiqat institutu deməkdir” 
“Professor  Abbas  Zamanovun  yaşadığı  mənzilin  qapısı 
hamının üzünə açıq məbədgah idi”. 
“Müəllimimiz və ustadımız professor Abbas Zamanovun 
ömrü,  şəxsiyyəti,  fəaliyyəti,  mənzili  və  məzarı  indi  hamıya 
yalnız bir ünvan tanıdır: sözə sahiblik zirvəsi!”. 
Kamran  müəllim  “Məfkurəvi  ucalıq”  məqaləsində  öz 
sevimli ustadı haqqındakı duyğularını tam şəkildə ifadə etmək 
məqsədilə iki sadə sual qoyur:  
1. Abbas Zamanovu kimlər tanıyır ? 
2. Abbas Zamanovu kimlər tanımır ?  
O,  bu  suallardan  birincisini  ümumi  şəkildə  belə  cavab-
landırır: “...elm və təhsil işçiləri, digər peşələrin  aparıcı sima-
ları,  vətəndaşlıq  keyfiyyətləri  ilə  seçilən  ziyalılar,  sayı-hesabı 
bilinməyən  tələbələr!  Sadaladığımız  bu  auditoriyanı  konkret-
ləşdirmək  və  statistik  rəqəmlərlə  uyğunlaşdırmaq,  sadəcə  ola-
raq imkan xaricindədir. Çünki onları bir yerə yığıb-yığışdırmaq 
son dərəcə çətin və mürəkkəbdir. Abbas müəllimi onu tanıyan-
ların hər birinə ayrıca bir obraz kimi də təqdim etmək mümkün 
deyil.  Çünki  Abbas  Zamanov  şəxsiyyəti  onu  kənardan  tanı-
yanlar  üçün  qeyri-adi  bir  sima,  yaxından  və  yaxşı  tanıyanlar 
üçün isə ədəbi-tarixi şəxsiyyətdir!” 
İkinci  sualın  cavabında  da  nə  qədər  həqiqətin  olduğunu, 
ustada  sonsuz  məhəbbətin  ifadəsini  görürük:  “Elm  və  təhsil 
prosesində  iştirak  etməyənlər,  vətəndaşlıq  keyfiyyətinin  nə  ol-
duğunu  başa  düşməyənlər,  yaxud  bilə-bilə  anlamaq  istəmə-
yənlər və bir də ədəbiyyatdan, sənətdən peşə baxımından uzaq 
olub ədəbiyyat və sənətlə heç zaman maraqlanmayanlar. Abbas 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə