278
yandırmaq, cəmiyyətdə mövcud olan eybəcərliklərə görə
xəcalət çəkmək; vətənin tarixi keçmişinə, burada formalaşmış
adət-ənənəyə hörmət etmək və rəğbət bəsləmək, yaşadığı
əraziyə (şəhərə, kəndə, vilayətə, regiona, bütövlükdə ölkəyə)
bağlı olmaq. Vətənpərvərlik, sosial hadisə olaraq, ilk növbədə
sosial psixologiya sahəsinə aid olsa da, öz ifadəsini həm də
cəmiyyətin əxlaqi şüurunda tapır. Məhz buna görə
vətənpərvərlik mənəviyyatın prinsiplərindən biri hesab olunur.
Vətənpərvərlik insanların millətə münasibətini bildirir. Vətənə
sevgi adətən həm də düşmənə nifrəti bildirir. Bu sevginin
əhalinin müxtəlif təbəqələrində müəyyən əhəmiyyəti var.
Vətənpərvərliyi vaxtilə beynəlmiləlçiliklə də əlaqələndirirdilər.
Keçmişin qalıqları insanlar arasında köhnədən qalıb
yaşayan qaydalar, vərdişələr və baxışlara deyilir. Bunlar
tədricən aradan qaldırılır, yeniləri ilə əvəzlənir.
Fanatizm (latınca “fanatikus”, hədsiz özündən çıxan
deməkdir) insanların davranışı və əqidəsinin xarakterini
qiymətləndirmək üçün istifadə olunan anlayışdır. Fanatizm
dedikdə qəbul olunan ideyaya qarşı kor-koranə, tənqidin
üzərində qurulmayan inam və meyl nəzərdə tutulur. Bütün
yerdə qalan ideya və nəzəriyyələrə düşünülmüş yanaşma
burada istisna olunur. Davranış prinsipi olaraq fanatizm başqa
cürə düşünənlərə qarşı tam dözümsüzlüyü nəzərdə tutur, burada
hətta qəddarlıq (bəzən son həddində, işgəncə), güdülən məqsəd
naminə insanları qurban vermək halları da özünə yer tapır.
İdeya münaqişəsinin həllində inandırma vasitələrindən
istifadə etməkdən imtina olunur. Fanatizm adətən dini
inanclarla, burada hökm sürən ehkamçılıq və digər din
nümayəndələrinə qarşı təqiblərlə bağlı olur. Dini fanatizm dini
institutların mövqelərini bir növ möhkəmləndirir. Tarixdən
məlumdur ki, dini fanatizm dəfələrlə qanlı münaqişələrə gətirib
çıxarmışdır. Humanizm fanatizmə qarşı çıxış edir. Futbol
azarkeşlərin bəzilərinə də “fanat” deyilir (adətən bunlar öz
futbol komandasına dayaq durur, digər futbol klubu
279
nümayəndələrinə yabançı münasibət bəsləyirlər, çox vaxt
münaqişələr də baş verir).
Eqoizm (latınca “ego” “mən” deməkdir) insanı,
cəmiyyətə və digər insanlara münasibəti baxımından
xarakterizə edən həyati prinsip və əxlaqi keyfiyyətdir. Eqoizm
insanın davranışda öz maraqlarına (digərlərin maraqları ilə
nisbətdə)
üstünlük
vermək
deməkdir.
Əslində
bu,
fərdiyyətçiliyin ifrat ifadəsidir. Mənəvi şüur tarixində eqoizm,
əxlaqi keyfiyyət olaraq adətən mənfi qiymətləndirilirdi. Buna
baxmayaraq, eqoizmdə müsbət məna da görürdülər. Eqoizm
cəmiyyətin müəyyən inkişaf mərhələsində yaranmışdır. Xüsusi
mülkiyyətin yaranmasından sonra onun üzərində formalaşan
ictimai münasibətlər eqoizm hissinin də əmələ gəlməsinə səbəb
olmuşdur. Eqozimin faydalı olması haqqında da bir neçə
nəzəriyyə var. Eqoizm insan mənliyinin, ləyaqətin
qorunmasında müsbət rol oynadır. Eqoizmin formalaşması
müəyyən sosial şəraitdə keçir və tarixi xarakter daşıyır.
Müstəqil iş
Suallar
1.Etik kateqoriyalar (borc, vəzifə, vicdan, namus, qeyrət,
ləyaqət, xoşbəxtlik, əxlaqi məqsəd, əxlaqi sərvətlər, əxlaqi
normalar, əxlaqi ziddiyyətlər, əxlaqi məsuliyyət, əxlaqi azadlıq
və s.) nədir?
2. Etik prinsiplər (fərdiyyətçilik, xəyanət, hümanizm,
fərdiyyətçilik, amoralizm, asketizm, irrasionalizm və s.) nədir?
Tapşırıq
Deyl Karneqinin “Həyat dərsliyi” tapşırığı
Deyl Karneqi 9 qayda göstərir ki, insan onlara riayət
edərək, başqalarında inciklik hissini yaratmadan, təhqir
etmədən onlara təsir edə bilər.
280
1. İnsan hərəkətinin düzgün olmadığına işarə etməzdən
əvvəl, onu tərifləyin və onun müsbət tərəflərini səmimi etiraf
edin.
2. Başqa insanların səhvlərini düz yox, dolayısı ilə
göstərin.
3. İnsanı tənqid etməzdən əvvəl öz səhvləri haqqında
danışın və misal gətirin.
4. İnsana birbaşa əmr vermək əvəzinə ona sual verin.
5. Insanlara öz nüfuzunu xilas etmək imkanını vermək
lazımdır.
6. İnsanlara, onların ən kiçik uğuru haqqında müsbət
fikrinizi bildirin və hər bir müvəffəqiyyəti qeyd edin. Bu
qiymətləndirilmədə səmimi olun və tərifdə səxavət göstərin.
7. İnsanlar haqqında yaxşı fikir yaradın ki, onlar da buna
uyğun özünə bəraət qazandırmağa çalışsınlar.
8. Dəstək verin. Təəssürat yaradın ki, sizin düzəlmiş
görmək istədiyiniz səhv asan düzəldilə biləndir; belə edin ki,
insanları təhrik etdiyiniz hər bir şey onlara asan görünsün.
9. Çalışın ki, sizin təklif etdiyiniz çıxış yolunu insanlar
sevinclə qəbul etsin. Bunun üçün insana onun istədiyindən
danışmaq və ona arzu olunana nail olmaq yollarını öyrətmək
lazımdır.
Yuxarıda göstərilən qaydaları təhlil edin. Bu qaydalara
uyğun olan və onları pozan davranış nümunələrini gətirin və
təhlil edin.
Mövzu 10. Əxlaqi hisslər və əxlaqi praktika
281
Əxlaqi
hisslər
əxlaqi
münasibətlərə
emosional
reaksiyadır. Əxlaqi hisslərin təsnifatı və məzmunu. Əxlaqi
praktika. Əxlaqi fəaliyyət və sosial nəzarət formaları.
10.1.
Əxlaqi hisslər haqqqında
Əxlaqi hisslər şəxsiyyətin mənəvi fəaliyyətinin
emosional tərəfidir. Hisslər, əqidə ilə yanaşı insanın subyektiv
əxlaqi mövqeyini xarakterizə edir. Öz psixoloji təbiətinə görə
hisslər insan şüurunda davamlı şərti-reflektor birləşmələridir ki,
müxtəlif situasiyalara (vəziyyətlərə) onun affektiv iradi
reaksiyasını bildirirlər.
Öz sosial məzmununa görə əxlaqi hisslər insanın ictimai
varlığın müxtəlif tərəflərinə - insanlara, özü-özünə, bütövlükdə
cəmiyyətə - subyektiv münasibətini bildirir. Hisslərə sevgi,
nifrət, qısqanclıq, sevinc, mərhəmət, paxıllıq və s. aiddir.
Bunlar insan münasibətlərinin subyektiv-psixoloji ifadəsidir.
İnsan özünə qarşı da fəxr, öyünmə, eqoizm kimi hissləri yaşaya
bilər. Sosial hisslər öz mənşəyinə və mahiyyətinə görə sosial
xarakter daşıyır. Əxlaqi hisslərin əksəriyyəti əxlaqi şüur
tərəfindən müsbət və ya mənfi olanlara bölünür. Bütün hisslər
şəxsiyyətin əxlaqi simasını xarakterizə edir. Bir çox əxlaqi
prinsiplər var ki (məsələn, insansevərlik və s.), insan şüurunda
həm rasional, həm də emosional formada özünü ifadə edir.
Burada mürəkkəb komplekslər yaranır. Ümumiyyətlə,
normalar, qiymətvermələr, ideallar, ədalətlilik kimi hadisələri,
xeyir və şər anlayışlarını insan həm rasional məzmunu
baxımından, həm də hissi formada qavrayır.
Burada simpatiya, meyllər, antipatiya və s. kimi hissi
formalar yaranır. Şəxsiyyətin mənəvi özünüdərkin əxlaqi tərəfi
də (borc, məsuliyyət, vicdan, ləyaqət, utancaqlıq və s.) müvafiq
hissi təəssüratlanmalarda ifadə olunur. Keçirdiyi əxlaqi hisslərə
uyğun olaraq insan yaranmış vəziyyətə birbaşa reaksiya verir.
Bu zaman bütün yaşadığı əvvəlki hallar onun yadına düşür,
Dostları ilə paylaş: |