“Azvirt” MMC
31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi
28
Erkən tətbiq etməyə icazə verilir və müəssisələrdən bunu açıqlamaq tələb olunmur. Çünki, Şura bu düzə-
lişlərin müəssisənin mühasibat uçotu siyasətinə və uçot qiymətləndirmələrinə təsir etmədiyini hesab edir.
Təsir
Bu düzəlişlər MHBS-in təqdimat və açıqlama tələblərini ödəyən zaman mühakimələri tətbiq etməkdə
müəssisələrə yardımçı olur, tanınma və qiymətləndirilmə meyarlarına isə təsir etmir.
16 saylı MUBS və 38 saylı MUBS Qəbul olunmuş köhnəlmə və amortizasiya üsullarının
aydınlaşdırılması – 16 saylı MUBS və 38 MUBS-ə düzəlişlər
1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir.
Əsas tələblər
Düzəlişlər 16 saylı "Torpaq, tikili və avadanlıqlar" adlı MUBS və 38 saylı "Qeyri-maddi aktivlər" adlı
MUBS-in prinsiplərini aydınlaşdırır. Bu prinsipə görə, gəlir, aktivin istifadəsi nəticəsində sərf olunan
iqtisadi faydanı deyil, biznes fəaliyyətindən yaranan iqtisadi faydanın (aktivin fəaliyyəti nəticəsində)
formasını əks etdirir. Nəticədə, qazanılmış gəlirin gözlənilən cəmi gəlirə nisbəti torpaq, tikili və
avadanlıqların köhnəlməsində rol oynaya bilməz, yalnız çox məhdud şəkildə qeyri-maddi aktivlərin
amortizasiyasında rol oynaya bilər.
Keçid
Düzəlişlər prospektiv olaraq tətbiq olunmalıdır. Erkən tətbiq etməyə icazə verilir, lakin bu zaman
açıqlanmalıdır.
Təsir
Hazırda torpaq, tikili və avadanlıqlar üçün gəlir əsaslı köhnəlmə metodundan istifadə edən müəssisələr öz
hazırki köhnəlmə üsullarını qəbul olunan metoda dəyişməli olacaqlar. Bu metod aktivin istifadə müddətinin
əvvəlində daha çox köhnəlmə xərci tanıyan azalan qalıq metodudur. Qazanılmış gəlir qeyri-maddi aktivin
amortizasiyası üçün çox məhdud hallarda istifadə oluna bilər.
16 saylı MUBS və 41 saylı MUBS Kənd təsərrüfatı: Daşıyıcı bitkilər – 16 saylı MUBS və 41 saylı MUBS-
ə düzəlişlər
1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir.
Əsas tələblər
16 saylı MUBS və 41 saylı "Kənd təsərrüfatı" adlı MUBS-ə dəyişikliklər daşıyıcı bitkilər (məsələn, meyvə
ağacları) tərifinə uyğun olan bioloji aktivləri aid etmək üçün 16 saylı MUBS-in tətbiq sahəsini dəyişir.
Daşıyıcı bitkilərdə yetişən kənd təsərrüfatı məhsulları (məsələn, ağacda yetişən meyvələr) 41 saylı MUBS-
in tətbiq sahəsində qalacaq. Yeni düzəlişlərə əsasən, daşıyıcı bitkilərin uçotu bundan sonrakı ölçülmə
məqsədilə ilkin dəyər və yenidənqiymətləndirmə dəyəri arasında seçim də daxil olmaqla, 16 saylı MUBS-
in tanınma və ölçülmə tələblərinə uyğun aparılacaq. Bundan başqa, daşıyıcı bitkilərlə əlaqəli olan hökümət
subsidiyalarının uçotu 41 saylı MUBS əvəzinə, 20 saylı "
Hökumət subsidiyalarının uçotu və hökumət
yardımı haqqında məlumatların açıqlanması" adlı MUBS-ə uyğun olaraq aparılacaq.
Keçid
Müəssisələr düzəlişləri tam olaraq retrospektiv qaydada tətbiq edə bilərlər. Alternativ olaraq, müəssisə
daşıyıcı bitkiləri göstərilmiş erkən dövrün başlanğıcında olan ədalətli dəyəri ilə qiymətləndirməyi seçə
bilər. Erkən tətbiqetməyə icazə verilir, lakin bu zaman açıqlanmalıdır.
Təsir
Tələblər mənfəət və zərərdə kənd təsərrüfatı məhsulunun hələ də ədalətli dəyərdə qiymətləndirilməsinin
dəyişkənliyini istisna etməyəcək. Bundan əlavə, müəssisələr bu aktivlərin daşıyıcı bitkilərdən ayrılıqda
ədalətli dəyərini təyin etmək üçün müvafiq metodologiyalar müəyyən etməlidirlər. Bu, qiymətləndirmənin
mürəkkəbliyini və subyektivliyini artıra bilər.
27 saylı MUBS Fərdi Maliyyə Hesabatlarında İştirak Payı Metodu – 27 saylı MUBS-ə Dəyişikliklər
“Azvirt” MMC
31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi
29
1 yanvar 2016-cı il tarixindən başlanan dövrlər üçün qüvvədədir.
Əsas tələblər
27 saylı
"Fərdi Maliyyə Hesabatları" adlı MUBS, öz fərdi maliyyə hesabatlarında törəmə, asılı və birgə
müəssisələrindəki investisiyalarını uçota almaq üçün 28 saylı MUBS-də göstərildiyi kimi iştirak payı
metodundan istifadə etməyə icazə verir. Beləliklə, müəssisə bu investisiyalar üçün aşağıdakı üsulları nəzərə
almalıdır:
• İlkin dəyərdə
• 9 saylı MHBS-ə uyğun olaraq (və ya MUBS 39) və yaxud
• İştirak payı metodundan istifadə etməklə.
Müəssisə investisiyaların hər bir kateqoriyası üçün eyni uçotu tətbiq etməlidir.
Həmçinin, 1 saylı
“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının ilk dəfə tətbiq edilməsi” adlı
MHBS-ə da əhəmiyyətli düzəlişlər olunmuşdur. 1 saylı MHBS-ə düzəlişlər, fərdi maliyyə hesabatlarında
investisiyaların uçotunu ilk dəfə tətbiq edənə icazə verir ki, investisiya əldə olunmasına aid əvvəlki biznes
birləşmələrinə görə 1 saylı MHBS-in güzəştini tətbiq etmək üçün iştirak payı metodunu istifadə etsin.
Keçid
Dəyişikliklər retrospektiv şəkildə tətbiq edilməlidir. Erkən tətbiqetməyə icazə verilir və açıqlanmalıdır.
Təsir
Düzəlişlər qanunların törəmə, asılı və birgə müəssisələrin nəzərə alınması ilə fərdi maliyyə hesabatlarını
iştirak payı metodu ilə təqdim etməsini tələb etdiyi halda, ölkələr üçün Ümumi Qəbul Olunmuş Mühasibat
Uçotu Prinsiplərinin (ÜQOMUP) fərqlərini aradan qaldırır.
5 saylı “Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı MHBS
Silinmə üsullarında dəyişikliklər
• Aktivlər (və ya silinmə qrupları) ümumiyyətlə, ya satış,
ya da mülkiyyətçilər arasında bölüşdürülməsi ilə
silinir. Düzəliş aydınlaşdırır ki, satış üsullarından birində dəyişiklik satışın yeni planı kimi göstərilə bilməz,
əksinə o, əsas planın davamıdır. Bu, 5 saylı MHBS-də tələblərin tətbiqinin fasiləsizliyi səbəbindəndir.
• Düzəliş prospektiv olaraq tətbiq edilməlidir.
7 saylı MHBS “Maliyyə alətləri”: Açıqlamalar
Xidməti müqavilələr
• Düzəliş aydınlaşdırır ki, xidmət haqqını özündə əks etdirən xidməti müqavilə maliyyə aktivlərində
davamlı olaraq əksini tapa bilər. Müəssisə tələb olunan açıqlamaların dəyərləndirilməsi üçün 7 saylı
MHBS-in B30 bəndində və 7 saylı MHBS-in 42C bəndində xidmət haqqının növünü və sözləşməni
qiymətləndirməlidir.
• Davamlı olaraq təşkil olunan xidməti müqavilələrin qiymətləndirilməsi retrospektiv olmalıdır. Lakin,
tələb olunan açıqlamaların müəssisənin dəyişiklikləri ilk tətbiq etdiyi dövrdən əvvəlki hər hansı dövrü
göstərməsinə ehtiyac yoxdur.
Əvəzləşdirilmiş açıqlamaların qısaldılmış aralıq maliyyə hesabatlarına tətbiqi
• Düzəliş aydınlaşdırır ki, açıqlamanın əvəzləşdirilmiş tələbləri qısaldılmış aralıq maliyyə hesabatlarında
tətbiq edilmir, belə açıqlamalar ən sonuncu illik hesabatda əhəmiyyətli məlumatların yenilənməsini təmin
edir.
• Düzəliş retrospektiv qaydada tətbiq edilməlidir.
15 saylı MHBS Müştərilər ilə Müqavilələrdən Gəlir
1 yanvar 2017-ci il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir.
Əsas tələblər
“Azvirt” MMC
31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi
30
15 saylı MHBS maliyyə hesabatlarının beynəlxalq standartlarının gəlirlərlə bağlı bütün mövcud tələblərini
əvəz edir (BMS 11
Tikinti Müqavilələri, BMS 18 Gəlir, BMHŞK 13 Müştəri Loyallığı Proqramları,
BMHŞK 15
Daşınmaz əmlakın tikintisi üzrə Müqavilələr, BMHŞK 18 Müştərilər Tərəfindən Aktiv
Köçürmələri və CŞK 31 Gəlir- reklam xidmətlərinin cəlb olunması ilə Barter əməliyyatları ) və müştərilərlə
müqavilələrdən irəli gələn bütün gəlirlərə aid edilir. O, həmçinin əmlak, avadanlıq və qeyri-maddi
aktivlərin, o cümlədən müəyyən qeyri-maliyyə aktivlərinin tanınması və ölçülməsi üçün model təmin edir.
Standart eyni zamanda müəssisənin gəlirlərini ölçməsi və tanıması üçün prinsipləri ehtiva edir. Burada əsas
prinsip müəssisənin mal və ya xidmətlərin müştəriyə çatdırılması müqabilində əldə edəcəyi məbləğdə
maliyyə vəsaitinin gəlir kimi tanınmasıdır.
15 saylı MHBS-in əsas prinsipləri 5 mərhələli modelin istifadəsi ilə tətbiq olunacaqdır:
1. Müştəri ilə müqavilə(lər)nin müəyyən edilməsi
2. Müqavilə üzrə icra öhdəliklərinin müəyyən edilməsi
3. Köçürmə dəyərinin müəyyən edilməsi
4. Köçürmə dəyərinin müqavilə üzrə icra öhdəliklərində ayrılması
5. İcra öhdəliyi yerinə yetirildiyi zaman gəlirin tanınması.
Standart müəssisədən öz müştəriləri ilə müqavilələrə tətbiq etdiyi modelin hər bir addımda bütün mümkün
faktları və vəziyyətləri nəzərə alaraq mühakimə aparmağı tələb edir. Standart həmçinin artan xərcləri və
birbaşa müqavilənin yerinə yetirilməsi ilə bağlı xərclərin hesablanma yollarını göstərir. 15 saylı MHBS-də
təmin edilmiş təlimat əqli mülkiyyət, lisenziya, zəmanət, geri alma hüquqları, sifarişçi-agent
tənzimləmələri, əlavə mallar və ya xidmətlər üçün seçimlər və s. bu kimi ümumi məsələlərdə yardım
məqsədilə nəzərdə tutulmuşdur.
Keçid
Dəyişikliklər müəssisələr tərəfindən bəzi azadolmalar nəzərə alınmaqla tam retrospektiv şəkildə və ya
dəyişdirilmiş retrospektiv yanaşma ilə tətbiq edə bilərlər. Erkən tətbiqetməyə icazə verilir və bu zaman
açıqlanması mütləqdir.
Təsir
15 saylı MHBS cari MHBS-dən daha əlverişlidir və daha çox təlimatla təmin edir. Açıqlama tələbləri də
daha genişdir. Standartın bütün sahələrdən olan müəssisələrə təsiri gözlənilir. Onun qəbulu müəssisənin
cari mühasibatlıq sistem və prosedurlarında potensial dəyişikliklərə səbəb olacaqdır. Məhz bu səbəbdən
erkən tətbiqetmə daha məqsədə uyğundur. Əlavə olaraq, aidiyyəti qurumlarda məsələ ilə bağlı müzakirələr
davam etməkdə olduğu üçün müəssisələrin bu müzakirələri diqqətdə saxlamaları çox əhəmiyyətlidir.
9 saylı MHBS “Maliyyə alətləri”
1 yanvar 2018-ci il tarixindən başlanan dövrlər üçün qüvvədədir.
Əsas tələblər
Maliyyə aktivlərinin təsnifatı və qiymətləndirilmə
Əgər maliyyə alətləri mənfəət və zərərdə ədalətli dəyərlə hesablanmazsa, o zaman, bütün maliyyə aktivləri
ilkin tanınmada əməliyyat xərcləri üzrə düzəlişlər edilməklə, ədalətli dəyərlə qiymətləndirilir. Borc alətləri
nəticədə mənfəət və zərərdə ədalətli dəyərlə ölçülür, amortizasiya olunmuş dəyər və yaxud ədalətli dəyər
digər məcmu gəlirdə, onların müqavilədə göstərilmiş pul vəsaitlərinin hərəkətinə və borc öhdəliklərinin
saxlanıldığı biznes modelinə əsaslanır. Əgər uçot uyğunsuzluqlarını ləğv edirsə və ya əhəmiyyətli dərəcədə
azaldılırsa, ədalətli dəyər opsionu maliyyə aktivlərinin ilkin olaraq mənfəət və zərərdə ədalətli dəyərlə
tanınmasına imkan verir. Kapital alətləri ümumiyyətlə, mənfəət və zərərdə ədalətli dəyərlə qiymətləndirilir.
Maliyyə öhdəliklərinin təsnifatı və qiymətləndirilməsi
Ədalətli Dəyər Seçimindən istifadə olunaraq mənfəət və zərərin ədalətli dəyəri ilə ölçülən maliyyə
öhdəlikləri üçün kredit riskindəki dəyişikliklərə tabe olan belə maliyyə öhdəliklərinin ədalətli dəyərindəki
dəyişikliyin məbləği Digər Məcmu Gəlirlər hesabatında təqdim olunmalıdır. Öhdəliyin kredit riski
baxımından ədalətli dəyərindəki dəyişikliyin Digər Məcmu Gəlirlər hesabatında təqdimatı Mənfəət və ya
“Azvirt” MMC
31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi
31
Zərər hesabatında mühasibat uçotu uyğunsuzluğu yaratmasına və ya artırmasına baxmayaraq, ədalətli
dəyərdəki dəyişikliyin qalanı Mənfəət və ya Zərər hesabatında təqdim edilir.
Maliyyə öhdəlikləri üçün 39 saylı
"Maliyyə Alətləri" adlı MHBS: Tanınma və Ölçülmə standartının digər
bütün təsnifat və ölçmə tələbləri, əlaqədar törəmələrin maliyyə alətlərinin ayrılması qaydaları və Ədalətli
Dəyər Seçimindən istifadə olunması üçün kriteria da daxil olmaqla, 9 saylı MHBS-ə keçirilmişdir.
Dəyərsizləşmə
Dəyərsizləşmə tələbləri 39 saylı MHBS-in çəkilmiş zərər modelini əvəz edən gözlənilən kredit zərəri
modelinə əsaslanır. Gözlənilən kredit zərəri modeli amortizasiya olunmuş ilkin dəyərlə və ya Digər Məcmu
Gəlirlər vasitəsilə Ədalətli Dəyərlə ölçülən borc alətlərinə; əksər kredit öhdəliklərinə; maliyyə zəmanəti
müqavilələrinə; 15 saylı MHBS-ə əsasən, müqavilə aktivlərinə; və 17 saylı "İcarələr" adlı MUBS-ə əsasən
lizinq üzrə debitor borclarına tətbiq edilir. Müəssisələrdən əsasən, ilkin tanınmadan bəri kredit riskində
əhəmiyyətli artımın olub-olmamasından asılı olaraq, 12 aylıq və ya ömürlük gözlənilən kredit zərərini
tanımaq tələb olunur. Bəzi debitor borcları üçün ömürlük gözlənilən kredit zərəri tanınanda sadələşdirilmiş
yanaşma tətbiq edilə bilər.
Hedcinq uçotu
Hedcinq effektivlik testi 39 saylı MUBS-dəki 80%-dən 125%-dək aydın xətt testindən perspektivlidir və
hedcinqin mürəkkəbliyindən asılı olaraq keyfiyyətli ola bilər. Risk komponenti ayrılıqda müəyyənləşdirilə
bilən və etibarlı şəkildə ölçülə bilən olarsa, maliyyə və qeyri-maliyyə alətinin risk komponenti hedcinq
maddəsi kimi təyin edilə bilər.
Opsiyonun zaman dəyəri, forvard müqaviləsinin istənilən elementində, xarici valyuta alqı-satqısındakı
əsaslı fərqlər hedcinq alətlərindən çıxarıla bilər və hedcinq xərci kimi tanına bilər.
Keçid
İlkin tətbiq olunmaya 24 iyul 2015-ci ildən sonra başlanan hesabat dövrləri üçün icazə verilir. 9 saylı
MHBS-ə keçid öz tələbləri ilə fərqlənir və bir hissəsi retrospektiv və digər bir hissəsi də prospektivdir. 9
saylı MHBS bütövlükdə tətbiq olunması tələbinə baxmayaraq, müəssisələr ilk vaxtlarda standartdakı digər
tələbləri tətbiq etmədən, yalnız Mənfəət və ya Zərər vasitəsilə Ədalətli Dəyərlə təyin edilmiş maliyyə
öhdəlikləri üzrə qazanc və itkilərin təqdimatı üçün olan tələbləri tətbiq etməyi seçə bilər.
Təsir
9 saylı MHBS-in tətbiq olunması bir çox maliyyə alətlərinin müqavilə üzrə pul vəsaitlərinin hərəkətindən
və istifadə edildiyi biznes modelindən asılı olaraq ölçülməsini və təqdimatını dəyişə bilər. Dəyərsizləşmə
tələbləri ümumiyyətlə kredit zərərlərinin daha erkən tanınması ilə nəticələnir. Yeni hedcinq modeli hedcinq
uçotunun tələblərinə cavab verən daha qənaətcil hedciq strategiyalarının tətbiqinə apara bilər.
Yuxarıda göstərilən hallardan başqa, yeni standartların və şərhlərin əhəmiyyətli dərəcədə
Müəssisənin maliyyə hesabatlarına təsiri gözlənilmir.
23.
Hesabat tarixindən sonra baş vermiş hadisələr
Maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcək hadisələr baş verməmişdir .
E.Ə.Əliyev
M.D.Məmmədov
Direktor
Baş mühasib
Dostları ilə paylaş: |