Məhdud Məsuliyyətli Cəmiyyəti 31 dekabr 2015-ci IL tarixinə



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix17.09.2018
ölçüsü1,92 Mb.
#69049
1   ...   6   7   8   9   10   11   12   13   14

“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

28 

 

Erkən tətbiq etməyə icazə verilir və müəssisələrdən bunu açıqlamaq tələb olunmur. Çünki, Şura bu düzə-



lişlərin müəssisənin mühasibat uçotu siyasətinə və uçot qiymətləndirmələrinə təsir etmədiyini hesab edir. 

 

Təsir 

Bu  düzəlişlər  MHBS-in  təqdimat  və  açıqlama  tələblərini  ödəyən  zaman  mühakimələri  tətbiq  etməkdə 

müəssisələrə yardımçı olur, tanınma və qiymətləndirilmə meyarlarına isə təsir etmir. 

 

16  saylı  MUBS  və  38  saylı  MUBS  Qəbul  olunmuş  köhnəlmə  və  amortizasiya  üsullarının 



aydınlaşdırılması – 16 saylı MUBS və 38 MUBS-ə düzəlişlər 

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir. 



 

Əsas tələblər 

Düzəlişlər  16  saylı  "Torpaq,  tikili  və  avadanlıqlar"  adlı  MUBS  və  38  saylı  "Qeyri-maddi  aktivlər"  adlı 

MUBS-in  prinsiplərini  aydınlaşdırır.  Bu  prinsipə  görə,  gəlir,  aktivin  istifadəsi  nəticəsində  sərf  olunan 

iqtisadi  faydanı  deyil,  biznes  fəaliyyətindən  yaranan  iqtisadi  faydanın  (aktivin  fəaliyyəti  nəticəsində) 

formasını  əks  etdirir.  Nəticədə,  qazanılmış  gəlirin  gözlənilən  cəmi  gəlirə  nisbəti  torpaq,  tikili  və 

avadanlıqların  köhnəlməsində  rol  oynaya  bilməz,  yalnız  çox  məhdud  şəkildə  qeyri-maddi  aktivlərin 

amortizasiyasında rol oynaya bilər. 

 

Keçid 

Düzəlişlər  prospektiv  olaraq  tətbiq  olunmalıdır.  Erkən  tətbiq  etməyə  icazə  verilir,  lakin  bu  zaman 

açıqlanmalıdır. 

 

Təsir 

Hazırda torpaq, tikili və avadanlıqlar üçün gəlir əsaslı köhnəlmə metodundan istifadə edən müəssisələr öz 

hazırki köhnəlmə üsullarını qəbul olunan metoda dəyişməli olacaqlar. Bu metod aktivin istifadə müddətinin 

əvvəlində daha çox köhnəlmə xərci tanıyan azalan qalıq metodudur. Qazanılmış gəlir qeyri-maddi aktivin 

amortizasiyası üçün çox məhdud hallarda istifadə oluna bilər. 

 

16 saylı MUBS və 41 saylı MUBS Kənd təsərrüfatı: Daşıyıcı bitkilər – 16 saylı MUBS və 41 saylı MUBS-

ə düzəlişlər  

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir. 



 

Əsas tələblər 

16 saylı MUBS və 41 saylı "Kənd təsərrüfatı" adlı MUBS-ə dəyişikliklər daşıyıcı bitkilər (məsələn, meyvə 

ağacları)  tərifinə  uyğun  olan  bioloji  aktivləri  aid  etmək  üçün  16  saylı  MUBS-in  tətbiq  sahəsini  dəyişir. 

Daşıyıcı bitkilərdə yetişən kənd təsərrüfatı məhsulları (məsələn, ağacda yetişən meyvələr) 41 saylı MUBS-

in  tətbiq  sahəsində  qalacaq.  Yeni  düzəlişlərə  əsasən,  daşıyıcı  bitkilərin  uçotu  bundan  sonrakı  ölçülmə 

məqsədilə ilkin dəyər və yenidənqiymətləndirmə dəyəri arasında seçim də daxil olmaqla, 16 saylı MUBS-

in tanınma və ölçülmə tələblərinə uyğun aparılacaq. Bundan başqa, daşıyıcı bitkilərlə əlaqəli olan hökümət 

subsidiyalarının  uçotu  41  saylı  MUBS  əvəzinə,  20  saylı  "



Hökumət  subsidiyalarının  uçotu  və  hökumət 

yardımı haqqında məlumatların açıqlanması" adlı MUBS-ə uyğun olaraq aparılacaq. 

 

Keçid 

Müəssisələr  düzəlişləri  tam  olaraq  retrospektiv  qaydada  tətbiq  edə  bilərlər.  Alternativ  olaraq,  müəssisə 

daşıyıcı  bitkiləri  göstərilmiş  erkən  dövrün  başlanğıcında  olan  ədalətli  dəyəri  ilə  qiymətləndirməyi  seçə 

bilər. Erkən tətbiqetməyə icazə verilir, lakin bu zaman açıqlanmalıdır. 



 

Təsir 

Tələblər  mənfəət  və  zərərdə  kənd  təsərrüfatı  məhsulunun  hələ  də  ədalətli  dəyərdə  qiymətləndirilməsinin 

dəyişkənliyini  istisna  etməyəcək.  Bundan  əlavə,  müəssisələr  bu  aktivlərin  daşıyıcı  bitkilərdən  ayrılıqda 

ədalətli dəyərini təyin etmək üçün müvafiq metodologiyalar müəyyən etməlidirlər. Bu, qiymətləndirmənin 

mürəkkəbliyini və subyektivliyini artıra bilər. 

 

27 saylı MUBS Fərdi Maliyyə Hesabatlarında İştirak Payı Metodu – 27 saylı MUBS-ə Dəyişikliklər 




“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

29 



1 yanvar 2016-cı il tarixindən başlanan dövrlər üçün qüvvədədir. 

Əsas tələblər 

27  saylı 



"Fərdi Maliyyə Hesabatları" adlı MUBS, öz fərdi maliyyə hesabatlarında törəmə, asılı və birgə 

müəssisələrindəki  investisiyalarını  uçota  almaq  üçün  28  saylı  MUBS-də  göstərildiyi  kimi  iştirak  payı 

metodundan istifadə etməyə icazə verir. Beləliklə, müəssisə bu investisiyalar üçün aşağıdakı üsulları nəzərə 

almalıdır: 

• İlkin dəyərdə

• 9 saylı MHBS-ə uyğun olaraq (və ya MUBS 39) və yaxud

• İştirak payı metodundan istifadə etməklə.

Müəssisə investisiyaların hər bir kateqoriyası üçün eyni uçotu tətbiq etməlidir. 

Həmçinin,  1  saylı 

“Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarının  ilk  dəfə  tətbiq  edilməsi”  adlı 

MHBS-ə  da  əhəmiyyətli  düzəlişlər  olunmuşdur.  1  saylı  MHBS-ə  düzəlişlər,  fərdi  maliyyə  hesabatlarında 

investisiyaların uçotunu ilk dəfə tətbiq edənə icazə verir ki, investisiya əldə olunmasına aid əvvəlki biznes 

birləşmələrinə görə 1 saylı MHBS-in güzəştini tətbiq etmək üçün iştirak payı metodunu istifadə etsin. 



Keçid 

Dəyişikliklər retrospektiv şəkildə tətbiq edilməlidir. Erkən tətbiqetməyə icazə verilir və açıqlanmalıdır. 



Təsir 

Düzəlişlər  qanunların  törəmə,  asılı  və  birgə  müəssisələrin  nəzərə  alınması  ilə  fərdi  maliyyə  hesabatlarını 

iştirak payı metodu ilə təqdim etməsini tələb etdiyi halda, ölkələr üçün Ümumi Qəbul Olunmuş Mühasibat 

Uçotu Prinsiplərinin (ÜQOMUP) fərqlərini aradan qaldırır. 



5 saylı “Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı MHBS 

Silinmə üsullarında dəyişikliklər 

• Aktivlər (və ya silinmə qrupları) ümumiyyətlə, ya satış,

 ya da mülkiyyətçilər arasında bölüşdürülməsi ilə

silinir. Düzəliş aydınlaşdırır ki, satış üsullarından birində dəyişiklik satışın yeni planı kimi göstərilə bilməz, 

əksinə o, əsas planın davamıdır. Bu, 5 saylı MHBS-də tələblərin tətbiqinin fasiləsizliyi səbəbindəndir. 

• Düzəliş prospektiv olaraq tətbiq edilməlidir.

7 saylı MHBS “Maliyyə alətləri”: Açıqlamalar 

Xidməti müqavilələr 

• Düzəliş  aydınlaşdırır  ki,  xidmət  haqqını  özündə  əks  etdirən  xidməti  müqavilə  maliyyə  aktivlərində

davamlı  olaraq  əksini  tapa  bilər.  Müəssisə  tələb  olunan  açıqlamaların  dəyərləndirilməsi  üçün  7  saylı 

MHBS-in  B30  bəndində  və  7  saylı  MHBS-in  42C  bəndində  xidmət  haqqının  növünü  və  sözləşməni 

qiymətləndirməlidir. 

• Davamlı  olaraq  təşkil  olunan  xidməti  müqavilələrin  qiymətləndirilməsi  retrospektiv  olmalıdır.  Lakin,

tələb  olunan  açıqlamaların  müəssisənin  dəyişiklikləri  ilk  tətbiq  etdiyi  dövrdən  əvvəlki  hər  hansı  dövrü 

göstərməsinə ehtiyac yoxdur. 



Əvəzləşdirilmiş açıqlamaların qısaldılmış aralıq maliyyə hesabatlarına tətbiqi 

• Düzəliş  aydınlaşdırır  ki,  açıqlamanın  əvəzləşdirilmiş  tələbləri  qısaldılmış  aralıq  maliyyə  hesabatlarında

tətbiq edilmir, belə açıqlamalar ən sonuncu illik hesabatda əhəmiyyətli məlumatların yenilənməsini təmin 

edir. 


• Düzəliş retrospektiv qaydada tətbiq edilməlidir.

15 saylı MHBS Müştərilər ilə Müqavilələrdən Gəlir 

1 yanvar 2017-ci il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir. 



Əsas tələblər 


“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

30 



15 saylı MHBS maliyyə hesabatlarının beynəlxalq standartlarının gəlirlərlə bağlı bütün mövcud tələblərini 

əvəz  edir  (BMS  11



  Tikinti  Müqavilələri,  BMS  18  Gəlir,  BMHŞK  13  Müştəri  Loyallığı  Proqramları

BMHŞK  15 



Daşınmaz  əmlakın  tikintisi  üzrə  Müqavilələr,  BMHŞK  18  Müştərilər  Tərəfindən  Aktiv 

Köçürmələri və CŞK 31 Gəlir- reklam xidmətlərinin cəlb olunması ilə Barter əməliyyatları ) və müştərilərlə 

müqavilələrdən  irəli  gələn  bütün  gəlirlərə  aid  edilir.  O,  həmçinin  əmlak,  avadanlıq  və  qeyri-maddi 

aktivlərin, o cümlədən müəyyən qeyri-maliyyə aktivlərinin tanınması və ölçülməsi üçün model təmin edir. 

Standart eyni zamanda müəssisənin gəlirlərini ölçməsi və tanıması üçün prinsipləri ehtiva edir. Burada əsas 

prinsip  müəssisənin  mal  və  ya  xidmətlərin  müştəriyə  çatdırılması  müqabilində  əldə  edəcəyi  məbləğdə 

maliyyə vəsaitinin gəlir kimi tanınmasıdır. 

15 saylı MHBS-in əsas prinsipləri 5 mərhələli modelin istifadəsi ilə tətbiq olunacaqdır: 

1. Müştəri ilə müqavilə(lər)nin müəyyən edilməsi

2. Müqavilə üzrə icra öhdəliklərinin müəyyən edilməsi

3. Köçürmə dəyərinin müəyyən edilməsi

4. Köçürmə dəyərinin müqavilə üzrə icra öhdəliklərində ayrılması

5. İcra öhdəliyi yerinə yetirildiyi zaman gəlirin tanınması.

Standart müəssisədən öz müştəriləri ilə müqavilələrə tətbiq etdiyi modelin hər bir addımda bütün mümkün 

faktları  və  vəziyyətləri  nəzərə  alaraq  mühakimə  aparmağı  tələb  edir.  Standart  həmçinin  artan  xərcləri  və 

birbaşa müqavilənin yerinə yetirilməsi ilə bağlı xərclərin hesablanma yollarını göstərir. 15 saylı MHBS-də 

təmin  edilmiş  təlimat  əqli  mülkiyyət,  lisenziya,  zəmanət,  geri  alma  hüquqları,  sifarişçi-agent 

tənzimləmələri,  əlavə  mallar  və  ya  xidmətlər  üçün  seçimlər  və  s.  bu  kimi  ümumi  məsələlərdə  yardım 

məqsədilə nəzərdə tutulmuşdur. 



Keçid 

Dəyişikliklər  müəssisələr  tərəfindən  bəzi  azadolmalar  nəzərə  alınmaqla  tam  retrospektiv  şəkildə  və  ya 

dəyişdirilmiş  retrospektiv  yanaşma  ilə  tətbiq  edə  bilərlər.  Erkən  tətbiqetməyə  icazə  verilir  və  bu  zaman 

açıqlanması mütləqdir. 



Təsir 

15 saylı MHBS cari MHBS-dən daha  əlverişlidir və daha  çox təlimatla təmin edir. Açıqlama tələbləri də 

daha  genişdir.  Standartın  bütün  sahələrdən  olan  müəssisələrə  təsiri  gözlənilir.  Onun  qəbulu  müəssisənin 

cari  mühasibatlıq  sistem  və  prosedurlarında  potensial  dəyişikliklərə  səbəb  olacaqdır.  Məhz  bu  səbəbdən 

erkən tətbiqetmə daha məqsədə uyğundur. Əlavə olaraq, aidiyyəti qurumlarda məsələ ilə bağlı müzakirələr 

davam etməkdə olduğu üçün müəssisələrin bu müzakirələri diqqətdə saxlamaları çox əhəmiyyətlidir.

 

9 saylı MHBS “Maliyyə alətləri” 

1 yanvar 2018-ci il tarixindən başlanan dövrlər üçün qüvvədədir.

 

Əsas tələblər 

Maliyyə aktivlərinin təsnifatı və qiymətləndirilmə 

Əgər maliyyə alətləri mənfəət və zərərdə ədalətli dəyərlə hesablanmazsa, o zaman, bütün maliyyə aktivləri 

ilkin tanınmada əməliyyat xərcləri üzrə düzəlişlər edilməklə, ədalətli dəyərlə qiymətləndirilir. Borc alətləri 

nəticədə mənfəət və zərərdə ədalətli dəyərlə  ölçülür, amortizasiya olunmuş dəyər və  yaxud ədalətli dəyər 

digər  məcmu  gəlirdə,  onların  müqavilədə  göstərilmiş  pul  vəsaitlərinin  hərəkətinə  və  borc  öhdəliklərinin 

saxlanıldığı biznes modelinə əsaslanır. Əgər uçot uyğunsuzluqlarını ləğv edirsə və ya əhəmiyyətli dərəcədə 

azaldılırsa,  ədalətli  dəyər  opsionu  maliyyə  aktivlərinin  ilkin  olaraq  mənfəət  və  zərərdə  ədalətli  dəyərlə 

tanınmasına imkan verir. Kapital alətləri ümumiyyətlə, mənfəət və zərərdə ədalətli dəyərlə qiymətləndirilir.  



Maliyyə öhdəliklərinin təsnifatı və qiymətləndirilməsi

 

Ədalətli  Dəyər  Seçimindən  istifadə  olunaraq  mənfəət  və  zərərin  ədalətli  dəyəri  ilə  ölçülən  maliyyə 

öhdəlikləri üçün kredit riskindəki dəyişikliklərə tabe olan belə maliyyə öhdəliklərinin ədalətli dəyərindəki 

dəyişikliyin  məbləği  Digər  Məcmu  Gəlirlər  hesabatında  təqdim  olunmalıdır.  Öhdəliyin  kredit  riski 

baxımından  ədalətli  dəyərindəki  dəyişikliyin  Digər  Məcmu  Gəlirlər  hesabatında  təqdimatı  Mənfəət  və  ya 



“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

31 



Zərər  hesabatında  mühasibat  uçotu  uyğunsuzluğu  yaratmasına  və  ya  artırmasına  baxmayaraq,  ədalətli 

dəyərdəki dəyişikliyin qalanı Mənfəət və ya Zərər hesabatında təqdim edilir.

  

Maliyyə öhdəlikləri üçün 39 saylı



 "Maliyyə Alətləri" adlı MHBS: Tanınma və Ölçülmə standartının digər 

bütün təsnifat  və ölçmə tələbləri, əlaqədar törəmələrin maliyyə alətlərinin  ayrılması qaydaları  və Ədalətli 

Dəyər Seçimindən istifadə olunması üçün kriteria da daxil olmaqla, 9 saylı MHBS-ə keçirilmişdir. 

Dəyərsizləşmə

 

Dəyərsizləşmə  tələbləri  39  saylı  MHBS-in  çəkilmiş  zərər  modelini  əvəz  edən  gözlənilən  kredit  zərəri 

modelinə əsaslanır. Gözlənilən kredit zərəri modeli amortizasiya olunmuş ilkin dəyərlə və ya Digər Məcmu 

Gəlirlər  vasitəsilə  Ədalətli  Dəyərlə  ölçülən  borc  alətlərinə;  əksər  kredit  öhdəliklərinə;  maliyyə  zəmanəti 

müqavilələrinə; 15 saylı MHBS-ə əsasən, müqavilə aktivlərinə; və 17 saylı "İcarələr" adlı MUBS-ə əsasən 

lizinq  üzrə  debitor  borclarına  tətbiq  edilir.  Müəssisələrdən  əsasən,  ilkin  tanınmadan  bəri  kredit  riskində 

əhəmiyyətli  artımın  olub-olmamasından  asılı  olaraq,  12  aylıq  və  ya  ömürlük  gözlənilən  kredit  zərərini 

tanımaq tələb olunur. Bəzi debitor borcları üçün ömürlük gözlənilən kredit zərəri tanınanda sadələşdirilmiş 

yanaşma tətbiq edilə bilər. 

Hedcinq uçotu 

Hedcinq  effektivlik  testi  39  saylı  MUBS-dəki  80%-dən  125%-dək  aydın  xətt  testindən  perspektivlidir  və 

hedcinqin mürəkkəbliyindən asılı olaraq keyfiyyətli ola bilər. Risk komponenti ayrılıqda müəyyənləşdirilə 

bilən  və  etibarlı  şəkildə  ölçülə  bilən  olarsa,  maliyyə  və  qeyri-maliyyə  alətinin  risk  komponenti  hedcinq 

maddəsi kimi təyin edilə bilər.  

Opsiyonun  zaman  dəyəri,  forvard  müqaviləsinin  istənilən  elementində,  xarici  valyuta  alqı-satqısındakı 

əsaslı fərqlər hedcinq alətlərindən çıxarıla bilər və hedcinq xərci kimi tanına bilər. 

Keçid 

İlkin  tətbiq  olunmaya  24  iyul  2015-ci  ildən  sonra  başlanan  hesabat  dövrləri  üçün  icazə  verilir.  9  saylı 

MHBS-ə keçid öz tələbləri ilə fərqlənir və bir hissəsi retrospektiv və digər bir hissəsi də prospektivdir. 9 

saylı MHBS bütövlükdə tətbiq olunması tələbinə baxmayaraq, müəssisələr ilk vaxtlarda standartdakı digər 

tələbləri  tətbiq  etmədən,  yalnız  Mənfəət  və  ya  Zərər  vasitəsilə  Ədalətli  Dəyərlə  təyin  edilmiş  maliyyə 

öhdəlikləri üzrə qazanc və itkilərin təqdimatı üçün olan tələbləri tətbiq etməyi seçə bilər. 



Təsir 

9 saylı MHBS-in tətbiq olunması bir çox maliyyə alətlərinin müqavilə üzrə pul vəsaitlərinin hərəkətindən 

və istifadə edildiyi biznes modelindən  asılı olaraq ölçülməsini  və təqdimatını dəyişə bilər. Dəyərsizləşmə 

tələbləri ümumiyyətlə kredit zərərlərinin daha erkən tanınması ilə nəticələnir. Yeni hedcinq modeli hedcinq 

uçotunun tələblərinə cavab verən daha qənaətcil hedciq strategiyalarının tətbiqinə apara bilər. 

Yuxarıda  göstərilən  hallardan  başqa,  yeni  standartların  və  şərhlərin  əhəmiyyətli  dərəcədə 

Müəssisənin maliyyə hesabatlarına təsiri gözlənilmir. 

23. 

Hesabat tarixindən sonra baş vermiş hadisələr

Maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcək hadisələr baş verməmişdir . 

E.Ə.Əliyev 

 M.D.Məmmədov  

Direktor 

Baş mühasib   



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə