Məhdud Məsuliyyətli Cəmiyyəti 31 dekabr 2015-ci IL tarixinə



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix17.09.2018
ölçüsü1,92 Mb.
#69049
1   ...   6   7   8   9   10   11   12   13   14

“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

24 

 

məqsəd, bu risklərin azaldılması  üçün   nəzərdə tutulan  daxili qayda  və prosedurlara müvafiq qaydada 



riayət edilməsini təmin  etməkdən  ibarətdir.  

 

Bazar riski 

Cəmiyyət bazardakı  ümumi və spesifik  dəyişikliklərə  məruz qalan faiz, valyuta və pay alətləri üzrə  açıq  

mövqelər  ilə əlaqədar bazar risklərinə  məruz qalır. Bazarda daha əhəmiyyətli  dəyişikliklərin baş verdiyi  

halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının  qarşısı alınır.  Qəbul edilmiş  normalar  ilə 

uzunmüddətli  borcların  bazar  dəyəri  onların  daşınan  dəyərilə  dəyişə  bilər.  Aşağıdakı  bölmələrdə  

analizlərin həssaslığı 31 dekabr 2015 və 2014-cü  ilə daxildir.  Həssaslıq analizləri təmiz borcun miqdarı, 

xarici valyutalarda maliyyə alətlərinin proporsiyasi, törəmələrin və hedcinq dizaynları  əsasında 31 dekabr 

2013-cü ildə hazırlanmışdır. Analizlər pensiyə və digər öhdəliklərin və xarici əməliyyatlarla bağlı hər nası 

bir aktiv və öhdəliklərin qalıq dəyərindəki dəyişiklikləri istisan edir. 

Hər  hansı  bir  təhlillər  pensiya  və  digər  post-pensiya  öhdəlikləri,  müddəaları  balans  dəyəri  və  qeyri-

maliyyə  aktivlərinin  və  xarici əməliyyatların  öhdəlikləri  üzrə  bazar  parametrlərində  hərəkətlərin  təsirini 

istisna edir. 

Aşağıdakı fikirlər həssaslıq analizlərini hesablayarkən  edilmişdir: 

  Mühasibat balansı həssaslığı  yalnız törəmələrə və satış  üçün mümkün olan borc alətlərilə əlaqəlidir 



 

  Gəlir bəyanatının həssaslığı  il ərzində faiz gəlirlərində qəbul edilən  faiz dərəcələrinin dəyişməsinin, 



31  dekabr  2015-ci  ilə  qalmış  qeyri-ticarət  maliyyə  aktiv  və  öhdəliklərinin  və  hedcinq    alətlərinin 

effektidir.  

 



  31  dekabr  2015-ci  il  tarixinə  kapitalın  həssaslığı,  satış  üçün  mümkün  olan  maliyyə  aktivlərinin 



yenidən hesablanması, hər hansı hedcinq birləşməsi və mübadilələrin nəgd pul hərəkətinin hedcinqi 

kimi müəyyən edilməsi və faiz dərəcələrində qəbul edilən dəyişikliklər əsasında hesablanır. Kapitalın 

həssaslığı, vaxtı catmış aktiv və mübadilə əsasında analiz edilir.  

Faiz dərəcəsi riski 

Faiz  dərəcəsi  riski  maliyyə  alətinin  gələcək  nəğd  pul  axınlarının  ədalətli  dəyərinin  bazar  faizlərində 

dəyişikliklər səbəbdən tərəddüd edəcəyi riskdir. Şirkətin  bazar faiz dərəcələrinin dəyişilmə riskinə məruz 

qalması, Cəmiyyətin əsas uzunmüddətli borc öhdəlikləri ilə əlaqəlidir. 

Cəmiyyət  faiz  dərəcəsi  riskini,  balans  olunmuş  sabit  və  dəyişkən  dərəcəli  kredit  portfeli  və  borclarına 

malik olmaqla idarə edir. Cəmiyyətin siyasəti borclarını 80-90 % arasında sabit faiz dərəcəsi ilə saxlamaq 

və  borcları dayandırılmış əməliyyatlardan çıxarmaqdır.  Bunu idarə etmək üçün şirkət faizli svoplardan 

istifadə  edir.milli  qanunvericilikdən  üstün  olan  sabit  və  dəyişən  faizlər  arasındakı  fərqlərlə  mübadilə 

edəcəkdir.  Bu  svoplar  borc  öhdəliklərinin  hedcinqi  üçün  nəzərdə  tutulmuşdur.  31  dekabr  2014  və  31 

dekabr 2015-ci illər üçün Cəmiyyətin heç bir borcları yoxdu. 

 

Faiz dərəcəsi həssaslığı 

Cəmiyyət  banklardan  heç  bir  borc  məbləği  götürməyi  düşünmür  və  buna  görə  də  heç  bir  faiz  dərəcəsi 

həssaslığı nəzərdən keçirilmir.  

 

Xarici valyuta riski 

Xarici  valyuta    riski  maliyyə  alətinin  gələcək  nağd  pul  axınlarının  ədalətli  dəyərinin  xarici  valyuta 

dərəcəsində  dəyişikliklər  səbəbdən  tərəddüd  edəcəyi  riskdir.  Şirkətin  xarici  valyuta  dərəcələrindəki  

dəyişiklik  riskinə  məruz  qalması,  Şirkətin  əməliyyat  fəaliyyəti  (  gəlir  və  xərclə  başqa  valyutada 

göstərilərkən)  və  investisiyaları  ilə  əlaqəlidir.  Cəmiyyət  xarici  valyuta  riskini  24  ay  ərzində  təsir  edən 

əməliyyatları sığortalamaq ilə idarə edir. Vacib olan əməliyyatlar heç bir vaxt limiti olmadan sığortalanır.   

Xarici valyutada əməliyyatlar çox cüzi olduğundan xarici valyuta riski nəzərə alınmır. 

 

Kredit riski 



“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

25 

 

Cəmiyyətin kredit riski konsentrasiyasi üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul  



və  debitor  borclarından  ibarətdir.  Cəmiyyətin  pul  depozitləri  mötəbər  maliyyə  idarələrində 

yerləşdirilmişdir. 



22. 

Qəbul olunmuş lakin qüvvədə olmayan standartlar 

 

Maliyyə hesabatlarının hazırlanması üçün növbəti yeni, düzəliş və dəyişikliklər edilmiş bəyanatlar 



ilk dəfə 1 yanvar 2015-ci il tarixindən başlayan maliyyə ili üçün icbaridir (Bu siyahı aralıq maliyyə 

hesabatlarına  və  ya  BMUS-un  ilk  tətbiqçilərinə,  onların  BMUS  Hesabatlarına  təsir  edən  yeni  və 

dəyişdirilmiş tələblər barədə məlumatı ehtiva etmir). 

 

BMHS 9 standartı “Maliyyə Alətləri” (2009 - cu ilin noyabr ayında buraxılmış və 2010 - cu ilin oktyabr 



ayında dəyişdirilmişdir)- Bu standart maliyyə aktivlərinin təsnifatı üzrə növbəti yeni tələbləri təqdim edir: 

•  “Biznes modeli” və “Pul vəsatlərinin hərəkəti xüsusiyyətləri” test modellərinin hər ikisinin tələblərinə 

cavab verən borc alətləri amortizasiya olunmuş maya dəyərində ölçülür. (bəzi məhdud hallarda ədalətli 

dəyərin tətbiq olunması yol veriləndir) 

•    Kapital  alətlərinə  investisiyalar  yalnız  mənfəət  və  ya  zərərdə  tanınmış  dividendlərlə  "digər  məcmu  gəlir 

daxilində ədalətli dəyər" kimi təyin edilə bilər. 

Bütün digər maliyyə alətləri (törəmələr də daxil olmaqla) hər bir hesabat dövrünün sonunda ədalətli dəyərlə 

ölçülür. 

•    “Əlaqədar  törəmə  alətləri”  anlayışı  Standard  daxilində  maliyyə  aktivləri  üçün tətbiq  edilmir  və 

bütünlüklə yuxarıda qeyd olunan qaydalara uyğun olaraq tanınmalı və ölçülməlidir. 

 

Yenidən işlənmiş 9 №-li BMHS maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsi üzrə yeni tələbləri və BMUS 



39 

Maliyyə  Alətləri:  Tanınma  və  ölçülmə  üzrə  mövcud  tanınmanın  dayandırılması  tələblərini  özündə 

birləşdirir. 

Yenidən  işlənmiş  maliyyə  öhdəlikləri  üzrə  ehtiyyatlar  əksər  öhdəliklər  üçün  amortizasiya  olunmuş  maya 

dəyərini qoruyub saxlamışdır. Yeni tələblər müəssisə öhdəliklərini  mənfəət və ya zərər vasitəsilə ədalətli 

dəyərdə  tanıdığı  zaman  tətbiq  olunur  -  bu  halda,  müəssisənin  kredit  riskinə  bağlı  ədalətli  dəyərindəki 

dəyişiklik mənfəət və ya zərər hesabatında deyil, digər məcmu gəlirlərdə tanınır. 

Maliyyə  öhdəliklərinin  təsnifatı  və  ölçülməsi  ilə  bağlı  BMHS  9-un  ən  əhəmiyyətli  təsiri  maliyyə 

öhdəliyinin ədalətli dəyərində dəyişikliklərin uçotu ilə bağlıdır ki, kredit riskində dəyişiklik mənfəət və ya 

zərər vasitəsilə ədalətli dəyərlə təyin edilir . Xüsusilə, 9 saylı BMHS, mənfəət və ya zərər vasitəsilə ədalətli 

dəyərlə nəzərdə tutulmuş maliyyə öhdəlikləri üçün, maliyyə öhdəliyinin ədalətli dəyərindəki kredit riskinə 

aid dəyişikliyinin məbləği mənfəət və zərərdə uyğunsuzluq və kənarlaşmalara səbəb olmadığı halda digər 

məcmu  gəlirdə  tanınır.  Maliyyə  öhdəliyi  üzrə  kredit  riskinə  aid  edilən  ədalətli  dəyərdə  dəyişikliklər 

mənfəət  və  zərər  hesabatından  kənar  təsnifləşdirilmir.  Hal-hazırda,  39  saylı  BMUS-a  əsasən,  maliyyə 

öhdəliyinin ədalətli dəyərindəki dəyişikliklərin məbləği ədalətli dəyərdə olduğu kimi bütünüklə mənfəət və 

ya zərərdə tanınır. 

Tanınmanın  dayandırılması  ilə  bağlı  müddəalar  BMUS  39-dan  demək  olar  ki,  dəyişməz  olaraq 

keçirilmişdir.  BMHS  9,  dəyərsizləşmə  üzrə  tələblər,  təlimat  və  hedcinq  uçotu  daxil  olmaqla  1 

Yanvar 2015-ci il və ondan sonrakı illik dövrlər üçün qüvvəyə minir. Müəssisə rəhbərləri təxmin 

edirlər  ki,  BMHS  9  qüvvədə  olduğu  dövrdən  başlayaraq  tətbiq  olunacaq  və  onun  tətbiqi 

müəssisənin  maliyyə  hesabatlarına  əhəmiyyətli  dərəcədə  təsir  göstərəcək.  Lakin  ətraflı  baxış 

tamamlanana qədər həmin təsir ilə bağlı əsaslı mülahizələrin irəli sürülməsi əlverişli deyil. 

 

Nəşr edilmiş, lakin hələ qüvvəyə minməmiş yeni və yenidən işlənmiş bildirişlər

 

Müəssisə BMUSŞ-ın buraxdığı, lakin hələ 1 Yanvar 2015-ci il tarixində başlayan maliyyə ili üçün 



qüvvəyə  minməyən,  aşağıdakı  yeni,  yenidən  işlənmiş  və  ya  düzəlişlər  edilmiş  bildirişləri  tətbiq 

etməmişdir. Müəssisə rəhbərləri yeni standartların, düzəlişlərin və şərhlərin Müəssisənin maliyyə 

hesabatlarına qəbulunu həmin dövrlər üçün nəzərdə tutur və gələcək dövrlərdə qüvvəyə minəcək 



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə