Məhdud Məsuliyyətli Cəmiyyəti 31 dekabr 2015-ci IL tarixinə



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix17.09.2018
ölçüsü1,92 Mb.
#69049
1   ...   6   7   8   9   10   11   12   13   14

“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

26 

 

bütün  yeni  standartların,  düzəlişlərin  və  şərhlərin  potensial  təsirini  praktiki  cəhətdən  mümkün 



olduğu qədər qiymətləndirmişdir. 

 

10  saylı  MHBS    28  saylı  MUBS  -Payçı  və  Onun  Asılı  müəssisəsi  və  ya  Birgə  Müəssisəsi  Arasında 

Aktivlərin Satışı və ya Əvəzsiz Verilməsi – 10 saylı MHBS və 28 saylı MUBS-ə düzəlişlər 1 yanvar 2016-

cı il tarixindən başlanan dövrlər üçün qüvvədədir. 

 

Əsas tələblər 

Düzəlişlər  10  saylı  MHBS  və  28  saylı  MUBS  arasında  satılmış,  asılı  və  ya  birgə  müəssisəyə  çevrilmiş 

törəmə  müəssisədə  nəzarətin  itirilməsinə  aid  ziddiyyətlərlə  bağlıdır.  Düzəlişlər  aydınlıq  gətirir  ki, 



"Müəssisələrin Birləşməsi" adlı 3 saylı MHBS-də payçı  və onun asılı müəssisəsi  və ya birgə  müəssisəsi 

arasında  biznesə  aid  olan  aktivlərin  satışından  və  ya  bağışlanılmasından  yaranan  gəlir  və  ya  zərər  tam 

tanınmalıdır.  Belə  ki,  biznesə  aid  olmayan  aktivlərin  satışından  və  ya  əvəzsiz  verilməsindən  gəlir  və  ya 

zərər asılı və ya birgə müəssisədə əlaqəli olmayan payçıların maraqları çərçivəsində tanınmalıdır. 



 

Keçid 

Düzəlişlər  prospektiv  olaraq  tətbiq  olunmalıdır.  Erkən  tətbiqetməyə  icazə  verilir,  lakin  bu  zaman 

açıqlamalar verilməlidir. 

 

Təsir  

Düzəlişlər  təcrübədə  müxtəlifliyi  aradan  qaldıracaq  və  maliyyə  hesabatlarını  hazırlayanlara  bu  cür 

əməliyyatları  qeydə  almaq  üçün  əsaslı  qaydalar  toplusu  verəcəkdir.  Lakin,  biznes  anlayışının  tətbiqi 

mübahisəlidir və müəssisələr bu anlayışı belə əməliyyatlarda ehtiyatla nəzərə almalıdırlar. 

 

10 saylı MHBS, 12 saylı MHBS və 28 saylı MUBS İnvestisiya müəssisələri: Konsolidasiyada istisnalara 

tətbiq  olunur  –  10  saylı  MHBS,  12  saylı  MHBS  və  28  saylı  MUBS-ə  düzəlişlər  1  yanvar  2016-cı  il 

tarixindən başlanan dövr üçün qüvvəyə minir. 



 

Əsas tələblər 

Düzəlişlər  investisiya  müəssisələrinə  10  saylı  MHBS  altında  tətbiq  olunan  istisna  hallarını  əhatə  edir.  10 

saylı  MHBS-ə  düzəlişlər  bütün  törəmə  müəssisələrini  ədalətli  dəyərlə  ölçən  investisiya  müəssisəsinin 

törəməsi  olan  ana  şirkətin  konsolidə  edilmiş  maliyyə  hesabatlarının  təqdimatından  (MHBS  10.4)  azad 

edilməsinə  aydınlıq  gətirir.  Bundan  əlavə,  düzəlişlər  izah  edir  ki,  özü  investisiya  müəssisəsi  olmayıb 

investisiya  müəssisələrinə  dəstək  xidmətləri  göstərən  və  investisiya  müəssisənin  törəmə  şirkəti  olan 

təşkilatlar  konsolidə  edilir.  İnvestisiya  müəssisəsinin  bütün  digər  törəmə  müəssisələri  ədalətli  dəyərlə 

ölçülür.  28  saylı  MUBS-ə  düzəlişlər  pay  metodunun  tətbiqi  zamanı  investora  investisiya  müəssisəsinin 

ədalətli  dəyər  ölçüsünü  törəmə  şirkət  və  ya  birgə  müəssisələrdən  əldə  olunan  gəlirlərə  aid  etməyə  imkan 

verir. 


 

Keçid 

Dəyişikliklər  retrospektiv  şəkildə  tətbiq  edilməlidir.  Erkən  tətbiqetməyə  icazə  verilir  və  bu  zaman 

açıqlanması mütləqdir. 

 

Təsir 

10 saylı MHBS və 28 saylı MUBS-ə düzəlişlər daha ardıcıl standartları tətbiq edənlər üçün faydalı izahatlar 

təmin  edir. Lakin, çoxmərtəbəli struktura malik investisiya müəssisələrini təcrübədə müəyyən  etmək hələ 

də çətinlik təşkil edə bilər. 

 

11 saylı “Birgə Əməliyyatlar uçotu” adlı MHBS - 11 saylı MHBS-ə dəyişikliklər edilməsi  

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir. 



 

Əsas tələblər 

Bu  dəyişikliklər  birgə  əməliyyatlarda  pay  əldə  edən  müəssisədən  3  saylı  MHBS  və  digər  MHBS 

prinsiplərini tətbiq edərkən 11 saylı MHBS-in tələblərilə ziddiyyət təşkil edilməməsini tələb edir. Bundan 

əlavə,  həmin  müəssisələrdə  biznes  birləşməsi  ilə  əlaqədar  MHBS  tərəfindən  tələb  olunan  məlumatlar  da 




“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

27 

 

açıqlamalıdır. Dəyişikliklər həmçinin müəssisə tərəfindən yaradılan birgə əməliyyatlara da yalnız və yalnız 



mövcud  biznesin  bu  əməliyyatların  formalaşmasında  birbaşa  təsirə  malik  olduğu  halda  tətbiq  edilir. 

Bundan başqa, dəyişikliklər birgə əməliyyat fəaliyyəti üzərində nəzarəti saxlamaqla, əlavə maraqların əldə 

olunması üçün daha əvvəl mövcud olan maraqların yenidən qiymətləndirilməsinin tələb edilmədiyi hallara 

da aydınlıq gətirir. 

 

Keçid 

Dəyişikliklər prospektiv şəkildə tətbiq edilir. Erkən tətbiqetməyə icazə verilir və bu zaman açıqlanmalıdır. 

 

Təsir 

11 saylı MHBS-ə düzəlişlər, biznes və ya aktivin əldə olunub olunmamasını müəyyən etmək üçün həyata 

keçirilən  qiymətləndirmə  əməliyyatlarının  həcmini  artırır  ki,  bu  da  kifayət  qədər  mübahisəli  məsələdir. 

Müəssisələr müvafiq əməliyyatlara və mövcud vəziyyətə uyğun uçot metodu seçməlidir. 



 

14 saylı MHBS - Təxirə Salınmış Nizamlayıcı Hesablar 

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir. 



 

Əsas tələblər 

14 saylı MHBS qanunvericiliklə tələb olunan uçot siyasətini tətbiq edən müəssisələrə ilk dəfə MHBS tətbiq 

etdikləri dövrə qədər bu siyasəti davam etdirməyə icazə verir. Standard mövcud MHBS hazırlayanlara da 

aid edilmir. Həmçinin, müəssisənin cari ümumi qəbul edilmiş uçot prinsipləri dövlət tənzimləməsilə aktiv 

və öhdəliklərin tanınmasına icazə vermirsə, və ya onun cari uçot qaydalarına uyğun, belə bir siyasət qəbul 

edilməyibsə MHBS-in ilk dəfə tətbiqi zamanı da buna yol  verilməyəcəkdir. 14 saylı MHBS-i qəbul edən 

müəssisələr təxirə salınan hesab qalıqlarını maliyyə vəziyyəti haqqında hesabatda ayrıca sətirdə göstərməli, 

mənfəət və ya zərər və digər məcmu gəlirlər hesabatında ayrıca gəlir-xərc maddəsi kimi təqdim etməlidir.

 

Standart  qeyd  olunan  hesabların  xarakterik  xüsusiyyətlərinin  və  onlarla  bağlı  risklərin  açıqlanmasını, 



həmçinin qanunvericilik tənzimlənməsinin müəssisənin  maliyyə hesabatlarına təsiri ilə bağlı açıqlamaların 

təqdim olunmasını tələb edir. 

  

Keçid 

Erkən tətbiqetmə mümkündür və açıqlanmalıdır. 

 

Təsir 

14 saylı MHBS ilk dəfə MHBS tətbiq etməyə başlayan müəssisələri qanunvericilik tənzimləməsilə tanınan 

aktiv  və  öhdəliklərinin  geri  tanınması  tələbindən  bu  qəbildən  olan  aktiv  və  öhdəliklərin  uçotu  ilə  bağlı 

hərtərəfli layihə MUBSŞ tərəfindən hazırlanana qədər azad edir. Bu cür layihənin hazırlanması MUBSK-

nın gündəmində aktualdır. 

1 saylı MUBS Açıqlama Təşəbbüsü – 1 saylı MUBS-ə düzəlişlər. 

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir. 



 

Əsas tələblər 

“Maliyyə  Hesabatlarının  Təqdimatı”  adlı  1  saylı  MUBS-ə  düzəlişlər  əhəmiyyətli  dəyişikliklərdən  daha 

çox, mövcud 1 saylı MUBS-in tələblərini aydınlaşdırır.

 

 

Düzəlişlər aşağıdakılara aydınlıq gətirir: 



• 1 saylı MUBS-də əhəmiyyətlilik tələblərinə; 

• mənfəət və ya zərər və digər məcmu gəlir,  eləcə də maliyyə vəziyyəti haqqında hesabatı(ları)nın xüsusi 

bəndləri daha ətraflı açıqlanmasına; 

• Müəssisələrin maliyyə hesabatları üzrə qeydlərdə sərbəstliyin mövcudluğuna; 

•  Asılı  və  birgə  müəssisələrin  digər  məcmu  gəlirdə  payı  iştirak  payı  metodundan  istifadə  edilməklə,  cəm 

halında  bir  maddə  kimi  təqdim  olunmalıdır  və  sonradan  mənfəət  və  zərərə  təsnifləşdirilməyən  və  ya 

təsnifləşdiriləcək maddələr arasında qruplaşdırılmalıdır.  

Bundan  başqa,  düzəlişlər,  maliyyə  vəziyyəti  və  mənfəət  və  zərər  hesabatlarında  və  digər  məcmu  gəlirdə 

əlavə yarımmaddələrə tətbiq edilən tələbləri aydınlaşdırır.

 

Keçid 




Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə