30
olan «Dədə Qorqud» hekayələri vətənpərvərliyin, xalq igidliyinin, vəfa və
fədakarlığın bir Ģah əsəri deyil, «Orta çağ dərəbəyi çapovulçuluğu» ilə «islami geri
fikirləri» yayan bir irtica əsəri imiĢ!
Milliyyət, vətən, hürriyyət və istiqlal fikirlərini tərvc (dəstəkləyən) edən
dünənki bütün Ģöhrətlilər indi yeni meyar ilə ölçülür: hürriyyət və istiqlal fikrinin
qəhrəmanları Ģan və Ģöhrət taxtlarından endirilirlər. ġöhrətli Ģairlərimizdən Hüseyn
Cavidlər ilə Əhməd Cavadların uğraduqları fəci aqibət məlumunuzdur. Bunların
hörmətlə andığımız adları sovetlərdə bir təzyif mövzusudur. Ġndi də sıra daha
dünənə qədər Ģəxsən «hürriyyət və inqilab Ģairi» deyə öydükləri «Firdovsi ilhamlı»
Ģair Məhəmməd Hadiyə gəlmiĢ məgərsə «onun da əsərlərində irtica və milli
ünsürlər az deyilmiĢ!».
Öylə ya: Azərbaycanı dünyaya rus damğası ilə təqdim edən bir zehniyyət
üçün:
«Ġmzasını qoymuĢ miləl əvraqi-i həyata,
Yox millətimin xətti bu imzalar içində» - deyə həsrət çəkən və onu bu
həsrət atəĢinə yaxan zalıma, yəni ögünkü çar istibdadına qarĢı:
«Ġç, iç nə qədər istər isən qanımı zalim!
Bir gün görərəm qanını səhbalar içində» - deyə təhdidlər sovuran
Məhəmməd Hadi də bir «mürtəcedir»...
ġəkilcə ruslaĢdırılan milli kültürün möhtəvaca da ruslaĢdırılması görülür ki,
Sovetlər Birliyində tətbiq olunan sosialist siyasətin vardığı ən təbii bir sonucdur.
Bu, rus olmayan məhkum millətlərin həqiqi milli mənfəət və varlıqlarına qarĢı
təvcih edilmiĢ, sovet patriotizmi adı altında yeridilən və murai surətdə
kosmopolitizmə qarĢı mücadilə adı verilən, təcrübədən keçirilmiĢ əski rus
siyasətindən baĢqa bir Ģey deyildir.
“Azərbaycan”, il 1, sayı 5, avqust 1952, Ankara.
RUSĠYA KÖLƏLĠYĠNDƏ
Qafqazlı mühərrirlərdən biri rus imperializmini tərvic (dəstəkləyən) edən
erməni siyasilərinə çox yerində bir isim vermiĢdir - rus imperializminin
könüllüləri! Belələrinə bizcə, eyni haqq və eyni müvəffəqiyyətlə «Rusiyanın
kölələri» demək də caizdir (düzgündür).
Bu köləliyin parlaq bir misalını erməni mühərrirlərindən A. Hondkaryan
vermiĢdir. Ukraynalı rəfiqimizin nüqtəli bir təbirincə,
1
«həqiqi rus» olan bu erməni
sabiq Rusiya Müvəqqəti hökuməti rəisi Kerenski tərəfindən nəĢr olunan «Dni»
qəzetində «Türkiyə xidmətində» ünvanı altında bir məqalə yazmıĢdır.
1
Mətbuat və kitabiyyat qisminə müraciət olunacaq.
31
Məqalə Rusiyada yaĢayan məhkum millətlərin təmsilçiləri tərəfindən imza
olunaraq Cenevrədə toplanacağı mütəssəvvir (gözlənən) konqresə aid verilən
bəyannamə
2
münasibətilə yazılmıĢdır.
Parisdə intiĢar edən «Promete» məcmuəsi ətrafında birləĢən, Rusiyadan
xilas olmaq istəyən millətlərin bu «separatistcə» təĢəbbüsü ruslardan ziyadə rus
olan hordkaryanların həmiyyətlərinə (yurdsevərliyinə) toxunmuĢdur.
Bir kərə baxın! Bu təhəmmül (dözməli) edilir bir hadisəmidir?!... Olurmu
ki, Ukrayna, Qafqaz, Türküstan, Kuban, Krım, Kazan və sairə kimi məmləkətlər
Rusiya əsarətində qalmaq istəmədiklərini çıxsınlar da bütün cahana qarĢı elan
etsinlər?! Ġstiqlal istəsinlər?!...
Ġstiqlal! Nə qədər kölə ruhlu olsalar, içlərindən «millətlər məhbəsində»
qalmağı canlarına nə qədər minnət (borc) bilsələr də, hondkaryanlar bu Ģüara
cəbhədən (arxadan) hücum etmənin zərərini biləcək qədər kurnazdırlar
(gözüaçıqdırlar). Bunu edə bilməzlər, çünki o zaman əsrin ən məqbul, ən yüksək
məfhumuna qarĢı çıxmıĢ olurlar. Eyni zamanda bu tərzdə bir çıxıĢ özünə nə olsa
da, sosialist süsü (bəzəyi, görüntüsü) verən Kerenski qəzetinin zahiri
məfkurəçiliyinə də uymaz! Sonra istiqlalçılığa cəbhədən hücum Hondrakyanın
mənsub olduğu milli mühafildə (dəstədə) dəxi, o qədər xoĢ görünməz. Çünki sözdə
olsa da, bir Ermənistan istiqlalından bəhs olunur!
Bax, bu kimi mülahizələrdir ki, Hondkaryan bu çevirmə hərəkətilə iĢi
müqalitəyə (yanıltmaca) tökərək Rusiyadakı «separatizmin» səmimi olmadığım
isbata çalıĢır. Bu məqsədlə də o, bəzi erməni müqalitəçilərinin ötədən bəri evirib-
çevirməyə alıĢqan olduqları «panturanizm» mövzusunu yaxalayır və silah
arxadaĢlarından Zarevand adlı birinin yaxında nəĢr ediləcək «Türkiyə və
panturanizm» adlı əsərindən istifadə edir.
Bu əsərdən iqtibas etdiyi bəzi parçalarla o, isbata çalıĢır ki, «Promete»
ətrafında birləĢən separatistlərin kökünü təĢkil edən türk-tatar milliyyətçilərinin
istədikləri istiqlal deyil, sadə, Rusiyadan ayrılmaq və ondan sonra Tükiyəyə
qovuĢmaqdır.
Bu davasını sübut etmək ücün köləlik ruhu Hondka-ryana əcaib bir metod
qullandınr: məgərsə kazanlı bir «tatar» mühərririnin «ədəbi zövqünü türkcə
ədəbiyyat və mətbuat oxumaq sayəsində inkiĢaf etdirməsi» qabairdən (ĢiĢirtmə)
imiĢ... öylə ya! Hondkaryanlarca, dünyada yalnız bir ilham mənbəyi və yalnız bir
zövq örnəyi vardır: Rusiya! Məgərsə, «Türkiyədə məĢrutiyyət elanının bütün türk -
tatar məmləkətlərində sevinc və əlaqə ilə qarĢılandığı, qəza, əfvi caiz
(bağıĢlanmaz) olmayan bir günah» imiĢ! Öylə ya, əlaqədar olmaq üçün rus
məĢrutiyyəti, rus nihilizmi, rus anarxizmi, rus kommunizmi varkən bu türk
məĢrutiyyəti, bu türk cümhuriyyəti də haradan çıxdı?!...
2
“Odlu yurd” № 8-ə baxılacaq.
Dostları ilə paylaş: |