Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

30 
 
olan  «Dədə  Qorqud»  hekayələri  vətənpərvərliyin,  xalq  igidliyinin,  vəfa  və 
fədakarlığın bir Ģah əsəri deyil, «Orta çağ dərəbəyi çapovulçuluğu» ilə «islami geri 
fikirləri» yayan bir irtica əsəri imiĢ! 
Milliyyət,  vətən,  hürriyyət  və  istiqlal  fikirlərini  tərvc  (dəstəkləyən)  edən 
dünənki bütün Ģöhrətlilər indi yeni meyar ilə ölçülür: hürriyyət və istiqlal fikrinin 
qəhrəmanları Ģan və Ģöhrət taxtlarından endirilirlər. ġöhrətli Ģairlərimizdən Hüseyn 
Cavidlər  ilə  Əhməd  Cavadların  uğraduqları  fəci  aqibət  məlumunuzdur.  Bunların 
hörmətlə  andığımız  adları  sovetlərdə  bir  təzyif  mövzusudur.  Ġndi  də  sıra  daha 
dünənə qədər Ģəxsən «hürriyyət və inqilab Ģairi» deyə öydükləri «Firdovsi ilhamlı» 
Ģair  Məhəmməd  Hadiyə  gəlmiĢ  məgərsə  «onun  da  əsərlərində  irtica  və  milli 
ünsürlər az deyilmiĢ!». 
Öylə  ya:  Azərbaycanı  dünyaya  rus  damğası  ilə  təqdim  edən  bir  zehniyyət 
üçün: 
«Ġmzasını qoymuĢ miləl əvraqi-i həyata, 
Yox  millətimin  xətti  bu  imzalar  içində»  -  deyə  həsrət  çəkən  və  onu  bu 
həsrət atəĢinə yaxan zalıma, yəni ögünkü çar istibdadına qarĢı: 
«Ġç, iç nə qədər istər isən qanımı zalim! 
Bir  gün  görərəm  qanını  səhbalar  içində»  -  deyə  təhdidlər  sovuran 
Məhəmməd Hadi də bir «mürtəcedir»... 
ġəkilcə ruslaĢdırılan milli kültürün möhtəvaca da ruslaĢdırılması görülür ki, 
Sovetlər  Birliyində  tətbiq  olunan  sosialist  siyasətin  vardığı  ən  təbii  bir  sonucdur. 
Bu,  rus  olmayan  məhkum  millətlərin  həqiqi  milli  mənfəət  və  varlıqlarına  qarĢı 
təvcih  edilmiĢ,  sovet  patriotizmi  adı  altında  yeridilən  və  murai  surətdə 
kosmopolitizmə  qarĢı  mücadilə  adı  verilən,  təcrübədən  keçirilmiĢ  əski  rus 
siyasətindən baĢqa bir Ģey deyildir. 
 
“Azərbaycan”, il 1, sayı 5, avqust 1952, Ankara. 
 
RUSĠYA KÖLƏLĠYĠNDƏ 
 
Qafqazlı  mühərrirlərdən  biri  rus  imperializmini  tərvic  (dəstəkləyən)  edən 
erməni  siyasilərinə  çox  yerində  bir  isim  vermiĢdir  -  rus  imperializminin 
könüllüləri!  Belələrinə  bizcə,  eyni  haqq  və  eyni  müvəffəqiyyətlə  «Rusiyanın 
kölələri» demək də caizdir (düzgündür). 
Bu  köləliyin  parlaq  bir  misalını  erməni  mühərrirlərindən  A.  Hondkaryan 
vermiĢdir. Ukraynalı rəfiqimizin nüqtəli bir təbirincə,
1
 «həqiqi rus» olan bu erməni 
sabiq  Rusiya  Müvəqqəti  hökuməti  rəisi  Kerenski  tərəfindən  nəĢr  olunan  «Dni» 
qəzetində «Türkiyə xidmətində» ünvanı altında bir məqalə yazmıĢdır. 
                                                           
1
 Mətbuat və kitabiyyat qisminə müraciət olunacaq. 


31 
 
Məqalə  Rusiyada  yaĢayan  məhkum  millətlərin  təmsilçiləri  tərəfindən  imza 
olunaraq  Cenevrədə  toplanacağı  mütəssəvvir  (gözlənən)  konqresə  aid  verilən 
bəyannamə
2
 münasibətilə yazılmıĢdır. 
Parisdə  intiĢar  edən  «Promete»  məcmuəsi  ətrafında  birləĢən,  Rusiyadan 
xilas  olmaq  istəyən  millətlərin  bu  «separatistcə»  təĢəbbüsü  ruslardan  ziyadə  rus 
olan hordkaryanların həmiyyətlərinə (yurdsevərliyinə) toxunmuĢdur. 
Bir  kərə  baxın!  Bu  təhəmmül  (dözməli)  edilir  bir  hadisəmidir?!...  Olurmu 
ki,  Ukrayna,  Qafqaz,  Türküstan,  Kuban,  Krım,  Kazan  və  sairə  kimi  məmləkətlər 
Rusiya  əsarətində  qalmaq  istəmədiklərini  çıxsınlar  da  bütün  cahana  qarĢı  elan 
etsinlər?! Ġstiqlal istəsinlər?!... 
Ġstiqlal!  Nə  qədər  kölə  ruhlu  olsalar,  içlərindən  «millətlər  məhbəsində» 
qalmağı  canlarına  nə  qədər  minnət  (borc)  bilsələr  də,  hondkaryanlar  bu  Ģüara 
cəbhədən  (arxadan)  hücum  etmənin  zərərini  biləcək  qədər  kurnazdırlar 
(gözüaçıqdırlar). Bunu edə  bilməzlər, çünki o zaman  əsrin  ən  məqbul,  ən  yüksək 
məfhumuna  qarĢı  çıxmıĢ  olurlar.  Eyni  zamanda  bu  tərzdə  bir  çıxıĢ  özünə  nə  olsa 
da,  sosialist  süsü  (bəzəyi,  görüntüsü)  verən  Kerenski  qəzetinin  zahiri 
məfkurəçiliyinə  də  uymaz!  Sonra  istiqlalçılığa  cəbhədən  hücum  Hondrakyanın 
mənsub olduğu milli mühafildə (dəstədə) dəxi, o qədər xoĢ görünməz. Çünki sözdə 
olsa da, bir Ermənistan istiqlalından bəhs olunur! 
Bax,  bu  kimi  mülahizələrdir  ki,  Hondkaryan  bu  çevirmə  hərəkətilə  iĢi 
müqalitəyə  (yanıltmaca)  tökərək  Rusiyadakı  «separatizmin»  səmimi  olmadığım 
isbata çalıĢır. Bu məqsədlə də o, bəzi erməni müqalitəçilərinin ötədən bəri evirib-
çevirməyə  alıĢqan  olduqları  «panturanizm»  mövzusunu  yaxalayır  və  silah 
arxadaĢlarından  Zarevand  adlı  birinin  yaxında  nəĢr  ediləcək  «Türkiyə  və 
panturanizm» adlı əsərindən istifadə edir. 
Bu  əsərdən  iqtibas  etdiyi  bəzi  parçalarla  o,  isbata  çalıĢır  ki,  «Promete» 
ətrafında  birləĢən  separatistlərin  kökünü  təĢkil  edən  türk-tatar  milliyyətçilərinin 
istədikləri  istiqlal  deyil,  sadə,  Rusiyadan  ayrılmaq  və  ondan  sonra  Tükiyəyə 
qovuĢmaqdır. 
Bu davasını sübut etmək ücün köləlik ruhu Hondka-ryana  əcaib bir metod 
qullandınr:  məgərsə  kazanlı  bir  «tatar»  mühərririnin  «ədəbi  zövqünü  türkcə 
ədəbiyyat  və  mətbuat  oxumaq  sayəsində  inkiĢaf  etdirməsi»  qabairdən  (ĢiĢirtmə) 
imiĢ... öylə ya! Hondkaryanlarca, dünyada yalnız bir ilham mənbəyi və yalnız bir 
zövq örnəyi vardır: Rusiya! Məgərsə, «Türkiyədə məĢrutiyyət elanının bütün türk - 
tatar  məmləkətlərində  sevinc  və  əlaqə  ilə  qarĢılandığı,  qəza,  əfvi  caiz 
(bağıĢlanmaz)  olmayan  bir  günah»  imiĢ!  Öylə  ya,  əlaqədar  olmaq  üçün  rus 
məĢrutiyyəti,  rus  nihilizmi,  rus  anarxizmi,  rus  kommunizmi  varkən  bu  türk 
məĢrutiyyəti, bu türk cümhuriyyəti də haradan çıxdı?!... 
                                                           
2
 “Odlu yurd” № 8-ə baxılacaq. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə