Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə51/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   43   44   45   46   47   48   49   50   51

109 
 
Ötgün görüĢlü Ģair bu məĢhur həcvilə çarlığın özünə dəstək yaratdığı yapma 
«aristokratiya»nın hankı xəmirdən və necə yoğrulduğunu bizə göstərdiyi kimi, bu 
xəlitənin ictimai fikirdəki dəyərini dəxi anlatmıĢdır!... 
Çarlığın mollalarla nisbət yürütdüyü siyasət dəxi aĢağı-yuxarı bəylərə tətbiq 
etdiyi  siyasətə  bənzəyir.  Cənubi  Qafqaza  əsil  rus  dvoryanları  köçürmək  və 
yerləĢdirmək  istədiyi  kimi,  çarlığın  ideoloqları  baĢda  «müsəlman  Qafqazı 
ortodoksluq  nuru  ilə  iĢıqlandırmaq»  fikrinə  düĢmüĢ  və  bu  məqsədlə  «Xristianlığı 
yayamaq  cəmiyyəti»ni  məxsus  təĢviq  etmiĢlər.  Fəqət,  bu  «xəyalın»  həyatda 
qısırlığını  görüncə  müstəmləkə  məmurları  mollaları  qazanmaq  çarəsini  aramıĢlar. 
Daha Paskeviçin Qafqazda olduğu zamanlarda müsəlman din üləmasını hökumətcə 
təsis  etdiyi  bir  «ruhani  idarəsi»nə  tabe  və  kontrol  altında  tutmaq  təsəvvürü  ilə 
məsələnin tədqiqinə baĢlanmıĢdır. Bu zamana aid materiallardan Qafqaz idarəsinin 
islahına  aid  bir  layihədə  Azərbaycandakı  molla,  axund,  seyid  və  s.  kimi 
«ruhani»lərin saysız olduqları qeyd olunduqdan sonra deyilir ki: 
«Hər mahalda iki molladan artığına hökumət müsaidə (icazə) verməməlidir. 
Bunlar  da  ancaq  hökumətimizin  müsaidəsilə  fəaliyyətdə  buluna  bilməlidirlər. 
Mülki və əskəri dairələrdən biri onların təyinlərini təsdiq etməlidir. Təbiidir ki, bu 
adamlar hökumətimizə tamamilə tabe və sadiq Ģəxslərdən ibarət olmalıdırlar, belə 
ki,  bunlar  hökumətin  bütün  əmr  və  qərarlarını  səmimiyyətlə  yerinə 
yetirməlidirlər». 
Layihə  sahibi  belə  sədaqətlilərin  bulunmadığı  təqdirdə  heç  bir  mollanın 
təyininə tərəfdar deyildir, çünki «xain və qarıĢdırıcı adamları təyinindən isə heç bir 
mollanın kökündən olmamasını» tərcih (üstün sayır) edir. 
Eyni zamanda layihənin müəllifi fürsəti qaçırmayaraq, «məmləkəti ortodoks 
xristian dininin nuru ilə iĢıqlandırmaq vəzifəsini unutmamağı» ciddi tövsiyə edir və 
bu xüsusda müvəffəqiyyət hasil olacağına dəxi ümid edir. Onun fikrincə, «Cənubi 
Qafqaz müsəlmanlarında Ġstanbul türklərinin özəlliyini təĢkil edən vəhĢicə (böyük) 
təəssüb  çox  da  yoxmuĢ,
26
 və  mollaların  saylarını  azaltmaq  və  düĢündüyü  tərzdəki 
mollaları himayə etmək nəticəsində «gözləndiyindən daha az zamanda islamiyyətin 
xarabaları üzərində xaç canlandırığıcı iĢığı ilə parlar imiĢ»
27

Bu  layihəni  təhlil  edən  Paskeviç  yazdığı  haĢiyədə  məsələnin  əhəmiyyətini 
qeyd  və  hər  mahalda  iki  mollanın  xalqın  dini  ehtiyaclarını  təmin  baxımından  az 
olduğu  kimi,  idari  bir  takım  mülahizələr  arasında  bir  sözlə  deyir  ki:  «Mollaların 
xaiq  üzərindəki  nüfuzu  müsəlləmdir  və  daĢıdıqları  təəssüblə  bu  nüfuz  Ģübhəsiz 
dövlətin əleyhinədir, Ģəriət məhkəməsi hər nə qədər layihədə qeyd olunduğu kimi, 
qeyri-adil  deyilsə  də,  əhalini  hökumətdən  uzaqlaĢdırmaq  və  mollaların  nüfuzunda 
buraxmaq  baxımından  həqiqətdə  də  zərərlidir.  Fəqət,  bu  müəssisələr  Ģəriət  və 
                                                           
26
 Bu davasının isbatı üçün, layihə sahibi Axalsıxda 800 müsəlmanın xristianlığa keçdiyi hadisəni Ģahid 
gətirir  (Xristianlıqdan  yenicə  müsəlmanlığa  keçmiĢ  gürcülərin  bir  qismi  rus  iĢğalından  sonra  əski 
dinlərinə qayıtmıĢlar – M.Ə.). 
27
 “Materiallar”, cild I, s. 293. 


110 
 
quran  üzərinə  hökm  icra  etdiklərindən  onları  tədil  (dəyiĢmək)  və  təhsis  
(düzəltmək)   iĢində  çox diqqətli olmaq lazımdır!...»
28

Paskeviçin  tövsiyə  etdiyi  bu  «diqqəti»  çarlığın  müstəmləkə  məmurları 
müxtəlif  Ģəkillərdə  tətbiq  etmiĢlər.  ġəxsən  Paskeviç  nüfuz  sahibi  müsəlman 
üləmasını  Ģəxsən  cəlb  edərək,  Rusiya  hakimiyyəti  üçün  qullanmaqla  məĢhurdur. 
Paskeviçin  idarətən  iltifat  (qayğı)  göstərdiyi  mollalardan  tanınmıĢ  Mir  Fəttah 
ağanın  hekayəsi  tədqiqəĢayan  bir  hadisədir.  Təbrizin  məĢhur  üləma  ailəsindən 
Tabatabailərə  mənsub  olan  bu  adam,  Ģəhərin  rus  ordusuna  təslimi  xüsusunda 
mühüm  xidməti  keçdiyindən,  Paskeviç  onu  özəlliklə  razı  etmiĢ,  Türkmənçay 
müahidəsindən  sonra  ruslara  iltica  (sığınan)  edən  bu  «müctəihdi»  Cənubi  Qafqaz 
müsəlmanlarına  «ruhani-rəisi»  (Ģeyxülislam)  təyin  edərək,  imperatorun  iradəsilə 
ona ġamaxı qəzasında olan 15 köyün mülkiyyəti atf (bağıĢlanmıĢdır) edilmiĢdir. 
Sadə  bu  qədərlə  qalmayıb,  «ağa»nın  dinməyən  (azalmayan)  hər  növ 
nazlarına  sadə  Tiflis  naibliyi  deyil,  Ģəxsən  Peterburq  belə  sənələrlə  təhəmmül 
(dözmüĢdür) etmiĢdir. 
Xainlərini bu surətlə razı edən çarlıq, mollaların camaat yanıda nüfuz sahibi 
olan  salehlərini  də  bir  baĢqa  türlü  edinmək  istəmiĢdir.  Qarabağlı  Əbdürrəhim 
ağanın,  məsələn  əhali  arasında  sevildiyini  nəzərə  alan  kapitan  Prucanovski
29
,  bu 
adamın  əhalicə  təqdis  (sayılan)  olunan  saleh  bir  din  hüquqçusu  olduğunu  qeyd 
etdikdən  sonra,  onun  Ģeyxülislam  sifətilə  bütün  qafqazlı  müsəlmanlara  «ruhani-
rəisi»  təyin  edilmək  surətilə  Qarabağdan  Tiflisə  «təbidini»  (dəyiĢdirilməsini) 
tövsiyə  edir,  «çünki  -  deyir  -  belə  saleh  bir  mollanın  Ģəhərdən  baĢqa  türlü  təbidi 
(uzaqlaĢdırılması)  əhalinin  incikliyinə  səbəb  olur».  «ġəhərdə  buraxılması  isə,  nə 
olsa da malik olduğu mənəvi nüfuz baxımından bəlkə də məsləhət deyildir»
30

Məsələni tədqiq, sadə, hankı mollanın, hankı müctəhidin nə surətlə qullanıla 
bibcəyini  təyin  etməklə  qalmayıb,  bir  də  məmləkətdəki  məzhəblərin  hökumətə 
sədaqətləri  baxımından  tədqiqilə  uğraĢılmıĢdır.  Eyni  ərkani  hərb  kapitanı 
Prucanovskinin  tədqiqinə  görə,  sünnilər  məzhəblərindəki  əqidə  etibarı  ilə  dövlətə 
daha  ziyadə  təslimiyyət  göstərə  bildikləri  halda,  Ģiələrə  daha  az  etimad  edilə 
bilinirmiĢ,  çünki  birincilər  «allaha,  rəsuluna  və  amirlərinizə  itaət  ediniz» 
(«ətəüllahi  və  ətərəsuli  və  ülüləmri»)  formuluna  qane  ikən, ikincilər bu  formulun 
üçüncü rüknünü ancaq  «ülübəmri  minkum»  Ģəklində  qəbul edirlərmiĢ  ki,  «sizdən 
olan  amirlərə  itaət  ediniz»  mənasındadır.  Bu  mənaya  görə,  Ģiələrin  özlərindən, 
olmayan  rus  məmurlarına  sədaqətlə  itaət  edəcəklərinə  kapitan  Prucanovski 
inanmır!...
31

                                                           
28
 Eyni cild, eyni səhifə. 
29
 Ümumi vali Neydqardın əmri mucibincə bu adam Qarabağ xanlığındakı siyasi, ictimai, milli və dini 
vəziyyəti 1845-ci ildə tədqiq etmiĢdir.  
30
 “Materiallar”, cild II, s. 34. 
31
 Eyni əsər, eyni səhifə. 


111 
 
Senator  Qanın  qeyd  etmiĢ  olduğumuz  layihəsinə  mucibincə  (görə), 
məmləkət  idarəsi  mərkəzi  Rusiya  Ģəklində  bürokratlaĢdırıldığı  əsnada  bəylərin 
mülkiyyət  haqları  ilə  idarədəki  nüfuz  və  səlahiyyətlərinə  nəhayət  (son)  verildiyi 
kimi,  mollaların  dəxi  nüfuz  və  etibarlarına  ağır  bir  zərbə  endirilmiĢdi.  ġəriət 
məhkəmələrinin  ləğvilə  mollalar  ədalət  icraçısı  səlahiyyətindən  ayrılmıĢdılar.  Və 
bu qədərlə deyil, çar hökuməti bəy mülkləri kimi üləmanın idarə və təvilində olan 
vəqf, mülk və torpaqlarını dəxi zəbt etmiĢdi. Müsəlman din camiasına endirilən bu 
hüquqi  və  iqtisadi  zərbənin  keçən  fəsillərdə  qeyd  etdiyimiz  Qan  islahatına  qarĢı 
göstərilən ümumxalq müxalifətində Ģübhəsiz, çox mühüm təsiri olmuĢdu. Bu təsir 
bilxassə  yeni  rus  məhkəmələrinin  əhali  tərəfindən  boykotunda  görünmüĢdü. 
Hökumətə  qarĢı  edilən  silahlı  müqavimətlərin  bir  çoxunda  mollaların  ən  mühüm 
amil  və  müsəvviq  (yönəldici)  olduqlarını  vəsiqələrdən  istihrac  (çıxarmıĢdıq) 
etmiĢdik
32

Yerli  Ģərait  və  xüsusiyyətləri  nəzərə  almadan  edilən  idari  islahat 
təcrübəsinin bu Ģəkildəki iflası üzərinə «Azərbaycan bəylərilə anlaĢmağa» üz tutan 
çarlıq, eyni zamanda «din bəyi» 
deyəcəyimiz  mollaları  da  mənimsəməyə  qərar  vermiĢdir.  Bu  məqsədlə  də 
onun  zəbt  etdiyi  mövkufatı  (vəqf  mallarını)  mütəvəllilərinə  təkrar  geri  verdiyini, 
nikah,  talaq  (boĢanma)  və  vərəsəlik  iĢlərinə  məxsus  olmaq  üzrə,  Ģəriət 
məhkəmələrinin yenidən təsisinə müsaidə etdiyini görürük
33

Fəqət,  idarəsini  bir  tərəfdən  yerlilərdən,  mövcudluq  və  etibarlarını  ona 
borclu olan «torpaq aristokratiyası»na dayandıran çarlıq, digər tərəfdən də özünün 
yaratdığı  «din  aristokratiyası»na  istinad  etmək  istəmiĢdir.  Bu  məqsədlə  də  o, 
məlum olduğu kimi, biri Ģiələrə, digəri də sünnilərə məxsus olmaq üzrə, iki «ruhani 
idarəsi» təĢkil etmiĢdi. Bunlardan birinin baĢında Ģeyxülislam ünvanını daĢıyan bir 
Ģiə  axundu,  digərinin  baĢında  da  müfti  ünvanı  ilə  bir  sünni  əfəndisi  dururdu. 
Doğrudan  doğruya  çar  naibliyinə  tabe  və  onun  kontrolu  altında  olan  bu 
«idarə»lərin mərkəzi çar naibliyinin oturduğu Tiflis idi. «Ruhani idarələr» idarətən 
vilayət,  qəza  və  məhəllə  təĢkilatlarına  bölünərək,  bunların  baĢında  qazı  [kadı], 
axund  [əfəndi]  və  molla  ünvanlarını  daĢıyan  «ruhanilər»  dururdu.  Mollalarla 
axundlar baĢında vilayət qazısı olmaq üzrə, digər iki üzv - axunddan və bir rusca 
bilən katibdən ibarət «Qubernski məclis»lər tərəfindən təyin, Ģiə və ya sünni ruhani 
idarələri tərəfindən də təsdiq olunurdular. Quberniya məclisi rəisi qazılarla, məclis 
üzvü  axundları  isə  Ģəxsən  baĢ  ruhani  idarəsi  təyin  və  Qafqaz  caniĢinliyi  təsdiq 
edirdi.  ġeyxülislam  ilə  müftinin  təyini  isə  vilayət  məclislərilə  baĢ  ruhani  idarəsi 
üzvləri  arasından  caniĢinlik  tərəfindən  təyin  və  Ģəxsən  çar  tərəfindən  təsdiq 
olunurdu. 
                                                           
32
 “QurtuluĢ”, yanvar 1938, № 39, “Azərbaycanda rus müstəmləkə siyasəti”. 
33
 «Materiallar”, II c, s. 340. 


112 
 
Bu  surətlə,  məmləkətlə  müsəlmanların  din  iĢlərilə  məĢğul  mollaların  sayı 
qanunla  təyin  edilmiĢ  və  əllərinə  məmurluqlarını  təsdiq  edən  bir  Ģəhadətnamə 
verilmiĢdi.  Müsəlmanların  olanlarını,  ölənlərini,  evlənən  və  ayrılanlarını  təsbit 
etmək  üzrə,  «ruhani  idarələri»  tərəfindən  Ģəkli  hökumətcə  təyin  edilmiĢ  rəsmi 
dəftərlər  verilmiĢdi.  Buna  görə  də,  əhali  bu  məmur-mollalara  «dəftər  mollası» 
ləqəbini taxmıĢdı. 
Talaq  və  vərəsəlik  məsələlərinə  baxmaq  səlahiyyətilə  «quberniya 
məclislərilə»  qazılara  qəza  haqqı  dəxi,  verilmiĢdi.  Eyni  zamanda  «məclislər» 
vilayət  daxilində  olan  camilərin  təmirinə  və  vəqflərin  hüsnü  (yaxĢı)  idarəsinə 
nəzarət haqqında idilər. 
Kiçik  rütbədə  olan  mollalar  müstəsna  olmaq  üzrə,  böyük  rütbəli  qazı, 
«məclis»  və  «ruhani  idarəsi»  üzvlərilə  Ģeyxülislam  və  müftilərə  dövlət 
xəzinəsindən  müəyyən bir iyerarxiyaya tabe olmaq  üzrə  maaĢ verilirdi. Bilavasitə 
məhəllə  imamı  mövqeyində  olan  mollalar  isə  doğum-ölüm,  evlənmə  və  ayrılma 
vaqeələri münasibətilə müraciət ərbabı (edənlər) tərəfindən verilən  «qələm haqqı»  
və məhəllə camaatının təbərrüatı (bağıĢları) ilə keçinirdilər. 
Ruhani  idarəsinin  üzvü  bütün  mollalar  dövlət  vergilərindən  muaf  (azad) 
olub, bəylər kimi bədən cəzasına uğramazlar, erkək övladları da «liçni dvoryanlar» 
sırasında ordu xidmətinə girdiklərində zabit olmaq haqqını daĢıyırdılar. 
Din  xidmətlərini  belə  bürokratik  bir  məratiblə  təĢkilinə  çar  idarəsi 
ideoloqlarını  sövq  edən  hikməti  anlamaq  üçün  tanınmıĢ  çar  məmur  və  ricalının 
(baĢçılarının)  bu  xüsusdakı  düĢüncələrinə  ümümi  surətdə  olsun  aĢina  olmaq 
faydasız deyildir. 
Keçən  əsrin  (XIX)  ortalarına  doğru,  bəylərin  könülləri  ələ  alınmağa 
baĢlandığı sıralarda, Qafqazdakı müsəlman din iĢlərinin tənzimi dəxi bürokratların 
zehinlərini yorurdu. Tiflis və Peterburqda təĢkil olunan müxtəlif komissiyalarda bu 
məsələyə  təəllüq  (aid)  edən  müzakirələr  davam  edirdi.  Xülasədən  «Materiallar» 
dediyimiz  «Rusiya  çarlığının  Azərbaycandakı  müstəmləkəçilik  siyasəti»  adındakı 
əsərin  II  cildinin  336-cı  səhifəsində  Peterburqdakı  yüksək  bir  komissiyada  keçən 
müzakirələrin  bir  xülasəsini  buluruq.  Bu  xülasədə,  əvvəlcə  də  fikir  və 
təsəvvürlərilə əlaqələndiyimiz baron Qanın diqqətəĢayan mütaliələri (fikirləri) dərc 
edilmiĢdir. Qan düĢünür: 
«Ġslamiyyət  siyasətən  məğlub  olduğu  məmləkətlərdə  belə  öz  həyatilik  və 
təsirini  göstərməkdədir.  Cənubi  Qafqaz  iĢğalımıza  keçdiyi  halda  bir  tərəfdən 
Türkiyə,  digər  tərəfdən  də  Ġran  öz  mədrəsələrində  tərbiyə  etdikləri  təəssübkeĢ 
əfəndi və axundların vasitəsilə müsəlman təbəələrimiz arasında rus hakimiyyət və 
dövlətçiliyi  əleyhinə  zəhərli  fikirlər  yayırlar.  Hər  nə  qədər  Ģiələrlə  sünnilər 
arasındakı  təzad  və  ədavət  gevĢəməmiĢsə  də,  bu  iki,  həddi  zatında  (özlüyündə) 
düĢmən  olan  cərəyan,  bizə  qarĢı  ədavətdə  müĢtərəkdirlər.  Bir  tərəfdən  Ərzurum, 
digər tərəfdən də Ġsfahan bu ədavəti Qafqazda yayan ideoloq və propaqandaçıların 
bir mərkəzidir». 


113 
 
Bu  qeyri  «təbliğə»  xitam  vermək  üçün  Qan  və  digər  çar  bürokratlarınca 
müsəlman  din  üləması  təscil  (rəsmiləĢdirilib),  təhdid,  təĢkil  edilməli  və  hökumət 
kontroluna tabe bir hala qoyulmalıdır. Hüdud dıĢında təhsil alan bir molla  - Qana 
görə  Qafqazda  ayin icra  etməməlidir. Hökumət,  müsəlman ruhaniləri  yetiĢdirmək 
üzrə,  Ģəxsən  məktəblər  açmalı,  «rus  hakimiyyətinə  sadiq  mollalar  yetiĢdirməli  və 
camaatı islamiyyə iĢlərinə baxmaq üçün ancaq belələrinə müsaidə verməlidir...». 
Bu qayəyə yetiĢmək üçün Peterburq bürokratları 1849-cu ildə «ruhani idarə 
layihəsi»ni  hazırlamıĢdılar.  AĢağı-yuxarı,  hərbdən  əvvəl  məmləkətimizdə  mövcud 
olub da, bir Ģəmasını (planını) yuxarıya qeyd etdiyimiz «idarə» əsaslarını qabardan 
layihənin ən diqqətəĢayan yeri 26-cı maddəsidir. Bu maddəyə görə: 
«DindaĢları  arasında  biliklərilə  mümtaz  (seçilən)  olan  «Cənubi  Qafqaz 
ruhani  idarəsi»  üzvləri,  dinlərinin  təsdiqi  üçün  çalıĢan  hökumətin  iradə  və 
əmrlərinin eynilə icrası üçün canla-baĢla çalıĢmalı və öz hərəkətlərilə  yaxĢı misal 
göstərməlidirlər.  Öz  vəz  və  təlqinlərilə  də  bunlar  öz  dindaĢlarını  imperator 
həzrətlərinin  yüksək  iradələrinə  tabe  olaraq,  onlara  təyin  buyurduğu  hakimlərin 
əmrlərini icraya təĢviq etməlidirlər!...». 
Nəticədə  bunu  da  qeyd  edək  ki,  təĢkil  etdiyi  «ruhani  idarələr»ə  rəğmən, 
çarlıq özü ilə bərabər çökən bu idarələrin inhilalına (dağılmasına) qədər istədiyinə 
çox  da  nail  olmamıĢdır.  Bir  kərə  xalq  «dəftər  mollalar»ın  uzun  zaman  boykot 
etmiĢ,  feilən  (gerçək)  etimad  etdiyi  «dəftərsizlərin»  təsirində  qalmıĢdır.  Sonra 
«dəftər  mollaları»  belə,  əsil  təhsillərini  yenə  də  Ġran  ilə  Türkiyədə  alıb,  son 
qanunun  yerinə  gəlməsi  üçün  «qubernski  məclislərdə»  Ģəkli  bir  imtahana 
tutulmuĢlar. 
Ruhani idarəsi təĢkilatı əhalini tətmin (razı) etmədiyi kimi,  Ģəxsən üləmanı 
dəxi  tətmindən  uzaq  qalmıĢıdr.  Çünki  gürcü  və  erməni  ruhanilərinə  ortodoks 
kilsəsinin ruhaniləri qədər rütbə və əhəmiyyət verən çarlıq, müsəlman ruhanilərini 
- xristian olmadıqları üçün - eyni gözlə görməmiĢdir. 
Belə  ki,  dvoryanlıqları  tanınan  Azərbaycan  bəylərinin  çarlığın  son  dəminə 
qədər dvoryanstvo haqq və səlahiyyəti üçün nəticəsiz təĢəbbüslərdə olduqları kimi, 
«dəftər molları» da  «məqamları ilə mütənasib bir rütbə və maaĢları» üçün bihudə 
(boĢ  yerə)  çalıĢıb  durmuĢlar.  Eyni  zamanda  haqqını  aramağa  baĢlayan  əhali, 
«ruhani  idarələri»nin  təyinlə  deyil,  seçki  ilə  təĢkilini  ilk  mərhələdə  ifadə  etdiyi 
siyasi tələbləri cüzində (bölməsində) bulundurmuĢdur. 
 
“QurtuluĢ”, sayı 51, dekabr 1938, Berlin. 
 


114 
 
Ġçindəkilər
 
 
EY GƏNCLĠK! ........................................................................................................ 3 
AZƏRBAYCANIN SƏSĠ ........................................................................................ 4 
ÖN SÖZ ................................................................................................................. 13 
MƏHƏMMƏD ƏMĠN RƏSULZADƏ .................................................................. 14 
MĠLLĠ TƏSANÜD ................................................................................................. 17 
MĠLLƏT OLMAQ ƏZMĠ ...................................................................................... 20 
MĠLLƏTÇĠLĠK - PATRĠOTĠZM ........................................................................... 21 
MĠLLĠ BĠRLĠK ...................................................................................................... 22 
YANLIġ TERMĠN QULLANMAYAQ ................................................................. 23 
QÖVM VƏ MĠLLƏT ............................................................................................. 24 
MĠLLĠ ƏXLAQ ...................................................................................................... 25 
ƏSKĠ VƏ YENĠ NƏSĠL ........................................................................................ 26 
ĠDEALĠSTLƏR, OPORTUNĠSTLƏR, POZĞUNÇULAR .................................... 27 
ġƏKĠLCƏ DƏ, MÖHTƏVACA DA RUSLAġDIRILMA .................................... 28 
RUSĠYA KÖLƏLĠYĠNDƏ .................................................................................... 30 
QISILMAYAN BĠR SƏS ....................................................................................... 35 
MĠLLĠ MÜCADĠLƏDƏ SOSĠAL ġÜARLAR ...................................................... 37 
AÇIQ DĠPLOMATĠYA ......................................................................................... 44 
MÜCADĠLƏNĠN TAKTĠKASĠ ............................................................................. 46 
BĠR REJĠMĠN ĠLDÖNÜMÜ .................................................................................. 47 
ƏSKĠ NƏQARAT .........................................Ошибка! Закладка не определена. 
DEMOKRATĠYA VƏ SOVETLƏR ...................................................................... 53 
ORTAQLI BĠR GÜN ............................................................................................. 57 
QPU-YA DĠQQƏT! ............................................................................................... 59 
ĠYUL HADĠSƏSĠ MÜNASĠBƏTĠLƏ ................................................................... 60 


115 
 
MÜNƏVVƏR MÜHACĠRĠN BORCU .................................................................. 64 
QORXUDAN «ĠSLAHAT» ................................................................................... 66 
ELM VƏ SĠYASƏT ............................................................................................... 68 
KOMMUNĠZMƏ QARġI MĠLLƏTLƏRARASI MÜCADĠLƏ ................ Ошибка! 
Закладка не определена. 
AZƏRBAYCANDA RUS MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ  I ....................... 75 
AZƏRBAYCANDA RUS MÜSTƏMLBKƏÇĠIÄK SĠYASƏTĠ  II ...................... 81 
AZƏRBAYCANDA RUS MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ  III ..................... 89 
AZƏRBAYCANDA RUS  MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ  IV ....... Ошибка! 
Закладка не определена. 
AZƏRBAYCANDA RUS MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ   V ................... 101 
AZƏRBAYCANDA RUS MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ  VI .................. 108 
 
 
 


116 
 
Məhəmməd Əmin Rəsulzadə 
 
Milli Birlik 
 
Bakı, “Çıraq”, 2009. 
 
 
 
NəĢriyyatın direktoru: Əliağa Cəfərli 
 
Kompüter tərtibatı: Anar M 
 
 
 
 
 
 
 
Yığılmağa verilmiĢ 20.05.2009. Çapa imzalanmıĢ 30.05. 2009. 
 
Kağız formatı 60x80 1/8. Həcmi 22 ç. v. Ofset kağızı. 
 
Ofset çapı. Tiraj 300. Qiyməti müqavilə ilə. 
 
 
 
 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə