1
Məhəmməd Əmin Rəsulzadə
Milli Birlik
Bakı – 2009
2
Tərtibçi və elmi redaktor: Yadigar Türkel
Ərəb dili məsləhətçisi: Əmir Teymuroğlu filologiya elmləri namizədi
Məhəmməd Əmin Rəsulzadə
Milli Birlik. Bakı. “Çıraq” nəĢriyyatı, 2009. 176 səh.
A 4800000000 2009.
067
© “Çıraq” nəĢriyyatı, 2009.
3
Azərbaycan Cümhuriyyətinin
(1918-1920) 91-ci ildönümünə ərmağandır
EY GƏNCLĠK!
Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir
bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müĢkülatla ucaldaraq dedi ki:
-
Bir kərə yüksələn bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaqsan, bu gün parlament binası
üzərində Azərbaycan türklərinin yanıq ürəklərinə enmiĢ bu bayrağı təkrar o bina
üzərinə dikəcək və bu yolda
- Ya qazi və ya Ģəhid olacaqsan!
MƏHƏMMƏD ƏMĠN RƏSULZADƏ
4
AZƏRBAYCANIN SƏSĠ
(Tərtibçi və elmi redaktordan açıqlama)
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan türklərinin XX yüzillikdə
yetirdiyi ən böyük dövlət qurucusu və milli ideoloqudur.
O, 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətini elan edən
Azərbaycan Milli ġurasının sədri, Milli Azadlıq Hərəkatının öncülü idi.
Məhəmməd Əmin Rəsulzadə arxadaĢları ilə yüz il çar Rusiyasının
əsarətində qalıb var-yoxu talanmıĢ «Tarixi-coğrafi Azərbaycan»ın quzeyində
Azərbaycan Cümhuriyyətini quraraq milli kimliyi dolaĢdırılmıĢ Azərbaycan
türklərini XX yüzillikdə ilk dəfə siyasi millət halına gətirmiĢdir.
Məhəmməd Əmin Rəsulzadə deyirdi: «Azərbaycan Milli ġurası «Ġstiqlal
Bəyannaməsi»ni elan etməklə sözün siyasi mənası ilə bir Azərbaycan millətinin
varlığını təsbit etmiĢdir».
Məhəmməd Əmin gənc yaĢlarından tükənməz bir sevgi ilə «Azərbaycan
davası»na qalxmıĢ və son nəfəsinədək andına bağlı qalmıĢdır. O deyirdi: «Rusiya
idarəsindəki müsəlmanlara türk dedirtmək qazanılmıĢ bir davadır. Yalnız türk
kəlməsi yox, Azərbaycan adı da qazanılmıĢdır».
Azərbaycan Cümhuriyyətində «türkçülük, vətənçilik, milli dövlətçilik,
inqilabçılıq, xalqçılıq, cümhuriyyətçilik» siyasi millətçilik - azərbaycançılıq
səviyyəsinə qaldırılmıĢdı.
Məhəmməd Əmin Rəsulzadə 1918-ci il dekabrın 10-da Azərbaycan
Cümhuriyyəti
Parlamentinin
2-ci
iclasında
demiĢdir:
«Bizim
yaxın
məqsədlərimizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan,
həm də soldan hücumlara düçar olurduq. Sağdakılar bir nöqtədən, soldakılar da
baĢqa bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər
ki, Azərbaycan, Azərbaycan deyə-deyə müsəlmanları parçalayır, türklük bayrağı
qalxızarkən - nəuzu billah (allah eləməsin) - islama xətər vurursunuz. Soldan da
iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyətpərvər Rusiya
demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur... daim
Azərbaycan məfkurəsinin (rusca mətnində: azerbaydcanizm - azərbaycançılıq)
müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuĢdur. Çünki
artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat
edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafı-
nəzər yoxdur. Çünki artıq cəmiyyətimizin zehnində Azərbaycan istiqlalının fikri
yer tutmuĢ, yerləĢmiĢdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı
birləĢdirmiĢdir» (Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament
(stenoqrafik hesabatlar). I c, B., 1998, s.50).
5
Azərbaycanın millətçi, dövlətçi, azərbaycançı aydınları Azərbaycan
Cümhuriyyətinin 23 aylıq qısa dönəmində millət üçün on illərlə də edilməsi çətin
olan böyük siyasi-ideoloji, iqtisadi, milli-mənəvi iĢlər görmüĢlər.
Ġnsanlığın, daha çox da türk millətinin baĢına bəla olmuĢ rus-mason
bolĢevizmi Azərbaycan Cümhuriyyətini dağıdandan sonra yurdundan getməyə
məcbur olan Məhəmməd Əmin Rəsulzadə Türkiyə və Avropada açdığı qəzet və
jurnallarda yazdığı siyasi məqalələri, çap etdirdiyi dəyərli kitabları ilə «Azərbaycan
davası»nı davam etdirmiĢ, millətinə düzgün ideoloji yol göstərməyə çalıĢmıĢdır.
«Mühacirət həyatının çəkilməz Ģərtləri içərisində» etdiyi bu davanın geniĢliyi
heyrətləndirici olub bugünkü millətçi, dövlətçi, azərbaycançı gənclərə örnəkdir.
Məhəmməd Əmin Rəsulzadənin oxucuları görüĢdürdüyümüz «Milli birlik»
kitabındakı Azərbaycan bağı ilə bağlanmıĢ «Millət olmaq əzmi», «Millətçilik-
patriotizm», «Milli birlik», «Milli əxlaq», «Əski və yeni nəsil», «YanlıĢ termin
qullanmayaq», «Qısılmayan bir səs», «Demokratiya və Sovetlər», «Ortaqlı bir
gün», «Qorxudan siyasət», «Rusiya köləliyində», «Azərbaycanda rus
müstəmləkəçilik siyasəti» və baĢqa məqalə və araĢdırmaları onun Azərbaycan
istiqlalçılığı fikrini, milli dövlətin bərpası uğrunda «Azərbaycan davası»nı bir an
belə kəsmədiyini göstərir.
M.Ə.Rəsulzadə bolĢevizm dövründə Azərbaycanda yeridilən ideyaların türk
millətinin, azərbaycanlıların həyatına, milli ruhuna yad olduğunu göstərmək üçün
«Milli təsanüd» adlı ideologiya yaratmıĢdır. O, ərəb sözü «təsanüd»ü Avropa
deyimincə «solidarizm» kimi vermiĢdir. Ġndi daha çox həmrəylik sözü iĢlənir.
Sözün «birlik» anlamı isə çağdaĢ milli-mənəvi, siyasi düĢüncəyə və dilimizə daha
uyğundur. Kitabda Məhəmməd Əmin bəyin «Milli birlik» adlı məqaləsi də vardır.
Biz də Azərbaycanın çağdaĢ gənclərinin millətçi, dövlətçi, azərbaycançı
düĢüncəsini və yurdumuzdakı ideya-siyasi, milli-mənəvi, sosial-psixoloji durumu
gözə alaraq, kitabın adını «Milli birlik» qoyduq.
«Milli təsanüd» ideologiyasının əsasları bolĢeviklərin Azərbaycanda
qırğınlar,
sürgünlər,
repressiyalarkı
«kommunizm»
qurduqları
illərdə
yaradılmıĢdır. Milli ideoloq kimi borcunu bilən Məhəmməd Əmin bəy Avropada
yayılan liberalizm, kommunizm və baĢqa nəzəriyyələri araĢdıraraq, Azərbaycanda
yağıların yeritdiyi, milli ruha yad ideyaların yox, ancaq «Milli təsanüd»
ideologiyasının yayılmasını düzgün saymıĢdır: «Madam ki, milliyyətçiyik, deyirik;
madam ki, milli dövlət istiqlalını müdafiə edirik, o halda bizim üçün nə kosmopolit
liberalizmə və nə də kommunizmə təhəmmül (yönəlmə) caiz (düzgün, uyğun) ola
bilməz. Bizcə, müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir».
«Nə fərdi hürriyyətlə Ģəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist
anarxiyası ilə sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq bir kölə və
maĢın halına gətirən kommunizm əsarəti! Nə mütləq liberalizm, nə də mütləq
kollektivizm! O halda:
Ġkisini təlif (uzlaĢdıran) edən solidarizm = təsanüd.
Dostları ilə paylaş: |