Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə5/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   2   3   4   5   6   7   8   9   ...   51

12 
 
dərəcəsinə  qədər  vardır»  deyən  milli  ideoloq,  bütün  ömrü  boyu  bu  yoldan 
dönmədi.  «Can  Azərbaycan»ın  indiki  gəncləri  də  Məhəmməd  Əmin  Rəsulzadə 
kimi  millətçi,  dövlətçi,  azərbaycançı,  türkçü  və  çağdaĢ  olmalıdırlar.  Bu  ideyalar 
getdikcə Quzeydən Güneyədək hər yerdə güclənən azərbaycançılıq ideologiyasının 
tərkib hissələridir. 
Azərbaycan Respublikasının XXI yüzilliyin indiki gəncləri, milli ideoloqun 
sözlərilə  desək:  «mədəniyyət  öz  qayəsindən,  xalq  idealından,  demokratiya  da  öz 
üsulundan  uzaqda,  böyük  və  mücərrəd  dəyərlər  məhdud  və  müəyyən  məqsədlərə 
qurban  getdikcə,  elm  siyasətə  tabe  qaldıqca»  demokratiyanın  dərinləĢə 
bilməyəcəyini anlamalı, canlarını  «Can Azərbaycan»a qurban verməlidirlər, çünki 
«fərdlərdən insan topluluğu dürüst olmalarını, doğru söyləmələrini, hiylə və təzvirə 
(yalana)  baĢ  vurmamalarını,  içlərilə  dıĢlarının  bir  olmasını,  baĢqalarının  haqq  və 
hürriyyətlərinə  təcavüz  etməmələrini,  dost  və  müxaliflərinin  fikirlərinə  sayğı 
göstərmələrini,  qiybət  və  iftiradan  sakınmalarını,  hırs  (sonsuz  arzu),  kin  və 
xudbinlik  kimi  kötü  hisslərə  əsir  olmamalarını,  tərbiyə  və  nəzakətdən 
ayrılmamalarını,  vətən  və  millətlərinə  bağlı  qalmalarını,  yurddaĢlarına  əzəmi 
(böyük)  yardımda  bulunmalarını,  məmləkət  qanun  və  nizamlarına  son  dərəcə 
riayətkar  olmalarını,  yurdun  rifah  və  səadətinə  durmadan  çalıĢmalarını,  ailə  və 
əqrabalıq  bağlarını  qutsal  saymalarını,  övladlarını  vətənə  xeyirli  olacaq  Ģəkildə 
yetiĢdirmələrini,  yurd  və  millətlə  ilgili  iĢlərdə  böyük  fəraqat  (fədakarlıq) 
göstərmələrini tələb etməkdədir». 
«Demokratik, hüquqi, dünyəvi» Azərbaycan Respublikasında da millətimizi 
əski  istibdad  məktəbinin  alıĢqan  olduğu  aldatmaq  düĢüncəsindən  qurtarmağa 
çalıĢmaq demokratik Azərbaycan gəncliyinin idealı olmalıdır. 
Məhəmməd  Əmin  Rəsulzadə  «Qısılmayan  bir  səs»  məqaləsini  «Bu  qəzet 
müqəddəs bir cidalın (davanın) müdafiəsi üçün yüksələn bir səsi mədəni dünyaya 
göstərmək üzrə nəĢr olunur. Milli Azərbaycan istiqlal davasının səsi! - Budur bizə 
həyəcan verən bir nida!...» çağırıĢı ilə baĢlayır. 
Bu,  Məhəmməd  Əmin  bəyin  ömrünün  sonuna  kimi  ucaltdığı  - 
«Azərbaycan» səsi idi. 
Ulu  tanrı  Məhəmməd  Əmin  Rəsulzadənin  «Azərbaycan»  səsini  batırmadı. 
Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının Dövlət 
müstəqilliyi  haqqında  Konstitusiya  Aktı»  ilə  Azərbaycan  Cümhuriyyətinin  dövlət 
müstəqilliyini bərpa edib demokratiya və milli dirçəliĢ yolunu tutdu. Ġndi BMT-nin 
üzvü  olan  Azərbaycan  Respublikası  bütün  çətinliklərə  baxmayaraq,  gün-gündən 
özünü dünya dövlətləri içində təsdiqləyir. 
XX yüzilliyin birinci yarısında türk ədəbi dilində ərəb sözləri çox iĢlənirdi. 
Çağında  elmi-siyasi  düĢüncəsinin  geniĢliyi,  gözəl  danıĢığı  -  natiqliyi  ilə  tanınıb 
seçilən Məhəmməd Əmin Rəsulzadə də yaradıcılığında bu gün çətin anlaĢılan ərəb 
sözlərini ayrılıqda və «müləmmə»lərlə iĢlətmiĢdir. 


13 
 
Biz,  sayılan  elmi  yanaĢmaları  gözə  alıb,  Məhəmməd  Əmin  Rəsulzadənin 
1978-ci  ildə  Ankarada  çap  olunmuĢ  «Milli  təsanüd»  kitabındakı  milli  ruhu,  yazı 
tərzini,  elmi,  ideoloji,  siyasi  düĢüncəsini,  dil  zənginliyini,  mətnlərdəki 
Azərbaycana,  türkə,  insanlığa  sevgini  bacardıqca  saxlamaqla  yanaĢı,  onu  çağdaĢ 
oxucuya daha anlaĢıqlı, oxunaqlı etməyə çalıĢdıq. 
Məhəmməd  Əmin  bəy  də  türk  ədəbi  dilinə  yeniliklər  də  gətirməyə  çalıĢıb. 
Oxucular bunu görəcəklər. Məsələn, o daha çox xalçaçılıqda iĢlədilən, burada yatıq 
yazı  ilə  verdiyimiz  çeĢni  sözünü  çox  uğurla  iĢlətmiĢdir:  «Yerli  bəyləri  idarədən 
uzaqlaĢdırmaqla  bərabər,  torpaq  mülkiyyətindən  də  ayırmaq  qəsdini  güdən  bu 
dövrdəki çar müstəmləkəçiliyi, idarəçiliyə gətirdiyi rus məmurlarını eyni zamanda 
torpaq yiyəsi etmək surətilə  - hələ Paskeviç zamanında ikən düĢünülən -  «əsil rus 
zadəganlığı»nın buralarda yerləĢməsini yeni bir çeĢni ilə tətbiq etmək istəmiĢdir». 
Kitabdakı  bəzi  çətin  anlaĢılan  sözlərdən  sonra  mötərizədə  onların  türk 
dilindəki  anlamı,  Azərbaycanda  çox  iĢlənən  Ģəkli,  ya  da  yönəldici  bir  söz 
verilmiĢdir. Məsələn, istiqbal (gələcək), bəyaz (ağ), siyah (qara), yıl (il), Ģu (bu) və 
b. 
Ankara  çapında  yarımçıq  qalmıĢ  cümlələr  sənədlərdən  tapılıb  yerlərinə 
qoyulmuĢ  (s.165),  mətndəki  bəzi  fikirləri  aydınlatmaq  üçün  açıqlamalar  verilmiĢ, 
bir neçə sitatın səhifəsi və baĢqa texniki yanlıĢlar düzəldilmiĢdir - məsələn, kasırlar 
(əsrlər), Knaser (Qeysər, Qeser) və b. 
[ ] mötərizədəki sözlər Məhəmməd Əmin Rəsulzadənin, ( ) mötərizədəkilər 
elmi redaktorundur. 
Kitabdakı  məqalələrin  yazılma  tarixləri,  qara  və  yatıq  yazılar  Ankara 
çapındakı ilə eynidir. 
Kiçik  əməyimizi  dəyərləndirənlərə,  kitabın  çapına  can-baĢla  çalıĢan  bütün 
aydınlara sağ olsun - deyirik. 
 
YADĠGAR TÜRKEL 
28 aprel 2009-cu il Bakı. 
 
ÖN SÖZ 
 
«Azərbaycan Kültür Dərnəyi» «Azərbaycan» dərgisinə paralel olaraq kitab 
yayımı  yapmağı  da  qərarlaĢdırmıĢ  və  indiyə  qədər  yayımladığı  kitablara  əlavə 
olaraq türk milliyyətçiliyi fikrini bir sistem halına gətirən və bunu qurduğu ilk türk 
cümhuriyyəti  -  Azərbaycan  dövlətinin  təməl  ünsürü  edən  Milli  Azərbaycan 
Müsavat  Xalq  Partiyasının  lideri,  rəhmətlik  Məhəmməd  Əmin  Rəsulzadənin 
əsərlərini yenidən basmağı planlamıĢdır. 
Ġlk  kitab,  Rəsulzadənin  çeĢidli  qəzet  və  dərgilərdə  yayımlanan  ideoloji 
məqalələrinin  bir  bölümünü  qapsamaqdadır.  Dərgi  və  qəzet  səhifələri  arasından 
çıxarılaraq  yayımlanan  bu  əsər  türk  milliyyətçiliyinə  könül  verən  hər  kəsə  yol 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə