Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə8/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

18 
 
əfsanəvi zənginlik, o biri tərəfdə isə ürək yaxan bir fərqü səfalət. Sinfə qarĢı sinif. 
Daxili mücadilə. VətəndaĢlar bıçaq-bıçağa. 
Liberal  dövlət  Ģəxsən  öz  sisteminin  məhsulu  olan  kapitalizmin  doğurduğu 
böhranla  mücadilədən  acizdir.  Bu  təzada  yenə  cəmiyyət  içərisində  doğulan  yeni 
qüvvələr  qarĢı  gəlirlər.  Kapitalizmin  doğurduğu  proletariat  sinfinə  dayanan 
inqilabçı  sosializm  ideologiyası  doğulur.  Digər  adı  kommunizm  olan  bu 
ideologiyaya  görə,  burjua  cəmiyyyətini  iztirablar  içində  tutan  Ģey  liberalizmin 
istehsal  sahəsindəki  anarxiyaya  izn  verən  fərdiyyətçiliyidir.  Ġstehsal  alətləri 
üzərindəki satıĢ mülkiyyəti haqqı baki (əbədi, dəyiĢməz) qaldıqca - kommunistlərə 
görə - insan cəmiyyətinin-iztirabına son gəlməz. Cəmiyyətlərin bir millət və dövlət 
içində vəhdətləri onlarca - bəhs mövzusu ola bilməz. «Nə millət var, nə dövlət. Bu 
ancaq çalıĢan kütlələri qullanmaq üçün kapitalist ideoloqları tərəfindən uydurulmuĢ 
bir  yalandır.  Var  olan  siniflərdir.  Liberal  dövlət  kapitalistlərin  hakimiyyətini 
örtmək  üçün  üzünə  vətən,  istiqlal  və  vətəndaĢ  hürriyyəti  maskası  taxmıĢ  sinif 
hakimiyyətindən baĢqa bir Ģey deyildir». Hökumət demək, Leninin təbirincə, həddi 
zatında  (özlüyündə)  bir  sinfin  digər  sinifləri  əzmək  və  özünə  tabe  etmək  üçün 
qurmuĢ  olduğu  cəbr  maĢınından  baĢqa  bir  Ģey  deyildir.  Bunun  üçün  də 
Marksa  görə,  fəhlənin  nə  vətəni  var,  nə  də  milləti.  Vətən  və  millət      hissindən   
məhrum  olan  bu  yeni  insanlar  zümrəsi  proletariat  «burjua  diktatorluqlarını»    
devirərək,  öz  hakimiyyətini  quracaq  və  tədriclə  bütün  sinifləri  ortadan  qaldıraraq 
sinifsiz və təzadsız bir cəmiyyət yaradacaqmıĢ. 
Hürriyyət  və  mülkiyyət  prinsipləri  üzərinə  qurulan  mədəniyyəti  bütün 
əsərlərilə  inkara  qalxan  bu  müfrit  (aĢırı  radikal)  cərəyan,  yeni  bir  absolyutizm 
[mütləqiyyət]  idealı  doğurur  ki,  onun  ən  kamil  və  ən  amansız  müməssili 
(təmsilçisi, nümunəsi) kommunizm və Rusiyadakı misalı ilə bolĢevizmdir. 
Hüdudsuz  liberalizmin  təzadlarla  dolu,  özünü  içindən  gəmirən  anarxist 
kapitalist  sisteminə  döndüyünü  müasir  liberallardan  və  liberal  demokratiya 
ideoloqlarından  bir  çoxu  belə  etiraf  etməkdədirlər.  Dövlətin  sadə,  bir  “gecə 
gözətçisi”  rolunda  olmayıb,  cəmiyyətin  tənzimində  aktiv  rol  oynayan  əsri,  ən 
mükəmməl  bir  müəssisə  halında  olmasını  istəyən  mütəfəkkirlərin  baĢında  Hegel 
kimi keçən əsrin (XIX) parlaq dimağları (beyinləri) durmaqdadır. 
Anarxist  kapitalizmdən  doğan  təzadları  islah  üçün,  millət  və  dövlət  fikrini 
kökündən  baltalayan  marksizmin  təlqin  etdiyi  kommunizm  ixtilalına  (inqilabına) 
qətiyyət  lüzum  yoxdur.  Kötülük  Ģəxsən  hürriyyət  və  mülkiyyət  prinsiplərində 
deyildir.  Necə  ki,  bu  prinsiplərə  hərb  elan  etmiĢ  olan  kommunizm  inqilabının 
Rusiyada  vücuda  gətirdiyi  cəhənnəmlik  həyat  mütləq  kollektivizmin  mütləq 
liberalizmdən müqayisə edilməyəcək dərəcədə vasid bir sistem olduğunu meydana 
qoydu. 
Bu  təqdirdə  nəticə  öz-özünə  doğur:  Nə  fərdi  hürriyyətlə  Ģəxsi  mülkiyyətin 
mütləqiyyətindən doğan kapitalist anarxiyası ilə sərmayə istibdadı, nə də insanları 


19 
 
mənliyindən  çıxararaq  bir  kölə  və  maĢın  halına  gətirən  kommunizm  əsarəti!  Nə 
mütləq liberalizm, nə də mütləq kollektivizm! O halda:  
Ġkisini təlif (uzlaĢdıran) edən solidarizm = təsanüd. 
Təsanüdçülükdə  əsri  mədəniyyətin  əsasını  təĢkil  edən  hürriyyət,  Ģəxsi 
təĢəbbüs  və  mülkiyyət  əsasları  bakidir.  Fəqət,  eyni  zamanda  dövlət,  mütləq 
liberalizmdə  olduğu  kimi,  fərdlər,  siniflər  və  zümrələr  arasındakı  münasibət  və 
mücadilələrə  laqeyd,  sırf  zabitə  (polis)  vəzifəsilə  mükəlləf  (borclu)  bir  müəssisə 
deyildir. Bu sistemdə hürriyyət də, mülkiyyət də mütləq deyil məĢrutdurlar (Ģərti). 
ġərt isə ümuminin mənfəəti və dövlətlə millətin salamatlığıdır. ġəxsin olsun, zümrə 
və  ya  sinfin  olsun  hürriyyəti,  topluluğun  yüksək  mənfəətləri  və  hürriyyətini 
pozmamaq Ģərtlərilə çərçivələnmiĢdir. Liberalizm, bu hüdudu bir Ģəxsin hürriyətilə 
digər  Ģəxsin  hürriyyəti  arasında  etibar  edirdi,  bunun  üçün  də  dövlətin  vəzifəsini 
sadə,  bir  zabitə  və  məhkəmə  dərəcəsinə  endirmək  istəyirdi.  Solidarizmdə  isə, 
dövlət millətin təmsilçisi və cəmiyyətdəki münasibətlərin nizamlayıcısıdır. 
Bu  surətlə  solidarizm,  hürriyyət  və  mülkiyyət  müəssisələrində  qoyulmuĢ 
təbii təĢəbbüs və irəliləmə həmlələrini zədələmədən,  kapitalizmin liberal sistemdə 
ümumi mənfəət zərərinə iĢləyən ifratlarının önünə keçmək vəzifəsini dövlətə verir. 
Sinifləri  əsas  olaraq  alan  kommunizm  kimi,  fərdləri  nəzəri  etibara  alan 
liberalizm dəxi kosmopolit və internasionaldır, solidarizm isə millidir. Çünki sadə 
Ģəxslərin  və  siniflərin  maddi  mənfəətə  bağlı  xüsusiyyətlərinə  deyil,  siniflər  və 
fərdləri  bir  cəmiyyət  halına  gətirən  mənəvi  qüvvələrə  böyük  qiymət  verir.  Bu 
mənəvi qüvvələr isə, millət və dövlətlərin gerçəkləĢməsində birləĢdirici amil olaraq 
təsir  edən  dil,  din,  tarix,  ümumiyyətlə  kültür  və  ortaq  ideal  kimi  mənəvi  və  ruhi 
qüvvələrdir.  Liberalizm  mədəniyyətin  ruhunu  fərdin  yaradıcı  eqoizmində  görür. 
Kommunizm  isə  bunu  sinif  eqoizmilə  təbdil  edər  (dəyiĢdirir);  solidarizm  isə, 
mədəniyyəti fərd eqoizmilə cəmiyyət mənfəətləri arasındakı ahəngdən ibarət bitir. 
Liberal  cəmiyyətdə  qeyri  düĢünmək  [altruizm]  qəhrəmanlıqdır.  Solidarizmdə  isə 
bu  bir  vəzifədir.  Kültür  və  tarix  bağları  ilə  mənəvi  birlik  təĢkil  edən  bir  millətin 
fərdləri,  topluluğun  ortaq  mənfəətlərini  qorumaq  üçün  öz  Ģəxsi  hırs  (sonsuz  arzu) 
və mənfəətlərini hüdudlandırmaq məcburiyyətindədirlər. Topluluğun mənfəətlərini 
təmsil edən  müəssisə  dövlətdir. Fərdin mənəvi  mənliyini təĢkil edən ortaqlı bütün 
qiymətlərin  qaynağı  milli  cəmiyyət,  onu  təmsil  edən  də  dövlətdir.  Fərd,  digər 
fərdlərlə  ortaq  olduğu  bu  mənəvi  mənliklə  özünə  məxsus  mənfəətlərdən  ibarət 
maddi  mənlik  arasında  ixtilaf  çıxınca,  maddiliyini  mənəviliyinə  fəda  etmək 
məcburiyyətindədir.  Hürr  və  kamil  insan  olmaq  fəzilətinin  hökmü  bundan  baĢqa 
ola  bilməz.  Dövlətlər,  millətlər  və  cəmiyyətlər  ancaq  «canlarını  cananlarına  fəda 
edə  bilən»  bu  kimi  əzaya  (üzvlərə)  malik  olduqları  zaman  paydar  (uzunömürlü, 
davamlı) ola bilirlər. 
Madam  ki,  milliyyətçiyik,  deyirik;  madam  ki,  milli  dövlət  istiqlalını 
müdafiə  edirik,  o  halda  bizim  üçün  nə  kosmopolit  liberalizmə  və  nə  də 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə