Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə10/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

22 
 
demokratiyası anlayıĢınca, təcavüzçü və ümumi tərəqqi yoluna girmək istəməyən, 
dünyanın  seyrindən  (gediĢindən)  ayrılmıĢ  bir  gerilik  hərəkətidir.  Halbuki 
patriotizm  bir  millətin  öz  müqəddəratına  Ģəxsən  özünün  hakim  olması  vd 
özünəməxsus  milli  bir  dövlət  qurması  hərəkatıdır,  bu  isə  bütün  dünyanı  bürüyən 
tərəqqi hərəkatının bir parçası, demokratik bir hərəkatdır. 
Tarixi  müəyyən  Ģərtlərin  təsirilə  milliyyət  halından  milləti  halına  gələn 
topluluqların  müstəqil  bir  dövlət  qurmaq  və  ya  istifayə  uğrayan  vətənlərinin 
istiqlalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa terminlərilə bir ad 
lazımsa, bunlara  milliyyətçi [nasionalist] deyil,  millətçi [patriot], hərəkatlarına  da 
milliyyətçilik [nasionalizm] deyil, millətçilik [patriotizm] demək lazımdır! 
 
“Azərbaycan”, il 1, sayı 6, sentyabr 1952, Ankara. 
 
MĠLLĠ BĠRLĠK 
 
Millətçilik fikrinə inananların ilk vəzifəsi «Milli birlik»i mühafizə etməkdir. 
Bu,  millətçilik  fikrinin  əsası  və  təməlidir.  Ġnternasionalist  və  kosmopolit 
nəzəriyyələrlə ortaya atılan marksizm, kommunizm və anarxizm kimi doktrinlərin 
əsil  qayəsi  milli  birlik  və  bütünlüyü  sarsmaq,  parçalamaq  və  pozmaqdır.  Ġctimai 
sinif  və  zümrələr  arasında  ixtilaf  və  ziddiyyət  təhriki  və  hüsumət  ihdası 
(düĢmənçilik)  bu  məqsədlə  edilir.  Halbuki  həqiqi  millətçilərin  üzərinə  tərəddüb 
(düĢən)  edən  qutsal  qayə  uzun  sürəkli  tarixin  məhsulu  olan  milli  varlığı  bütün 
fəzilətləri,  gələnək  və  görənəkləri,  kültür  və  ədəbiyyatı  ilə  qorumaq,  yaĢatmaq  və 
gəliĢdirməkdir. 
Yıxıcı  və  çökərdici  internasionalist  və  kosmopolit  fikirlərin  önünə  ancaq 
milli  bünyəni  (özülü)  qüvvətləndirmək  və  sağlamlaĢdırmaq  surətilə  keçilə  bilir. 
Millətçilik  fikri,  ən  təbii,  ən  mədəni,  ən  irəli  bir  fikirdir.  Elm  və  kültürün 
gəliĢməsini və yayılmasını əngəlləmək böylə dursun, bu, gəliĢmə və yayılmanın ən 
təsirli  və  qüvvətli  bir  amilidir.  Həm  də  insanlıq  kültürünün  ən  təbii  və  ən  normal 
inkiĢaf yoludur. 
BəĢər  kültürünün  bu  qədər  ceĢidli,  zəngin  və  feyzli  mənzərələr  ərz  etməsi, 
onun  bir  çox  əski  və  yeni  millətlərin  davamlı  və  məzbuhanə  (durmadan) 
çalıĢmaları nəticəsində doğulmuĢ olmasındadır. Dünyada internasional, kosmopolit 
və ya qeyri-milli kültür deyə bir Ģey yoxdur. Müxtəlif millətlərin əməyi sayəsində 
hüsula gələn (yaranan) və hələ hər millətin damğasını üzərində daĢıyan bir dünya 
kültür mənzuməsi və ya məcmuəsi vardır. 
Bu  kültür  mənzuməsində  əski  türklərin  çox  böyük  və  ən  mühüm  bir  rolu 
olmuĢdur. Bu rol istiqbalda (gələcəkdə) heç Ģübhəsiz daha böyük olacaqdır. 
Nə  yazıq  ki,  bu  müĢtərək  türk  kültürü  tarixin  mərhəmətsiz  seyri  (gediĢi) 
nəticəsində bir-birindən uzaq, müxtəlif sahələrə dağılmıĢdır. MüĢtərək düĢmən də, 
bu ayrı-ayrı türk kültür parçalarını bir-birindən uzaqlaĢdırmaq və bir-birinə yabançı 


23 
 
qılmaq üçün əlindən gələn hər Ģeyi etmiĢ və hələ də durmadan etməkdədir. Ġndi, bu 
durum  qarĢısında  türk  gəncliyinə  düĢən  əsil  vəzifə,  bu  ucsuz-bucaqsız  türk 
kültürünə  bütün  özəlliklərilə  tanımaq,  öyrənmək,  sevmək,  mənimsəməli  və 
tanıtmaqdır. 
 
“Azərbaycan”, il 1, sayı 7, oktyabr 1952, Ankara. 
 
YANLIġ TERMĠN QULLANMAYAQ 
 
ÇağdaĢ  mədəniyyətə  ayaq  uydurmağa  mətuf  (yönəlmiĢ)  islahat  hərəkətinə 
bizdə qərbliləĢmək və avropalılaĢmaq adı verilməkdədir. 
Geri  qalmıĢ  ġərq  məmləkətlərini  «Qərb  mədəniyyətinə»  ulaĢdırmaq 
yolunda  radikal  üsullara  baĢ vuran  milli  türk  inqilabının  ideologiyasını  iĢləyənlər 
ġərq mədəniyyəti və Qərb mədəniyyəti deyə ikiyə ayrılan mədəniyyət anlamlarını 
qarĢılaĢdırarkən əsaslı bir xətaya düĢür, yanlıĢ termin qullanırlar. 
Milli  türk  devrimi  ġərqi  atır,  Qərbi  tuturmuĢ,  ġərq  mədəniyyət 
dəyiĢdirirmiĢ, Qərb mədəniyyətini almaq tarixi zərurətmiĢ və sairə... 
Mədəniyyətin  coğrafi  sahələrə  atfən  (mal  kimi)  bölünməsi  və  bir 
mədəniyyətdən  digər  mədəniyyətə  keçmək  düĢüncəsi  doğru  bir  görüĢ  məhsulu 
deyildir. Nə üçün, izah edim: 
Dünya  mədəniyyəti  bir  bütündür.  Türlü  sahələrdə  gördüyümüz  ayrılıqlar 
türlü  zamanlarda  türlü-türlü  məmləkətlərdə  görülən  ayrılıqlardan  baĢqa  bir  Ģey 
deyildir. Bu gün Avropa və ya Qərb deyə özlədiyimiz irəli örnək, aləmin vaxtı ilə 
ġərq və ya Asiya dediyimiz qitələrin bulunduqları bugünkü «geri» duruma bənzər 
bir  aləm  təĢkil  etdiyi  məlumdur.  Dünya  mədəniyyətinin  seyrini  təqib  edərsək 
(izləsək), onun amudi (yüksələn, Ģaquli) istiqamətdə gəliĢən mərhələlərindən bəhs 
etmək daha doğru olur. Bu baxımdan ġərq mədəniyyəti ilə Qərb mədəniyyətindən 
deyil, Ortaçağ mədəniyyəti ilə ÇağdaĢ mədəniyyətdən bəhs etmək lazımdır. 
Bizim  «dəyiĢdirdiyimiz»  mədəniyyət  Avropanın  da  vaxtilə  «dəyiĢdirmiĢ» 
olduğu  Ortaçağ  mədəniyyətidir.  «Almaqda»  olduğumuz  mədəniyyət  də,  bir  Qərb 
mədəniyyəti deyil, çağdaĢ bir mədəniyyətdir. 
Biz, ġərqi atıb da, Qərbi almırıq. Qərbin vaxtı ilə etdiyi kimi, ġərq də Orta 
çağ  zehniyyət  (düĢüncə)  və  Ģərtlərindən,  çağdaĢ  zehniyyət  və  Ģərtlərinə  doğru 
yüksəlir. Bugünkü ġərqdə görülən devrimlər bir kaymanın, bir uymanın deyil, bir 
yüksəlmə, bir qalxınmanın əsəridir. 
ġərqli  bir  millətçi,  tarixi  türlü  səbəblərlə  geri  qalmıĢ  vətənini  çağdaĢ  
mədəniyyət səviyyəsinə ulaĢdırmaq xüsusundakı  əzminə «Ģərqliliyi atır, qərbliliyi 
alırıq» deyə bilməz. Deyərsə, yanlıĢ bir  termin qullanmıĢ   olur. Bu yanlıĢlığı o, 
həddi  zatında  (özlüyündə)  millətçi  bir  iĢ  görərkən  millətə  aid  özəlliklərə  arxa 
çevirmiĢ  bir  insan  durumuna  düĢməklə  ittiham  oluna  bilir.  Tərəqqi  düĢməni 
mürtəcelərin bu ittihamı qarĢısında min bir  dərədən su gətirib, öz xətti hərəkətini 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə