Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə9/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

20 
 
kommunizmə  təhəmmül  (yönəlmə)  caiz  (düzgün,  uyğun)  ola  bilməz.  Bizcə, 
müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir. 
 
“Azərbaycan”, il 1, sayı 12, 1 mart 1952, Ankara. 
MĠLLƏT OLMAQ ƏZMĠ 
 
Millət  anlamını  ifadə  üçün  dilimizdə  iki  söz  vardır:  milliyyət  və  millət. 
Bunlardan  birincisi  lisani  (dil),  dini,  irqi,  qövmi,  tarixi,  coğrafi,  iqtisadi  və  siyasi 
amillərin  təsiri  ilə  meydana  gələn  etnik  bir  topluluğu  ifadə  edər.  Ġkincisi  isə  bu 
topluluqda doğan ümumi bir iradəni anladır. 
Madzininin məruf (məĢhur) tərifinə görə, millət: «torpağın, mənĢəyin, əxlaq 
ilə adətlərin və lisanın birliyindən dolayı, həyatında və ictimai vicdanında anlaĢma 
və ortaqlıq yaratmıĢ bir insan topluluğuna» deyilir. 
Dürkheymin nəzərində isə: «Etnik amillər və yaxud sadəcə tarixi səbəblərlə 
eyni qanunlar altında yaĢamaq və tək bir dövlət qurmaq istəyən insan topluluğuna 
millət deyilir». 
Dürkheym,  bu  tərifini  müĢahidə  etdiyi  olaylarla  təyit  (sübut,  təsdiq) 
edərkən:  «israrla  təyit  olunursa,  bu  kollektiv  [məĢəri]  iradənin  təmin  olunmaq 
haqqına malik olduğu və bu iradənin dövlət qurmağa bircə əsas təĢkil etdiyi, indiki 
mədəni millətlərcə, artıq bir prinsip olmuĢdur» - deyir. 
Madzininin  tərifi  ilə  Durkheymin  tərifi  arasındakı  ifadə  fərqinə  diqqət 
etmək lazımdır: birincisində millət ünsüri və tarixi bir olaydır [vaqeə]. Ġkincisində 
isə  millət  ictimai  və  idari  bir  hadisədir.  Ötəkində  millətin  oluĢ  seyri  anladılır, 
bərikində millət bir «prinsip» kimi göstərilmiĢdir. O, rüĢeymdir, bu - cocuqdur. O, 
ağacdır, bu - meyvədir. O, anadır, bu - yavrudur. O, milliyyətdir - bu millətdir. 
Lisanları,  adətləri,  tarixləri,  dinləri,  vətənləri  və  s.  bir  olan  insanlar  bir 
milliyyət təĢkil edərlər, fəqət, bir milliyyətin millət halına keçməsi ümumi Ģüur və 
kollektiv  [məĢəri]  iradənin  təəssüsünə  bağlıdır.  Bu  isə  yalnız  «ictima  hafizə» 
vəzifəsini  görən  orqanın  təĢəkkülü  ilə  vücuda  gəlir.  Bu  orqan  müxtəlif  amanlara 
görə dəyiĢir. Orta çağlarda bu vəzifəni feodal Zümrə görür, milliyyətin sosial həyat 
və gələnəklərini qeyd və zəbt edən  (saxlayan,  yaĢadan)  «hafizə»  xan  sarayları  
ilə Ģövalye (dərəbəy, feodal) qalalarından ibarət olub qalırdı. Zamanın dəyiĢməsilə, 
təbii  olaraq  bu  orqan  da  dəyiĢdi.  Burjuaziyanın  zühuru  ilə  feodal  sistem  dağıldı. 
Mənəviyyat  mərkəzi  «qala»lardan  Ģəhərlərə  keçdi.  ġəhərlərdə  yetiĢən  münəvvər 
zümrə millətin Ģüurunu tərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi. 
Bu  sinif,  qullandığı  ən  böyük  vasitə  -  mətbuat  yolu  ilə  milliyyətdəki 
kollektiv  iradəni  iĢlədi;  öz  arasından  bu  iradəni  çelikləĢdirən  (poladlaĢdıran)  fikir 
adamları ilə sənətkarlar yetiĢdirdi. Bunların sayəsində mənliyini tərk edən milliyyət 
topluluğu bir millət olmaq əzminə gəldi. 
Demokratik  Azərbaycan  topluluğunda  bu  millət  olmaq  iradəsi,  sözün 
əsrimizdəki  mədəni  mənası ilə  28 may istiqlal  hadisəsi  və  bəyannaməsilə  təəssüs 


21 
 
(yarandı)  etdi.  32  ildən  bəri  dünya  tarixinin  ən  qorxunc  bir  istilası  altında 
bulunmasına,  ən  amansız  totalitar  bir  rejimin  məhkumu  olmasına  rəğmən, 
Azərbaycan  topluluğu  bu  iradəyə  sadiq  qaldığını  hər  fürsətdə  izhar  etməkdə, 
milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may fikrinə bağlılığını hər vasitə 
ilə isbat etməkdədir. 
 
“Azərbaycan”, il 1, sayı 5, 1 avqust 1952, Ankara. 
 
MĠLLƏTÇĠLĠK - PATRĠOTĠZM 
 
Keçənki  sayımızda  milliyyət  ilə  millət  sözlərinin  mənalarını  incələdik: 
«Milliyyət etnik bir anlam ikən, millət siyasi bir anlamdır» - dedik. 
Bunu  baĢqa  bir  təbirlə  də  ifadə  edə  bilirik:  milliyyət  müəyyən  Ģərtlər  və 
hadisələr  nəticəsində  vücuda  gəlmiĢ  statik  [mustəqər]  bir  varlıqdır,  millət  isə  bu 
statik varlığın ĢüurlaĢan dinamik [fəal] bir Ģəklidir. 
Statik  bir  keyfiyyət  ərz  edən  milliyyət  baxımından  vətən  coğrafi  bir 
anlamdır. Halbuki  Ģüur  və  iradəyə  malik olan  millət baxımından  vətən, siyasi bir 
məna ifadə edər. 
Etnik bir özəllik ərz edən milliyyət mənsublarının yaĢadığı bir yerdən ibarət 
olan  coğrafi  vətən  dinamizmdən  məhrum,  passiv  bir  sevginin  mövzusudur. 
Halbuki, siyasi Ģüur və dövlət olmaq əzminə malik olan bir millət üçün vətən eĢqi 
aktiv bir hərəkət amilidir. 
Etnik milliyyətçilik və coğrafi vətən sevgisi bir topluluğun yaĢadığı yerlərə: 
dağlara,  dərələrə,  yayla  və  ovalıqlara,  dəniz  və  çöllərə  qarĢı  duyulan  bir  ilgidən 
ibarətdir. Halbuki bir  millətçi üçün vətən, sadəcə,  maddi ünsürlərlə hüdudlanmaz. 
Milliyyətdə siyasi Ģüur güdən millətçi vətəndə də mənəvi bir öz, bir ruh arar. Onun 
üçün vətən maddi deyil, mənəvi bir varlıqdır. 
Maddi  özəllikləri  mənəvi  özəlliklərlə  canlanmadıqca,  coğrafi  bir  bölgənin, 
sözün  əsil  mənası  ilə,  zatən  bir  vətən  olmasına  imkan  yoxdur.  Maddi  vətən 
ünsürlərindən  baĢqa  hər  aydın  insanın  bildiyi  kimi,  dil,  din,  ədəbiyyat,  musiqi, 
fəlsəfə,  sənət  və  tarix  kimi  mənəvi  vətən  ünsürləri  vardır.  Bu  ünsürlər,  coğrafi 
vətən  dıĢı  içində  yoğrulub  mənəvi  bir  vətən  içi  vücuda  gətirirlər.  Cansız  maddə 
canlı bir ideya halına gəlir. 
Millətin,  dövlət  olmaq  əzmində  israr  edən  bir  milliyyət  olduğu  bilgin 
sosioloqlar  tərəfindən  kəĢf  və  tərif  edilmiĢdir.  Bımu  biz,  keçən  sayımızda  qeyd 
etdik.  Bir  millətçinin  vətən  anlayıĢı,  coğrafi  mənadakı  vətəni  müstəqil  bir  dövlət 
halına  gətirmək istəməsidir.  Bir millətçi, hər Ģeydən  əvvəl istiqial davasında  olan 
bir vətənçi - bir patriotdur. 
Avropalıların patriot terminilə ifadə etdikləri anlam, bizim millətçi sözü ilə 
anlatmaq  istədiyimiz  anlamın  eynidir.  Bu,  avropalıların  nasionalizm  sözü  ilə 
dedikləri  milliyyətçilikdən  tamamilə  baĢqa  bir  Ģeydir.  Nasionalizm  Qərbi  Avropa 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə