Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

36 
 
Bizi heyrətlər içərisində buraxan bu həqiqətə indi düĢmən sevinir. On ildən 
bəri Ġstambuldan  yüksələn Azərbaycan səsini qısdırmaq üçün  əllərindən gələn hər 
Ģeyi  müzayaqa  (əsirgəməyən) etməyən, qəzetləri,  mitinqləri,  demarĢları,  iftiraları, 
hiylə və intriqarı ilə heç durmadan çalıĢan bolĢeviklər - ruslar nə qədər məmnun!... 
Nədən 
məmnun  olmasınlar!  Boğduqları  gənc  türk  milliyətçilik, 
cümhuriyyətçilik və xalqçılığın etiraz edən səsi artıq eĢidilməz olmuĢdur. O, səs ki, 
sovet  rejimilə  yürütdüyü  məlun  siyasətin  iç  üzünü  faĢ  edir  və  bolĢevik  falĢlarını 
üzlərinə  çırpırdı.  Bəli,  onlar  məmnun  ola  bilir:  milli,  müasir,  xalqçı  Türk 
Cümhuriyyətində  milli,  müasir,  xalqçı  Azərbaycan  istiqlalçılıq  məfkurəsinin  səsi 
qısılmıĢdır!... Budur yaĢadığımız dövrün acı təcəllisi (görüntüsü). Tarixin istehzası. 
Bu  makus  (baĢayaq)  təcəlli  qarĢısında  insan  hərb  sonu  siyasi  əxlaqda  görünən 
siyasi eqoizmə açıyır! 
Yazıq dövrə: beynəlmiləl münasibətə yazıq!... 
Türkiyə  tarixinin  Ģanlı  səhifələrindən  birisini  «qaçqınlar  məsələsi»  təĢkil 
edir.  Digər  sütunlarımızdan  birində  «Kiçik  Yan»  deyə  bir  xatirə  dərc  olunur. 
Vaxtilə xristian və qismən də qonĢuları tərəfindən parçalanmıĢ olan irqdaĢı katolik 
PolĢada müsəlman Türkiyənin göstərmiĢ olduğu tarixi cestin nə dərin bir intiba (iz) 
buraxdığını, fotoqrafik bir Ģəkildə nəql edilən bu xatirə nə böyük qüvvə ilə təsvir 
edir!... 
«Promete»  məcmuəsinin  sualı  yerindədir:  əcəba,  milliyyətçi  və 
cümhuriyyətçi  Azərbaycan  türkləri  polyak  və  macar  vətənpərvərlərinin  Osmanlı 
imperatorluğu  haqqında  bəslədikləri  xatrə  qəbilindən  bir  təhəssüsü  (duyğunu) 
Türkiyə Cümhuriyyəti haqqında bəsləmək imkanı tapa bilməyəcəklərmi?!... 
Daha  gəncik,  ümid  edirik.  Ümid  edirik  ki,  bulacaqlar.  DüĢünürük  ki, 
özündən acı bir təəssürlə bəhs etdiyimiz bu hadisə Türkiyə Cümhuriyyəti ricalının 
(baĢçılarının)  təqib  etdikləri  proqramdan  deyil,  tətbiq  etdikləri  taktikadan  irəli 
gəlir.  Gərçi  bu  qənaətdəyik  ki,  çox  irəlilədilən  bu  taktikadan  Ģəxsən  proqram  və 
ideal dəxi zərər görür. 
Türkiyə də daxil olmaqla bütün cahan tarixi istiqlal mücadiləsinin nə çətin 
yollardan  keçmək  zərurətində  olduğunu  göstərməkdədir.  Bu  çox  qanlı,  tikanlı  və 
eniĢli-yoxuĢlu  bir  yoldur.  Azərbaycan  istiqlalçılarının  yolu  isə  bilxassə  sarpdır 
(daĢ-kəsəklidir).  DüĢmənlər  onları  türkiyəçilik  və  panturanizmlə  ittiham 
edərlərkən, onlar Türkiyədə nələrə məruz qalırlar, səsləri qısılır. Tarixi düĢmən rus 
imperializmini  Qafqaz  dağlarının  ötəsində  tutmaq  üçün  bütün  Qafqaz  millətlərilə 
birlikdə Ģanlı cidala can atır, fəqət, bu proqram təhəqqüqündə (hökmü ilə) ən çox 
əlaqədar olan cənubdakı qonĢu və qardaĢlarından sədrəsəfa (rahatladacaq) verəcək 
bir müamilə (davranıĢ) deyil, bir təbəssüm belə görə bilməyirlər!... 
Fəqət, bütün bunlara rəğmən, onlar  əzmlərindən dönmür, mücadilələrindən 
vaz  keçmirlər.  Davaları  haqlıdır,  buna  inanırlar  və  bu  imana  güvənərək  nə  qədər 
acı  da  olsa  tarixin  keçici  epizodlarına  köks  gərirlər.  Bu  vaxta  qədər  yedikləri  bir 
çox zərbələr kimi, bu zərbəni də əlbəttə atladacaqlar. Buna Ģübhəmiz yoxdur. 


37 
 
Azərbaycan  istiqlal  mücadiləsi  olduğu  kimi  davam  edir.  Çeka  düĢərgələri 
mücahidlərlə dolur, əsirlər qafiləsi Solovki yollarını tutur, köylülərdən mütəĢĢəkkil 
partizanlar  mücadilələrində  davam  edir,  yeni  nəsil  istila  rejiminin  bütün 
Ģiddətlərinə baxmayaraq milli ideal arxasınca qaçır!... 
Azərbaycanlılar  qonĢuları  qafqazlılar  və  eyni  yolda  yürüyən    bütün  qeyri-
rus  millətlər  Ukrayna  və  türküstanlılarla  birlikdə  qızıl  rusluğun  da  bəyaz  (ağ) 
rusluq kimi çökəcəyinə qanedirlər. 
Hə,  əsası  zülm,  cəbr  və  istismar  üzərinə  qurulan  bu  əsarət  binası  qəbul 
deyil, çökəcək. Cəbrlə  gələn cəbrlə də gedəcəkdir. Bizim buna  Ģübhəmiz  yoxdur. 
Eyni  zamanda  buna  da  Ģübhəmiz  yoxdur  ki,  bu  gün  Türkiyədə  tətbiq  olunan  bu 
ifrat taktika uzun boylu yürüməz, dəyiĢəcəkdir, haqq yerini bulacaqdır. 
Bununla  bərabər,  Azərbaycan  mücadiləsini  bir  an  durmadan  bütün  cahana 
əks  etdirmək  ehtiyacındayıq.  Türkiyə  taktikasının  dəyiĢəcəyinə  intizarən, 
Azərbaycan hərəkatı çox təbii olaraq səsi qısıq qala bilməz! 
Bu  gündən  etibarən  burada  nəĢrinə  baĢladığımız  bu  qəzet,  bax  bu 
qısılmayan səsin ifadəsidir! 
Berlində  çıxan  bu  qəzet,  Ġstanbulda  qapanan  qəzetlərin  gördükləri  vəzifəni 
davam  etdirməklə  mükəlləfdir  (borcludur).  Onun  nə  kimi  bir  məqsəd  və  proqram 
təqib edəcəyini ifadə üçün bir cümlə kafidir. 
- Qısılmayan bir səs!... 
 
“Ġstiqlal”, sayı 1, 10 yanvar 1932, Berlin. 
 
MĠLLĠ MÜCADĠLƏDƏ SOSĠAL ġÜARLAR 
 
«Müsavat»  Firqəsincə  qəbul  olunan  «Yeni  proqram  əsasları»  ətrafında 
gedən mübahisələr bizə bu mövzunu ilham etdi. 
Milli istiqlal mücadiləsində olan bir hərəkatın sosial məsələlərlə də məĢğul 
olması caizdirmi? 
Ġstila  altında  olan  bir  məmləkətin  xilası  üçün  uğraĢanlar  bütün  bir  milləti 
birləĢdirəcək ancaq siyasi və milli Ģüarlarla iktifa (yetinməli) etməlimidirlər? 
YaĢasın  istiqlal,  rədd  olsun  istila!  -  sadə,  bu  cümlə  milli  bir  Azərbaycan 
firqəsinin bircə Ģüarı ola bilməzmi? 
Millilik toplayıcı, sosiallıq isə ayırıcı əsaslar ikən ziddləri bir yerə toplamaq 
mümkünmüdür? 
Beləcə,  mövzunu  düĢünürkən  ilk  baxımda  xəyala  gələn  müĢküllərdən  ən 
mühümlərini təĢkil edən yaman bir neçə sual!... 
Mövzunu yaxĢı iĢləmək və qavradığı bütün məsələlərə ətraflı cavablar verə 
bilmək  üçün,  Ģübhəsiz  bir  məcmuə  məqaləsinin  çərçivəsi  dar  gəlir.  Bəlkə  də 
toplamaqda olduğumuz məxəz və materialları tədqiq və tənzm nəticəsində onu da 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə